Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   9   10   11   12   13   14   15   16   ...   111

 
32
hər kəsin evini, torpağını özünə verəcəklərmi? Comərd deyirdi: «Darıxma, qağa, 
yaman günün axırı aydınlıqdır. Yenə öz kəndimizə qayıdacayıq. O zaman nə 
erməni daşnakları olacaq, nə müsəlman mülkədarları». Amma, mən buna 
inanmıram. Tökülən dolmaz. Elə öz qardaşımın da əlləşib, vuruşmasından, onunla, 
bununla döş-döşə durub dava-dalaş salmasından bir şey çıxmadı. Andronik 
kökümüzün üstündə od qaladı. Allah baislərin evini başına uçursun… Axı, biz 
ermənilərə nə eləmişdik?.. Niyə məxluqu yerindən, yurdundan elədilər?.. Görəsən 
Armenakgilin dolanışığı necədir? Görəsən heç bizi yadlarına salırlarmı? 
İnanmıram ki, bizdən üz döndərələr. Mən ki, Armenakı tanıyıram, vallah əlacı 
olsa, yerimi bilsə, ayaqyalın gəlib məni tapar. Yəqin ki, o da mən deyəni deyir: 
Allah dostu-dostdan ayıranların ocağını qaraltsın». 
Nəbi yenə canını qaşıdı, sönmüş qəlyanını təzədən yandırdı… 
Növrəstə əlində yamaqlı, kirli, boz çuxa gəldi. 
- Gün olsa da, sənə soyuq dəyər, ata! – deyə çuxanı Nəbinin çiyninə saldı. – 
Naxoşluqdan təzə durmusan, zəifsən. 
Növrəstə atası ilə yanaşı oturdu. 
Nəbi qəlyanını sümürüb: 
- Hə, qızım, - dedi, - əvvəlcə qızdırma-titrəmə, sonra da bu zəhrimar qotur 
məni  əldən saldı. Bu Bərgüşad çayının lili, isti suyu biz dağ adamlarını puça 
çıxartdı. Bu yerin mığmığası canımızı  qızdırmaya saldı. Görünür ki, bu əzab-
əziyyəti alnımıza Allah yazmışdır. Neynək, kərəminə  şükür… - Nəbi yenə 
bədənini qaşıya-qaşıya sözünə davam elədi: - Elə bu qoturluq, qaşınma 
bədənimdən çıxsa, yenə bir işdən-gücdən yapışa bilərəm. Deyirəm, ay Növrəstə, nə 
yaxşı ki, Comərdlə  Şahmərdan işləyib, bir az dəndən-düşdən alıb evə qoydular, 
yoxsa biz necə dolanardıq?! 
Növrəstə dinmədi. Atasına demədi ki, onların qazandıqları un, düyü qurtarır. 
Dağarcığın dibində on-on beş yuxalıq un, iki bişirimlik düyü qalmışdır. 
Növrəstə Nəbinin qolundan yapışıb: 
- Canını qaşıma, ata! – dedi. – Qotur artar, bütün bədənini götürər.  İndi 
Yusif odun gətirər, su qızdırıb köynəyini, dizliyini yuyaram. Özün də girərsən 
suya. 
- Nə deyirəm, bala. Allah səni mənə çox görməsin. Amma heç bilmirəm bu 
qürbət yerdə axırımız necə olacaq?! O kənddən bu kəndə, bu kənddən o kəndə 
köçmək bizi əldən saldı… Yuxarımolludan bu kəndə köçdük ki, bəlkə burda 
dolanacaq tapaq… Eh, hər yer birdir. – Nəbi dərindən köksünü ötürdü. – Comərdlə 
Şahmərdan da Qiyası götürüb getdilər. İki aydır ki, kağızları, soraqları yoxdur. Nə 
bilim, başlarına nə  gəldi. Allah canlarını barı sağ eləsin. Amma böyük bir səhv 
eləmişəm, qızım. Gərək burda qalmayaydıq. Onlar ki, bizi aparırdılar, elə  gərək 
hamımız bir yerdə Bakıya gedəydik. Erməni deyər ki, musurmanın sonrakı  ağlı 
mənim olaydı. Nə bilim, dedim, gedərik, orda yaşamağa yer-yuva tapılmaz, uşaqlar 
işə girə bilməzlər, qalarıq düzlərdə. Heç olmasa, bu kənd yerində, bir töylə 
bucağında oluruq. Bir az da gözlərik, gəlib çıxmasalar, köçərik başqa kəndə. 
Növrəstə  köksünü ötürüb dedi: 


 
33
- Eh ata, hara gedəcəyik ki, buradan yaxşı olsun. Vallah, elə əmim də, o da
1

bizi burda qoyub, nahaqca getdilər.  İndi ha gözlə ki, gəlib çıxacaqlar. Sənin 
naxoşluğun ürəyimi hər şeydən betər sıxır. 
Ata ilə qız xeyli dərdləşdilər. 
Yusif dalında odun şələsi, həyətə girdi. 
Növrəstə ayağa durub: 
- Bacın sənə qurban, qardaş! – deyə  şələni alıb yerə qoydu. – Yoruldun? 
Necə də tərləmisən, ay Yusif… 
- Yox, bu nə şələdir ki, yorulam. – Yusif qolunun ağzı ilə alnının, üzünün 
tərini sildi. 
Növrəstə odunu götürüb içəri apardı. Yusif atasının yanında oturdu. 
- Necəsən, ata? – Yusif, bir tərəfi sürüşüb aşağı düşmüş çuxanı  Nəbinin 
çiyninə çəkdi və gözünü atasının avazımış üzünə zillədi. 
- Sən yaxşı ol, bala. Deyəsən şələ sənə güc gəlib, yorulmusan. Eybi yoxdur, 
iş adamın cövhəridir. Mən bikarçılıqdan darıxıram. 
- Şələ ağır deyildi. Qaça-qaça gəlmişəm. 
- Yavaş gələ bilmirdin? Dalınca atlı-zad qovmurdu ki… 
- Atlı qovmurdu, qoruxçu İbadullah qovurdu. 
- Ə, onun səninlə nə işi var? 
- Sənə indiyə kimi deməmişəm, ata. Mən həmişə oduna gedəndə, o köpək 
oğlu mənə göz verir, işıq vermir. Qoymur ki, bağların qurumuş  ağaclarından 
doğrayıb gətirəm. 
- Bəlkə, yaş ağacları kəsirsən, onun üçün qoymur. 
- Yox, vallah, uşaq deyiləm ha. Bilirəm ki, yaş ağaca dəymək olmaz. Quru 
kötükdən-zaddan doğrayıram. 
- Bəs nə deyir, niyə qoymur? 
- Nə bilim, ağzına gələni danışır. Hə,  əvvəlcə qonşumuz  Şamxal  əminin 
bağından bir az odun qırdım, şələm dolmadı, keçdim Baxış bəyin bağına. Çıxdım 
yekə dağdağan ağacının təpəsinə. Başladım qurumuş budaqlardan kəsməyə. 
Dəhrəmin səsini hardan eşitdisə, bir də gördüm söyə-söyə  gəldi. Ağacın altında 
dayanıb, tülkü kimi altdan-yuxarı mənə baxa-baxa dedi: «Ə, düş aşağı! Oğru pişik 
kimi ora niyə  dırmaşmısan?» Bildim ki, hirslənib, məni  əzişdirəcək, düşmədim. 
Ağacı silkələmək istədi ki, yıxılım, gücü çatmadı. Bir neçə dəfə daş atdı. İncəvara 
heç biri məni tutmadı. Dedi: «Yaxşı, a qaçqın oğlu qaçqın,  əlbət yerdə  əlimə 
düşəcəksən, gör sənin başına nə  gətirəcəyəm… Zəngəzurdan bura bağ talamağa 
gəlmisiniz? Gərək ermənilər sizin hamınızı it kimi qıraydılar… Biqeyrətlər…». 
Mən də ona elə yaxşı cavab verdim. Dedim, siz də bizim günümüzə düşsəniz, 
qaçqınlığın nə olduğunu onda bilərsiniz… 
Nəbi qəlyanını təzədən doldura-doldura soruşdu: 
- Sonra nə oldu? 
- Heç nə. Nə  qədər elədi ağacdan düşmədim. Acığından ayağı ilə  şələmi 
dağıtdı. Mırtıldana-mırtıldana getdi. Ağacdan düşdüm, odunların yığıb  şələni 
bağladım. Elə bağdan çıxanda, qışqırdı: «Dayan, qaçqın köpək oğlu!» Deməynən 
                                                 
1
 Ərinə işarədir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə