F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə61/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   71

107 
 
nəslin maraqlarının mənzərəsini dəqiqləşdirmək üçün aparılan sosioloji tədqiqatlarda belə bir sual qoyulmuşdu: 
«Fikrinizcə, bu gün gənclər üçün həyatda ən vacib olan nədir?». Sorğunun nəticələri pul, təhsil və peşə, iş mənsəbi, 
Dağlıq Qarabağ probleminin həlli və  həzz almağın başlıca yer tutduğunu göstərir. Gənclərdə praqmatik və 
hedonistik əhval-ruhiyyənin xeyli güclü olması açıq-aşkar görünür. 
Deməli, gənclərin maraqlarının istiqamətlərini və 
[267 - 268]
 ümidlərini öyrənərək, onların yaxın gələcəkdə 
iqtisadi, siyasi, sosial və mənəvi həyatının mümkün yollarını yüksək ehtimalla proqnozlaşdırmaq olar. 
Empirik tədqiqatlar həm də hüquqyaratma prosesinin müxtəlif mərhələlərində sosial amillərin rolunun aşkar 
edilməsinə  və  nəzərə alınmasına yardım edir. Bu, yeni hüquqi sənədin yaradılmasının obyektiv səbəblərinin 
müəyyən olunması, qanun layihəsinin mətninin hazırlanması, onun müzakirəsi, qanunverici orqan tərəfindən 
baxılması üçün təqdim edilməsi və qanuni qüvvəyə minməsi əməliyyatlarının hər birinə aiddir. 
Hüquqyaratma prosesinin sosial amillərinin öyrənilməsi metodologiyası sistemli (struktur-funksional) və 
sosioloji təhlil prinsipləri üzərində qurulur. Bu halda hüquqyaratmanın sosial mexanizminə aid olan hüquqi anlayış 
və kateqoriyalar empirik məlumatın toplanılması, işlənilməsi və keyfıyyət-kəmiyyət təhlili kimi sosioloji tədqiqat 
mərhələləri ilə üzvi surətdə əlaqələndirilməlidir. 
Sosial - hüquqi tədqiqatların proqramlarına konkret məsələlərin daxil edilməsi hüququn tələblərinə riayət 
edilməsi məqsədi ilə  tərbiyəvi, stimullaşdırıcı, profılaktik və  məcburedici təsir tədbirlərinin səmərəliliyini 
yüksəldir. Bu, həm də dövlət orqanlarının həmin sahədəki işini obyektiv qiymətləndirmək imkanı verir. 
Empirik tədqiqatın nəticələri onun ilkin konsepsiyasının nəzəri  əsaslarının, mühakimə  və  fərziyyələrinin 
doğruluğunu təsdiq və ya təkzib edir. 
 
2. Şəxsiyyətin hüquqi sosiallaşması 
 
İnsanın mahiyyəti cəmiyyətlə birgə  dəyişir və inkişaf edir. Bu, onun sosial mühitlə ayrılmaz  əlaqədə 
olduğunu sübut edir. 
Qeyd olunan proses həm də sosiallaşma ilə  sıx bağlıdır. Sosiallaşma təkcə  şəxsiyyətin, insanın və sosial 
mühitin 
[268 - 269]
  əlaqə formalarından ibarət deyildir. O, həm də  cəmiyyətin yetkinlik dərəcəsindən asılı olan 
mürəkkəb prosesdir. Onun məzmununda insanı  cəmiyyətdə  qəbul edilmiş anlayışlar, dəyərlər, sosial normalar 
sisteminə  və digər mədəniyyət dəyərlərinə  cəlb etmək məqsədilə müxtəlif sosial institutların məqsədyönlü 
fəaliyyəti əsas yer tutur. Bununla yanaşı həmin proses insanın bir şəxsiyyət kimi həmin istiqamətə yönəlmiş fərdi 
fəaliyyətini də ehtiva edir. 
Sosiallaşma gedişində fərd tərəfindən onun yaşadığı cəmiyyətin mədəniyyət sisteminin əsas nailiyyətlərinin 
mənimsənilməsi baş verir. 
Hüquqi sosiallaşma ümumi sosiallaşmanın zəruri və mühüm istiqamətini təşkil edir, onunla hissə  və tam 
kimi nisbətdədir. Onun mahiyyəti insanın, vətəndaşın cəmiyyətin strukturunda öz ictimai rolunu, yerini daha dərin 
dərk etməsi deməkdir. Hüquqi sosiallaşmanın  əsas xüsusiyyətləri onun konkret olması, dəqiq müəyyənliyi, 
münaqişə səbəblərinin mərkəzində olması, mövcud informasiyanı şəxsiyyətin sosial statusu və cəmiyyətdəki roluna 
uyğun olaraq qiymətləndirməsi hesab olunur. 
Qeyd etmək lazımdır ki, məlumat mənbələri nə qədər əhəmiyyətli olsa da, onların verdiyi məlumatlar əhali 
tərəfındən kor-koranə deyil, ciddi tənqidi surətdə qəbul olunur. Sosioloji tədqiqatların nəticəsinə görə, oxucuların 
yalnız 48%-i qəzetlərdə yazılanlara inanır. 
Fərdin sosiallaşması prosesinin ayrılmaz tərkib hissəsini siyasi və hüquqi tərbiyə təşkil edir. Onun məqsədi 
insanlarda müvafıq biliklər sistemi, inam, sosial cəhətdən fəal davranış motivlərini və  vərdişlərini 
formalaşdırmaqdır. Hüquqi tərbiyə dedikdə dövlətin, onun orqanlarının və qulluqçularının, ictimai təşkilatların və 
əmək kollektivlərinin  əhalidə hüquq düşüncəsi və hüquq mədəniyyətinin formalaşdırılmasına və artırılmasına 
yönəlmiş  məqsədyönlü, sistemli fəaliyyəti başa düşülür. Bu işdə hüquqi tədris və hüquqi tərbiyə bir-biri ilə üzvi 
vəhdətdə  çıxış edır. Tərbiyəvi xarakter 
[269 - 270] 
daşıyan tədris prosesində  vətəndaşın  şəxsiyyət düşüncəsi, 
hüquqi görüşləri, əxlaqi idealları, dəyər yönümləri fasiləsiz surətdə zənginləşir. Bu prosesdə insan hüquqi biliklərin 
daim genişlənməsi və  dərinləşməsinin zərurət olduğunu dərk edir. Hüquqi tədris və  tərbiyə  şəxsiyyətin vahid 
inkişafı prosesinin ayrılmaz hissələridir. Hazırda Azərbaycanda hüquqi dövlət quruculuğu ideyasının getdikcə daha 
dolğun gerçəkləşdiyi bir şəraitdə bunların rolu və əhəmiyyəti durmadan artır. 
Hüquqi tədris və tərbiyə müxtəlif formalarda həyata keçirilir. Bu prosesdə əldə edilmiş biliklər fərdin dəyər 
istiqamətlərinin sosial məqsədinin formalaşmasına köməklik edir. Onlar şəxsiyyətin  şüurlu (düşünülmüş) 
fəaliyyətinin tənzim edilməsində də mühüm rol oynayır və onun hüquqi düşüncəsinin əsası kimi çıxış edir. Sonra, 
insanın müxtəlif siyasi hadisələrə münäsibətinin formalaşmasında, onun cəmiyyətdə davranışın 
müəyyənləşdirilməsində də onların rolu böyükdür. Şəxsiyyətin ümummədəni inkişafı, sosial normaların gerçəkliyə 
çevrilməsi, normativ tələblərin vərdişə, fəal davranışa keçməsi kimi proseslərin sürəti də hüquqi tərbiyənin 
səviyyəsindən və keyfiyyətindən çox asılıdır. 


108 
 
Sosioloqların və hüquqşünasların apardığı  tədqiqatlar göstərir ki, hüquqi tərbiyənin səmərəliliyi ictimai 
həyatın bütün sahələrində qanunlara riayət etmək ehtiyacının reallaşması  səviyyəsi ilə ölçülür. Qanuna riayət 
etməyi ictimai zərurət kimi dərk etmək və öz davranışında onun tələblərinə düşünülmüş şəkildə əməl etmək indi 
həmişəkindən daha vacibdir. 
Hüquqi tərbiyədə bu və ya digər qrupun maraqlarının dərk edilməsi, onun nüfuz və  şərəfinin qorunub 
saxlanılması çox mühüm rol oynayır. Burada əsas məsələ  həmin maraqların cəmiyyətin ümumi maraqlarına nə 
dərəcədə uyğun gəlməsindən ibarətdir. Bu maraqların dərk edilməsi və prinsipial cəhətdən uzlaşdırılması hüquqi 
normalara uyğun olaraq baş verir. Həmin maraqlar üst-üstə düşmədikdə isə  şəxsiyyət, eləcə  də qrup cəmiyyətin 
hüquqi tələblərinin əleyhinə 
[270 - 271]
 çıxa bilir ki, bu da mütləq onların münasibətlərində toqquşmalara gətirib 
çıxarır. 
Tərbiyə nəzəriyyəsində belə bir fikir hamı tərəfindən qəbul edilmişdir ki, özünütərbiyə yaxşı təşkil olunmuş 
tərbiyənin nəticəsidir. Onun əsas məzmunu  şəxsiyyətin dəyişməyə, özündə arzu olunan xüsusiyyətləri 
formalaşdırmağa yönəlmiş daxili fəallığın dərk edilməsindən ibarətdir. Hüquqi özünütərbiyə istənilən mənfi xarici 
təsirə davam gətirmək üçün müəyyən siyasi, hüquqi və  əxlaqi prinsiplərin, dəyərlərin, sosial və hüquqi davranış 
normalarının qavranılmasını, inkişafını və möhkəmləndirilməsini nəzərdə tutur. 
Sosiallaşma cəmiyyətin bütün həyat sahələrini, o cümlədən də siyasəti  əhatə edir. Siyasi sosiallaşmaya 
ikitərəfli proses kimi baxılmalıdır. Onun birinci tərəfini fərdə siyasi məlumatın, biliklərin verilməsi, onun mövcud 
siyasi dəyərlər sisteminə cəlb edilməsi, ictimai münasibətlər sisteminə daxil olmaqla sosial təcrübəni, normaları və 
rolları qavraması  təşkil edir. İkinci tərəf isə sosial-siyasi mühitə daxil olma prosesində  fərdin aktiv fəaliyyəti 
sayəsində onun mövcud ictimai münasibətlər sistemini daha da inkişaf etdirməsini nəzərdə tutur. 
Səxsiyyətin siyasi sosiallaşması prosesində sosioloji baxımdan cəmiyyət aşağıdakı  məsələləri həll edir: a) 
fərdlərdə onların öz ictimai funksiyalarını yerinə yetirə bilməsi üçün lazım olan bacarıq və xüsusiyyətlərin 
formalaşdırılması;  b)  fərdin ictimai-siyasi özünügerçəkləşdirmə sisteminə daxil edilməsi;  c)  sosial-siyasi 
münasibətlər sistemində  fərdlər tərəfindən müvafıq sosial rolların yerinə yetirilməsi;  ç)  mövcud ictimai 
münasibətlərin və birinci növbədə siyasi münasibətlərin inkişaf etdirilməsi və zənginləşdirilməsi. 
Siyasi sahədə sosiallaşma  şəxsiyyətin təşəkkülü və inkişafına böyük təsir göstərir. O, insanın siyasi 
münasibətlər və siyasi fəaliyyət subyekti kimi təşəkkülü prosesinin bütün tərəflərini əhatə edir. Onun son nəticəsi 
şəxsiyyətin sosial-siyasi fəallığı ilə onun yaradıcılığının sintezini ifadə edən 
[271 - 272]
 yüksək siyasi mədəniyyətin 
formalaşmasıdır. 
Beləliklə, sosiallaşma prosesi insanın məqsədyönlü fəaliyyətindən, sosial praktikanın və insanların 
ünsiyyətinin xarakterindən, onun tutumunun və məzmununun şüurlu şəkildə dəyişdirilməsi imkanlarından, habelə 
tərbiyəsinin təşkilindən asılıdır. 
 
3. Şəxsiyyətin hüquqi davranışı 
 
Hüquqi davranış fərdi və kollektiv subyektlərin şüurlu nəzarətində olan, hüquq normaları ilə nəzərdə tutulan 
və hüquqi nəticələrə  səbəb olan, sosial cəhətdən  əhəmiyyətli davranışdır. O, vətəndaşların məişətdə, işdə, 
şəxsiyyətlərarası münasibətlərdə  təzahür edən  əsas davranış növünü təşkil edir. Hüquqi davranışın  əlamətləri 
bunlardır: o, qanunvericilikdə müəyyən edilmiş normalar çərçivəsində həyata keçirilir; sosial cəhətdən faydalıdır, 
ictimai maraq və məqsədlərə zidd deyildir (bu onun obyektiv məzmununu ifadə edir), dərk edilmiş xarakter daşıyır 
(bu onun subyektiv tərəfıni ifadə edir). 
Sosial əhəmiyyət dərəcəsinə görə hüquqi davranışı aşağıdakı növlərə ayırmaq olar: 
1) zəruri olan (orduda xidmət); 
2) arzu olunan (elmi və bədii yaradıcılıq); 
3) yol verilən (dini ayinlərin və ibadətlərin yerinə yetirilməsi). 
Hüquqi davranışın ən geniş yayılmış təsnifatına görə, o, aşağıdakıları əhatə edir: 
1) Sosial - fəal davranış. Bu, hüquqi davranışın ən ali formasıdır, hüquqi düşüncə və hüquqi mədəniyyətin, 
məsuliyyətin və könüllülüyün yüksək səviyyəsi ilə ifadə olunur. Burada subyekt cəzadan qorxduğuna görə və ya 
mükafatlandırma xatirinə deyil, cəmiyyətdə hüquqi davranışın zəruriliyinə və məqsədəuyğunluğuna əmin olduğuna 
görə hərəkət edir. Bu növ davranış ən yüksək sosial əhəmiyyətə malikdir, çünki yalnız şəxsi marağın yox, eləcə də 
ictimai marağın gerçəkləşməsi, həyatda hüquq, qanunçuluq, qayda prinsiplərinin real təsdiq edilməsi üçün 
mübarizə ilə bağlıdır. 
2) Konformist itaətkar davranış. Bu, hüquqi göstərişlərə, onları dərin və hərtərəfli dərk etmədən, yüksək 
hüquqi fəallıq göstərmədən tabe olmağa əsaslanan əməldir); 
3) Marginal davranış. Bu, hüquqi göstərişlərə uyğun olan, lakin dövlət tərəfindən məcburetmə nəticəsində, 
cəzadan çəkinməyə görə icra edilən əməldir. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə