Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   2   3   4   5   6   7   8   9   ...   28

13 

 

mühitə  fəal  təsir  etmək,  onu  təkmilləşdirmək  qabiliyyətinə  malikdir.  Insan  böyük 



yaradıcı qüvvəyə qadirdir. Insanın beyninin özü  ən mühüm əvəzedilməz idarəetmə 

orqanıdır.  Psixi  hadisə  məhz  beynin  xassəsi  olduğuna  görə,  ali  sinir  sisteminin 

fəaliyyəti  ilə  əlaqədardır.  Sinir  sistemi  burada  əsasən  aşağıdakı  iki  başlıca 

funksiyasını idarə edir: o, insan orqanizmində olan müxtəlif orqanların fəaliyyətini 

uzlaşdırır,  idarə  edir,  əlqələndirir,  habelə  insanla  xarici  mühitin  əlaqəsini  qaydaya 

salır, tənzimləyir. 

İdarəetmə  əməyi  və  idarəetmə  mədəniyyəti  adamlara  qarşı  nəzakətli  və  işdə 

səriştəli olmağı tələb edir. Təcrübə göstərir ki, mədəni halda verilən göstəriş kobud 

formada veriləndən çox yaxşı nəticə verir. Amerika idarəetmə sistemi baxımından 

idarəetmə  işçisi  hətta  yumor  qabiliyyətinə  malik  olmalıdır.  Əlbəttə,  bu  ümumi 

halda  deyilmiş  bir  fikirdir.  Çünki  bütün  ziddiyyətlərin  aradan  qaldırılmasına  heç 

bir yumor təsir göstərə bilməz. Təsadüfi deyildir ki, bir şox inkişaf etmiş kapitalist 

ölkələrində  işin  keyfiyyətinin  yaxşılaşdırılmasında  sosioloji-psixoloji  amillərin 

öyrənilməsinə  böyük  əhəmiyyət  verilir.  Bununla  əlaqədar  olaraq  “insan 

münasibətləri”  doktrinası  irəli  sürülür.  Məsələn,  ABŞ-da  450-dən  çox  iri  sənaye 

müəssisələrində  xüsusi  “sosioloji  şöbə”  yaradılmışdır.  Bundan  əlavə  500-ə  qədər 

xüsusi  firmalar  müəssisələrə  “insan  münasibət”lərinin  müəyyən  edilməsi  xətti  ilə 

xidmət göstərirlər. Bir çox ali məktəblərdə “insan münasibətləri” müstəqil bir fənn 

kimi keçirilir. Bir sıra sosioloqlar  və iqtisadçılar isə belə bir fərziyyə  irəli sürürlər 

ki,  belə  bir  sosioloji  xidmət  işçiləri  ilhamlandırmaq,  onların  əmək  fəaliyyətini 

səmərəli  təşkil  etmək,  habelə  həyat  fəaliyyətini  firavanlaşdırmaq,  şənləndirmək 

məqsədini güdür.  

Müasir  dövrdə,  insanların  şüurunun  artdığı,  mədəni-texniki  səviyyəsinin 

yüksəldiyi  bir  şəraitdə  korporasiya,  firma,  assosiasiya  aparatı  işçisinin  sosioloji-

psixoloji  amillərə,  bu  amillər  vasitəsilə  işçilərə  təsir  etməsi  qabiliyyətinə  malik 

olması  son  dərəcə  vacibdir.  Təcrübə  göstərir  ki,  doğurdan  da  insanlar,  necə 

deyərlər, yalnız görmə, eşitmə və digər qabiliyyətlərinə görə deyil, həmçinin, həm 

özünün  və  həm  də  idarə  rəhbərinin  xarakterinə  uyğun  çalışmağa  səy  göstərirlər. 

Deməli,  sahibkardan  və  onun  tabeçiliyində  olan  işçinin  xarakterindən  çox  şey 



14 

 

asılıdır.  Adamlar  müəyyən  xarakterli,  xeyirxah,  güçlü,  zəif,  həlledici,  ünsiyyətcil, 



iradəli  və  iradəsiz,  igid  yaxud  qorxaq,  fəal  və  ya  passiv,  səriştəli  və  intizamsız, 

müstəqilliyi sevən, təmkinli və digər xarakterə malik olurlar. Lakin adamların bir-

birlərindən  bu  dərərcədə  fərqlənməsi  heç  də  hər  kəsin  öz  bildiyi  kimi  hərəkət 

etməsi demək deyildir. Sosioloji-psixoloji amillərin nəzərə alınmasını, bu amillərlə 

hesablaşmanı  heç  də  bəsit  halda  başa  düşmək  düzgün  deyildir.  Adamlar  arasında 

fərdi  psixoloji  xüsusiyyətlərdən  başqa  ümumi,  ümumbəşəri  xüsusiyyətlər,  ülvi 

münasibətlər  də  vardır.  Ona  görə  də  adamların    xarakteri  birinci  növbədə  onların 

əməyə,  öz  vəzifəsinə,  bizi  əhatə  edən  mühitə,  adamlara  və  özünün  özünə  olan 

sağlam münasibətilə, tələbkarlığı ilə müəyyən olunmalıdır. Biz deyərdik ki, burada 

adamların  özünün  münasibəti,  necə  deyərlər,  yalnız  başqalarının  deyil,  özünün 

özünü  aldatmaması,  müstəqil  xətt  tutması  mühüm  əhəmiyyətə  malikdir. 

Ümumiyyətlə,  müstəqillik  şəxsiyyətin  mürəkkəb  psixi  proseslər  kompleksi  və 

xassəsi  olub,  onun  özünə  sahib  olma,  özünü  tənqid  etmə,  cəsarətlilik, 

məqsədəuyğunluq, inadkarlıq, fəallıq və kifayət qədər intellektual inkişaf səviyyəsi 

ilə  əlaqədardır.  Məhz  bu  cəhətdən  yalnız  ayrı-ayrı  adamlarda  deyil,  bir  çox 

adamlarda,  bütün  kollektivdə  təşəkkül  tapması  və  inkişafı  xeyli  dərəcədə  rəhbər 

işçidən,  onun  nümunə  gücündən,  onun  bu  işdə  nə  dərəcədə  maraqlı  olmasından 

asılıdır. Adətən, bir qayda olaraq sahibkar işçini tənqid etməyi bacardığı kimi, özü 

də  tənqidə  dözməli,  təmkinli  olmalıdır.  Işçiləri  tənbeh  etdiyi  kimi,  onları  mənəvi 

cəhətdən  həvəsləndirməyi  də  bacarmalıdır.  Əgər  bu  xüsusiyyət  rəhbər  işçidə 

yoxdursa,  deməli,  o,  nəinki  sosioloji-psixoloji  amilləri  bilmir,  həm  də  idarəetmə 

haqqında prinsipləri kobud surətdə pozmuş olur. 

Məlumdur  ki,  hər  bir  istehsalat  kollektivi  kompleks  texniki,  texnoloji  və 

iqtisadi  hadisələr  məcmusundan  ibarət  olmaqdan  başqa,  həm  də  ictimai-psixoloji 

hadisələr, proseslər məcmusundan ibarətdir.  

Göründüyü  kimi,  idarəçilik  əməyi  texnika  və  texnologiyadan  irəli  gələn 

məsələlərlə  yanaşı  insan  təbiətindən,  insan  psixologiyasından  irəli  gələn 

məsələlərin  də  nəzərə  alınmasını  tələb  edir.  Ona  görə  də,  idarəçilik  əməyi,  idarə 

edənin əməyi, psixoloji gərginlik cəhətindən ən çətin əmək növlərindən biridir. Bu 



15 

 

əmək,  qarşıda  qoyulmuş  hər  hansı  bir  tapşırığın  icra  olunması  gedişində  mərkəzi 



sinir  sistemində  gedən  intensiv  proseslərlə  də  üzvi  şəkildə  bağlıdır.  Həmin  işdə 

olan  psixi  gərginliyin  başlıca  səbəblərindən  biri  də  adamlarla  daimi  təmasda 

olmaq,  kollektivdə  işgüzar  şəraitin  yaradılması  üçün  görülən  əlavə  tədbirlər, 

tapşırılmış  iş  üçün  məsuliyyət  hissi,  həmçinin  mürəkkəb,  intensiv  idarəçilik 

əməliyyatının    görülməsi  ilə  əlaqədardır.  Bütün  bunlar  onu  sübut  edir  ki,  rəhbər 

işçidən  ümumi  tələbkarlıqdan  başqa  yaxşı  yaddaş,  böyük  diqqət,  müşahidəçilik, 

təmkinlik,  yığcamlıq,  intensiv  işləmə  surəti,  işin  texnika  və  texnologiyasını 

bilməklə yanaşı, psixoloji iqlim “texnologiyasını” bilmək tələb olunur. 

Rəhbərlik psixologiyası özünə aşağıdakı məsələləri daxil edir: 

  Demokratik qaydalı rəhbərlik iş stili; 

  Rəhbərliyin sosioloji-psixoloji cəhəti; 

  Psixoloji iqlim və işin səmərləliyi; 

  Konfliktin (münaqişənin) sosioloji-psixoloji cəhətləri; 

  Liderlik davranışının diaqnostlaşdırılması; 

  Rəhbərlik-tabeçilik münasibətlərinin optimallaşması; 

  Sosial psixologiya və adamlar arasındakı münasibətlərin təşkili; 

  Qrup və kollektivin psixologiyası; 

  Başqasının fikrinə hörmət etmə; 

  Tənqidə, aşkarlığa zövq oyatma; 

  Rəhbər işçilərin zəif psixoloji hazırlığının aradan qaldırılması; 

  Əmək və ictimai fəallığın stimullaşdırılması. 

Insan  tələbatı  və  mənafelərinin  formalaşması  və  inkişafı  sosioloji-psixoloji 

metodlar  üçün  mühüm  əhəmiyyətə  malikdir.  Insanın  ictimai  keyfiyyəti  xeyli 

dərəcədə  onun  tələbatı  və  mənafelərinin  tərbiyə  edilməsi  ilə  əlaqədardır.  Tələbat 

insanın  obyektiv  reallığa  olan  münasibətini  ifadə  edir.  Tələbat  mənafelər  kimi 

geniş  və  çoxcəhətlidir.  Mənafelər  vasitəsilə  insanların  psixologiyası  formalaşır  və 

inkişaf  edir.  Tələbat  maddi,  psixoloji  dərketmə,  birgə  fəaliyyət,  fəaliyyət 

mübadiləsi,  mənəvi  və  s.  formalarda  olur.  Bu  tələbat  formaları  və  onun  ödənilmə 

səviyyəsi nəticə etibarilə insanın sosial davranışını müəyyən edir.  



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə