Əlyazması hüququnda ƏJDƏrzadə elsevər məCĠd oğLU



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix04.04.2018
ölçüsü0,77 Mb.
#35851
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

47 

 

istisna olmaqla bütün digər göstəricilər əks olunur.  



 

 Şəxsi hesab vərəqəsinin müxtəlif formada alınması üçün “faiz hesablanması 

məqsədləri  üçün”,  “ilk/son  tarixə  görə”,  “yazılma  tarixinə  görə”,  “dövrə  görə” 

filtrlərindən istifadə oluna bilər. Eyni zamanda şəxsi hesab vərəqəsinin yekununda

 

pul növü (manatla, min manatla və s), çap olunma tarixi, əhatə olunan dövr, saldo 



(qalıq və ya artıq ödəmə), hesablanmış, ödənilmiş, azaldılmış, qaytarılmış, əmlaka 

yönəldilmiş,  faiz  üzrə  saldo,  çap  tarixinə  faiz  borcu,  əhatə  etdiyi  dövrün  sonuna                         

(qalıq və ya artıq ödəmə), çap tarixinə (qalıq və ya artıq ödəmə), cəmi ödənməli 

borc (artıq ödəmə) göstərilir. 

 

Şəxsi  hesab  vərəqəsinin  “Üzləşmə  aktı”nda  vergi  ödəyicisi  tərəfindən  iki 



tarix  arasında  və  ya  aktın  tərtib  edildiyi  günə  büdcəyə  hesablanmış,  ödənilmiş, 

azaldılmış,  qaytarılmış  məbləğlər,  dövrün  əvvəlinə  və  sonuna  borc  və  ya  artıq 

ödəmə məbləğləri əks olunur.            

 

Şəxsi  hesab  vərəqələrində  əməliyyatların  məbləğlərinin  uçotu  manatla 



aparılır.  Digər  valyutada  olan  əməliyyatlar  məlumat  üçün  aparıla  bilər. 

Hesablanmış və ödənilmiş vəsaitlərin şəxsi hesab vərəqələrinə daxil edilməsi üçün 

vəzifəli  şəxslərin  parolları  onların  imzaları  hesab  edilir,  bu  xüsusi  parolların 

məxfiliyinin saxlanılmasına məsuliyyət daşıyırlar. 

 

Kağız forma üzrə aparəlan şəxsi hesab vərəqələrində bütün yazılışlar, onların 



dügünlüyünü  təsdiq  edən  sənədlərə  əsasən  diyircəkli  qələmlə  yazılmalıdır. 

Yazılışlar səliqəli aparılmalı, düzəliş və pozuntulara yol verilməməlidir. 

 

İlkin  yazılışlar  zamanı  aşkar  edilmiş  səhvlərin  düzəldilməsi  üçün  düzgün 



olmayan  sətrin  üzərindən  xətt  çəkilməli,  yeni  sətrdə  düzgün  yazılış  aparılmalı  və 

düzəliş  aparan  şəxs  tərəfindən  müvafiq  sətrdə  “düzəliş  edilmişdir”  sözləri 

yazıldıqdan sonra imzalanmalıdır. Düzəliş aparılan zaman üzərindən xətt çəkilmiş 

sətrin məzmini aydın oxunmalıdır. 

 

Sonradan aşkar edilmiş səhv yazılışlar üzrə düzəlişlər, səhvin aşakar edildiyi 



gün,  tarix  və  düzgün  yazılış  qeyd  edilməklə  həyata  keçirilir.  Bunun  üçün  səhv 

aşkar  edilmiş  sətrin  üzərindən  xətt  çəkilir  və  düzəliş  aparan  şəxs  tərəfindən 




48 

 

“düzəliş edilmişdir” sözləri yazıldıqdan sonra imzalanır. 

 

Kompüterlə  aparılan  şəxsi  hesab  vərəqələrində  ilkin  yazılışlar  zamanı 



səhvlərin  düzəldilməsi  həmin  yazılışların  silinib  yenidən  yazılması  yoluilə, 

sonradan  aşkar  edildikdə  isə  yuxarıda  nəzərdən  keçirdiyimiz  qaydada  həyata 

keçirilir. 

 

Hesablanmış  və  ödənilmiş  vəsaitlərin  uçotunun  avtomatlaşdırılmış  şəkildə 



kompüterdə aparılması zamanı, hesablanmış və ödənilmiş vəsaitlərin daxil olması 

ödəyicinin  şəxsi  hesab  vərəqəsinə  bu  məqsədlər  üçün  xüsusi  parollar  verilmiş 

vəzifəli  şəxslər  tərəfindən  aparılır.  Hesablanmış  və  ödənilmiş  vəsaitlərin  şəxsi 

hesab  vərəqəsinə  daxil  edilməsi  üçün  vəzifəli  şəxslərə  verilmiş  parollar  onların 

imzaları hesab edilir və şəxsi vərəqələrdə müvafiq imzaları əvəz edir. 

 

Hesablanmış və ödənilmiş vəsaitlərin şəxsi hesab vərəqəsinə daxil edilməsi 



üçün  xüsusi  parollar  verilmiş  vəzifəli  şəxslər  bu  parolların  məxviliyinin 

saxlanmasına görə məsuliyyət daşıyırlar. 

 

Vergi  orqanları  yeni  yaradılmış,  həmçinin  digər  vergi  orqanları  tərəfindən 



təhvil  verilmiş  təşkilatlara,  müəssisələrə,  onların  filiallarına,  nümayəndəliklərə  və 

digər  vergi  agentlərinə,  sözügedən  ödəyicilərin  vergi  ödəyicilərinin  uçotu 

şöbəsində  reyestrdə  qeydiyyatdan  keçməsi  barədə  bildiriş  aldıqdan  sonra  onlara 

şəxsi hesab açırlar.  

 

Vergi orqanlarında hüquqi şəxslərdən tutulan vergilər üzrə hər il üçün şəxsi 



hesablar  açılır:  fəaliyyətdə  olan  müəssisələrə  –  ilin  əvvəlindən,  yeni  təşkil 

olunanlar  (yaradılan)  müəssisələrə  –  onların  vergi  ödəıyicisi  kimi  uçota  alındığı 

andan  (tarixdən),  istənuilən  səbəbdən  vergi  orqalarında  uçota  alınmamış 

müəssisələr  isə  vergilərin  hesablandığı  və  ödənildiyi  vaxtdan.  Şəxsi  hesab  hər 

müəssisə və vergi növü üzrə ayrıca açılır. Şəxsi hesablar müxtəlif formalı olmaqla 

bu  və  ya  digər  vergi  (ödəniş)  növünün  məzmununu,  hesablanması  və  ödənilməsi 

xüsusiyuyətlərini özündə əks etdirir. 

 

Məsələn, konkret ödəyicinin şəxsi hesabında hesablanmış mənfəət vergisinin 



məbləği  haqqında  qeydlər  aşağıdakı  qaydada  aparılır.  Avans  ödənişlərinin  hər 


49 

 

birinin  ödənilməsi  müddəti  üzrə  ayrıca  olaraq  onun  tarixi,  ödəniş  məbləği, 



müəssisənin vergi müfəttişliyinə təqdim etdiyi arayışda göstərilən mənfəət vergisi 

üzrə  avans  ödənişlərinin  məbləği  göstərilir.  Əgər  müəssisə  müəyyən  olunmuş 

qaydada avans ödənişləri barədə yeni (korrektə edilmiş) arayış təqdim edərsə, onda 

bu ödənişlərin məbləğindəki dəyişikliklər haqqında şəxsi hesabda müvafiq qeydlər 

aparılır.  Hesabat  dövrü  ərzində  əldə  edilmiş  faktiki  mənfəətə  görə  hesablanmış 

vergi  məbləğilə  əvvəllər  hesablanmış  avans  ödənişləri  arasındakı  fərq  şəklində 

müəyyən  edilmiş  əlavə  vergi  məbləğləri  haqqında şəxsi  hesabda  qeydlər  aparılır. 

Hesablanmış  mənfəət  vergisinin  məbləği  haqqında  qeydlər  rüblər  üzrə  ayrıca 

aparılır.  Faktiki  əldə  edilmiş  mənfəət  üzrə  aparılmış  yenidən  hesablamaların 

nəticəıləri  ilin  əvvəlindən  artan  yekunla  göstərilir.  Bütövlükdə  başa  çatmış  ilin 

yekunlarına  görə  alınmış  faktiki  mənfəət  üzrə  yenidən  hesablamanın  nəticələri 

(əlavə ödəmələrin və ya əvəzləşdirmənin məbləği) cari il üçün müəssisəyə açılmış 

şəxsi hesabda əks etdirilir. Şəxsi hesabda həmçinin kameral və müəssisənin sənədli 

yoxlamasının gedişatı zamanı əlavə olaraq hesablanmış əlavə ödəniş məbləğləri də 

əks olunur. Hər bir ödəniş müddəti üzrə şəxsi hesabda faktiki daxil olmuş ödəniş 

məbləğləri yazılır və buna əsasən müəssisələr tərəfindən yol verilmiş  əskik və ya 

artıq ödəmələr aşkar edilir. Şəxsi hesablarda həmçinin ilin əvvəlinə və sonuna olan 

artıq və ya əskik ödənilmiş vergi məbləğləri də göstərilir.  

 

Fiziki  şəxslərin  gəlir  vergisi  üzrə  vergi  orqanlarının  hesabladığı  vergi 

məbləği  (məsələn,  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  göstərən 

vətəndaşlardan tutulan) şəxsi hesabda hesablanmış və daxil edilmiş məbləğlər üzrə 

ayrıca uçota alınır. 

 

Vətəndaşlardan  tutulan  digər  vergilər  üzrə  hesablanmış  və  ödənilmiş 



məbləğlərin  uçotu  da  şəxsi  hesablarda  aparılır.  Vətəndaşların  (ödəyicilərin)  şəxsi 

hesablarında aşağıdakı qeydlər aparılır: ilin əvvəlinə və sonuna, eləcə də müddətlər 

üzrə  ödənilməmiş  (artıq  ödənilmiş)  məbləğlər,  il  ərzində  hesablanmış  vergi 

məbləğləri,  onların  hesablanmasında  edilmiş  dəyişikliklər  və  vergi  güzəştləri, 

faktiki  ödənilmiş  vergi  məbləğləri,  hasablanmış  peniya  və  digər  sanksiya 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə