Ərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix15.08.2018
ölçüsü1,4 Mb.
#62837
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

57 

 

yaxud  malm  topdan  satıcısınındigər  müəssisəyə  əmtəənin  nisyə  satışı  zamanı 



meydana gəlir. 

Dövlət krediti. Burda borc verən və ya kreditor rolunda dövlətin özü çıxış edir. 

İctimai-iqtisadi inkişafın müxətilf mərhələlərində dövlət kreditinin məzmunu, rolu və 

formaları  da  müxtəlifdir.  Dövlət  kreditinin  əsas  formaları  dövlət  istiqrazlarından, 

qısamüddətli  xəzinə öhdəliklərindən, əhalinin əmanət kassaları  və bankları  vasitəsilə 

dövlətin  qiymətli  kağızlarının  almması  üçün  xərcələnən  əmanətlərindən  və  s. 

ibarətdir.   

Beynəlxalq  kredit.  Borc  kapitalının  ölkələr  arasında  hərəkəti  və  fəaliyyətidir. 

Kreditor  və  borc  alan  rolunda  banklar,  iri  şirkətlər,  xüsusi  sahibkarlar,  dövlət 

idarələri,  hökumət,  həmçinin  beynəlxalq  və  regional  təşkilatlar  çıxış  edə  bilərlər. 

Beynəlxalq  kredit  zamanı  iştirakçılar  dəyişmir.  Lakin  kredit  sövdələşməsinin 

tələblərindən  biri  xarici  ölkəyə  mənsub  olmalıdır.  İqtisadi  məzmununa  beynəlxalq 

kreditlər xarici ticarət əməliyyatları ilə əlaqədar olan kommersiya fəaliyyəti, borcların 

ödənilməsi,  qiymətli  kağızların  buraxılması,  birbaşa  kapital  qyuluşları  və  i.a.  daxil 

olmaqla istənilən məqsədlər üçün istifadə oluna bilər. 

Mülki  krediti.  Kreditor  rolunda  ayrı-ayrı  şəxsin,  fərdin  çıxış  etməsi  nəzərdə 

tutulur.  Bu  kredit  həm  əmtəə,  həm  də  pul  formasında  verilə  bilər.  Tərəflər  arasmda 

kredit münasibətləri daha çox şəxsi münasibətlərin səviyyəsinə uyğun qurulur. 

İpoteka  krediti.  Əmlakm  girov  qoyulması  əsasında  verilən  kreditdir.  Ipoteka 

sözü latın sözü olub, mənası girov demədir. Adətən tərpənməz əmlakları - topağı, ev 

və  digər  tikililəri  aldıqları  borcun  əvəzinə  ipoteka  banklarında  girov  qoyurlar.  Əgər 

borclu borcunu vaxtında qaytarması əmlak bankının sərəncamına keçir. 

Torpaq  mülkiyyətini  də  daxil  etməklə  daşınmaz  əmlakın  girovu  altında 

təqdim olunan ipoteka krediti bazar iqtisadiyyatında fəal şəkildə istifadə olunan 

kreditləşdirmə  formalarından  biridir.  Torpaq  mülkiyyəti  bazar  kredit 

münasibətlərinin sisteminə təşkilatı vəözəl mənzillərə, torpaq sahələrinə, yaşayış 

fonduna malik əhalini cəlb edir. 



58 

 

İpoteka  krediti  təşkilatın  və  mənzil  tikintisinin  tələbatlarının  ma-



liyyələşdirilməsi ilə bağlı dövlət mənbələrinin bank krediti ilə etibarlışəkildəəvəz 

olunmasında  böyük  rol  oynayır.  İpoteka  kreditinin  inkişafı  vaxtından  əvvəl 

ödənmə  xarakterli  kredit  ehtiyatlarının  defisitliyi  şəraitində  təsərrüffat 

subyektlərinin  investisiya  fəallığının,  inflyasiyanın  yüksək  tempinin  artımına 

yardım edir. 

Ipoteka kreditləşdirilməsi sistemi iki istiqamətdən ibarət olur: 

1)  İpoteka  kreditlərinin  təsərrüffat  subyektlərinə  vəəhaliyə  bilavasitə 

verilməsi; 

2) Kredit təqdimatıüçün ehtiyatların əlavə olaraq cəlb olunmasını təmin edən 

ipoteka kreditlərinin (ipoteka öhdəliklərinin) ikinci bazarda satışı. 

Birinci  istiqamət  iləəsasən  ipoteka  bankları,  ikinci  istiqamət  ilə  isə  – 

maliyyəşirkətləri,  ipoteka  banklarının  aktivlərini  alan,  əmlakın  girovu  ilə  təmin 

olunan, daha sonra isə onların əsasında öz adlarından qiymətli kağızlar (istiqraz 

vərəqələri)  buraxan  fondlar  məşğul  olur.  Qiymətli  kağızlar  daşınmaz  əmlak  ilə 

təmin  olunduqlarıüçün  və  invetisiyada  uzunmüddətli  və  sabit  gəlir  əldə  etməyə 

icazə  verdikləri  üçün  pula  çevrilmə  qabiliyyətinə  malik  olur.  Xarici  ölkələrdə 

dövlət  bəzi  maliyyəşirkətlərinin  öhdəlikləri  ilə  bağlı  təminatçı  kimi  çıxış  edir  və 

onların etibarlılığını artırır. 

İpoteka  kreditlərinin  ikincidərəcəli  bazarı  ipoteka  qiymətli  kağızlarına 

qoyulan  girovların  transformasiyası  və  onların  investorların  arasında 

yerləşdirilməsi  hesabına  ipoteka  sisteminin  birgə  kredit  portfelinin 

formalaşmasını  təmin  edən  ipoteka  bazarının  iştirakçıları  arasındakı 

münasibətlərin cəmini təmsil edir. 

İkincidərəcəli bazarda kreditor iki istiqamətdə fəaliyyət göstərə bilər. 

1)  Eyni  mənşəli  girovlardan  pullar  formalaşdırır  və  onların  əsasında 

emissiyalı  ipoteka  qiymətli  kağızları  buraxır.  Qiymətli  kağızları  fond  bazarında 

yerləşdirən kreditor ipoteka kreditləşməsinə qoyulan ehtiyatları qaytarır; 



59 

 

2)  Kredit  ehtiyatlarını  azad  edərək  ikincidərəcəli  bazarın  operatorlarına 



girovları  satır.  İkinci  dərəcəli  bazarın  operatorları  eynimənşəli  ipoteka 

kreditorlarından  pulları  formalaşdırır  və  onların  əsasında  ipotekalı  qiymətli 

kağızlar buraxır. 

İpoteka  kreditinin  ikincidərəcəli  bazarının  fəaliyyəti  ipoteka  banklarının 

kapitalının  pula  çevrilməsini  təmin  edir,  dövriyyədə  olan  pullarıəlaqətendirir; 

kapitalın ölkənin rayonlarıüzrə, maliyyə bazarının və daşınmaz əmlak ilə torpaq 

bazarının  inteqrasiyasının  iqtisadi  sahələrinə  yenidən  bölüşdürülməsinə  yardım 

edir, kreditlər üzrə faiz dərəcələrini sabitləşdirir. 

İpoteka  kreditləşməsi  ilə  məşğul  olan  banklar  bu  şəraitdə  kredit  ehtiyatları 

sarıdan  bir  o  qədər  də  məhdudlaşdırılmır,  çünki  onlar  ikincidərəcəli  bazarda 

əməliyyatları  həyata keçirərək, yeni kreditlər təqdim  edərək yenidən dövriyyəyə 

buraxdıqları  zəruri  vəsaitləri  əlavə  olaraq  səfərbərliyə  almaq  imkanına  malik 

olurlar.  Bu  sistemin  effektiv  fəaliyyəti  inkişaf  etmiş  ikincidərəcəli  ipoteka 

bazarının varlığını nəzərdə tutur. 

Borc  alanın  tələbatmdan  asılı  olaraq  isə  kreditin  aşağıdakı  iki  formasının  geniş 

şərhini verək: 

Kreditin  məhsuldar  forması.  Kreditin  bu  formasi  ilə  borc  götürülən  vəsait 

istehsala  ya  da  əmtəə  dövriyyəsinin  təşkilinə  sərf  edilir.  Kreditin  bu  formasi  dəyər 

yaradan amillərdəndir. 

İstehlak 

krediti. 

Onun 


əsas 

fərqləndirici 

cəhəti 

fiziki 


şəxslərin 

kreditləşdirilməsinin  məqsədli  formasıdır.  Kreditor  roluna  ixtisaslaşdırılmış  kredit 

təşkilatlar ilə yanaşı əmtəə və xidmətlərin satışı ilə məşğul olan hər hansı bir hüquqi 

şəxs də çıxış edə bilərlər. Kreditin bu forması yeni dəyər yaratmır.    

Kommersiya  banklarının  kreditləşmə  prosesi  bankın  keyfiyyətli  və  yüksək 

gəlirli  kredit  portfelinin  təşkilində  bank  üçün  ciddi  bir  işdir.  Dəqiq  təşkil  edilmiş 

kreditləşmə  prosesi  kredit  riskini  minimuma  endirməyə  imkan  verir.Bank 

fəaliyyətində  bütün  risklər  bir-birilə  sıx  surətdə  əlaqədardır.Beynəlxalq  təcrübəyə 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə