Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

44 

 

Əmək  kollektilərinin  məlumatlandırılması  (informasiyalaşdırılması)  bu 



baxımdan ona görə vacibdir ki, belə məlumatlar olmadıqda və yaxud azlıq etdikdə 

kollektivlərdə  müxtəlif  şayələr,  təhrif  və  sözgəzdirmə  halları  çox  olur.  Bundan 

başqa,  işçilərin  sosial,  istehsal  məlumatlandırılması  kollektivin  tapşırıq  və 

normalarını,  habelə  məqsədlərinin  hər  bir  işçiyə,  ilkin  əmək  kollektivinə 

çatdırılması  baxımından  a  vacibdir.  Yuxarıda  deyilənlərdən  başqa,  həm  də 

məlumatlandırma  birgə  fəaliyyətin  zəruri  şərti  kimi  çıxış  edir.  Lakin  qeyd  etmək 

lazımdır  ki,  bizim  şəraitimizdə  yuxarıda  göstərilən  məsələlər  heç  də  lazımı 

səviyyədə qurulmamışdır.  

Əmək kollektivlərinin fəaliyyətində sosial-psixoloji amillər qrupundan biri də 

psixoloji mühitdir. Psixoloji mühit öz növbəsində əmək kollektivlərinin emosional 

əhvalını  və  onun  üzvləri  arasındakı  qarşılıqlı  əlaqəni  ifadə  edir  və  öz  növbəsində 

münaqişələr  səviyyəsinə  təsir  göstərir.  Bu  baxımdan  dialektikanın  “səbəb-nəticə” 

kateqoriyasını  yuxarıda  göstərilən  proseslərə  eyni  qaydada  tətbiq    etmək  olmaz. 

Lakin  bundan  asılı  olmayaraq  obyektiv  reallıq  ondan  ibarətdir  ki,  psixoloji  mühit 

hər  bir  işçiyə,  sosial  qrupa  və  idarəetmə  strukturuna  təsir  edir,  işçilərin  əhvalını 

səciyyələndirir. Bütün bunlar şəxsiyyətlərarası ünsiyyət zamanı  meydana çıxır. Bu 

baxımdan  psixoloji  mühitdə  ən  başlıca  məsələ  müəssisədə  baş  verən  hadisələr 

kompleksinin  emosiyalar  asitəsilə  əks  olunmasıdır.  Bu  baxımdan  psixoloji  mühit 

əmək kollektivlərindəki proseslərin nəticələrinin qiymətləndirilməsi rolunu oynayır. 

Belə ki, ona  görə də ayrı-ayrı  müəssisələr  və təşkilatlar haqqında söhbət düşərkən 

belə  ifadələr  işlənilir:  “Orada  yaxşı  psixoloji  mühit  vardır”  və  yaxud  “psixoloji  

mühit dözülməzdir”. 

Psixoloji  mühitə  bir  çox  amillər  təsir  göstərir.  Bu  amillərdən  biri  kollektiv 

üzvləri  arasındakı  olan  qarşılıqlı  münasibətdir.  Çünki  bu  münasibətdən  çox  şey 

asılıdır.  Bu  münasibət    insanlara  əmək  sevinci  də  gətirə  bilər,  qarşılıqlı  etimad  və 

inam  doğura  da  bilər  və  bunun  əksini  də  yarada  bilər.  Əlbəttə  qarşılıqlı 

münasibətlər  səviyyəsinin  işçilərə  olan  təsir  dərəcəsi  sosial-iqtisadi  sistemin 

xarakterindən  də  asılı  olur.  Məsələn,  işlə  təmin  oluna  bilməyən  ,  maddi  təminatı 

aşağı olanlarda psixoloji gərginlik yüksək olur. 



45 

 

Əksinə,  hər  hansı  iş  yeri  hesabına  deyək  ki,  ayda  1000  və    daha  çox  dollar 



qazanan işçi üçün hətta müdiriyyətin qeyri-normal hərəkəti işçinin işdən getməsinə 

sövq  etmir.  Lakin  aparılan  sorğuya  əsasən  “  sizin  işdə  ən  çox  xoşa  gələn  nədir? 

sualına  bir sıra müəssisələrdə 55-83% fəhlələr əmək haqqı və digər cəhətləri deyil, 

işdə olan qarşılıqlı münasibətləri əsas götürülmüşdür. 

Əmək kollektivlərində psixoloji mühitin formalaşmasında bilavasitə istehsalın 

və  əməyin  təşkili  mühüm  əhəmiyyət  kəsb  edir.  Əmək  kollektivlərində  bu  sahədə 

hər  hansı  bir  işçi,  necə  deyərlər,  yerli-yersiz  güzəştli  mövqedə  dayandıqda  və 

yaxud  üstünlük  təşkil  etdikdə  bu  psixoloji  gərginliyə  səbəb  olur.  Əmək 

kollektivlərində  bununla  bağlı  münaqişə  situasiyası  aşağıdakı  səbəblər  qrupu  üzrə 

olur: 


a) əməyin 

normalaşdırılması, 

əmək 

haqqının 



hesablanması, 

əməyin 


stimullaşdırılmasının  təşkili,  istehsalın  gedişi  (ahəngdar  və  qeyri-ahəngdar  təşkili, 

təchizatı, məhsulun satışı və s.) 

b) kadrlar  siyasəti  sferasında  (kadrların    düzgün  yerləşdirilməməsi,  xüsusi 

olaraq  peşə-ixtisas  və  psixoloji  xüsusiyyətlərinin  nəzərə  alınmaması,  kobud 

inzibatçılıq və s.) 

c) kollektivdaxili  münasibətlər  sferasında  (qabaqcıl  və  tənbəl  işçilər  arasında, 

köhnə və təzə işçilər arasında və s.) 

Beləliklə, göründüyü  kimi, sosial-psixoloji  mühit özünəməxsus bir  hadisədir. 

Bu insanların əhvalına bilavasitə təsir göstərir. Bu baxımdan sosial-psixoloji mühit 

qrup psixi proseslərlə v digər qruplarda baş verən hadisələrlə üzvü şəkildə bağlıdır. 

Bu  ictimai  münasibətlər  sistemilə  bağlı  olduğuna  görə  həm  də  sinfi  sosial  təbəqə 

xarakterini  alır.  Sosial-psixoloji  proseslərin  səviyyəsi  və  müxtəlifliyi  bir  tərəfdən 

sosial  qrupların  strukturu  və  sosial  funksiyasından  asılıdırsa,  digər  tərəfdən  sosial 

mühit baxımından həmin strukturlara təsir göstərir. Çünki adamların  ictimai əmək 

bölgüsündəki  sinfi  mövqeyi  onların    psixologiyasına  və  davranışına  təsir  etməyə 

bilməz. Bunun özü də bir reallıqdır. Çünki həyatın sosial mühiti həmin təbəqə sinif 

üçün  səciyyəvi  olan  (tipik)      şəxsiyyət  strukturu,  keyfiyyti  formalaşdırır.  Burada 

tələbat,  sərvət  yığımı  ehtirasları  və  digər  dəyərlər  meyli  mühüm  əhəmiyyət  kəsb 




46 

 

edir.  Əlbəttə,  burada  müstəsna  hallar  da  ola  bilər.  Bu,  bərabər  şərait  daxilində 



şəxsiyyətin  dünyagörüşü  və  yüksək  mədəniyyətindən  də  asılıdır.  Buna  həm  də 

ölkənin malik olduğu ənənə və yaxud ölkədə mövcud olan sosial-psixoloji şərait də 

öz təsirini göstərir. Bu baxımdan psixoloji mühitə sosial-psixoloji əlaqələr və onlar 

arasındakı fərqlər də təsir edir. 

Əmək  kollektivlərində  psixoloji  mühit  xeyli  dərəcədə  psixoloji  uyuşqanlıq 

problemilə  bağlıdır.  Burada  psixoloji  uyğunlaşma  da  əmək  kollektivi  üzvlərinin 

bir-birini  başa  düşməsi,  işçilərin  bir-biri  üçün  əlverişli  olmasını  hiss  etməsində 

özünü  göstərir.  Psixoloji  uyuşqanlıq  bir  qayda  olaraq  kollektiv  üzvlərinin  şəxsi 

keyfiyyətlərinin,  xarakterlərinin  optimal  şəkildə  əlaqələndirilməsi  mənasında 

işlənilir.  Burada  uyuşqanlığın  iki  növü  –  psixofizioloji  və  psixoloji  növü  qəbul 

olunmuşdur.”Psixofizioloji” 

dedikdə, 

işçinin 

diqqəti, 

təfəkkürü, 

onların 


sinxronluğu;  “psixoloji  uyuşqanlıq”  dedikdə  isə,  işçilərin  xarakter  cəhətlərinin 

(qabiliyyət,  temperament,  emosiyalar)  optimal  əlaqələndirilməsi  kimi  məsələləri 

nəzərdə  tutulur.  Burada  əmək  fəaliyyətinə  uyğunlaşmanın  3-cü  mərhələsində 

olduğu  kimi  emosional  identifikasiya  baş  verdikdə,  sosial  birlik  prosesi 

formalaşmış olur, bu həm də kollektivdaxili birliyin mühüm amili kimi çıxış edir. 

Ona görə də emosional identifikasiya birinci növbədə ilkin kollektivlərdə baş verən 

empatiya  halı  ilə  bağlıdır.  Bu  o  deməkdir  ki,  kollektivin  hər  bir  üzvü  digərinin 

vəziyyətini başa düşür, hiss edir, onların  istehsal  və  məişət işlərində səmimiyyətlə 

iştirak edir. 

Psixoloji  uyğunlaşmanın  əks  tərəfi  –  psixi  uyğunlaşmama  halları  da 

mövcuddur.  Psixoloji  uyuşqansızlıq  sadəcə  olaraq  dəyərlər  meylindəki  fərqlərdən 

ibarət  deyildir.  Bu  həm  də  psixoloqların  dili  ilə  desək,  psixomotor  reaksiyaların 

qeyri-sinxronluğu,  diqqət  və  təfəkkürdəki  fərqlər  və  bütün  bunlardan  irəli  gələn 

bir-birinə hörmətsizlik, qeyri-insani hərəkətlərin əlamətidir, təzahürüdür. 

Göründüyü kimi, psixoloji uyuşqanlıq çox mürəkkəb bir prosesdir. Buna bir 

tərəfdən  işçinin  genetik  xüsusiyyətləri,  onun  motivləri,  psixofizioloji  keyfiyyəti, 

liderlik keyfiyyəti, özünə tənqidi yanaşa bilmək və bilməmək qabiliyyəti, adamlara 

etimad  etmək  şəraiti,  rəhbər  işçinin  iş  üslubu,  bütövlükdə  makroiqtisadi  mühit  və 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə