Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə22/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   18   19   20   21   22   23   24   25   ...   107

şəhərlərdən  gəlmə uşaqlı  qadılar  da  bu  vaxtlar  dənizin  qırağında  lövbər
salırdılar.  Kişilər  isə çox  az  hallarda  gözə dəyirdi.  Bu  qadınlar  hər  il
buraya  istirahətə gəldiklərindən  Mədinə onların  bəzilərini  şəxsən
tanıyırdı.  Amma  tənhalığı  sevdiyindən  bir  qırağa  çəkilib  mütaliə ilə
başını  qatırdı.  Kəmalə də gah  yanında  oturur,  gah  da  vedrəsini  su  ilə,
qum ilə doldurur, evciklər qururdu.
Şəhərin  tünlük  çimərliklərindən  fərqli  olaraq  burada  adamları
barmaqla  saymaq  olurdu.  Belə ki,  geniş  sahilin,  göy  suların  tək  sənə
məxsus  olması  adama  ləzzət  edirdi.  Dəniz,  elə bil,  tək  sənin  həmdəmin
idi.  Həm  də necə böyük  təsəlliydi.  Dərdinə iradsız  şərik  olur,
ovundururdu.
Gözlərini  qırçın  ləpələrə,  cilovsuz  dalğalara, əlçatmaz  uzaqlara,
üfüqlərə qovuşan maviliklərə dikirdi. Bu istirahər evində təbiətin hər cür
üzünü görmüşdü. Çiskin yağışları, dənizin qabaran sularını, adamı sərxoş
edən  küləyini.  Bura  çox  səfalı  idi.  Dünyanın ən  gözəl, ən  dilbər
güşələrindən idi.
Görünməz uzaq sahillərdən biri-birinin dalınca düzülüb qatar-qatar
gələn  yorğun  dalğalar  sanki  məcrasından  çıxmağa,  azad  olmağa  ümid
edir,  yer  axtarır,  tapmayanda  özlərini  qəzəblə,  coşğunluqla  sahildəki  iri
daşlara çırpırdılar. Beləcə mənasız yol gəlmələrinə bəlkə də təəssüflənir,
kədərlənirdilər.  Onların  ümman  göz  yaşları  dilsiz  daşlarda  muncuq-
muncuq sıralanırdı.
Oxumaqdan  yorulanda  kitabı  qatlayır,  suya  girirdi.  Qum  ayaqları
altında ovulur, ləpələr ləpirlərini öpürdü. Özünü şor, cod suyun ixtiyarına
verirdi. Sular həsrətindəymiş təki onu bağrına basır, ləpələr ağuşuna alıb
belinə sarılır,  öpür,  sığallayır, əzizləyirdi.  Coşğun  küləklərin  zümzümə
ilə ağuşuna  alıb  dənizin  içərilərindən  gətirdiyi  bihuşedici,  saf  havanı
təşnələr  kimi  acgözlüklə sinəsinə çəkir,  qeyb  təki  bu  görünməz
təravətdən, möcüzədən doymurdu.
Dalğalar  da,  elə bil,  küləyin  təmasından  sərxoş  olur,  coşub- daşır,
diyirlənir,  ağnayır,  köpüklənirdilər.  Sanki  kimsə onları  sabunlayıb
çimdirirdi.  Ağ  paltarlı,  oynaq,  çılğın,  cilvəli  köpüklər,  elə bil,  öz  gəlin
libaslarının  qırçın ətəklərini  sərirdilər.  Lap  insan  dodaqları  kimi
ağuşundakını  məstli  öpüşlərə qərq  edir,  bədənində muncuq – muncuq
izlər qoyurdu. Mədinənin gözləri, duyğuları sehrlənirdi. Özünü təravətli
köpüklərin  ixtiyarına  verir,  dincəlir,  məst  olurdu.  Dəniz  onu  qayğısız
dövrlərə, ülvi arzularla yaşadığı illərə - əvvəllərə qaytarırdı.


“Görən  bu  iş  universiteti  qurtaran  ili  niyə ona  qismət  olmadı?!
Onda həyatı bam-başqa, bu azad köpüklər təki  maraqlı, şən olardı. Tez
ərə
getməsəydi...
-
Atasına  yük  olmamaqdan  ötrü,  işsizlikdən,
əlacsızlıqdan  bu  addımı  atmışdı.  Yoxsa,  heç  bir  vəchlə sevgisiz  ailə
qurmazdı. Budur, özünə həyatda gün ağlamamış bir balacanı da dalınca
çəkməlidir.
Əlvida,  bu  coşğun  köpüklər  təki  sevimli,  ağ  arzular!  Mədinə
sevmədən  ana  olub.  Özü  də qız  anası.  Nə qədər  böyük  məsuliyyət  var
üstündə. Bu uşağa təhsil verməlidir, öz gününə düşməsin deyə onu asılı
olmadan tərbiyə etməlidir. Özgə yol yoxdur. Bu yükü heç bir kəsə həvalə
edə bilməz. Bu yalnız və yalnız onun yüküdür”.
Hərdən  az  qalırdı  dəli  olsun.  Ürəyi  partlamağa  gəlirdi.  Axı,  belə
qəlbsiz  bir  adama  o,  necə ərə gedə bilmişdi?  Doğrudanmı  uşağının  dil
açması,  yeriməsi,  gəzməsi  bir  ata  kimi  onun  üçün  maraqlı  deyildi?!
Arzularında  gələcək  həyatını  məgər  beləmi  təsəvvür  edirdi?!  Taleyin
istehzasına bax! Uğursuz ərə getməklə sanki özünü uçurumdan atmışdı.
Gözümü kor, qulağımı kar olmuşdu. Necə qıymışdı bunu özünə! Bəxtimi,
kor idi? Amma qəribəsi bu idi ki, ərini sevmədiyi kimi ona heç nifrət də
etmirdi. Əksinə ondan  canını  qurtarmasına  sevinirdi.  Şükür  Allaha  ki,
atası ona yiyə durdu, belə ucuz, murdar adamın əlindən çəkib çıxartdı.
Amma  indiki  vəziyyəti  də ürəkaçan  deyildi.  Sevməkdən,  yenidən
ailə qurmaqdan söz gedə bilməzdi.  Özünə daha heç nəyi icazə verməyə
cəsarəti çatmırdı. Qızını özgə ataya etibar edə bilməzdi. Bu asan məsələ,
onun  bacardığı  iş  deyildi.  Bu  barədə düşünmək  belə istəmirdi.  Öz
atasından  yarımayan  uşaq,  özgəsindən  yarıya  bilərdimi?!  Düzdür,
dünyada  sürprizlər  də az  olmur.  Amma  çətin  belə xoşbəxtlik  onun
bəxtinə düşsün.  Bəxtdən,  xoşbəxtlikdən  kasad  olsa  da  dözümü,  iradəsi
bol-bol  idı,  aşıb-daşırdı.  İndi    iradə və dözümündən  başqa  söykənməyə
heç nəyi yox idi.
Kəmalə böyüdükcə çox  şeyi  anlamağa  başlayırdı.  Axşamlar  onun
böyrünə sığınıb:  “Mənim  atam  yoxdur,- soruşurdu.  “-Həyətdə hamının
var.  Ritanın,  Azanın,  Solmazın.  Özü  də cavan.  Ataları  onları  gəzməyə,
karuselə aparır. Mənim atam hanı bəs?!”
Mədinə bilmirdi nə desin:
-
Bizdə də bublik  var,  nənə var.  Onlar  da  səni  karuselə,
gəzməyə aparırlar.


-
Bubliklə nənə qocadırlar.  Mən  onlardan  danışmıram.  Cavan
atadan danışıram.
Uşağın  suallarından  tutulurdu.  Belə davam  edə bilməzdi.  O  nəsə
ağlabatan bir şey deməliydi. Bir gün Kəmalə yenə bu söhbətə qayıdanda
Mədinə ona: “ Sənin atan ölub,”- dedi.
Kəmalə “ölüb”  nə deməkdir  bilirdi.  Həyətdə pişiklərdən  biri
ölmüşdü. Odurki, daha bu barədə suallar vermirdi.
Bacıları ərləri  ilə qonaq  gələndə Kəmalə xala ərlərinə göz  qoyur,
ancaq onlara yaxın getmirdi. Xala ərləri mehriban olsalar da Kəmalə nə
üçünsə onlara yovuşmurdu. Bir dəfə axşam yatmağa gedəndə gözlərində
yaş oyuncaqlarını yığıb onun yanına gətirdi. Nədənsə, “ana” demədi, adı
ilə müraciət etdi:
-Mədinə, apar bu oyuncaqları sat, onları istəmirəm, pulun çatmasa
qoy  bublik  də versin.  Ancaq  sən  hamının  atası  kimi  mənə cavan  ata  al.
Məni  çox  istəsin,  gəzməyə aparsın.  Ağladı.  Sabah  alacaqsan  de,
alacaqsan?!
O vaxt hələ Teymurla rastlaşmamışdılar. Uşaqdakı dəyişikliyi o, ilk
dəfə
Odessada  müşahidə
etdi.  Kəmalənin  adamlardan,  xüsusilə
kişilərdən  qorxduğunu  bilirdi.  Amma  Kəmalə Teymurdan  qorxmadı.
Özü onun qabağına qaçdı, əlindən tutmağa qoydu.
İlk günlər Teymurun Kəmaləyə münasibəti uzaqdan böyük qardaş,
əmi,  dayı  münasibətindən seçilmirdi.  Onun  Kəmaləylə oynamağa
hövsələsi çatırdı. Mədinə uzaqdan onlara göz qoyurdu. Teymur Kəmalə
ilə top-top  oynayır,  kəpənək  tutur,  qayıqda  gəzdirirdi.  Uşağını  hamıdan
çəkindirən  Mədinə,  nədənsə,  onu  Teymurdan  çəkindirə bilmirdi.  Hər
şeyə şübhə ilə baxan  Mədinə də özünü  tanıya  bilmirdi.  O,  Teymurdan
şübhələnmirdi.  Onun ədəbli davranışı, dənizin kənarında uşağın yanında
geyimli gəzməsi, uşaqla nəzakətli rəftarı onu sakitləşdirirdi.
Qocaları, xüsusilə körpəlikdən qızlarını yad kişilərdən gen gəzməyi
tövsiyyə edən  atası  da  Teymuru  bəyənmişdi.  Ona  o  dərəcədə etibar
edirdi  ki,  hətta  demə Kəmaləni  bəzən  məktəbdən  götürüb  gətirməsinə,
gəzməyə aparmasına da icazə verirmiş.
Bütün  bunların  üstü  sonralar  açıldı.  Mədinənin  Teymurla  tanışlığı
da  Kəmalə ilə əlaqədar  başladı.  Amma  Teymurun  onu,  nə də özünün
Teymuru sevəcəyini o vaxt Mədinə ağlına gətirmirdi.
Teymur  qadınlarla  tanışlığa  meylli  olmasa  da  xaricən  xoşagələn
olduğundan  onların  diqqətindən  yayınmaya  bilmirdi.  Boyu  hündür  idi.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə