Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

62 

 



Işə  qəbul  olunan  gənclərə  qayğı  ilə  yanaşmaq,  onların  ixtisas  dərəcəsinin 

yüksəldilməsinə,  müəssisədə  onların  mənəvi  cəhətdən  yüksəlməsinə  kömək 

etmək; 



Sex  rəislərinin,  növbə  ustalarının  gənclərə  qarşı  məsuliyyətini  gücləndirmək, 



istər işdə və istərsə də işdən sonra ehtiyaclarını öyrənmək və kömək etmək; 

Qadınlara şəxsi gigiyena qaydalarına riayət etmək üçün xüsusi yerlər ayırmaq; 



Ardıcıl  olaraq  kadrların  ixtisasının  artırılmasını  təşkil  etmək  və  onun 

keyfiyyətinin yaxşılaşmasına nəzarət etmək; 

Fəhlə  və  xidmətçilər  arasında  vaxtaşırı  əmək-tərbiyə  tədbirləri  keçirmək, 



ümumi  və  peşə  xəstəlikləri  haqqında  mühazirələr  oxumaq,  iş  şəraitini 

yaxşılaşdırmaq, peşə xəstəliklərinə səbəb olan amilləri ləğv etmək: 

Kadrlar  axıcılığı  ilə  səmərəli  mübarizə  aparılmasında  ilk  növbədə  müəssisə 



rəhbərləri və ictimai təşkilatçıların məsuliyyətini artırmaq. 

Yuxarıdakı  tədbirlərin  həyata  keçirilməsi  məqsədilə  və  ardıcıl  ictimai  tədqiqat 

aparılması üçün müəssisələrdə əmək və sosial-psixoloji idarəetmə problemləri üzrə 

xüsusi xidmət bölmələri yaratmaq məqsədəuyğun olardı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


63 

 

FƏSİL III. ƏMƏK KOLLEKTİVLƏRİNDƏ ƏLVERİŞLİ-PSİXOLOJİ 



MÜHİTİN FORMALAŞMASI VƏ ONUN ƏMƏYİN SƏMƏRƏLİLİYİNƏ 

TƏSİRİ 

3.1.  Kollektivə  rəhbərliyin  sosial-psixoloji  aspekti  və  rəhbərlik  üslubunun 

optimallaşdırılmasının əməyin səmərəliliyinə təsiri 

Idarəetmə  fəaliyyəti  sosial-psixoloji  hadisə  və  proseslərlə  əlaqədardır.  Hətta 

yeni  texnikanın,  səmərəli  iş  üsullarının  tətbiqindən  tutmuş  idarəçilik  qanunlarının 

qəbul edilməsi, kadrların seçilməsi, işçilərin maddi və mənəvi həvəsləndirilməsinə 

qədər olan hər bir tədbir sosioloji-psixoloji cəhətdən əsaslandırılmalıdır. Sosioloji-

psixoloji amillərin kifayət qədər nəzərə alınmaması bir çox kollektvlərdə psixoloji 

maneələrin  əmələ  gəlməsi  üçün  şərait  yarada  bilir.  Cəmiyyətin,  ictimai  həyatın 

demokratikləşməsi, insan amili  ilə əlaqədar  məsələlərə elmi baxımdan yanaşmağı, 

obyektiv  amillərlə  subyektiv  amillərin  daha  dolğun  və  optimal  halda 

əlaqələndirməyi  tələb  edir.  Burada  idarəetmənin  iqtisadi-təşkilati,  inzibati-

sərəncam  və  psixoloji-emosional,  mənəvi-etik  və  pedaqoji  cəhətlərinin  də 

əlaqələndirilməsinin  böyük  əhəmiyyəti  vardır.  Çünki  iadrəetmə  fəaliyyəti,  birinci 

növbədə  adamlarla  aparılan  işlərdən  başlayır  və  bilavasitə  onunla  bağlı  olur. 

Adamların,  şəxslərin  idarə  edilməsi  sosioloji  idarəetmənin  başlıca  formasıdır. 

Çünki idarəetmə orqanı, rəhbərlik əməyi üçün insan fəaliyyəti başlıca obyektdir. 

Bəzi  müəlliflər  insanı  haqlı  olaraq  “mikrosistem”  adlandırırlar.  Idarəetmə  bir 

sistem  olmaq  etibarilə  iki  yarım  sistemdən  –  idarə  edən  və  idarə  olunan 

sistemlərdən ibarətdir. Insan sosial idarəetmədə, hər iki yarım sistemdə iştirak edir. 

Ona  görə də rəhbərlik edən  və  idarə olunan sistemlər də xeyli dərəcədə subyektiv 

amillərin  özünün  qarşılıqlı  əlaqəsi  və  təsirindən  asılı  olur.  Sənayecə  inkişaf  etmiş 

xarici  ölkələr,  o  cümlədən  ABŞ,  Avropa,  Yaponiya,  Türkiyə  və  digər  əlaqələrdə 

idarəetmənin  sosioloji,  psixoloji  amillərinə  böyük  əhəmiyyət  verilir.  Idarəetmə 

prosesində  rəhbər  işçilərlə  tabeçilikdə  olan  adamlar,  sosial  qruplar,  siyasi  liderlər 

arasında  mürəkkəb  sosioloji-psixoloji  kommunikativ  əlaqələr  və  münasibətlər 

yaranır.  Lakin  bu  əlaqələr  səbəbsiz  olmur,  nəticəsiz  qalmır,  adamların 

psixologiyasına  təsir  göstərir,  digər  tərəfdən  isə  psixi  proseslərə,  təsəvvürə, 




64 

 

təfəkkürə,  diqqətə,  iradəyə,  habelə  şəxsiyyətin  psixi  xassəsinə,  temperamentinə, 



xarakterə, qabiliyyətə, müxtəlif tələbat və motivlərə və sair mühüm təsir edir. Ona 

görə də idarəetmə prosesi fərdlərin psixologiyası ilə yanaşı liderlərin, kiçik qrup və 

kollektivlərin psixologiyasını da bilməyi, ona dərindən nüfuz etməyi tələb edir. Bu 

və  ya  digər  psixi  xassə  bütün  adamlarda,  eyni  səviyyədə  olmur.  Adamlar  həm  də 

məhz  bu  cəhətə  görə  bir-birindən  fərqlənirlər.  Lakin  həmin  psixi  xassələr  və 

proseslər  bəzilərinin  düşündüyü  kimi  heç  də  tamamilə  tənzim  olunmaz, 

idarəedilməz deyildir. Idarə rəhbərləri işçilərin psixi vəziyyətini (emosiyanı, əhval-

ruhiyyəsini,  həyat  fəaliyyətini  və  s.)  psixi  xüsusiyyətlərini  bilərək  onu  şəxsi 

məqsədlər  naminə  bir  növ  “tənzim  olunan”  obyektə  çevirə  bilirlər,  belə  qaydada 

“səmərəli kollektiv” fəaliyyətini özləri üçün istifadə etmək imkanına malik olurlar, 

həm də bəzən öz psixoloji  xüsusiyyətlərinə uyğun  gələn bir  növ elastik, dəyişkən, 

“yumşaq”  xasiyyətə  malik olan adamları da öz ətrafına toplaya bilirlər. əslində bu 

da  idarəetmə  psixologiyası  sistemində  bir  fəaliyyət  növüdür.  Lakin  şüurlu 

idarəetmə  ən  yaxşı  psixoloji  keyfiyyətlərin,  sağlam  psixoloji  əsasların,  özəklərin 

nəzərə  alınmasını  nəzərdə  tutur.  Insanın  psixi  fəaliyyətinin  ən  alisi  olan  şüurluluq 

səviyyəsini  psixoloji  amillərdən  kənarda  təsəvvür  etmək  olmaz.  Ona  görə  də 

idarəçilik  prosesində  şüurluluq  kateqoriyasına  və  psixoloji  xassə  və  vəziyyətlərə 

sistem  halında,  kompleks  amillərin  təhlili  əsasında  yanaşmaq  lazımdır.  Demək, 

iadrəetmə  psixologiyası  psixoloji  xassə  və  xüsusiyyətlərlə  yanaşı  rəhbər  işçinin 

xidmət  etikası,  mənəvi  və  siyasi  mədəniyyəti,  peşə  etikası,  normal  sosioloji-

psixoloji şərait və habelə kadrların seçilməsi və yerləşdirilməsində zəruri tələblərə 

ciddi  əməl  olunması  ilə  də  üzvü  şəkildə  əlaqədardır.  Idarəetmə  münasibətlərinin 

sağlamlaşdırılması  bu  sferada  elmi  metod  və  prinsiplərin  geniş  tətbiq  edilməsinə, 

rəhbər  işçilərin,  hər  bir  idarə  aparatı  işçisinin  fəaliyyətini  məqsədyönlü  işlərə 

yönəltməyə,  idarəetmə  fəaliyyətində  nöqsanlara,  qeyri-qanuni  hallara  yol 

verməməyə,  idarəetmə  sisteminin,  orqanlarının  yüksək  humanist-əxlaqi  səciyyə 

daşımasına,  onu  keyfiyyətcə  yeni  əsaslar  üzrə  qurmağa  imkan  verir.  Insanların 

şüuru  kimi  onların  psixologiyası,  sosial  təfəkkürü  də  müxtəlif  olur.  Məsələn,  eyni 

bir emosional situasiya bir adamda  gərgin  psixoloji  vəziyyət, nifrət  hissi oyadırsa, 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə