Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə14/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   10   11   12   13   14   15   16   17   ...   107

demək heç yadına düşmür. Çünki onun şikəst etdiyi zavallı qadınlar sizin
heç nəyiniz deyildir. Həmişə özünüz üçün, pul naminə yaşamısız.
Amma arxayın olun. Bu dəfə də arzunuza çatdız. Mədinə
mənə sarı  baxmaq  istəmir.  O,  çox  qürurludur.  Arzu  olunmadığı  evin
gəlini olmaq istəmir.- Qaldı sənin pullarına, onsuz da onlar məni xoşbəxt
edə bilməyəcək.  Mən  bu  pullara  yiyələnməkdənsə azad  olmağı  üstün
tuturam.
Söhbətin  xoşagəlməz  həddə
çatacağını  heç  birisi
gözləmirdi.  Atasının  gözləri  qızarmışdı.  Üzünün əzələləri,  dodaqları
əsirdi.  Anasının  gözləri  yaşla  doluydu. -Ata–bala  aradan  pərdəni
götürmüşdülər. Indi heç biri evdə üz-üzə qalmaq istəmirdi. Barışa bilmək
üçün, deyəsən, çox uzağa getmişdilər. Sanki hər şey bir göz qırpımında
məhv olmuşdu.
Bu söhbətdən sonra evə gəlmir, bağda gecələyirdi. Ata-
anası bərk narahat olsa da Teymur heç anasına da zəng edib hal - əhval
soruşmurdu.
Budur, keçib gedən bu illərdən sonra indi Teymurun ata-
anasına  necə ürəyi  yanırdı.  Onlar  ömür  boyu  Teymuru əzizləmişdilər,
onun xoşbəxtliyini arzulamışdılar. Amma nə olsun. Onlara heç nə qismət
olmadı. Nə toy gördülər, nə nəvə. Arzuları ürəklərində qaldı. Teymurun
qəlbinə hökm  etməyə çalışanda  onu  birdəfəlik,  ömürlük  itirdilər.  İndi
onlar  üçün  necə göynəyirdi.  Heç  qəbirlərinin  də üstünə illərlə gedə
bilməmişdi.  Rauf  ondan  yaxşı  oğul,  yaxşı  kürəkən  olmuşdu.  Zəng  edib
Teymura  deyirdi:  “ -Mamanın  ad  günüdür,  qəbriüstə getdik...  Papanın
ölən günüdür, Nərgiz halva çaldı. Qəbir üstünə gül aldıq” və s. və s.
***
Bütün  ailənin  bir  yerdə cəm  olduğu  o  gün.  Atası,  anası,
qohum - əqrəba Nərgizgildə Rüfətin ad gününə yığışmışdılar. Nərgizi də
çoxdan  görmürdü.  Qapını  ona  elə Nərgiz  açmışdı.  Teymur  bacısını  hər
dəfə təzə paltarda  görməyə adət  etsə də,  bu  dəfə onun əyninə,  boyuna,
rənginə biçilmiş  paltara,  nə üçünsə,  çox  baxdı.  Onun  baxışları  Nərgizin
nəzərindən  yayınmadı.  Nərgiz  onu  qucaqlayıb  öpdü.  Doğma  qan  hər
ikisinin  bu  görüşdən  məmnun  qaldığını  deyirdi.  Bacısı  həmişə olduğu
təki  bu  gün  də onun  xoşuna  gəlirdi.  Geyinməkdə,  saçlarını  qaydaya


salmaqda bacısına şəhərdə qız çatmasa da, bircə Mədinə ilə müqayisədə
Nərgiz  Teymurun  nəzərində solğunlaşırdı.    Nərgiz  də ənlik- kirşandan
istifadə etmirdi.  Ağ,  hamar  üzü,  lalə rəngində yanaqları,  mavi  gözləri
diqqəti  çəkirdi.  Ancaq,  bu  gözlərin  mavi  dərinliyindəki  soyuqluq,
etinasızlıq, qəddarlıq  cazibədarlığını boğurdu. Onun əda və davranışında
Mədinənin  zərifliyi,  incəliyi,  məsumluğu  çatmırdı.  Qəzəblənəndə
Nərgizin  üzünü  görməsən  yaxşı  idi.  Bu  vaxt  onun  üzünün  gözəl ifadəsi
də, saçlarının düzümü də, əyninə geydiyi paltar da adiləşirdi. Bacısı əlini
ölçə-ölçə adamın  üstünə elə gəlirdi  ki,  elə bil,  bu  dəqiqə barmaqlarını
gözünə soxacaqdı. Qollarını çirmələyir, başını hikkəli-hikkəli tərpədirdi.
Bir sözlə, təbiət bacısını zərif hisslərdən məhrum yaratmışdı, amma aciz
yox!  Nərgiz  uğursuzluq  bilmirdi.  Həyatda əlini  nəyə uzatmışdısa
götürmüşdü. Nərgizi aldatmaq, ona kələk gəlmək də mümkün deyildi. O,
özünü  qiymətləndirməyi,  yerini  şirin  etməyi  bacarırdı.  İndi  də zərif  bir
hərəkətlə Teymurun qolundan tutub ata və anasına sarı apardı. Bəlkə də
bacısı  bu  gün  onunla  atası  arasındakı  buz  qatı əritmək  istəyirdi.  Elə
Teymur da, atası da danışmamaqdan, bir – birini dindirməməkdən təngə
gəlmişdilər.  Hər  nə olsa  da  bu  kişi  onun  atası  idi.  Teymur  atası  ilə
əvvəlki  münasibəti  bərpa  etmək,  onun  qılığına  girmək  istəyirdi.
Mədinəni ona sevdirmək niyyəti hələ qəlbində soluxmamışdı.
Atası  anası  ilə oturmuşdu.  Belə bir  məclisdə onların
yanaşı  oturması  da  Teymura  xoş  idi.  Raufun  valideynləri  də onların
yanında əyləşmişdilər.  Teymur  anasına  yaxınlaşdı,  yanağından  öpdü.
Atası da gülümsəyərək ona əl uzatdı. Teymur atasının da üzündən öpdü.
Bu öpüşdən xoşhal olan atasının, elə bil, üzü işıqlandı:
- Səhərdən gözləyirik, qonaqlar da intizardadır, – dedi.
Teymur  onu  da  hiss  etdi  ki,  atası  onunla  barışmağın
həsrətindəymiş. “Düz eləyib gəlib,” - ürəyində düşündü. Hamı ilə əl - ələ
görüşəndən  sonra  valideynləri  ilə üz-üzə əyləşdi. Ətrafa  nəzər  saldı.
Atasının oturuşunda, hərəkətlərində, danışmasında bir  ağırlıq, sanballıq,
yaşına uyğun ədəb - ərkan duyulurdu. Atası 60 yaşını adlasa da təravətini
saxlamışdı. Gur, ağsaçlı cazibədar kişi idi. Uzun illər  müəssisə direktoru
olması  onu  təmkinli,  özünəgüvənən  etmişdi.  Hörmətli,  nüfuzlu  idi.
Teymuru  çox  vaxt  barmaqla  göstərib:  “filankəsin  oğludur,”- deyirdilər.
Atası özünü adına, yaşına, tutduğu mövqeyə uyğun aparan, ayıq – sayıq,
diribaş  adam  idi.  İşinin  çəmini,  yolunu  bilirdi.  Işgüzarlığı,  intizamı,  bir
də taleyin üzünə gülməsi sayəsində vəzifə sahibi olmuşdu.


Teymur  nə xaricən,  nə daxilən  ona  oxşamırdı.  O,
gözlərinin  rəngində,  açıqürəkliliyində,  könlünün  toxluğunda  anasına
çəkmişdi.  Anası  qarabəniz,  qaragöz,  şirin  qadın  idi.  Duru  gözləri,  nurlu
üzü  vardı. Ərinin  bütün  şıltaqlıqlarına  dözən,  şikayətlənməyən  idi.
Anasında  qəribə mütilik  vardı.  Ancaq  bu  qorxaq  mütilik  deyildi.  O,
yanaşı  oturduğu  bu  yaraşıqlı  kişini  çox  sevirdi.  Ömrünü-gününü  onun
qulluğunda əritmişdi. Ali savad diplomu olsa da bir gün də işləməmişdi.
Özünü ailəyə həsr etmişdi. Yeməkləri o qədər dadlı olurdu ki, nə Nərgiz,
nə də Teymur, ac  olanda belə, heç yerdə yemirdilər. Evə qaçırdılar. Ən
bahalı restoranlar da onun anasının hazırladığını hazırlaya bilmirdi. Atası
anasını çox qiymətləndirirdi. Yaşa dolduqca anasının nazını lap qızı kimi
çəkirdi.  Atasının  bu  kefiyyəti  Teymura  çox  xoş  gəlirdi.  Atası  anasına
həmişə gözəl,  zərif,  bahalı  hədiyyələr  alırdı.  Onların  arasında  narazılıq
yalnız Teymurla əlaqədar olurdu.
Anası  Mədinəni görüb  bəyənmişdi.  Atasına  az  qala
yalvararaq:  “  İndi  ki  Teymurun  ürəyinə yatır  gəl  elçi  gedək,  o  da  yaxşı
bir ailənin qızıdır,” -deyirdi. Atası çox sərt: “Sən işə qarışma, bu söhbəti
yığışdır, eşitdin,” cavab verirdi.
Qonaqların darıxmaması üçün Nərgizin hər cür şəraiti var
idi.  Kimi  küncdəki  divanlara  çəkilib  işgüzar  söhbət  edir,  kimi  musiqiyə
qulaq asır, kimi də rəqs edirdi.
Teymurun  gözləri  birdən  atası  ilə üzbəüz  oturan  bir
qadına  sataşdı.  Onun  ipək  paltarının  yaxası  o qədər  açıq  idi  ki,  iri,
qabarıq  döşləri  görünürdü.  Teymur  ikrahla  üzünü  çevirdi.  Bu  qadının
ailənin məhrəm məclisinə düşməsi ona xoş gəlmədi. Teymur onu dərhal
tanıdı. Atasının katibəsi idi. Əri ilə gəlsə də Teymur bunun gözdən pərdə
olduğunu anlayırdı. O, atasının məşuqəsiydi. Yaşı  qırxdan çox olmazdı.
Bu sirri göründüyü təki burada oturanların heç biri bilmirdi. Teymur da
təsadüfən bilmişdi. Bəlkə idarədə də bilən vardı. Teymur bir dəfə nahar
vaxtı,  nə üçünsə,  atasının  yanına  getmişdi.  Katibə yerində yox idi.
Atasının  qapısı  örtülü  olsa  da  açar  qapının  üstündə idi.  İçəridə kənar
adamların  ola  biləcəyindən  ehtiyat  etdiyi  üçün  Teymur  qapını  yavaşca
araladı. Katibə atasının dizləri üstündə oturmuşdu. Teymur qapını örtüb
getsə də, sonra bunu utana – utana atasının yadına salmışdı: “Ata, elə et
ki,  bu  yaşda  biabır  olmayasan.  Mən  eybi  yox,  amma  başqaları  da  görə
bilərdi.  Dostdan  çox  düşmən  var.  Özünü  qorumaq  istəməyən  qadından
uzaq durmaq məsləhətdir”.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə