Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə8/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

Fiziki şəxslərin mülkiyyətində olan, normativ xidmət müddətini başa çatdırmış, ilkin balans
dəyəri olmayan, eləcə də balans dəyəri binanın həqiqi vəziyyətinə uyğun gəlməyən binaların
(fərdi yaşayış fondundan başqa) həqiqi dəyərini müəyyənləşdirmək üçün, həmin binalar yerində
xüsusi komissiyanın    iştirakı ilə texniki cəhətdən inventarlaşdırılır, faktiki vəziyyəti müəyyən-
ləşdirilir, hər bir konstruktiv elementin faktiki vəziyyətinə görə köhnəlmə faizi nəzərə alınmaqla
hesablanır.
Binaların  fiziki köhnəlməsi  texniki  inventarlaşdırma əsasında aşağıdakı formula ilə təyin
olunur:
Bk faizi = (E (XuBe)) / 100
Bk faizi - binanın köhnəlmə faizi;
Xu - binanın dəyərində konstruktiv elementlərin xüsusi çəkisi (qiymət toplusu üzrə);
Be - konstruktiv elementlərin müəyyən olunmuş köhnəlmə faizi;
E (XuBe) - binanın dəyərində konstruktiv elementlərin xüsusi çəkilərinin həmin konstruktiv
elementlərin köhnəlmə faizinə vurulmaları nəticələrinin cəmi.
Bunların cəmi düzəliş edilmiş ayrı-ayrı konstruktiv elemetlərin xüsusi çəkilərinin cəminə
bölünərək, binanın naturadakı köhnəlməsi təyin edilir.
Bk faizi = (E (XuBe) / EXu
EXu - binanın ayrı-ayrı konstruktiv elementlərinin külliyatdan götürülmüş xüsusi çəkilərindən
düzəlişlər tətbiq edildikdən sonrakı xüsusi çəkilərinin cəmi;
E (XuBe) - binanın düzəliş nəzərə alınmaqla, ayrı-ayrı konstruktiv elementlərinin naturada
müəyyən edilmiş köhnəlmə faizinə vurulmaları nəticələrinin cəmi.
Nəzərə almaq lazımdır ki, həddən artıq köhnəlmiş (köhnəlməsi 70 faiz və artıq) tikililər
yararsız vəziyyətə (qəza vəziyyətinə) düşmüş tikili sayılır və istifadə edilməsi məqsədəuyğun
hesab edilmir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində fiziki şəxslərin əmlak vergisi üzrə bir sıra
güzəştlər və azadolmalar nəzərdə tutulmuşdur.
Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-
bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan
məişət əşyalarının düzəldilməsi, keramika mə`mulatlarının bədii işlənməsi, bədii tikmə, ağac
materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların
bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.
Binalar üzrə əmlak vergisi binaların inventar dəyərinə əsasən hesablanılır. Fiziki şəxslərin
xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi
tərəfindən hesablanır.
Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın
dəyərindəki payına uyğun olaraq hesablanır.
Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə
məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi  Məcəlləsinin 102.2-ci mad-
dəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının
və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak
vergisinin məbləği 30 manat qədər azaldılır.
Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar
18
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.


tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qey-
diyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı va-
sitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks
etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.
Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat
vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.
Bələdiyyələr verginin ödənilməsi barədə tədiyyə bildirişini vergi ödəyicilərinə avqustun 1-
dən gec olmayaraq verməlidirlər.
Сari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-
dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi ödəmə
vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.
Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.
Hüquqi şəxslərin əmlak vergisi
Mülkiyyətində vergitutma obyektləri olan hüquqi şəxslər əmlak vergisinin ödəyiciləridirlər.
Aşağıdakılar vergitutma obyektləri sayılırlar:

müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri;

Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyə-
tini həyata keçirən qeyri-rezident müəssisələr üçün - yalnız daimi nümayəndəliklə bağlı
olan əsas vəsaitlərin orta illik dəyəri.
Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi Vergi
Məcəlləsinin 14.3.4-cü maddəsinə (müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığorta-
landığı  halda)  əsasən  müəyyən  edilmiş  dəyərə  əmlak  vergisinin  dərəcəsi  tətbiq  edilməklə
hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda
Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.
19
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
Sxem 1: Fiziki şəxslərin əmlak vergisinin ödənilməsi qaydası


20
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
Vergitutma obyekti olan və müəssisələr tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət
aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri, bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət
iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə
fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri isə birgə fəaliyyətin iştirakçıları
tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyan-
naməyə daxil edilir.
Müəssisələr əsas vəsaitlərin orta illik qalıq dəyərindən (avtonəqliyyat vasitələri istisna ol-
maqla) 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.
Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağı-
dakı qaydada hesablanır:
● Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə
(əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış
amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə
bölünür.
● Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əm-
lakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi
olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı
və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına
vurulur.
● Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda,
onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və
ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür
və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu
aya qədər olan ayların sayına vurulur.
Sxem 2: Hüquqi şəxslərin əmlak vergisinin ödənilməsi müddətləri 
şəxslərin


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə