Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə10/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   6   7   8   9   10   11   12   13   ...   107

yapışırdılar.  Onda  Teymur  bilmirdi  yaxasını  necə qurtarsın,  özünü  necə
aparsın, onlardan necə qaçsın.
- Bəri  ver,  mən  də çəkim, – deyə qız  avarları  odan  aldı.
Teymur etiraz etmədi. Virqa pis avar çəkmirdi. Teymur onu tərifləyəndə
: “ Atam öyrədib”, - dedi.
O gün axşam şam yeməyindən sonra təzəcə otağına qayıtmışdı
ki,  qapı  döyüldü.  Virqa  idi.  Uzunqol,  ağ  krujevalı  köynək,  qısa  qırçınlı
yubka geymişdi. Gözlərində, elə bil, od yanırdı.
- Gəl gedək, bu gün rəqs var, həm də səni atamla tanış etmək
istəyirəm.
Teymur etiraz etmədi. Onsuz da gəldiyi dörd günün içində
çox yeri görüb, çox yerə baş çəkmişdi. Yazı-pozu işi də heç cür getmirdi.
Evdə bundan  daha  ciddi  işləyirdi.  Tez  Bakıya  qayıtmaq  fikrində idi.
Virqaya da ona görə tabe olurdu ki, elə bil, məşğuliyyəti də yox idi.
Virqa onun qoluna girdi. Hərdən ona sarı əyilirdi. Virqanın
saçlarından yosun iyinə qarışıq ətir iyi də gəlirdi.
O,  Virqa  ilə rəqs  etmək  istəmirdi.  Ancaq  qız əl  çəkmirdi.
Teymurun qolundan elə yapışmışdı ki, elə bil, Teymur onun şəxsi əmlakı
idi. Virqa onun gedəcəyindən qorxaraq:
- Bəlkə gəzək, - deyə təklif etdi. Teymur razılaşdı.
Parkın içərilərinə üz tutdular. Hava qaralmışdı. Ətrafı zəif
fənərlər  işıqlandırırdı.  Uzaqdan,  rəqs  meydançasından  musiqinin  səsi
gəlirdi.  Aylı-ulduzlu,  məxmər  gecəydi.  Başlarının  üstündə bir- birinə
sarmaşan iri ağaclardan göyün üzü aydın seçilmirdi. Ayaqlarının altında
qar  təki  xışıldayan  çınqıl  daşlarının  səsi  ağacların  xəfif  pıçıltısına,
üzümlüklərdən  gələn  böcəklərin  səsinə qarışmışdı.  Arabir  qarşılarına
cütləşən adamlar çıxırdı. Teymur ancaq tanıdıqları ilə salamlaşırdı. Virqa
isə hamını  tanıyırdı,  hətta  hansı  şəhərdən  gəldiyini  və nə vəzifədə
işlədiyinə qədər bilirdi.
-
Oturaq, - qız dilləndi.
Skamyaların  birində əyləşdilər.  Virqa  sağ əli  ilə Teymurun
barmaqlarını  axtardı. Əlini  onun əlinə doladı.  Qız  xoşuna  gəlsə də
Teymur onunla ləyaqətlə rəftar etməyi qərara almışdı. Virqa onu o qədər
də məftun etmirdi. Yekə – yekə danışmağa çalışsa da dünya görüşünün,
mütaliyə dairəsinin  məhdud olduğu nəzərə çarpırdı.


- Sən  nahaq  hüquqşunas  təhsili  almısan.  İndi  də jurnalist
olmusan.  Sənin  yerin  kinodur.  Sən  gərək  aktyor  olaydın,  qız  artıq  ona
“sən” deyirdi.
O, əlini  Teymurun  dodaqlarına  yapışdırdı.  Teymur  diksindi,
amma  Virqanın əlini  öpmədi.  Bu  qızda  elə bir  şey  tapmırdı,  təkcə
gəncliyinin parlaq, məftunedici, cazibədarlığından başqa. Virqanın ətirli,
yumşaq saçları onun üzünə, yanaqlarına toxunurdu. Teymur onun gözəl
boynunun  ,  çılpaq  çiyinlərinin,  yumru  döşlərinin,  ipək  təki  hamar
olduğunu  bilirdi.  Virqa  dənizi  sevirdi.  Bütün  günü  sahildə gəzir,  üzüb
doyandan  sonra  çimərlik  taxtlarına  sərələnirdi.  Qızın  gənc,  qüvvətli
bədəni  onu  nə qədər  çox  cəlb  edirdisə,  bunlar  adi  məftunluqdan  uzağa
gedə bilmirdi.
- Nə üçün  sən  mənim  xoşuma  belə çox  gəlirsən? – Virqa
kədərlə soruşdu. Əllərini  nəvazişlə Teymurun  üzündə,  saçlarında,
boynunda  gəzdirdi.  Virqanın  üzündə rəğbət  oyadan  kədər  vardı.  Qız
başını onun sinəsinə sığdı. Sonra nar çiçəyi təki qırmızı,odlu dodaqlarını
onun  dodaqlarına  yaxınlaşdırdı.  Teymur  onu  da  duydu  ki,  bu  qızın
çiyinlərinə,  boynuna  hələ kişi  dodaqları  dəyməmişdir.  Oğlanın  onu
öpmədiyini  görüb  geri  çəkildi.  Qızın  gəncliyi,  məlahətli çöhrəsi  onu
səsləsə də Teymur  sakit,  təmkinli  olmağı  qərara  aldı.  Virqa  sərbəst,
cəsarətli  idi.  Teymurun  bir  nəvazişinə bənddi.  Sonra  onun  boynuna
sarılacaqdı. Kim bilir daha nələr tələb edəcəkdi. Göz yaşları axıdacaqdı.
Teymur  da  elə göz  yaşlarından  qorxurdu.  İndiyə qədər  o  qədər  qızlar
onun çiynlərinə baş qoyubsəbəbsiz ağlamışdılar ki! Bir də Virqa ilə belə
münasibətin mənasız olduğunu hiss edirdi. Virqa nə qədər gözəl olsa da
başqa  qadınlar  kimi  onu  bezikdirəcəkdi.  Bu,  indi  olmasa  da  bir
müddətdən sonra baş verəcəkdi. Evlənmək vaxtı çatsa da hələ heç kimin
üstündə dayanıb  dura  bilmirdi.  Qərara  almışdı  ki,  könlünə yatan  qadına
rast gəlməyincə evlənməyəcək. Anası, atası, Nərgiz, lap elə Rauf da ona
qız  axtarmaqdan  bezmişdilər.  Hər  dəfə də eyni  sözləri  eşidirdilər:  “ Əl
çəkin !”
Virqa  pansionatda  Teymura  maraq  göstərən  qadınlardan
öz  qəribə mühakimə və hərəkətləri  ilə fərqlənirdi.  O  qadınlar  gecələr
yastıqlarını  Teymurla  bölür,  səhərlər  isə heç  nə olmamış  kimi  hərə öz
işinin dalınca gedirdi. Nə diqqət, nə sevgi, nə də nəvaziş tələb edirdilər.
Virqa isə Teymurun diqqətini bütünlüklə özünə çəkmək istəyirdi. Onunla
tez-tez küsüb barışsa da, pansionatdakı qadınların heç birinə qısqanmırdı.


Özünü  onlardan  yüksək,  Teymurun  sevgisinə tam  layiq  hesab  edirdi.
Teymuru  o  vaxt  bir  şey  hədsiz  heyrətləndirmişdi  ki,  bu  da  qadınlarda
bəzi  duyğuların  kişilərə nisbətən  daha  güclü  inkişaf  etməsi  idi.  Mədinə
ilə qarşılaşandan  sonra  elə ikinci  gün  Teymurun  hələ özündən  baş
açmadığı, nə istədiyini anlamadığı bir vaxtda Virqa hər şeyi qabaqcadan
hiss  etmiş,  o  axşam  rəngi  solmuş,  qəzəbdən  göyərmiş  halda  başını
itirərək, nə edəcəyini bilməyərək Teymurun çiynlərindən tutub silkələyir,
göz yaşlarından boğula-boğula :
- Mən sənin ancaq xoşuna gəlirəm, onu isə artıq sevirsən, –
deyirdi.
Teymur  duruxub  qalmışdı.  Qızı  ovundurmaq  üçün
gətirdiyi  tutarlı  dəlillərin  heç  biri  Virqanın  həyəcanını  sakitləşdirmirdi.
Sonralar  Klaypedada  Virqa  ilə görüşəndə qız:  “Sən  ancaq  onu
düşünürsən, başında ondan başqa heç kəs yoxdur,”- deyib dururdu.
Bacısı da Teymurdakı dəyişikliyi birinci sezmişdi. Teymur
istirahətdən  gələndən  sonra  təkcə
Virqadan  məktub  almasına
baxmayaraq,  bacısı  sövqi-təbii  hisslə duymuşdu  ki,  Teymurun  qəlbini
yerindən  oynadan  bu  məktubun  sahibi  yox,  kimsə başqa  adamdır  və
Teymur deməyincə o, bu barədə bilməyəcəkdir. Ancaq elə ikinci il bacısı
izə düşüb onun kim olduğunu öyrənmişdi.
Virqanın xatirinə pansionatda yubandığı günün ertəsi yenə
onunla  birlikdə dənizə yollandılar.  Havalar  mövsümə müvafiq  günəşli,
isti keçirdi.
“Dzerjinski”  çimərliyinin  sahili  dəniz  səviyyəsindən  çox  yüksək
idi.  Burada  üzmək  bacarmayanların  və uşaqların  dənizə düşməsi əngəl
idi.  Dənizə enmək  üçün  qayalara  pərçim  edilmiş  dəmir  tutacaqlardan
istifadə etmək  lazım  gəlirdi.  Dənizin  dibi  görünmüdü.  Bir-iki  pillə
enəndən  sonra  su  adamın  boyunu  aşırdı.  Virqa  ilə Teymur  çox  vaxt
tutacaqlardan  istifadə etmirdilər.  Eləcə qayanın  üstündən  özlərini  suya
atırdılar.  Üzə bilməyənlər  dəmir  söykənəcəklərdən  yapışıb  bədənlərini
isladır, bununla kifayətlənərək  yuxarı qalxıb taxtların üstünə sərilirdilər.
***


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə