Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə11/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

İ.Alıyev, S.Səməndərov. Nizamülmülkün... iqtisadi məsələlərlə əlaqədar dəyərləndirmələri 
28
görünsədə, buradakı ideyaların səmərəli toxumları bu gündə aktualdır [3, s. 73-77].
Bizdən  öncə  Nizamülmülk  yaradıcılığı  ilə  məşğul  olan  mütəxəssislərin  dəyər-
ləndirmələrinə hörmətlə yanaşaraq yaşadığımız dövrün xüsusiyyətləri və bütünlükdə
ümumbəşəri  dəyərlər  kontekstində  bir  daha  Nizamülmülkün  iqtisadi  fikirlərinə
müraciət edilmişdir.
Nizamülmülkün iqtisadi fikirlərinin tədqiqi üçün Siyasətnamə əsəri seçilmişdir.
Siyasətnamə əsərini farscadan Azərbaycan dilinə R.Sultanov tərcümə etmişdir. Qeyd
etmək lazımdır ki, əsərdə ilk diqqəti  cəlb edən  məsələ hökmüdar necə olmalıdır
sualının cavablandırılması, hökmdar və rəiyyət münasibətlərinin şərhi məsələsidir.
Nizamülmülk yazırdı ki, Böyük Yaradan hər əsrdə bir adam seçib ona şahlara məxsus
istedad  və  qabiliyyət  bəxş  edir,  şöhrət  qazandırır,  dünyanın  asayişini,  rəiyyətin
yaşayışını ona tapşırır, fitnə, fəsad qapıları onun vasitələri ilə bağlıdır . [1, s. 32].
Daha sonra Nizamülmülk fikirini davam etdirərək yazırdı ki, elə ki, rəiyyət itaət edib
öz işləri ilə məşğul olmağa başladı, onları incitməməli, öz ədaləti nəticəsində rahat
güzəran keçirmələrinə imkan yaradılmalıdır. Lakin xidmətçilərdən və mənsəb sahib-
lərindən biri yenidən nalayiq işlərlə məşğul olub əliuzunluq etməyə başlasa, öyüd,
nəsihət, qulaqburması ilə səhvini başa düşüb düzəlsə, onu haman işdə saxlamaq olar,
yox qəflət yuxusundan da ayılmasa, təxirə salınmadan, dərhal layiqli bir şəxslə əvəz
edilməlidir. Nizamülmülk nemətin qədrini bilməyən, naşükür, əmin-amanlığa, ra-
hatlığa  qiymət  verməyənlərin  islah  olunmasını  məqbul  sayaraq  şahın  kəhrizlər
çəkdirilməsi, arxlar qazdırılması, körpülər tikdirilməsi, şəhərlər salınması və s. kimi
abadlıq işləri ilə məşğul olmasının vacibliyini göstərir [1, s. 32-33]. Əsərdə Hökm-
darın vəzifəsi kimi yoxsullara sədəqə vermək, məzlumlara yaxşılıq etmək, xid-
mətçilərlə  xoş  rəftar  etmək,  rəiyyəti  zülm  edənlərdən  qorumaq  işlərinin  yerinə
yetirilməsi göstərilir [1, s .33].
Nizamülmülk  amil,  vəzir,  qulam  və  digər  məmurların  işlərinin  hökumət
nəzarətində olmasına önəm verərək yazırdı ki, amilə (ərəbcə iş görən, əməl edən
adam deməkdir) iş tapşırdıqda onlara nəsihət edib öyüd vermək lazımdır ki, Allah
bəndələri ilə xoş rəftar edib, qanuni vergidən başqa heç bir şey istəməsinlər, vergini
isə müdarə və xoş dillə almaq lazımdır. Əlləri məhsula çatmayınca onlardan heç bir
şey tələb etmək lazım deyildir, çünki vaxtından əvvəl istədikdə rəiyyətə zülm olar,
xırman vaxtı gəldikdə isə zərurət üzündən yarım dirhəm satmağa məcbur olar, iflasa
uğrayıb didərgin düşərlər. Rəiyyətin biri yoxsullaşıb, öküzə, toxuma ehtiyacı olsa
ona əl tutub borc vermək, yükünü yüngülləşdirmək lazımdır ki, yerində qalsın, evini
tərk edib qürbət vilayətə getməsin [1, s. 42].
Nizamülmülk vəzirlərə də nəzarət etməyi vacib hesab edərək yazırdı ki, vəzir düz
işləyən, xeyirxah olsa ölkə abad, xalq şad, asudə, yeməkləri bol, şahın ürəyi isə sakit
olar. Vəzir pis işləyən, bədxasiyyət olsa, ölkədə təsəvvür edilməz pozğunluqlar əmələ
gələr, şah həmişə sərgərdan, narahat, məmləkət isə təşviş içində olar [1, s. 42].
Qoşunların  yaraqsız,  rəiyyətin  çörəksiz  qalması  məhz  vəzirlərin  qanunsuz


fəaliyyətləri ilə əlaqələndirilir və belə hallara qarşı sərt mübarizə tədbirlərinin həyata
keçirilməsinin vacibliyi göstərilirdi [1, s. 43-44].
Əsərin «Müqtilər (iqta sahibləri) və onların rəiyyətlə rəftarı haqqında» V fəslində
yazılırdı ki, iqtaları olan iqtidarlar bilməlidirlər ki, onların rəiyyət üzərindəki haqqları
ondan  ibarətdir  ki,  onlara  həvalə  edilmiş  vergiləri  rəiyyətdən  xoşluqla  alsınlar.
Aldılarmı, onların canları, malları, arvad-uşaqları əmin-amanlıqda olmalıdır. Ev-
eşiklərinə dəyilməməlidir. İqtadarlar onların yolu üzərində maneə olmamalıdırlar.
Rəiyyət şah dərgahına gedib öz vəziyyətini danışmaq istəsə, ona əngəl törədilməmə-
lidir. Hansı iqtadar bunun əksini etsə, onun əlini gödəltmək, iqtanı ondan almaq, onu
tənbeh etmək lazımdır ki, başqalarına da ibrət olsun. Onların hamısı bilməlidir ki,
dövlət və rəiyyət yalnız şahındır, iqtadarlar isə valilər, darğalar kimi rəiyyət üzərində
başçı təyin edilmişlər, şah başqaları ilə necə rəftar edirsə, onlar da rəiyyətlə elə rəftar
etməlidirlər. Rəiyyət onlardan razı qalmalıdır ki, onlar da axirətin əzab əziyyətindən
azad olsun [1, s .49]. İqtalarla əlaqədar  fikirlər əsərin iyirmi üçüncü fəslində də səs-
lənmişdir. Burada deyilirdi ki, qoşunun malını müəyyən etmək lazımdır. İqta sahib-
lərinin  malları  mütləq  və  qəti  şəkildə  onların  əlində  olmalıdır,  iqtası  olmayan
qulamların isə malları müəyyən edilməlidir. Nizamülmülk yazırdı ki, qədim şahlar
iqta verməz, xəzinədən ildə dörd dəfə hər kəsin özünə müvafiq nağd maaş verərdilər,
onlar həmişə pullu paralı olardılar [1, s. 97].
Əsərdə qoşun və rəiyyət hər ikisi hökmdara xidmət edən işiçilər kimi təqdim edilir
və  sarayın  qapısının  məzlum  şikayətçilər  üzünə  açıq  olmasının  vacibliyi
əsaslandırılırdı [1, s. 55]. Daha sonra Nizamülmülk yazırdı ki, hər iki-üç ildən bir
amilləri  və  iqtidarları  dəyişdirmək  lazımdır  ki,  yerlərini  bərkidib  mövqelərini
möhkəmləndirməsinlər, qürrələnib, özlərindən müştəbeh olmasınlar, xalqla yaxşı
dolansınlar ki, ölkə viran qalmasın [1, s. 56]. Əsərdə iş fəaliyyətinə xüsusi diqqət
yetirlməsi vacib olan şəxslərdən biri möhtəsiblər (hərfən hesab çəkən deməkdir, şərq
ölkələrində asayişi qoruyan, qayda-qanunu pozmağa qoymayan dəstə başçısının
rəsmi adıdır) hesab edilir.
Burada yazılırdı ki, hər şəhərə bir möhtəsib təyin etmək lazımdır ki, tərəzilər düz,
qiymətlər qaydasında olsun, alış-verişə nəzarət etsin, başqa yerdən gətirilib bazarda
satılan şeylərdə möhtəkirlik, saxtakarlıq olmasın, daşların düzlüyünə, halal-harama
fikir versin. Şah və onun valiləri möhtəsibə kömək etməlidirlər, ölkə dolandırmağın,
ağıllı olmağın şərtlərindən biri budur. 
Belə etməsələr, yoxsullar acınacaqlı hala düşər, bazar adamları mallarını kefi
istədiyi qiymətə satar artıq tamahlıq, möhtəkirlik artar, fisq-fücur yayılar, şəriətin
rövnəqi gedər. Bu işi yaxın adamlardan birinə ya inanılmış xadimə, ya hamının qorx-
duğu və onun heç kəsdən çəkinmədiyi bir qoca türkə tapşırmaq lazımdır ki, işlər
ədalətlə getsin, islam qayda-qanunu möhkəm qalsın [1, s. 58-59].
Əsərdə diqqət yetirilməsi vacib hesab edilən mühüm məsələlərdən biri idarəetmə
işlərində düzgün iş bölgüsünün aparılmasıdır. Bu zaman tövsiyə edilirdi ki, bir adama
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
29


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə