Təqdimat mərasimini Azərbaycan Re-
spublikası vergilər naziri Fazil Məmmə-
dov açaraq demişdir:
- Müstəqil Azərbaycan hazırda özünün ən
sürətli inkişaf və dünya iqtisadi sisteminə
fəal inteqrasiya dövrünü yaşayır. Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş bu inkişaf strategiyasının real-
laşdırlması nəticəsində ölkəmizdə çox ciddi
dəyişikliklər baş verməkdədir. Bu gün Azər-
baycan regionun iqtisadi cəhətdən ən qü-
drətli ölkəsidir, ümumi daxili məhsulun
artım templərinə görə dünyada öncül yer-
lərdən birini tutur. Ölkə iqtisadiyyatının
şaxələndirilməsinə, qeyri-neft sektorunun
inkişafına xüsusi önəm verilir. Möhtərəm
Prezidetimiz cənab İlham Əliyevin söylədiyi
kimi, yaxın gələcəkdə Azərbaycan dünya
iqtisadiyyatında, sadəcə, karbohidrogen
resurslarının təchizatçısı kimi deyil, geniş
spektrdə sənayeləşmiş, açıq və liberal bir
iqtisadiyyata malik ölkə kimi təmsil olu-
nacaqdır.
Qarşıya qoyulmuş bu ciddi vəzifənin
öhdəsindən gəlmək üçün biz Avropa İtti-
faqına daxil olan dövlətlərin uzun illər
ərzində əldə etdiyi qabaqcıl təcrübədən
yararlanmaqda və bu sahədə geniş əmək-
daşlıqda maraqlıyıq.
Azərbaycanın Avropa İttifaqı ilə tərəf-
daşlıq və əməkdaşlığının siyasi-hüquqi
əsasları 1996-cı ildən yaradılmışdır. 2006-cı
ilin noyabrında isə Avropa qonşuluq siyasəti
çərçivəsində Azərbaycan-Avropa İttifaqı
Fəaliyyət Planı qəbul edilmiş və bununla da
Avropa İttifaqı ilə Azərbaycan Respublikası
arasında əməkdaşlığın ikinci mərhələsi
başlamışdır. Bu əməkdaşlığın əsas məqsədi
Avropa İttifaqı ilə qonşu ölkələr arasında
əlaqələrin genişləndirilməsi, qonşuluq
siyasətinə cəlb olunmuş ölkələrin milli qa-
nunvericilik bazasının, dövlət idarəetmə
prinsiplərinin və praktikasının Avropa İtti-
faqına üzv ölkələrin ən yaxşı təcrübəsinə
uyğun inkişaf etdirilməsidir.
Avropa İttifaqı ilə qonşu dövlətlərin
əməkdaşlıq prosesində texniki yardım pro-
qramları xüsusi yer tutur. TAİEX, Tvinninq
və Sigma kimi proqramlar Avropa ilə əmək-
daşlıq edən ölkələrdə müasir dövlət
idarəetmə elementlərinin tətbiqini nəzərdə
tutan ümumi inzibati əməkdaşlıq alətləridir.
Ötən müddət ərzində Azərbaycanın bir sıra
dövlət orqanlarında da tvinning layihələrin
icrasına başlanmışdır. Bu gün bizim üçün
çox vacib olan belə layihələrdən daha birinə
start verilir.
Vergilər Nazirliyinin benefisiarı olduğu
«Kompyuter əsaslı audit sistemi sahəsində
Azərbaycan Respublikası Vergilər Nazirliy-
inə dəstəyin göstərilməsi» adlı Tvinninq lay-
ihəsinin reallaşdırılması Avropa Qonşuluq
Siyasəti çərçivəsində qəbul edilmiş Azər-
baycanın Fəaliyyət Planından irəli gələn
öhdəliklərə əsaslanır və ölkəmizdə vergi au-
diti sahəsindəki mövcud inzibatcılığın ən
yüksək beynəlxalq standartlara uyğun-
laşdırılmasını nəzərdə tutur.
Layihənin əsas məqsədi audit sahəsində
Vergilər Nazirliyinin texnoloji, metodoloji-
analitik, vaxt və insan resurslarından isti-
fadənin səmərəliliyinin artırılmasından,
vergi orqanı əməkdaşlarının vergi ödəyi-
ciləri ilə kontaktlarını azaltmaqla, vergi
ödəyiciləri üçün daha rahat və əlverişli
biznes mühitinin formalaşmasına yardım
göstərməkdən ibarətdir.
Bildiyiniz kimi, Vergilər Nazirliyi müasir
informasiya texnologiyalarının nailiyyətlə-
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
9
rinə əsaslanan vergi inzibatçılığının daim
təkmilləşdirilməsi məsələsinə xüsusi önəm
verir. Qısa müddət ərzində biz vergi ödəyi-
cilərinə göstərilən xidmətlərin bir çoxunun
ən müasir texnoloji səviyyədə həyata keçir-
ilməsinə, elektron bəyannamələrin tətbiqinə
nail olmuşuq. Bu gün Azərbaycanda vergi
ödəyicilərinin təxminən 90 faizi bəyan-
namələrini vergi orqanlarına elektron for-
matda təqdim edir. Azərbaycan MDB
məkaninda ilk ölkələrdən biridir ki, «elek-
tron vergi hesab-fakturaları», «on-line kar-
güzarlıq» sistemlərini, həmçinin GPRS
şəbəkəsindən istifadə etməklə nəzarət-kassa
aparatlarının yaddaşındakı məlumatların
vergi orqanlarının məlumat bazasına real
vaxt rejimində məsafədən ötürülməsini tət-
biq etmişdir.
Elektron audit qarşıdakı illərdə «elek-
tron hökumət» layihəsi çərçivəsində yüksək
texnologiyaların tətbiqi prosesinin mühüm
tərkib hissəsi olacaqdır. Hələ Tvinninq lay-
ihəsinin planlaşdırılmasından əvvəl Vergilər
Nazirliyi Avropa ölkələrində elektron auditin
tətbiqi təcrübəsini öyrənmişdir. Bu məqsədlə
mütəxəssislərimiz bir sıra ölkələrin mövcud
təcrübəsi, elektron auditin tətbiqi zamanı
ortaya çıxan problemlərlə yerində tanış ol-
muşlar. Yalnız bundan sonra vergi xid-
mətində islahatların davamı kimi Tvinninq
Proqramı çərçivəsində məhz elektron audit
layihəsi seçilmişdir.
2010-cu ilin may ayında Avropa Komis-
siyasının Azərbaycandakı nümayəndəliyində
Danimarka, Finlandiya, Estoniya, Fransa,
Almaniya, Hollandiya və Litvanın vergi ad-
ministrasiyalarının nümayəndələrin iştirakı
ilə keçirilmiş tenderdə Niderland Krallığının
Vergi və Gömrük Administrasiyası qalib
gəlmişdir.
Hesab edirik ki, layihənin reallaşdırılması
ölkəmizdə iri və orta müəssisələrin audit
yoxlamaları proseslərinin təkmilləşdirilməs-
inə, elektron bəyannamələrin tətbiqi ilə
yanaşı müəssisələrdə mühasibat uçotunun da
beynəlxalq standartlara uyğun, elektron for-
matda aparılmasına və elekron auditin geniş
tətbiqinə imkan yaradacaqdır. Layihənin
komponentləri barədə burada Sizə ətraflı
məlumat veriləcəyini nəzərə alaraq, mən
onun detalları üzərində çox dayanmadan
qeyd etmək istərdim ki, bu layihə elektron
audit praktikasının gələcəkdə tammiqyaslı
tətbiqi üçün ilk addımdır.
Tvinninq layihəsinin reallaşdırılması
nəticəsində Azərbaycan MDB məkanında
ilk dəfə olaraq müasir elektron audit sistem-
inin tətbiqinə nail olacaq. Biz Avropada bu
sahədə ən qabaqcıl təcrübəyə malik vergi
xidmətlərindən biri kimi Niderland Vergi və
Gömrük Administrasiyasından olan həmkar-
larımızın dəstəyinə inanırıq.
Tvinninq layihəsi çərçivəsində e-audit
sahəsində bilik və təcrübələrin paylaşılması,
bu sahədə milli qanunvercilik, metodoloji və
insan resursları bazasının yaradılması, elek-
tron məlumatların emalı ilə bağlı texniki
proseslərdə və mühasibat uçotunda beynəlx-
alq standartların tətbiqi sahələrində iri
miqyaslı və əhəmiyyətli işlər görüləcəkdir.
Şübhə etmirik ki, «Kompyuter əsaslı audit
sistemi sahəsində Azərbaycan Respublikası
Vergilər Nazirliyinə dəstəyin göstərilməsi»
Tvinninq layihəsi institusional quruculuq
sahəsində ölkəmizin Avropa İttifaqı ilə
əməkdaşlığının daha bir gözəl nümunəsi ola-
caqdır.
...Avropa İttifaqının (Aİ) Azərbaycan
Respublikasındakı
nümayəndəliyinin
rəhbəri, səfir Roland Kobiaya təqdimat
mərasimində çıxışında demişdir ki, Vergilər
Nazirliyi son illərdə uğurlu islahatlar aparır,
biznes mühitinin yaxşılaşdırması is-
tiqamətində bir sıra müsbət işlər həyata
keçirir. Aİ ilə Azərbaycanın əlaqələri inkişaf
edir ki, bu da son illərdə Azərbaycanda müx-
təlif sahələr üzrə islahatların aparılması üçün
Aİ tərəfindən əməkdaşlıq proqramlarının
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
10
Dostları ilə paylaş: |