Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə15/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   11   12   13   14   15   16   17   18   ...   107

Atası  yüngülcə qızarmışdı.  Amma  Teymura  heç nə
deməmişdi.  Teymur  katibənin  qapını  bilərəkdən  açıq  qoymasına əmin
idi. Qadın bu müvəffəqiyyətini o biri işçilərə nümayiş etdirmək fikrində
idi. Teymurun belə məkrli qadınlardan zəhləsi gedirdi.
Görən  Nərgiz  buna  necə göz  yummuşdu?!  Axı,  onun
yaxından  tanımadığı  heç  bir  kəs  evinə gələ bilməzdi.  Nə əcəb  o,
atasından    “bunlar  kimdirlər?” - soruşmayıb.  Aydındır,  son  zamanlarda
Nərgizlə atası  Mədinə ilə bağlı  o  qədər  yaxınlaşmışdılar  ki,  katibəsini
atasına qısqanmaq Nərgiz üçün önəmli deyildi.
Teymur  atasını  bəzən  Mədinənin  atasıyla  müqayisə
edirdi. Hər ikisi ziyalı olsa da fərqli adamlar idilər.  Mədinənin atası alim
idi,  məvaciblə dolanırdı.  Teymurun  atası  isə oliqarx  idi.  Daim  özünə
xəzinə toplamağın  qayğısına  qalmışdı.  O,  maddi  vəziyyəti  yaxşı
olmayanları  bəyənmirdi.  Amma  var- dövlət  yığmağında  da  özünü  oğru
bilmirdi.
Bacısı  bu  gün  Teymura  qarşı  elə mehriban  idi  ki,
Teymuru  şübhə götürmüşdü.    “-Sənə sürpriz  hazırlamışam,” -deyirdi.
Görən  bu  sürpriz  nə idi.  Teymur  qonaqların  çoxusunu  tanıyırdı.  Bu
adamlarla bacısının qurduğu ziyafətlərdə dönə - dönə qarşılaşmışdı.
Nərgizin 
ziyafətləri 
XX
əsr 
zadəganlarının
ziyafətinə bənzəyirdi. Teymur kresloda əyləşib siqaret çəkə- çəkə Raufla
söhbət  edən  Aliyəni  indi  gördü.  Teymurun  ona  rəğbəti  vardı.  Aliyə baş
həkim,  gözəl  cərrah,  həm  də ağıllı  qadın  idi.  Teymur  yaxşı  bilirdi  ki,
bacısının  Aliyə ilə bir  elə arası  yoxdur.  Ancaq  Nərgiz  bunu  üzdə
göstərmirdi.  Rəqabət  daxildə gedirdi.  Teymur  Aliyənin  onu  çağırdığını
görüb  Raufla  yerini  dəyişdirdi.  Aliyə zahirən  də suyuşirin  idi. Ərindən
ayrılmışdı. Uşagı olmurdu.
Qadın əyilib  məhrəm  adam  kimi  Teymurun  üzündən
öpdü:
- Heç dəyişmirsən, Teymur, əvvəlki kimi adamın ağlını
alırsan, - deyib alışıb- yanan sifətini onun üzünə dayadı.
Aliyənin  cəsarəti  həmişə Teymuru  məftun  edirdi.  O,
ətrafdakıların  özü  barəsində nə fikirləşəcəyinə əhəmiyyət  vermirdi.
Riyakarlıq,  ikiüzlülük,  rola  girmə ona  yad  idi.  Düşündüyünü,  hiss
etdiyini  çəkinmədən  dik  üzə deyən  idi.  Buna  görə o,  həmişə Teymurun
diqqətini cəlb edir, özü barəsində xoş rəy yaradırdı.


Nərgizin  də gücü  çatmadığı  adam  vardısa,  o  Aliyə idi.
Aliyə Nərgizə düzlüyü  və hiyləsizliyi  ilə qalib  gəlirdi.  Bir dəfə Nərgiz
Teymura  Aliyə barəsində danışmağa  başladı:  “  Mənə deyir  ki,
qardaşından  xoşum  gəlir.  Doğrudan  o  sənin  qardaşındır,  yoxsa  atan
hardansa  çırpışdırıb,  heç  sənə oxşamır”. - Bacısı  bu  sözləri  Teymura
eşitdirməklə Aliyəni onun gözündən salmağa çalışırdı. Teymur bacısına:
“ Aliyədə işin olmasın. Sizin xəstəxanada, içində sən də olmaqla, ondan
bilikli həkim yoxdur,” – dedi.
İndi  də Aliyəni  görməklə Teymurun  kefi  duruldu.  O,
Aliyə ilə az – az  görüşsə də onunla  söhbət  etməyi  xoşlayırdı  və yaxşı
bilirdi ki, Mədinə əhvalatı Aliyəyə də çatıb.
- İstəyirsən  deyim,  nə haqqında  fikirləşirsən, – Aliyə
gözlərini  onun  üzünə dikib  siqaretə bir  qullab  vurdu.  Üzü  yorğun  idi.
Nərgiz  onu  sevməsə də klinikada  Aliyənin  çox  işlədiyini  etiraf  edirdi.
Adamlar onun qəbuluna daha çox can atırdılar. Nərgiz həm də deyirdi ki,
Aliyə bir işdən, bir də kitablardan zövq alır.
-
Bilirsən də...  Ad günüylə, toyla aram yoxdur. Bura ona görə
gəlmişəm ki, Nərgiz çox xahiş eləyib. – İstəyir səni dilə tutam.
-
Hə... Deyir, mənim üçün nəsə sürpriz hazırlayıb.
-
Bu  professor  Vaqifin  qızı  Rufiyyədir.  Nərgiz  deyir  guya  bir
vaxtlar sən onu sevirmişsən.
-
Nə?!
-
Hə, istəyir, onunla evlənəsən. Düzdür, mən şəxsi məsələlərdə
məsləhətçi olmaq  istəməzdim,  amma Nərgiz əl çəkmədi. Bura ona görə
yox, sənə görə gəlmişəm, Teymur.
Ürəyinin  səsinə qulaq  as.  Heç  kəsə həyatına  qarışmağa  icazə
vermə. Özün bilirsən mən sənin xatirini çox istəyirəm.
-
Sağol. Bu qarşılıqlıdır.
-
Sən də sağol. Daha gecdir, getsəm yaxşıdır.
Aliyə
qonaqlarla 
xudahafizləşib 
çıxdı.
-Teymuru
heyrətləndirən  Nərgiz  idi.  Ondan  nə əcəb  birdən  Rufiyyə yadına
düşmüşdü.  Yox,  son  zamanlarda  bacısı  bir  neçə dəfə ona  Rufiyyədən
danışmaq  istəmişdi.  Teymurun  fikri  yayınıq  olduğundan  bacısının  nə
sayıqladığına əhəmiyyət verməmişdi.
Qonaqların  hamısı  ilə salamlaşmışdı.  Amma  Rufiyyə
gözünə dəyməmişdi.  O,  Rufiyyəni  on  ildən  çox  olardı  görmürdü.


Nərgizdən  öz  atasının  baş  cərrah  olduğu  xəstəxanada  şöbə müdiri
işlədiyini eşitmişdi.
-
Teymur,  bir  nəfər səndən  şikayətlənir,  deyir  qocalmısan,
yaddaşın  xarab  olub,- bacısı  artıq  durub  getmək  istəyən  Rufiyyənin
qoluna girib Teymurun yanına gətirdi.
Teymur  nəzakətlə gülümsündü.  O,  bu  qadını  görmüşdü.  Raufun
anasının yanında oturmuşdu. Teymur onun uzaq qohumlardan olduğunu
zənn  etmişdi.  Həqiqətən,  onu  tanımamışdı.  Qızın  gözləri  nəmli  idi.
Əsəbi,  həyəcanlı  təsir  bağışlayırdı.  Elə bil  indicə ağlayacaqdı.  Amma
yox,  nə yaxşı  ki,  yox!  Rufiyyə zorla  da  olsa  gülümsündü.  Yaxşı  ki,
gülümsündü. Başqa cür Teymur onu dindirə bilməzdi.
Rufiyyə də Teymuru  çoxdandır  görmürdü.  Bir  də görüşə
bilməyəcəklərindən  onu  unatmağa  çalışırdı.  Ancaq  Teymur  qəlbindən
çıxmamışdı.  Rufiyyə hələ ilk  gənclik  illərində olduğu  kimi  onu  necə
həsrətlə gözlədiyini bu gecə daha dərindən anladı. Nərgiz evlərinə gəlib
qardaşını  unudub-unutmadığını  soruşanda    ona  elə gəldi  ki,  bu  elə
səadətin özüdür. “İlahi, doğrudanmı belə olur? Heç inanmağı gəlmirdi.
Teymur  onun  həyatına  məktəb  illərindən  daxil  olmuşdu.
Rufiyyənin  Nərgizi  görməyə gözü  olmasa  da  Nərgizgilə elə Teymura
görə gəlib-gedirdi.  Teymur  universitetin  birinci  kursunda  oxuyurdu.
Həyat necə gözəl idi. -Nərgiz onların çənəsinin altını kəsdirəndə Teymur
bacısını  məharətlə aldadıb    otaqdan  çıxarırdı.  Qaşla-göz  arasında
Rufiyyəyə görüş  təyin  edirdi. Nərgizin  heç  xəbəri  də olmurdu.  Teymur
belə şeylərdə son dərəcə usta idi.
Onlar  bir  neçə
dəfə
kinoya  getmişdilər,  şəhərə
gəzməyə
çıxmışdılar.  Öz  sirrinin  üstünü  Rufiyyə özü  açmışdı.  Teymurla
görüşdüyünü Nərgizin yanında ağzından qaçırmışdı. Nərgiz də qısqanıb
Rufiyyədən  küsərək  onu  evlərindən  qovmuşdu.  Beləcə Teymurla  onun
əlaqəsi kəsilmişdi. Nədənsə Teymur da onu daha arayıb axtarmamışdı.
O vaxt Teymurun xoşuna gəldiyini Rufiyyə gözəl bilirdi. Teymur
onu bir dəfə öpmüşdü də. O vaxtdan Rufiyyə heç kəslə görüşməmiş, heç
kəslə addım  atmamışdı.  Özünü  xəyalların  qoynuna  atıb  Teymurla
yaşamışdı. Budur, elə bil bu illərin əvəzi olaraq səadət özü onun qapısını
döymüşdü.  İndi  Nərgizin  də qısqanclığı  keçib  getmişdi.  O,  özü
Rufiyyəyə elçi düşmüş, qardaşına ərə getməsini xahiş etmişdi.
Bu  günü  o,  uzun  illərdir  gözləyirdi.  Bu  gün  taleyinin  üzünə
güləcəyini  düşünürdü.  Teymura ən  incə,  zərif  sözlər  hazırlamışdı.  Bu


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə