Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə10/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   6   7   8   9   10   11   12   13   ...   44



 4
/2
01
1


UOT - 330.818:336.201
Nizamülmülkün, vergi işinin təşkili də 
daxil olmaqla, iqtisadi məsələlərlə əlaqədar
dəyərləndirmələri
Xülasə
Tədqiqatın məqsədini - Orta əsr Azərbaycanında vergi məsələləri ilə əlaqədar
mütəfəkkirlərin fikirlərinin öyrənilməsi təşkil edir.
Tədqiqatın  metodologiyasını -  analiz,  sintez,  deduksiya,  müqayisə  üsulları
əsasında tarixi faktların dəyərləndirilməsi.
Tədqiqatın nəticələri - iqtisadi təhlükəsizliyin, işgüzar fəallığın təmin edilməsində
tarixi irsdən yararlanmaya xidmət.
Tədqiqatın məhdudiyyətləri - tədqiqat obyektinin spesifikliyi, Azərbaycan tarixinin
daha erkən dövrlərinin materiallarına müraciət edilməsi və araşdırılmanın mən-
bələrinin məhdudluğu.
Tədqiqatın əhəmiyyəti -  vergi reallıqları ilə əlaqədar tarixi təcrübənin bu günki
reallıqlar üçün istifadə imkanlarının, daha səmərəli vergi və iqtisadi mexanizmlərinin
müəyyənləşdirilməsi.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - tədqiq edilən problemin bəzi cəhətlərinin
müəyyən edilməsi, bir çox faktların ilk dəfə olaraq elmi dövriyyəyə çıxarılması.
Açar sözlər: Azərbaycan iqtisadiyyatı, iqtisadi fikir, vergi siyasəti, vergiqoyma.
* Bakı şəhəri.  AZ 1143. Hüseyn Cavid pr. 31. 
economy@eco.ab.az
seyfeddinsamandarov@mail.ru
Alıyev İsa Hüseyn oğlu*
AMEA-nın İqtisadiyyat 
İnstitutunun direktoru, 
iqtisad elmləri doktoru, professor
Səməndərov  Seyfəddin
Sabir oğlu*
iqtisad elmləri üzrə
fəlsəfə doktoru
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
25
İQTİSADİ FİKİR TRİXİ
Səh.25-32


26
İ.Alıyev, S.Səməndərov. Nizamülmülkün... iqtisadi məsələlərlə əlaqədar dəyərləndirmələri 
Giriş
İqtisadi fikir tarixi iqtisad elmləri içərisində önəmli yerlərdən birini tutmaqla
yanaşı hər bir xalqın mənəvi, intellektual sərvətlərinin mühüm tərkib hissəsi kimi
dəyərləndirilir. İqtisadi dünyagörüş, hadisə və proseslərin dəyərləndirilməsi mey-
yarlarındakı tarixi təcrübənin nə qədər əhəmiyyətli olması sübuta ehtiyacı olmayan
gerçəklikdir. Görkəmli mütəfəkkir və tarixi şəxsiyyətlərin cəmiyyətin iqtisadi prob-
lemləri haqqındakı fikirləri tarixi gerçəklilərin öyrənilməsində nəinki önəmli mən-
bədir,  bu  təcrübələr  eyni  zamanda  gələcəkdə  yarana  biləcək  problemlərin  həll
edilməsində nəzəri cəhətdən müəyyən tövsiyyələr vermək gücünə sahibdir. İnsan
cəmiyyətlərinin müxtəlif inkişaf mərhələləri üçün xarakterik olan problemlər qis-
mində cəmiyyətdə sosial-siyasi və sosial-iqtisadi münasibətlər sistemində müəyyən
tarazlığın saxlanılması, iqtisadi rifahın və əmin amanlığın əldə edilməsi, xəzinənin
daima sağlam və mütəmadi gəlirlərlə doldurulması göstərilə bilər. Bütün bunlar isə
nəinki inzibati-siyasi, həmçinin iqtisadi idarəetmə üsullarının düzgün seçilməsi ilə
bilavasitə əlaqədardır. Həyat və yaradıcılığı, iqtisadi dünyagörüşü və fikirləri tədqiq
edilən Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk uzun illər ərzində sarayda mühüm
vəzifələrdən birini daşımış və təcrübə və müşahidələr əsasında diqqətəlayiq fikirlər
irəli sürmüşdür.
Nizamülmülkün həyatı və onun yaşadığı dövrün inkişaf xüsusiyyətləri
Məxəzlərin verdiyi məlumata əsasən Nizamülmülk Tusun zadəgan nahiyəsində,
başqa rəvayətə görə isə Nuqan məhəlləsində 1017/18-ci ilində anadan olmuş, ilk
təhsilini burada almışdır. O, gənc yaşlarında divan işlərinə xüsusi maraq göstərmiş,
şəriət qanunlarının, hədis və rəvayətlərin bilicisinə çevrilmiş, katiblik, dəbirlik (xət-
tat) sənətlərinə yiyələnmişdir. Nizamülmülk, əvvəlcə Bəlx hakimi Şadanın xid-
mətində katiblik vəzifəsində işləmişdir [1, s. 4, s. 26]. 
Daha sonra o, Səlcuq hökmdarlarının diqqətini cəlb edir və 1063-cü ildə Alp Ar-
slan taxta çıxdığı vaxtdan vəzir vəzifəsinə təyin olunur. 1072-ci ildə 17 yaşlı Məlik
şahın səltənətə başçılıq etdiyi vaxtda da vəzir kimi fəaliyyət göstərir. Bütünlükdə 30
il müddətində Səlcuqilər dövründə  vəzir olmuşdur. Nizamülmülk «Siyasətnamə»
əsərinin 30 fəslini 1076-cı ildə Məlik şahın sifarişi ilə yazmışdır. Sonralar bu əsərə
Əlyəməni adlı bir katibin 15 fəsil, digər katiblərində müəyyən əlavələr və düzəlişlər
etməsi barədə məlumatlar var. Bütünlükdə əsər 50-51 fəsilədən ibarətdir [1, s. 26;
2, s. 115-117]. Tarixi ədəbiyyatlarda ömrünün son günlərində Nizamülmülkün saray
çəkişmələri nəticəsində hökmüdar rəğbətini itirməsi, sonra 1092-ci ildə oktyabrın
14-də saraya şikayətçi kimi gələn batini fədaisi tərəfindən qətlə yetirilməsi barədə
məlumatlar var. Qeyd etmək lazımdır ki, saray çəkişmələrində Məlik şahda öz nəsi-


27
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
bini alır. O, 1092-ci ildə noyabrın 19-da batinilər tərəfindən  zəhərlənilərək dünyasını
dəyişmişdir [2, s.128].
Nizamülmülkün baxışlarının tədqiqi üçün «Siyasətnamə» əsərinə müraciət etmək
zərurəti yaranır. «Siyasətnamə» əsəri ilk dəfə 1892-ci ildə fransız şərqşünası Ş.Şefer
tərəfindən nəşr olunmuşdur. 1897-ci ildə Şefer Nizamülmülkün tərcümeyi halını
fransızca nəşr etdirir. 1949-cu ildə B.N.Zaxoderin tərcümə və izahları Moskva-
Leninqrad (İndiki Sankt-Peterburq) mətbəələrində rus dilində nəşr edilmişdir. İranda
«Siyasətnamə» əsərinə xüsusi diqqət yetirilmişdir. Murtəza Moddərresi Çahardəhi
tərəfindən müqəddiməsi ilə birlikdə tərtib edilmiş əsər, Məhəmməd Qəzvininin
haşıyə və izahları ilə 1955-ci ildə Tehranda nəşr olunmuşdur [1, s. 27]. Əsər Azər-
baycan  dilində  Rəhim  Sultanovun  tərcüməsində  nəşr  olunmuşdur.  Qeyd  etmək
lazımdır ki, 1989-cu ildə əsərin Azərbaycan dilində ikinci nəşrində Azərbaycan SSR
Elmlər Alademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunun İran filologiyası
şöbəsinin əməkdaşı N.B.İsmayılovda iştirak etmişdir [1, s. 27-28].
Nizaülmülkün «Siyasətnamə» əsərində iqtisadi məsələlərlə əlaqədar
dəyərləndirmələri 
Nizamülmülkün  iqtisadi  fikirləri  ilə  əlaqədar  dəyərləndirmələrdən  öncə  qeyd
etmək  lazımdır  ki, Azərbaycanda  bu  istiqamətdə  ilk  araşdırmalar  Ə.S.Fərəcov,
A.A.Əlizadə və Q.Y.Əbdülsəlimzadəyə məxsusdur.
Ə.S.Fərəcov XI-XIII əsr Azərbaycan  mütəfəkklərinin iqtisadi fikirlərini tədqiq
edərkən  yazırdı  ki,  Nizamülmülk  dövlətin  iqtisadi  siyasətini  müəyyən  edərkən
qarşısına konkret iqtisadi məsələlərin həlli vəzifəsini qoymuşdu. Nizamülmülk öz
əsərində  Səlcuqlar  dövründə  feodal  dövlətçilıyinin  qüsurlarını,  vergi  mükəllə-
fiyyətlərinin  ağırlığını,  əmir  və  digər  məmurların  özbaşınalıqlarını,  dövlət  və-
saitlərinin xərclənməsindəki israfçılığı, vergi yığan şəxslərin zorakılıqlarını qələmə
almış, cəmiyyətdə sinfi mübarizənin yumşaldılmasına yönəldilən tədbirlərin həyata
keçirilməsindən bəhs etmişdir [5, s. 715].
A.A.Əlizadə öz araşdırmalarında yazırdı ki, Nizamülmülk ticarət münasibətlərinin
inkişaf etdirilməsi və böyüməsinin, tacir silkinin mənafelərinin qorunması tərəfdarı
kimi hökmdarın ölkədə baş verən bütün hadisələrdən xəbərdar olmasının vacibliyi
fikrini əsaslandırıdı. A.A.Əlizadə üç mütəfəkkirin Nizamülmülkün, Rəşid-əd-din və
Məhəmməd Naxçivaninin fikirlərinin tədqiqi əsasında  Səlcuqilər dövrü ilə monqol
hökmdarlar dövrünü müqayisə edir və iddia edirdi ki, monqollar dövründə dövləti
zorakılıq özünün kuliminasiyasına çatdı, xalq müflisləşdi, məhsuldar qüvvələr məhv
edilirdi [4, s. 54].
Q.Y.Əbdülsəlimzadə  Nizamülmülkün  «Siyasətnamə»  əsərindəki  iqtisadi
məsələlərlə əlaqədar yazırdı ki, 900 il bundan əvvəl söylənilən fikirlər bəzən bəsit


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə