Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə16/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   12   13   14   15   16   17   18   19   ...   107

illər ərzində yalnız  onun  olduğunu,  yalnız  onun  həsrətilə yaşadığını
deməyə hazırlaşırdı.
O, yanılmışdı. Teymur onu soyuq təzimlə salamlamışdı, vəssalam.
Onun  tərəfə sonra  heç  baxmamışdı  da.  İndi  Teymurun  onu  heyrətlə
süzdüyünü  görən  Rufiyyə başa  düşürdü  ki,  bu  adamla  onun  arasında
daha  heç  nəyi  bərpa  etmək  mümkün  olmayacaq.  Onlar  bir-birilərindən
çox aralanmışlar. Teymur onu tamam unutmuşdur.
Rufiyyəyə görə Teymur dəyişməmişdi. Onda əvvəlki təki şuxluq və
gənclik duyulurdu. Yenə adamı çağırırdı. Lakin bura gəldiyi üçün qızın
özünə acığı  tuturdu.  Rufiyyə başa  düşürdü  ki,  Teymurun  haradasa,
kimisə vardır və bu adam Nərgizin ürəyincə olmadığı üçün Rufiyyə indi
buradadır. Nərgiz onu Teymurun istəyi ilə çağırmayıb. Teymurun Aliyə
ilə söhbətinə göz qoyan Rufiyyə Aliyə kimi onunla dost ola bilməməsinə
də heyfslənirdi.
Düzdür,  Teymur  xoşbəxt  görünmürdü.  Üzü  qəmli  idi.  Ancaq  bu
məhzunluqda da nə isə cazibədar bir şey vardı. Nərgiz Teymurun uşaqlı
bir  qadına  vurulduğunu  Rufiyyəyə eşitdirmişdi.  Rufiyyə bunu  ciddi
qəbul  etməyib,  subay  kişi  üçün  ötəri əyləncə olduğunu  düşünmüşdü.
“Uşaqlı  qadın  hara,  Rufiyyə hara!  Onun  28 yaşı  var.  Elçiləri  başından
aşır.” -Amma  nə qədər  yanlış  fikirlərmiş  bu.  Qardaşla  bacının  soyuq
münasibəti ilk baxışdan nəzərə çarpmasa da, Rufiyyə anlayırdı ki, onlar
o  illərdəki  kimi  indi    də uzaqdırlar  və bir-birilərini  eşitmək  belə
istəmirlər Rufiyyə qardaşla bacının arası olmadığına indi özünün faciəsi
təki  baxırdı.  Bəlkə də bir  vaxt  Nərgiz  mane  olmasaydı,  o,  Teymuru
özünkü edə bilərdi. - İndi isə mümkünsüz idi.
“İlahi, axı, o, bu evə nə üçün gəlib. Niyə özünü belə yüngül tutub
?! Bacı, ata-ana onu gəlin kimi əzizləyir, Teymursa heç tanımırdı. Bura
gəlməsi  mənasızmış.  Hələ özünü ələ ala  bilirkən  ağlını  itirməmiş  bu
evdən tez getsə yaxşıdır.”
Nərgizə bax!  Onu  baştutmaz  sevdaya  sövq  etmək.  Belə
qeyri-
ciddilik  olar?!  Yoxsa,  Rufiyyəni ələ salmaq  istəyib.  Axı,  nə üçün  bu
tələyə düşüb? Yəqin bəsirəti də bəxti təki bağlanıb?!”
Nərgizə Teymur  da  qəzəblənirdi.  Bacısı  çox  pis,  bağışlanılmaz  iş
tutmuşdu.  Rufiyyənin  üzü  sanki  şişib əyilmişdi.  Qız  ləngər  vururdu.
Teymur onun paltosunu tutdu. Rufiyyənin  özünü itirdiyi aydın sezilirdi.
- Sağ  olun.- O,  oturanlarla  xudahafizləşib  tez  qapıdan  çıxmağa
tələsirdi.


Teymur  da  onun  dalınca  çıxdı.  O,  bacısının  tutduğu  bu  işin  necə
ağır  olduğunu  dərk  edir,  Nərgizin  yerinə xəcalət  çəkirdi.  Pilləkənləri
düşərkən  Rufiyyə ondan  qabağa  keçdi.  Ancaq  qız  addım  ata  bilmirdi.
Teymur onun qolundan yapışdı.
-
Maşına  otur,  səni  evə özüm  aparacağam. – Teymur,  nəhayət
dilləndi və onu blokun ön qapısının qarşında duran maşına sarı çəkdi.
Rufiyyə arxa  oturacağa  keçdi.  Bir  addımlığında  olan  Teymurun
qətiyyətli  hərəkəti,  ciddi  üzü  Rufiyyəni  yenidən  valeh  edirdi.  Ancaq
onda  özünə qarşı  eləcə nəzakət  görürdü.  Heç  bir  isti  münasibət
duyulmurdu.
Teymur  da  keçib əyləşdi.  Arxaya  baxmadan  alnını  ovuşdurdu.
Danışmağa tələsmirdi. Əyləci basdı.
-
Bu mənim maşının deyil, - Nərgizindir, - dedi.- Ümumiyyətlə
mənim  maşınım  yoxdur.  Lazım  olanda  Nərgizdən,  atamdan  götürürəm.
Qızın fikrini dağıtmaq üçün dostyana danışmağa başladı.
Rufiyyədən  səs  çıxmadı.  Maşın  şəhəin  gah  işıqlı,  gah  qaranlıq
küçələrini keçir, irəliyə şütüyürdü. Rufiyyə dalğın-dalğn yola baxırdı.
Teymur  hıçqırıq  eşitdi. - Rufiyyə ağlayırdı.  O,  maşını  saxladı,
arxaya çevrildi. Qız əli ilə üzünü tutmuşdu. Barmaqlarında, qulaqlarında
zinət əşyaları  parıldayırdı.  İri,  paxlava  brilliant  üzük,  gül  üzüklər,  göz
qamaşdıran  sırğalar.  Birdən  Mədinənin  qulaqlarını,  barmaqlarını
xatırladı. Üzüksüz, sırğasız. - Mədinə ziynətdən istifadə etmirdi.
Rufiyyə Teymurun  üzündə dolaşan  baxışlarını  sezib  ciddiləşdi.
Daha ağlamırdı. İri sırğalar saçının içində görünməz oldu.
-
Nə əcəb, Nərgiz səni ad gününə dəvət edib? - Bir vaxtlar, axı,
səninlə arası yox idi, - yenidən dostyana soruşdu.
Teymur Rufiyyənin onu indi də sevdiyini ağlına gətirmirdi. Bir vaxt
onunla  görüşməsinin  uşaqlıq  marağı  olduğunun,  elə Rufiyyənin  də bu
cür anlamasına tam əmin idi.
Rufiyyə yola  baxır,  susurdu.  “Budur,  təkdilər.  Həmişə arzu  edərdi
ki, Teymurla tək qalsınlar, o da hissləri barəsində Teymura danışsın. İndi
belə fürsət ona verilmişdi”.
Teymurun  gecənin  kölgəsində mis  rənginə çalan  üzü,  qəmli
baxışları  ciddi,  məzmunluydu. - Rufiyyəni  çəkir,  dilini  açırdı.  Amma
davranışı soyuq, vədsiz idi.  “Yox, yox, sussa yaxşıdır. Qoy Teymur heç
nə başa  düşməsin.”  Ağlamasına  da  acığı  tuturdu.  “Niyə ağlayırdı.
Ağlamaqla  nəyi  dəyişdirə biləcəkdi,  axı?”  Deyəsən  bu  özündən  asılı


deyildi. Nərgizin dediyinə görə Teymur Rufiyyədən on yaş böyük qadını
sevirdi. Çox təəccüblü idi.- Uşaqlı qadını sevirdi. Onusa heç xatırlamırdı.
Teymurda özünə qarşı sevgiyə oxşar heç nə tapmırdı.
-
Mən  çatdım, - deyib  Rufiyyə maşından  düşdü.  Sağollaşdı.
Şux  yeriməyə çalışsa  da  alınmırdı.  Bu  ağır  gecəni  unutmaq,  özünü  tam
ələ almaq üçün ona vaxt lazım idi.
Xeyli  müddət  Teymur  maşını  yerindən  tərpədə bilmədi.  Sanki
ağırlaşmışdı.  Nərgiz  onun  hisslərini  bilə-bilə qəsdən  belə eləmişdi.  Bu
onun digər əməlləri ilə qarışıb günah, ağırlıq təki Teymuru əzirdi.
Rufiyyəgilin  işığı  sönməmişdi. - Birdən  səs  eşitdi.  Nəsə maşının
üstünə düşdü.  Teymur  qapını  açıb  baxdı.  Bu  onun  uzun  illər  bundan
qabaq Rufiyyəyə bağışladığı “çeburaşka” idi.
O,  yuxarı  boylandı.  İşıq  yanmırdı.  Rufiyyənin  ağlaması  yadından
çıxmırdı.  Gah  Mədinə,  gah  da  onun  barəsində fikirləşirdi.  Biri,  elə bil
varlığına hava təki dolur, onu qanadlandırır, digəri isə qurğuşuna çevrilib
damarlarını sıxırdı.
“Mədinə olmasaydı  o,  Rufiyyə ilə evlənərdi.  Sevməsəydi  də
evlənərdi.”
***
Qonaqlar dağılışandan sonra atası Nərgizi səslədi:
-
De  görüm,  Teymur  Rufiyyə ilə getdimi? – soruşdu.  Sən
girişdiyin iş mütləq baş tutar,- atası qızına ümüd etmək istəyirdi.
Ancaq  Nərgiz  artıq  özü  buna  inanmırdı.  Qardaşını  yola  gətirə
bilməyəcəyini anlayırdı. “O ilanı, yaşıl gözlü ilanı, yanıbalalı dişi pələngi
qardaşının  yolundan  rədd  etməyincə heç  nə alınmayacaqdı.”  Bir  vaxt
qardaşı  Rufiyyəni  də xoşlayırdı.  Nərgiz  olmasaydı  bəlkə indi  özləri
boyda uşaqları olardı. Amma qardaşı bu gün Rufiyyəni heç tanımamışdı.
Necə laqeyd olub!
Nərgiz  qardaşını  özü  bildiyi  kimi  sevirdi.  O,  ata-anasından  başqa
qardaşını  hamıya,  hətta əri  Raufa  da  qısqanırdı.  Raufla  Teymurun
münasibəti elə idi ki, sanki Nərgiz yox, Rauf Teymurun qardaşı idi. “Bəs
Aliyə?! - Qardaşı bu qadına Nərgizdən çox hörmət edirdi.”
Nərgiz  Teymurun  kiminsə uşağının  dalınca  düşməsinə,  kiminsə
artığının xiffətini eləməsinə artıq tab gətirə bilmirdi.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə