Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

47 

 

sair  təsir  göstərir.  Bu  baxımdan  psixofizioloji  və  psixoloji  uyuşqanlıqla  yanaşı 



sosial-sinfi  uyuşqanlıq  forması,  problemi  də  vardır.  Çünki  burada  sinfi 

mənafelərdə, dəyərlər meylindəki fərqlər istər-istəməz münaqişə üçün əsas yaradır. 

Təsadüfi  deyil  ki,  bir  çox  Qərb  sosioloqları  və  psixoloqları  bu  tipli  münaqişəni 

yumşaltmaq  (ilk  növbədə  elmi-metodoloji  baxımdan)  məqsədilə  bir  sıra 

konsepsiyalar  irəli  sürmüşlər.  “insan  münasibətləri”  doktrinasını,  “davranış 

nəzəriyyəsini”,  əməklə  kapital  arasındakı  əlaqələrin  təmin  olunmasını  irəli  sürən, 

əsaslandıran  bir  sıra  nəzəriyyə,  modellər  və  modellər  variantlarını  buna  misal 

göstərmək  olar.  Görünür  məhz  elə  ona  görə  də  Qərb  ölkələrinin  əksər  şirkət  və 

firmalarında psixoloji  xidmətlər  yaradılır  və onların  fəaliyyətinə böyük əhəmiyyət 

verilir.  Orada  psixoloqlar,  sosioloqlar  müəssisələrin  sosial  idarə  olunmasında 

iqtisadçı  və  hüquqşünaslarla  birlikdə  fəal  iştirak  edirlər.  Onlar  insan  davranışının 

bütün  sosial-psixoloji  mexanizmlərini  tədqiq  edir,  istehsal  münasibətlərinin  bütün 

tələblərini öyrənir və praktiki tövsiyyələr hazırlayırlar. 

Istehsalat 

əməliyyatlarının 

quruluşunun 

psixoloji 

təhlilinin 

böyük 

əhəmiyyəti  vardır.  Istehsalat  əməliyyatı  bir  və  ya  bir  qrup  işçi  tərəfindən  bir  iş 



yerində  əmək  cinsinin  dəyişməməsi  şərtilə  istehsal  prosesinin  müəyyən  hissəsinin 

icra  olunması  başa  düşülür.  Hər  bir  əməliyyat  aşağıdakı  əlamətlərlə  xarakterizə 

olunur: 

a)  iş yerinin sabitliyi; 

b)  avadanlıq və əmək cismi; 

c)  istehsal olunan məhsulun texnoloji dəyişilməsi. 

Istehsal  proseslərinin  əməliyyatlara  bölünməsi  və  əməliyyatın  tərkibi 

aşağıdakı bir sıra amillərdən asılıdır: 

a)  itehsalın həcmi; 

b)  istehsalın ixtisaslaşma səviyyəsi; 

c)  istehsal prosesinin təşkili forması; 

d)  tətbiq olunan texnologiya və avadanlıq; 

e)  əmək bölgüsü. 



48 

 

Istehsalat 



əməliyyatlarının 

quruluşlarının 

psixoloji 

təhlili 


əməliyyatların 

planlaşdırılmasının və onun yerinə yetirilməsi vaxtının normalaşdırılmasının tərkib 

hissəsi  olmalıdır.  Işçi  əməliyyatlarının  psixoloji    səciyyəvi  əhəmiyyətli  dərəcədə 

yüksək  idrak  və  fikir  tələb  edən  istehsalat  proseslərinin  mürəkkəbliyi,  işçilərin 

diqqətinə və onların emosional vəziyyətinə əhəmiyyətli dərəcədə göstərilən təsir ilə 

müəyyən  edilir.  Buna  uyğun  olaraq,  əməliyyatların  quruluşu  məsələsi,  onun  ayrı-

ayrı elementlərinin  məzmununu,  yerinə  yetirilən  işin şəxsiyyətə təsirinin  xarakteri 

və  işçilərin  sağlamlığı,  əməliyyatın  yerinə  yetirilməsi  üçün  zəruri  olan  vaxtın 

kəmiyyəti texnoloji və psixoloji amillərin və qanunauyğunluqların nəzərə alınması 

ilə  kompleks  şəkildə  öyrənilməlidir.  Onu  nəzərə  almaq  zəruridir  ki,  əmək 

əməliyyatlarının yerinə yetirilməsində başlıça fəaliyyət göstərən subyekt – işçi həm 

də  mürəkkəb  fizioloji  funksiyası,  əhval-ruhiyyəsi,  hissiyyatı  və  həyəcanı  ilə 

birlikdə olaraq öyrənilməlidir. 

Əmək əməliyyatlarının psixoloji təhlili problemi az öyrənilmişdir. Bu məsələ 

üzrə hələ tam hərtərəfli elmi fikirlər yoxdur. 

Əmək  əməliyyatlarının  quruluşlarının  psixoloji  təhlili  iki  əsas  momentin 

izahını verməyə imkan verir: 

a)  əmək  əməliyyatlarının  yerinə  yetirilməsində  işçilərin  psixoloji  və  fizioloji 

funksiyalarına  verilən  tələblər.  Burada  orqanizmin  bu  və  ya  digər  funksiyasına 

yüksək gərginlik yaradan amillərin aşkar edilməsi çox vacibdir; 

b)  əmək  əməliyyatlarının  yerinə  yetirilməsində  əmələ  gələn  səhflərin  

səbəbləri. Bəzən əmək fəaliyyəti prosesində işçilərdə işçi əməliyyatlarının ayrı-ayrı 

ünsürlərinin  yerinə  yetirilməsi  ilə  əlaqədar  yüksək,  xüsusi  gərginlik  tələb  edən 

çətinliklər  əmələ  gəlir.  Bütünlüklə,  belə  əməliyyatların  yerinə  yetirilməsi  ilə 

əlaqədar əmələ gələn çətinliklər  əmək məhsuldarlığına, məhsulun keyfiyyətinə pis 

təsir  göstərir  və  bəzən  də  istehsalat  zədələnmələrinə  gətirib  çıxarır.  Yüksək 

gərginlikli  psixi  funksiyalar  tələb  edən  əməliyyatların  gərginlikli  əməliyyatların 

kritik xüsusiyyəti adlanır. 

Əməliyyatların  optimal  quruluşunun  müəyyən  edilməsində  bu  əməliyyatların 

kritik  xüsusiyyətlərini  aşkar  etmək  çox  vacibdir  və  bunun  üçün  elə  zəruri  şərait 




49 

 

yaratmaq lazımdır ki, bu işçinin psixi fəaliyyətinin gərginliyini yüksəltməyə imkan 



verməsin. 

Indi  də  istehsalat  əməliyyatları  zamanı  meydana  çıxan  psixoloji  proseslərin 

mahiyyətini  nəzərdən  keçirək.  əgər  insanın  psixologiyasında  əməyin  əsas  rol 

oynadığını  isbat  etmiş  olsaq,  onda  belə  bir  sual  meydana  çıxır:  istehsalatda  iş 

zamanı  hansı  psixoloji  proseslər  və  funksiyalar  iştirak  edir?  Onların  müxtəlifliyi 

nədədir və onlar bir komponent kimi əmək fəaliyyətinə daxil ola bilərmi? 

Iş  zamanı  insan  çox  diqqətli  olur.  O,  hiss  edir,  qəbul  edir  və  fikirləşir.  Bu 

zaman əmək psixologiyası əməkdə psixoloji prinsiplərin rolunu müayinə edir, daha 

doğrusu,  əməkdə  olan  psixoloji  komponentləri  öyrənir.  Burada  əsas  etibarilə 

əməkdə  hissiyyat prosesi, psixoloji proseslər, emosional proses, diqqət, yaddaşlıq, 

düşünmə  və  s.  prosesləri  öyrənmək  məqsədəuyğundur.  Psixoloji  proseslərə  belə 

yanaşmaqda əsas məqsəd əməkdə psixoloji proseslərin rol oynamas    

Ke56ı  haqqında  məlumat  verməkdən  ibarətdir.  Hətta  əmək  proseslərində 

onların daha da səmərəli olmalarını, istehsalatda  necə tətbiq edilmələrini bilməyin 

böyük əhəmiyyəti vardır. 

Əmək  prosesində  olan  psixoloji  proseslərdən  ən  mühümü  diqqətdir.  Diqqət 

əmək  fəaliyyəti  üçün  böyük  əhəmiyyətə  malikdir.  Diqqət  olmadan  problem  həll 

etmək,  hətta  sadə  işi  təşkil  etmək  və  yerinə  yetirmək  mümkün  deyildir.  Diqqət 

dinamik psixi prosesdir. Istehsal əməyi prosesində diqqəti təmərküzləşdirmədən və 

mərkəzləşdirmədən bir çox əməliyyatları  yerinə yetirmək  mümkün olmazdı. əmək 

fəaliyyəti  üçün  diqqətin  mərkəzləşdirilməsindən  başqa  diqqətin  paylanmasının  da 

böyük  əhəmiyyəti  vardır.  Diqqətin  paylaşdırılması  dedikdə,  işçinin  diqqətinin  bir 

neçə obyekt və əmək növü arasında bölünməsi nəzərdə tutulur. 

Diqqətin  bir  obyektdən  başqa  obyektə  sürətlə  keçməsi  mühüm  psixi 

keyfiyyətdir.  Diqqətin  keçirilməsi  cəldliyi  əvvəlki  işə  olan  maraqdan  asılıdır. 

Bundan başqa, əgər işin  icrasının zəruriliyi əvvəlcədən  məlum olarsa, bunu etmək 

daha asan olar. 

Odur  ki,  belə  nəticəyə  gələ  bilərik  ki,  istehsalat  əməliyyatlarını  tənzim  edən 

psixoloji  proseslər  nəinki  işçinin  özünün  sağlamlığına,  həm  də  onun  texniki 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə