Teymurun atasının da əmanət kassasında pulu vardı. O,
pulları Teymurla Nərgiz arasında bölüşdürəcəyini deyirdi. Ancaq
Teymurun Mədinə ilə evlənmək söhbətini eşidəndən sonra atası
bildirmişdi ki, o halda Teymur bir qəpik də almayacaq. Bununla atası
Teymuru fikrindən daşındıra biləcəyini zənn edirdi. O bilirdi ki, Teymur
səyahət etməyi sevir. Səyahət də Teymura az pullarla başa gəlmirdi.
Teymur bu pulları qazana bilmədiyindən atasından istəyirdi. Atası onu
haradan vuracağını yaxşı bilirdi. Prokuraturadan işdən çıxmasını da daim
başına sərki edirdi: -“O cür imkanlarını əlindən çıxartdın.” Elə bilirsən
Bakıda hər adam belə yerə işə girə bilir?! Yoxsa müxbirlik eləməklə
özünə gələcək yarada biləcəksən?! Elə bil sən bu cəmiyyətin adamı
deyilsən. Aldığın məvacib heç özünə çatmır, hələ əliuşaqlı bir qadına da
evlənmək istəyirsən. O qadını da, onun uşağını da, ələlxüsus qız uşağını-
yaxşı bəsləyib saxlamaq lazımdır. Hansı pullarla bu arzularını gerçək edə
biləcəksən?!”
Teymur elə belə də bilirdi ki, atası sözü fırladıb yenə
Mədinənin üstünə gətirəcək. Odur ki, birdəfəlik buna son qoymaq istədi:
- Qurtaraq bu pul söhbətini. - Bezdim. Daha səndən pul
istəyən olmayacaq. Həm də başıma sərki elədiyin o pulları heç sən də
məvaciblə
qazanmamısan. Onları camaatın cibindən, işçilərinin
əməyindən oğurlamısan. - Qızın da sənə oxşayıb. Qəddarlıqda da,
zalımlıqda da. Cadugərlərin, bəxt, tale bağlayanların qapısından sorağı
gəlir. Adam eşidəndə utanır. Nə istəyir bu yazıq Mədinədən. Ayıb deyil,
ata.
Bilirəm ki, sən də onunla əlbirsən.
- Mən?! - Atası qapıda dayanan və bu söz-söhbətdən nə
edəcəyini bilməyən anasına baxıb başını buladı.
–
İndi
məni
günahlandırır. Teymursa susmaq istəmirdi:
- Eşitmişəm ki, mənim Mədinəyə evlənmək istədiyimə görə
dost-tanışından, qohum-əqrabadan utanırsan. Amma Nərgiz üç körpə
anasını əməliyyat stolunda öldürəndə sən heç utanmadın. İstintaq aparan
müfəttişi evə çağırıb pul verdin. Qızını qanun qarşısında cavab
verməkdən, həbsxanadan qurtardın. Balaları yetim qalan qadın heç
vecinizə də olmadı. Qızının cərrah kimi naşılığını gizlətdin. Vicdan əzabı
çəkmədən öləni günahlandırdız.
Qızın
yenə
bacarmadığı
əməliyyatları öhdəsinə
götürməkdə davam edir. Sənsə göz yumursan. Qızına: “- Ehtiyyatlı ol”