Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

50 

 

təhlükəsizliyinin  təmin  olunmasına,  müəssisənin  sosial-iqtisadi  göstəricilərinə 



pozitiv təsir göstərir. 

Əmək kollektivlərində psixoloji mühitin gərginliyinə təsir göstərən amillərdən 

biri əməyin yeknəsəqliyidir. Əməyin yeknəsəqliyi məsələləri ilə bağlı problemlərlə 

mühəndis-texnoloqlar,  konstruktorlar,  iqtisadçılar,  sosioloqlar,  psixoloqlar  məşğul 

olurlar.  Istehsalatda  işlər  xırda  və  sadə  işlərə  parçalanarsa  yeknəsəq  əmək  özünü 

daha  aydın  göstərə  bilər.  Sadə  işlərə  parçalanmış  əməliyyat  proseslər  tez-tez  və 

qısa müddətdə ifa edildikdə yeknəsəq iş daha da inkişaf  etməyə meyl edir. ən çox 

istehsalat  proseslərinin  xırda  əməliyyatlara  bölünməsi  əməyin  axın-konveyer 

sistemində  olmasını  mütləq  labüd  hal  hesab edir.  Lakin belə bir  fikri də tamamilə 

qəbul etmək olmaz. Çünki burada konveyer sisteminin təşkilində olan bir  nöqsanı 

qanuni  bir  hal  hesab  etmək  olardı.  Məlum  olduğu  kimi  yeknəsəqlik  yalnız, 

konveyer sistemində deyil, həm də ümumiyyətlə əmək təşkilində əmələ gəlir.  

Zahirən  yeknəsəqlik  müəyyən  bir  işi  yerinə  yetirmək  üçün  ona  olan  marağın 

və  həvəsin  itməsi  ilə  özünü  göstərə  bilər.    Yeknəsəqlik,  iş  vaxtının  müddətində 

dəyişiklik əmələ gəlməsinə səbəb olur, iş günü uzanmış kimi görünür, işçi gözləyir 

ki,  iş  qurtarsın,  amma  belə  hiss  edir  ki,  iş  vaxtı  sanki  uzanır.  Bu  halda  işçi 

mürgüləməyə  meyl  edir,  bəzən  həqiqətən  yatmağa  başlayır.  Yeknəsəqlik  iş 

gününün  ortasında  daha  da  özünü  səciyyəvi  olaraq  göstərir.  Iş  gününün  axırında 

yeknəsəq  işin təsiri bir qədər zəifləyir:  guya işin qurtarması  vaxtının  yaxınlaşması 

ilə  əlaqədar  olaraq  müəyyən  formada  işdə  “nəhayət  həvəslənmə”  əmələ  gəlməyə 

başlayır  və  bir  də  işçi  öz  qüvvəsini  səfərbər  etməklə  iş  tempini  qüvvətləndirməyə 

meyl  edir  ki,  işdə  buraxdığı  geriliyi  aradan  qaldıra  bilsin.  Yeknəsəq  iş  əməyin 

səmərəsilə yanaşı işçinin özünə də əlverişli olmayan təsir göstərir. Həddindən artıq 

biruzə verən  yeknəsəq iş sinir sistemində  müəyyən pozulmaların əmələ  gəlməsinə 

səbəb  ola  bilər  ki,  bu  da  müəyyən  mənfi  təsirlərin  təzahür  etməsi  üçün  şərait 

yarada  bilir.  Birincisi,  yeknəsəq  iş  ən  primitiv,  mürəkkəb  olmayan  hərəkətlərlə 

həyata  keçirilir:  bu,  beyin  fəaliyyətindən  heç  bir  yaradıcılıq  tələb  etmir,  heç  bir 

maraq yaratmır və müsbət emosiya doğurmur. Bu da öz növbəsində işdə yuxulama 

üçün  əlverişli  fizioloji  şərait  yaradır  və  işçi  məcburiyyət  qarşısında  qalır  ki, 



51 

 

yuxulamaya  qarşı  mübarizə  aparmaq  üsulu  özünü  gərgin  vəziyyətdə  saxlasın. 



Ikinci,  iş  növbəsi  ərzində  daimi  olaraq  sadə  hərəkətlərin  təkrar  olunması 

səbəbindən  belə  yeknəsəq  işdə bütün əlamətləri  ilə  yorulma  tez  güclənir. Üçüncü, 

yeknəsəq  iş  şəraitində  bərpaedici  funksional  sistemlə  yuxu  bir-birilə  qarşılıqlı 

fəaliyyətdə  olub  əmək  fəaliyyətinin  əsas  funksional  sisteminə  olan  münasibətdə 

özlərinin ləngidici təsirini göstərirlər. 

Yeknəsəqliyə  qarşı  mübarizə  yollarını  praktiki  olaraq  İ.P.Pavlov  aşkar 

etmişdir. O, bu mübarizə yollarını həm ümumiyyətlə yaranan yeknəsəqliyə, həm də 

axınlı  istehsal  prosesində  əmələ  gələn  yeknəsəqliyin  aradan  qaldırılması 

istiqamətinə yönəltmişdir. Pavlov mübarizənin beş yolunu göstərmişdir: 

1)  Növbələşən  sadə  və  yeknəsəq  əməliyyatların  bir  qədər  mürəkkəb  və 

müxtəlif məzmunda birləşməsi; 

2)  Qarışıq  əməliyyatda  hər  bir  icraçının  yerinə  yetirdiyi  əməliyyatların  dövri 

olaraq növbələşməsi; 

3) Məhsuldarlığın  və  iş  qabiliyyətinin  dəyişməsinə  uyğun  olaraq  işin  ritminin 

dövri olaraq dəyişməsi; 

4) Işin  gərginliyindən  və  xaeakterindən  asılı  olaraq  istirahət  üçün  5-10  dəqiqə 

müddətində əlavə fasilələrin verilməsi; 

5) Kənar qıcıqlandırmaların aparılması (musiqi və sair). 

Bu  beş  vasitədən  başqa  digər  vasitələr  də  vardır  ki,  onların  köməkliyi  ilə  də 

yeknəsəqliyi aradan qaldırmaq mümkün olur 

 

2.3. Kollektivin stabilliyinin sosial-psixoloji aspektləri 

Müəssisələrə  rəhbərlikdə  ən  başlıca  məsələlərdən  biri  istehsalın  funksional 

amilləri  (əməyin  məzmunu,  əməyin  təşkili,  əmək  şəraiti)  ilə  sosial-psixoloji 

amillərin kompleks və sistemli halda nəzərə alınmasıdır. 

Əmək  kollektivlərinə  rəhbərlikdə  ən  vacib  vəzifələrdən  biri  kollektivin 

stabilliyinin  təmin  edilməsidir.  Burada  ən  vacib  məsələlərdən  biri  sosial-psixoloji 

baxımdan  əməyə  uyğunlaşmanın  təmin  edilməsi,  onun  üzərində  nəzarətin 

aparılması,  gənc  fəhlələrin  işgüzar  keyfiyyətinin  öyrənilməsi,  onların  peşə  daxili 




52 

 

hərəkətinin  təmin  edilməsi,  kadrların  düzgün  seçilməsi  və  yerləşdirilməsi,  irəli 



çəkilməsi,  rəhbər  işçilərin  təlimləndirilməsi,  kadrların  attestasiyası  və  sosial-

psixoloji diaqnostikadır. 

Kollektivə 

rəhbərlikdə 

kadrların 

seçilməsi, 

yerləşdirilməsi 

və 


qiymətləndirilməsinin  böyük  əhəmiyyəti  vardır.  Çünki,  bu  əmək  kollektivlərinin 

davranışına və sosial situasiyaya və əməyin nəticələrinə əhəmiyyətli dərəcədə təsir 

göstərir. 

Kadrların seçilməsində sosial və psixoloji tələblərin böyük əhəmiyyəti vardır. 

Ona görə də burada bir sıra psixoloji meyarlar və sosial keyfiyyətlər nəzərə alınır. 

Psixoloji  meyarlar  psixoqramma  vasitəsi  ilə  müəyyən  edilir.  Psixoqrammada  hər 

hansı  bir  peşə  fəaliyyəti  üçün  müəyyən  tələblər  irəli  sürülür:  işçinin  yaddaşı, 

təfəkkürü,  dərk  etməsi,  psixi  vəziyyəti  və  digər  xarakteristikası.  Işçinin  peşəyə 

psixoloji uyğunsuzluğu mürəkkəb psixoloji situasiya yaradır. 

Kadrlar  seçilərkən  onların  peşə  yararlığına  xüsusi  fikir  verilir.  Peşə  yararlığı 

dedikdə,  müəyyən  pvəzifələrini  icra  etmək  üçün  lazım  olan  bilik,  bacarıq  və 

vərdişlərin, habelə şəxsi xassə və keyfiyyətin məcmuyu başa düşülür. 

Işçi qüvvəsi axıcılığının sosial-demoqrafik və digər əlamətlərə görə (cins, yaş, 

təhsil,  məlum  müəssisədə  iş  stajı,  kateqoriyalar,  sexlər,  peşələr  və  sair  üzrə) 

xüsusiyyətləri və meylləri ilk uçot və statistik hesabat məlumatlarının işlənməsi və 

qruplaşdırılması, işdən gedən və işə qəbul edilən işçilərin anket yoxlaması yolu ilə, 

sorğu  vasitəsilə  faktiki  kadrlar  axıcılığının  öyrənilməsi,  müəssisədə  işləyən  işçilər 

arasında  sorğu  anketinin  yayılması  yolu  ilə  real  və  potensial  kadrlar  axıcılığı 

müəyyən edilir. 

Son zamanlara qədər kadrlar axıcılığının ilk uçot və hesabat məlumatları üzrə 

öyrənilməsi təcrübəsi böyük üstünlük təşkil edirdi. 

Bu əsasən onunla izah olunur ki, sahələrin inkişafının müəyyən mərhələsində, 

bu  metod  kadr  axıcılığının  öyrənilməsi  üçün  tam  şərait  yaradır  və  onun  aradan 

qaldırılması  üçün  tam  şərait  yaradır  və  onun  aradan  qaldırılması  üçün  zəruri  olan 

tədbirlərin işlənib hazırlanmasına imkan verirdi. Bundan başqa, bu metodun tətbiqi 

sadədir və böyük əmək məsrəfləri tələb etmir. 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə