Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   2   3   4   5   6   7   8   9   ...   28

10 

 

qabiliyyətin  inkişaf  etdirilməsində,  tələbatın  düzgün  qurulmasında  sahibkarın, 



menecerin, kollektivin çox böyük rolu vardır. Xüsusilə rəhbər işçinin nümunə gücü 

burada  mühüm  amil  rolunu  oynayır.  Nümunə  gücü  böyük  qüvvədir.  Bu  müddəa 

tamamilə  bu  məsələyə  də  aiddir.  Təcrübə  göstərir  ki,  hər  hansı  bir  müəssisədə, 

idarədə,  assosiasiyada,  birjada  olan  qeyri-normal  hal,  hadisə,  qeyri-normal 

sosioloji-psixoloji    vəziyyət    xeyli  dərəcədə  həmin  nümunə  gücünün  zəif  olması, 

pozulması yaxud olmaması üzündən baş verir. 

Psixi  proseslər  və  şəxsiyyətin  psixi  xassəsi  onun  psixi  vəziyyəti  ilə  üzvi 

surətdə  bağlıdır.  Insanın  psixi  vəziyyəti  onun  idarəetmə  prosesində  və  idarəetmə 

sistemində    həyəcanlanması,  emosiyası  (mənfi,  yaxud  müsbət  emosiyalar)  ilə 

əlaqədardır  ki,  bu  da  onun  həyat  fəaliyyətinə,  əhval-ruhiyyəsinə,  sevinc  və  ya 

kədərlənməsinə səbəb olur. Lakin bu vəziyyəti heç də sırf sinir sisteminin məhsulu, 

nəticəsi adlandırmaq səhv olardı. 

Insanların,  menecerlərin  temperamentliyinin  əsas  tipləri.  Temperamentliliyin 

tipləri və onun əlamətləri aşağıdakından ibarətdir: 

1.  Sanqvinlik. Əlamətləri:  yeknəsək işləri deyil, canlı, yaradıcı işi sevən: cəsarətli 

olan;  məqsədyönlü  fəaliyyəti  olan,  öz  məqsədinə  inadla,  lakin  səbrlə  nail  olan; 

müstəqil ahəngdar fəaliyyət göstərən; səhvə yol verməyən.   

2.  Xolerik.  Əlamətləri:  lüzumsuz  tələsikliyə  yol  vermə;  hər  şeyi  bir  anda  həll 

etməyə  cəhd  göstərmə;  işdə  eyni  zamanda  səy  göstərən,  işə  can  yandıran,  lakin 

müqavimətə  rast  gəldikdə  işdən  soyuyan,  ruhdan  düşən;  məsuliyyətli  işlər  icra 

etdikdə məsuliyyət hissinin gərginləşməsi; işini qeyri-ahəngdar icra etməsi. 

3.  Fleqmatik. Əlamətləri: sürətli, rəngarəng məzmunu olmayan, orta iş sürəti olan 

işçi  qrupu  ilə  səciyyələnir;  gərgin  iş  rejiminə  dözə  bilən;  işdə  təmkinli  olan,  işə 

həvəsi olan; yeknəsək işlərə dözümlü olan. 

4.  Melanxolik.  Əlamətləri:  fleqmatik  xarakter  ilə  oxşarlığı:  daha  çox  aramla, 

yavaş  işləməsi;  sürətli,  məsuliyyətli  olmayan  fəaliyyət  sferalarında  işləməyi 

sevməsi;  təklikdə  uğurla  işləyə  bilməsi;  onun  üçün  əhval-ruhiyyənin  daha  önəmli 

olması; eyni zamanda əməkdaşların köməyinə ehtiyac hiss etməsi. 




11 

 

Bütün bu sistem səciyyəsi adamların davranışına bu və ya digər dərəcədə təsir 



göstərir.  Bəzi  psixoloqlar  haqlı  olaraq  bu  səciyyələr  sistemini  beynəlmiləlçi 

adlandırır. Doğurdan da bu əksər adamlarda, xalqlarda təsadüf edilən əlamətlərdir. 

Bununla  belə  hər  tip  temperamentin  özünün  üstün  və  çatışmayan  cəhətləri  vardır. 

Bununla  belə  bizim  fikrimizcə  sanqvinik,  xolerik,  fleqmatik  və  melanxolik 

xarakterlər  sistemini  diqqət,  yaddaş,  təfəkkür  kimi  təbii  psixi  proseslər  kimi 

qiymətləndirmək,  onlarla  bir  sıraya  qoymaq  olmaz.  Çünki  mühitdən, 

motivləşdirmə səviyyəsindən asılı olaraq fleqmatik, sanqvinik və yaxud, sanqvinik 

melanxolik təbiətli işçiyə çevrilə bilər. 

Adətən,  bəzi  sosioloqlar  və  iqtisadçılar  istehsal,  əmək  prosesində  adamlar 

arasında,  baş  verən  ziddiyyətləri,  şəxsiyyətlər  arasındakı  ciddi  münaqişələri  sırf 

psixologiyanın  qanunları  ilə,  insana  xas  olan  guya  mənfi  amillərlə  izah  etməyə 

çalışırlar.  Halbuki,  sosioloji-psixoloji  vəziyyəti  heç  də  istehsal  münasibətlərindən, 

mülkiyyət plüralizmindən kənarda izah etmək düzgün deyildir. 

Sosioloji-psixolji  proseslərin  adamlara  təsiri,  işçiləri  psixi  vəziyyəti  istehsal 

kollektivlərində,  hər  hansı  bir  iş  yerində  yaradılmış  konkret  şəraitdən,  rəhbər 

işçilərlə  tabeçilikdə  olan  işçilər  arasındakı  ilkin  münasibətlərdən  xeyli  dərəcədə 

asılı olur. Beləliklə, bütövlükdə bütün psixi hadisələr insanın psixi fəaliyyətinin ən 

yüksək  səviyyəsini  –  şüurunu  müəyyən  edir.  Bu  o  deməkdir  ki,  başqa  amillərlə 

yanaşı  adamların  şüurunu  sosioloji-psixoloji  amillərdən  kənarda  təsəvvür  etmək 

olmaz.  Şüurluluq  isə  birinci  növbədə  adamların  onları  əhatə  edən  mühiti,  şəraiti, 

obyektiv  olaraq  yaradıcı  şəkildə  təhlil  etməkdə,  davranışlarını,  xətti-hərəkətlərini 

düzgün idarə etməkdə, dünənki, bugünkü və gələcəkdəki hadisələrə real və həm də 

düzgün  qiymət  verməkdə  özünü  təzahür  etdirir.  Ona  görə  də  insanın  davranışına, 

onun  şüuruna  təsir  edən  amillərə  birtərəfli  deyil,  sistem  halında,  kompleks  halda 

yanaşmaq lazımdır. 

Əmək  fəaliyyətində  adamların  ictimai-iqtisadi  hadisələrə  münasibəti,  həyat 

hadisələrinin  düzgün  qiymətləndirilməsi  və  dərk  etməsində  idarəetmə  aparatının 

düzgün  qurulması  və  menecerlərin,  sahibkarların  və  s.  elmi  prinsiplər  əsasında 

müəyyən  olunması  mühüm  əhəmiyyətə  malikdir.  Beləliklə,  əmək  fəaliyyətində 



12 

 

insanın  hərəkətini,  davranışını  elmi  cəhətdən  izah  etmək,  bu  davranışın 



proqnozunu  vermək  imkanı  və  zəruriyyəti  meydana  çıxmış  olur.  Sahibkar  bu 

cəhətləri  bilməklə  tabeçiliyində  olan  işçilərlə  sağlam  psixoloji  əsaslar  üzrə  əlaqə 

saxlamağı,  onlara  psixoloji  təsir  göstərməklə  yanaşı,  hər  birində  və  özündə  daha 

səmərəli işləmək üçün ən yaxşı psixoloji keyfiyyətləri inkişaf etdirə bilər. 

Müasir  elmi-texniki  inqilab  insan  psixologiyasına,  psixologiya  elminə  qarşı 

yeni  tələblər  irəli  sürür.  Bunun  nəticəsində  psixologiya  elminin  xüsusi  sahələri  - 

əmək  psixologiyası,  mühəndislik  psixologiyası,  tibb    psixologiyası,  idarəetmə 

psixologiyası,  idman  psixologiyası,  hüquq  psixologiyası  və  s.  meydana  gəlmişdir. 

Bundan  başqa,  psixologiya  digər  elmlərlə  -  fiziologiya,  məntiq,  estetika, 

erqonomika,  sosiologiya  və  kibernetika  ilə  üzvi  əlaqə  şəraitində  inkişaf 

etməkdədir. Lakin bir sıra elmi və rəhbər işçilər belə bir səhv fikir irəli sürürlər ki, 

istehsalın  və  adamların  uzaq  məsafədən  idarə  olunması  guya  adamlarla  bilavasitə 

yaxından  əlaqə,  ünsiyyət  saxlanması  zəruriyyətini,  o  cümlədən  psixoloji  amillərin 

əhəmiyyətini  azaldır.  Bu  belə  deyildir.  Əksinə,  elmi-texniki  tərəqqi  şəraitində 

istehsalda insan amilinin rolu getikcə artır. Çünki belə bir şəraitdə mürəkkəb əmək 

prosesi  insanın  psixi  xüsusiyyətlərinə  ciddi  təsir  göstərir  və  yeni,  daha  çətin 

tələblər irəli sürür. Beləliklə, insanların psixi  yüklənməsi, zehni  fəaliyyəti daha da 

artır. 


Doğuran 

da 


avtomatik 

idarəetmə 

sistemində, 

istehsalın 

tam 

avtomatlaşdırılması  və  mexanikləşdirilməsi  şəraitində  işçilər  öz  vəzifələrini  icra 



edərkən əvvəlkinə nisbətən çox böyük həcmdə məlumatlar alır, onu yenidən işləyib 

hazırlayır  və  müvafiq  yerlərə  çatdırırlar.  Təcrübə  göstərir  ki,  işdə  olan  böyük 

qəzalar,  zay  məhsul  buraxılışı  bir  sıra  hallarda  insanın  psixoloji  xüsusiyyətləri  və 

imkanlarını  rəhbər  işçinin  kifayət  qədər  bilməməsi  üzündən  irəli  gəlir.  Çünki  hər 

bir  işçinin  başqa  cəhətləri  ilə  yanaşı,  fizioloji,  psixoloji  və  intellektual  inkişaf 

parametrlərini bilərəkdən ona hər hansı bir müvafiq tapşırığı vermək olar. 

Müasir  dövrdə  iqtisadiyyatın  və  ictimai  inkişafın  ən  başlıca  məsələlərindən 

biri  adamlarda  ən  yaxşı  psixoloji  keyfiyyətlərin  aşılanmasından  ibarətdir.  Bu 

məsələnin  müvəffəqiyyətlə  həll  olunması  nəzəri  baxımdan  mümkündür.  Insanlar 

başqa  canlılardan  fərqli  olaraq  həyat  həqiqətini  və  hadisələrini  şüurlu  dərk  etmək, 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə