Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə17/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   13   14   15   16   17   18   19   20   ...   107

“  Nərgiz  Aliyəyə
nə tapşırmışdı,  o,  özünü  necə aparırdı!    Hər
kişini bəyənməyən bu “erkək” Aliyə Teymuru görəndə özünə necə sığal
çəkirdi.  Elə canlanırdı,  elə bil,  nəsə tərpənirdi  içində.  Bu  laqeyd  qadın
dönüb olurdu nazənin bir dilruba.” - Bu gecə o, nə çox şey kəşf etdi! O,
Aliyənin  Teymura  biganə olmadığını  bir  neçə il  bundan  qabaq
görmüşdü.  Onda  Aliyə ərindən  təzə boşanmışdı.  Gözü  düşmüşdü
Teymura. Aliyə də Mədinədən heç geri qalmırdı. Yaxşı ki, Teymur ona
bir elə məhəl qoymadı. Yoxsa keçirəcəkdi onu caynağına.
Nərgizin ürəyi partlayırdı. “İlahi, gör doğma qardaşına necə həsrət
qalıb!”  Onu  doyunca  görə bilmir,  üz-üzə oturub  danışa  bilmir,  bölüşə
bilmir. Bəxtəvər o qızlardır ki, qardaşları onların dediyi ilə durub-oturur.
Nərgiz 
Teymurun 
mülayimliyini, 
həlimliyini, 
qəlbən 
saflığını,
təmizliyini  gözəl  bilirdi.  Elə buna  görə qadınlar  ondan  qopmurdular.
Teymura görə nə qədər rəfiqəsi ilə gediş – gəlişi kəsmişdi.  Nərgizin bu
qızlara ona görə acığı tuturdu ki, onlar evin astanasına ayaq basan kimi
Nərgizdən  çox  onun  qardaşına  valeh  olur,  bu  evin  gəlini,  Teymurun
sevgilisi olmaq üçün daha nə hoqqalardan çıxmırdılar. Elə buna görə də
Nərgizi qəzəbləndirirdilər.
O, gözünü  açandan  qardaşını  yanında  görməyə adət  etmişdi.
Qardaşı  həmişə ona  məxsus  olmuşdu.  Teymuru  görməyəndə Nərgiz
darıxırdı.  Teymur  onun  üçün  “qoruyucu  mələk”  idi.  Yadına  gəlir,
valideynləri onu ilk dəfə məktəbə birinci sinfə aparmaq istəyənda onlara:
“ Siz yox, qoy Teymur aparsın,” -demişdi. Bir dəfə qonşunun  ovçarka iti
ilə blokda üz-üzə çıxanda qışqırtısına həyətdə uşaqlarla oynayan Teymur
birinci özünü çatdırmışdı.
Bağda,  dənizdə Teymur  onu  heç  vaxt  tək  buraxmırdı.  Özündə
bacısına  qarşı  böyük  məsuliyyət  duyurdu.  Dənizdə üzüb  uzaqlara
gedəndə Nərgiz  onu  haraylardı.  Qayıtmadığını  görəndə özünü  suya
atardı,  üzüb  ona  çatmağa  çalışırdı.  Teymur  “Nərgiz  batar”,- deyə tez
geri  dönüb  onun  xatirinə sahildən  uzaqlaşmazdı.  Ona  hər  yerdə
“Teymurun  bacısı”  kimi hörmət  edirdilər.  Onun  bütün  şıltaqlıqlarına
dözən Rauf da bəlkə elə qardaşının xatirinə Nərgizin könlünə dəymirdi.
Raufa da ona görə ərə getmişdi ki, bunu ondan Teymur xahiş etmişdi.
Teymur  onun  dərslərini  yoxlayırdı.  Cəbri,  həndəsəni,  kimyanı,
fizikanı hövsələ ilə başa  salardı.  O,  Nərgizə ad  günündə,  bayramlarda
hədiyyələr  alırdı.  Nərgiz  ata – anasından  çox  Teymurun  hədiyyələrinə


sevinərdi. Qardaşının gözəl zövqü vardı. Onun aldığı  geyimlər Nərgizə
hamınkından çox yaraşırdı.
Gəlin  getdiyi  gün,  Teymurla münasibətləri  o  uzaq  uşaqlıq
illərindəki  təki  olmasa  da  o,  ağ  paltarda  qardaşına  yaxınlaşmış,  onun
rəyini  soruşmuşdu:  “Əgər  sənin  xoşuna  gəlirsə demək  hamının  xoşuna
gələcək,” - demişdi.  Teymur  onun  alnından  öpmüşdü.  Onun  gözlərinin
yaşardığına  Nərgiz  o  vaxt əhəmiyyət  verməsə də indi  qardaşının  bu
zərifliyindən  kövrəlirdi.  Amma  budur,  gör  onlar  bir-birilərindən  necə
aralanmışlar.  Qardaşı  daha  onu  sevmir,  onun  arzuları  ilə maraqlanmır,
ondan  qaçır,  ona  hörmət  etmir.  “Nə üçün,  kimin  üstündə?!  Yanında
küçüyü olan  kiminsə artığının  üstündə”.  Aman  Allah,  bir  qandan,  bir
candan olasan belə yadlaşasan.
O,  ağlayırdı.  Gözü  yaş  görməyən  Nərgiz  qardaşının  ağılsızlığına
ağlayırdı.  “Qürursuz”.    Belə gözəl  olasan,  amma  qürurun  olmaya.
Əlbəttə cadu  eləyiblər.  Elə Mədinə eləyib.  Onun  yaşıl  gözlərindən
cadugərlik  yağır.  Bağlayıb  Teymurun əl – qolunu,  bəxtini,  fikirlərini!
Doğma bacısını düşmən görür, doğma atasını düşmən görür.
Rufiyyəyə bax! Əlinə gözəl,  ağıllı  kişi  verirəm,  saxla  da.  Çək  öz
tərəfinə. Könlü balıq istəyən quyruğu suda gərək. İndi ki görürsən o sənə
yan  olmur,  sən  ona  yan  al.  Deyirəm  məsələ necə qurtardı,  ağlayır.
Deyirəm ay qız, bu hər şey demək deyil, Teymurun ürəyi yuxadır, bir az
bərk  yapışsan,  hara  getdi  qabağına  çıxsan,  tez-tez  zəng  etsən, əllərini
boynuna  dolasan...  Nə olub,  yaşa  dolub  ağırlaşmısan?!  Bir  vaxt  ondan
qopmurdun”.  Yenə yadına  məktəb  illəri  düşdü.  Doqquzuncu  sinifdə
oxuyurdular.  Rufiyyə bir  gün  ona  yaxınlaşıb  Teymuru  soruşdu.  Nərgiz
qəzəbindən ağız – dodağını dişlədi: “Sənin tayındır Teymur. O, tələbədir,
universitetdə oxuyur”.  “Biz  onunla  görüşürük”,- Rufiyyə utanmadn
bildirmişdi.  Hər  gün  kinoya  gedirik.  O,  mənə şokoladlı  dondurma,
pirojna  alır”. Onda  Nərgizin  az  qala  ürəyi  partlayacaqdı.  Evə gəlib  o
qədər  ağladı  ki!  “İstəmirəm,  istəmirəm, - qışqırırdı.  Teymurun  Rufiyyə
ilə kinoya getməsini istəmirəm”. Teymur da, ata-anası da ona təəccüblə
baxırdılar.
İndi  də Nərgiz  Rufiyyəgilə getməzdi, əgər  Teymur  ağlını  itirib
Mədinə ilə evlənmək  istədiyini  deməsəydi.  Rufiyyə kökəlmişdi,
eybəcərləşmişdi.  Üzünün  cizgiləri    kobudlaşmışdı.  Teymursa  şux,
təravətliydi.  Eyni  ilə Mədinə kimi.  Nərgiz  Mədinəyə nifrət  etsə də,  bu
izdivacı ağlına belə gətirməsə də Mədinəni bəyənirdi.


Qardaşının kimin toruna düşdüyünü bilmək istədiyindən o hamıdan
gizli  Mədinə işlədiyi  binaya  getmiş,  qadın  işdən  çıxanda  ona  kənardan
baxmışdı.  Ürəyi  o  dəqiqə sancmışdı!  Lap  kora  da  bəlli  idi  ki,  Teymuru
ondan  qopartmaq  mümkün  olmayacaqdı.  Mədinənin  adamlarla ədəbli
davranışı,  ağır  təbiəti,  fikirli  siması  Nərgizə də xoş  gəlirdi.  Ona-buna
ağız  büzən,  hərədə bir  eyb  tapan  Nərgiz  Mədinənin  gözəlliyinə,
şuxluğuna,  mədəniyyətinə istər-istəməz  valeh  olmuşdu.  Hardasa  o,  elə
Teymurun  özünə oxşayırdı.  Onun  kimi əsmər,  möhkəm  bədən,  şux  idi.
Modellərə xas bişilmiş qamət, parlaq şabalıdı saçlar, qaynar, alovlu yaşıl
gözlər,  tuşsuz,  sürməsiz  sıx  qatlaq  kipriklər.  Həm  də ağır,  təmkinli,
ehtiyyatlı,  dedikcə qürurlu,  adamı əsir  edən  zahiri  ilə uyuşmayan
ciddilik.  O  kişilərin  üzündə gəzən  baxışlarına  məhəl  qoymadan
soyuqqanlılıqla yeriyirdi.
Nərgiz  imkan  tapan  kimi  Mədinəni  qarabaqara  izləyirdi.  Səhərlər
işə onu  atası  köhnə “Jiquli”də gətirirdi.  İşdən  çıxanda  isə atası
olmayanda  o,  trolleybusla  gedirdi.  İstirahət  günlərində heç  yana
çıxmırdı.  Hətta  kinoya,  teatra,  kiməsə qonaq  belə getmirdi.  Mədinənin
qardaşı  yox  idi.  Bacıları  vardı.  Nərgiz  izə düşəndə axırıncı  qız  da ərə
getmişdi.  Mədinə yalnız  məzuniyyət  vaxtı  idarədən  başqa  şəhərlərə
putyovka alır, ya da elə Bilgəhdəki istirahət evində dincəlirdi.
Nərgiz  tənbəllik  etmədən  Bilgəhə gedir,  Mədinəyə lap  yaxından
göz  qoyurdu.  Qadın  çimərlik  kostyumunun  üstündən  xalat  geyinir,
azyaşlı  gözəl  qızcığazın əlindən  tutub  sahilə enirdi.  Ləpədöyəndəki
skamyada oturur, jurnal, kitab oxuyurdı.
Adi  çit  xalatda  da  o  gözəl  görünürdü.  Üzməyi  bacarmırdı.  Bəlkə
buna  görə suya  çox  girmirdi.  Onun  nə fikirləşdiyini  Nərgiz  bilmirdi.
Ancaq üzü ehtirassız və qəmli idi. Uşaq da ürəkli deyildi. Tez-tez gəlib
anasının böyrünə sığınırdı.
Nərgiz  Mədinə ilə danışmaq  istəsə də bunu  bacarmırdı.  Qadının
ölçülüb-biçilmiş  hərəkətləri,  oturuşu,  duruşu,  o  qədər  ağayana  idi  ki,
Nərgizin  boğazı  quruyurdu.  O  bu  qadının  qarşısında  özünün  dünya
görünüşününmü, savadınınmı, mədəniyyətininmi, - nəyininsə naqisliyini
duyurdu.
“Yox,  mən  onu  yox,  o  məni  cadu  edib.  Yoxsa  məni  də hökmlü
duruşu,  iradəsi  ilə ovsunlayır?!  Tülküdür,  hiyləgərdir.  İştahına  bax!
Özündən  kiçik  subay  oğlana ərə getmək  istəyir.  Özünü  elə aparır  ki,
güya onun heç belə fikri yoxdur”.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə