Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə12/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   8   9   10   11   12   13   14   15   ...   107

bağlanmasının bir səbəbi də elə Mədinənin özünün istiqanlılığı, elmliliyi
və ciddiliyi idi.
Mədinəni  elə belə ağaclar  altında  oturan,  parkda  gəzişən
görməzdin.  Hava  qaralan  təki  otağına  çəkilib  kitablardan  yapışardı.
Teymur  yuxarı  mərtəbənin  işıqlı  pəncərələrindən  qalın  pərdələr
arxasında  elə bil,  ana  ilə balanın  nə işlə məşğul  olduğunu  görürdü.
Kəmalə yerinə girən kimi yuxulayır, Mədinə də gözləri yumulunca kitab
oxuyurdu.
Teymurla  rastlaşanda  yanından  onu  heç  görmürmüş  kimi
ötürdü.  İstirahət  evində çox  qadının  diqqət  mərkəzində olduğunu,  xoşa
gəldiyini  bilən  Teymur  Mədinənin  ona  nə münasibət  bəslədiyini
bilmirdi. Əlbəttə,  Teymur  da  onunla  salamlaşmırdı.  Ancaq onun  qeyri-
adi  bir  aləmdə dolaşdığını,  onun əhatəsində hər  şeyin  gözəlləşdiyini,
hətta 
udduğu 
havanın 
da 
adi 
olmadığını 
düşünürdü. 
Onun
cazibədarlığında alovlu məhəbbət, həm də saflıq, sədaqət vəd edən nəsə
vardı.  Onun  düşdüyü  otaq  da,  oturduğu  skamya  da, əli  dəydiyi  nə
vardısa,  hamısı,  elə bil,  sehirliydi.  Qəribəsi  bu  idi  ki,  onun  Mədinəyə
olan  münasibəti  anasına,  ev  adamına  olan  münasibətə bənzəyirdi.
Teymur onu uzaqdan- uzağa özünün doğması bilirdi.
Onun  təbiətində özlərini  gözə soxmaya  çalışan,  rəqs
olduğunu  biləndə gündə bir  neçə dəfə yuyunub,  bəzənib – düzənən,
ətirlənən, yaxalarını az qala bellərinə qədər açıq qoyan, axşamlar ağaclar
altında,  qaranlıqda  sərxoş  kimi  xumarlana-
xumarlana  kişilərin
boynundan  sallanan  qadınlardan,  qızlardan  fərqli  olaraq  rəğbət  doğuran
elə şahanə bir qurur vardı ki, bunu sezməmək mümkün deyildi.
Mədinə uşaqla  gəlsə də tək  idi.  O, ərdə idimi, ərdə
deyildimi,  bu  barədə adamlarla  danışmadığından  Teymur  heç  nə
bilmirdi. Əvvəla,  belə cazibədar, həm  də ağıllı  bir  qadının  sahibsiz
olması  ağlabatan  deyildi.  Digər  tərəfdən  azərbaycanlı ərin  az  yaşlı
uşağıyla  cavan  arvadının  təkbaşına  istirahətə getməsinə razılıq  verməsi
də inandırıcı görünmürdü.
Onun ərindən  ayrıldığını  Teymur  elə həmin  axşam
Raufdan öyrəndi. Ancaq Mədinə tək olduğunu heç nə ilə biruzə vermirdi.
Bütün bunlara baxmayaraq onun iztirab çəkdiyi, bərk darıxdığı, bir yerdə
qərar  tuta  bilməməyi  diqqətli,  fəhmli  gözlərdən  yayınmırdı.  Teymur
əmin idi ki, Mədinə onu görürdü. Burada Teymurun ancaq və ancaq ona


görə yubandığını da bilirdi. Həm də Teymur özünə arxayın idi. Hələ ona
“yox” deyən olmamışdı.
Bir  dəfə Teymur  onunla  salamlaşdı.  Mədinə salamı
özünəməxsus  ləyaqətlə aldı,ancaq  Teymurun  onun  üzündə,  gözlərində
ilişib qalan, heç cür qopmaq istəməyən baxışlarını, elə bil, heç görmədi,
yaxud  da  görmək  istəmədi.  Mədinə ona  sonralar  da  gözünün  ucuyla  da
baxmadı.  Teymur  Mədinə üçün  onlarla  kişinin  içərisində heç  nə ilə
seçilməyən  adi  bir  adam  olduğunu  duydu.  Amma  yenə də inadından
dönmədi.
Mədinə, ümumiyyətlə, başını qaldırıb heç kimə, heç nəyə
baxmaq  fikrində deyildi.  Onun  bu  xüsusiyyəti  Bakıda  da  dəyişmirdi.  O
öz  içində qərara  gəlmiş  qətiyyətli,  qüvvətli,  sərt,  güzəştsiz  adamı
xatırladırdı.
O, Teymura heç bir hərəkəti ilə “məndən kənar ol”, yaxud
“əl  çək”  demirdi.  Teymur  onun  həndəvərliyində vurnuxanda  da
əsəbiləşib narahat olmurdu. Onun ətrafındakı laqeydlik dumanı çox qatı
idi.  Mədinənin  bütün  həyatı,  uşaqlığından  başlayaraq  indisinə qədər
Teymuru maraqlandırırdı. Onun nə vaxtsa kiməsə məxsus olması barədə
sakit,  həyəcansız  fikirləşə bilmirdi.  Hələ heç  bir  haqqı  çatmadığı  bu
qadını  keçmişinə,  üzünü  görmədiyi ərinə qısqanırdı.  Qəzəbindən  bütün
günü  özünə gələ bilmirdi.  Odur  ki,  onun  keçmişini  öyrənmək  fikrindən
birdəfəlik daşındı. Mədinə elə bu cür də xoşuna gəlirdi. Teymur onu da
hiss  edirdi  ki,  öz  keçmişi  ilə Mədinə çoxdan  vidalaşıb  və bu  keçmiş,  o
adam onun yaddaşında heç nə ilə qalmayıb.
Mədinənin  keçmişindən  canlı  bir  xatirə Kəmaləydi  ki,
Mədinə Teymurun  xoşuna  elə bu  uşaqla  bir  yerdə gəlirdi.  Kim  bilir,
bəlkə Kəmalə olmasaydı  onda  Teymur  Mədinəni  daha  yaxından  tanıya
bilməyəcəkdi.  Kəmalə həm  də anasının  hər  bir  ovqatını, əhvalını,
sevincini, kədərini, arzularını, duyğularını özündə əks etdirən güzgüydü.
Bu  güzgüyə baxanda  Teymur  Mədinənin  dünyasını  lap  aydın  görür,
qəlbinin döyüntülərini lap yaxından eşidirdi.
Mədinə ruhən də güclüydü. Təkcə öz istək və arzularının
deyil, hətta Teymurun da çovlan edən hiss və duyğularının öhtəsindən o
bədənin  sahibi  imiş  kimi  məharətlə gəlir,  onu  özünün  dəmir  iradəsinə
tabe edirdi. Qarşısında müti və aciz olduğu adam vardısa, o da  bu kiçik
qızcığazdı. O, Mədinəni xasiyyətinin əksinə getməyə vadar edir, istədiyi
kimi incidir, bütünlüklə özünə tabe edirdi.


Mədinəni  qəfəsindən  dörd  divar  arasından  çıxaran  da
Kəmalə idi.  O  qızcığazın  xatirinə bağda  ağaclar  altında  oturur,  dənizdə
çimir, şəhərə çıxır, rəqsə gedirdi. Teymur da Mədinəni ancaq bu vaxtlar
görürdü. Bəlkə elə buna görə də bu balaca qızcığaza həddsiz  minnətdar
idi. Həm də Kəmalə elə məsum, elə sevimli idi ki, ona laqeyd olmaq da
mümkün deyildi.
Teymur uşağın da sıxıntı keçirtdiyinin şahidi olurdu. Bu
onun  həmyaşlarının  ataları  ilə söhbətləri  zamanı  daha  çox  nəzərə
çarpırdı. Uşağın üzündən yaşına yaraşmayan qayğı, pərişanlıq oxunurdu.
O, bu kişilərin öz uşaqlarına necə qayğı göstərdiklərinə göz qoyur, sonra
dərindən köks ötürərək anasına sarı qaçırdı. Hələ uşaq olsa da tərslik və
dözümlülükdə də eyni  ilə anası  idi.  Qayıqda  gəzmək,  karuselə minmək
istəsə də arzusunu  bildirməzdi.  Çox  çəkingən  idi.  Xüsusilə kişilərdən
qaçardı. Amma Teymurla tez dostlaşdılar. Kəmalə, nə üçünsə, hər yerdə
tez-tez qabağına çıxan bircə bu “əmi”- nin üzünə gülümsədi. Onun özünə
sarı  uzanan əlindən  tutdu,  birlikdə karuselə minmək  təklifini  rədd
etmədi.
Kəmalə həm  rus,  həm  də ana  dilində yaşınaməxsus
sərbəst  danışırdı.  Hiss  olunurdu  ki,  Mədinə ona  hər  iki  dili  eyni  vaxtda
yaxşı öyrətməyə çalışır. Teymur onu azərbaycan dilində dindirdiyindən,
Kəmalə də onunla bu dildə danışırdı.
Mədinə ilə ilk  kəlməni  Kəmalənin  qayığa  minmək
arzusu  ilə əlaqədar  kəsdilər.  Çimərlikdə Teymurla  Virqa    qayığa  minib
dənizə çıxmaq  istəyirdilər.  Hardansa  Kəmalə gəldi:  “- Mən  də
istəyirəm”, - azərbaycanca  Teymura  bildirdi.  “-Yaxşı,  gəl,  otur”, -
Teymur  qayığın  ortasındakı  oturacağı  Kəmalə üçün  rahladı.              “-Qoy
gedim anamdan soruşum” – uşaq sevincək anasına sarı qaçdı. Qızcığazın
kəlməsi  çox  uzun  çəkdi.  Buna  hətta  Virqa  hirsləndi  də:  ”- İndi  ki,  bu
uşaqla getmək sənə çox maraqlıdır, buyur get” – deyib qayıqdan düşdü.
Virqa  yəqin  gözləyirdi  ki,  Teymur  onun  könlünü  alıb  birlikdə getməyə
razı  salacaq.  Ancaq  Teymur  buna  səy  etmədi.  “Bəlkə uşağın  xatirinə
Mədinə özü də qayığa oturdu” ürəyindən keçirtdi. Amma səhv etmişdi.
Uzun  kipriklərinin  bir-birinə
qovuşmasından,  üzünün
qızarmasından  Kəmalənin  ağladığı  hiss  olunurdu.  Görünür  icazə almaq
ona elə də asan başa gəlməmişdi. Ancaq buna baxmayaraq qızcığaz anası
ilə mübarizədə qalib  çıxmışdı.  Hətta  Mədinəni  gərgin  vəziyyətdə
qoyaraq özü ilə çəkib gətirmişdi.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə