Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə2/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   2   3   4   5   6   7   8   9   ...   44

CONTENT
OFFICIAL
It has been held the meeting of Cabinet of Ministers with President Ilham Aliyev’s chairmanship
that devoted socio-economic development of the first term of 2011................................................. 5
PRESENTATION
Presentation of  Tvinninq Project, “Supporting to Ministry of Taxes of Azerbaijan Republic
in area of computer  based audit system”  ........................................................................................ 8
TAXATION
R. Maharramov.   Property  tax: theory and practice ........................................................................  16
ECONOMIC THOUGHT
I. Alıyev, S. Samandarov. Taxation and other economic issues in Nizam al-Mulk ......................... 25
AUDIT SERVICE
F.Hajiyev. The role of audit services in carrying out economic reforms ........................................ 33
COOPERATION
H.Israfilov. Prospects for the development of the cooperative sector in the context 
of globalization ............................................................................................................................... 43
HIDDEN ECONOMY
E.Bagirzadeh. The problem of forming of common approach to conception of hidden economy... 51
BANKING
A.Kulieva. Regulation of bank activities and increasing of efficiency of control system ................ 79
CORYPHAEUSES OF SCIENCE 
Laureates of Nobel on Economics  .................................................................................................. 91
INTERESTING FACTS
Interesting events connected with taxes  ........................................................................................... 94
TERMINOLOGY
Dictionary of Economic Terms   ....................................................................................................... 95
METHODOLOGY
Appendix of Declaration of Income Tax (rule of filling) ............................................................... 97
INFORMATION
Rules for contributors (in Azerbaijani, English and Russian) ........................................................ 105


Prezident İlham Əliyevin sədrliyi ilə 
Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş
iclası keçirilmişdir
5
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
Aprelin 12-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin  2011-ci  ilin  birinci  rübünün
sosial-iqtisadi  inkişafının  yekunlarına  həsr
olunmuş iclası keçirilmişdir. İclası giriş nitqi
ilə açan dövlətimizin başçısı son 7 il ərzində
ölkədə ümumi daxili məhsul təxminən 3 dəfə,
hətta  böhranlı  2009  və  2010-cu  illərdə  iqti-
sadiyyatımızın 14 faiz artdığını diqqətə çatdır-
mışdır. 
Bu möhkəm təməl üzərində 2011-ci ilin bi-
rinci rübündə də müşahidə edilən 1,6 faizlik
iqtisadi  artımın  çox  sevindirici  olduğunu
bildirən Prezident İlham Əliyev qeyri-neft sek-
torunda  artımın  5,6  faiz  təşkil  etdiyini
bildirmişdir.
Birinci  rübdə  inflyasiyanın  9,1  faiz  art-
masının narahatlıq doğurduğunu vurğulayan
ölkə rəhbəri, bununla belə, əhalinin pul gəlir-
lərində real artım  müşahidə olunduğunu, bu
meyillərin  il  ərzində  özünü  daha  da  böyük
həcmdə  göstərəcəyinə  əminliyini  ifadə  et-
mişdir. Prezident İlham Əliyev valyuta ehti-
yatlarımızın    34,2  milyard  dollara  bərabər
olduğunu qeyd edərək, bunu  ölkəmizin iqti-
sadi və maliyyə gücünü göstəricisi kimi dəyər-
ləndirmişdir.
Dövlətimizin  başçısı  demişdir  ki,  birinci
rübün  yekunlarına  görə  ölkəmizdə  orta
əməkhaqqı 340 manat səviyyəsindədir. Əgər
biz dollarla hesablasaq, bu, haradasa 430 dol-
lara  yaxındır.  Bu,  yaxşı  göstəricidir.  Orta
əməkhaqqının artımı ölkədə həm iqtisadi, həm
də sosial sahədə aparılan siyasətin əlamətidir.
Biz bazar iqtisadiyyatına sadiq olan ölkəyik.
Eyni zamanda, sosial məsələlər də Azərbay-
canda uğurla öz həllini tapır. Əlbəttə, bunun ən
gözəl göstəricisi ondan ibarətdir ki, Azərbay-
canda  yoxsulluğun  səviyyəsi  ildən-ilə  aşağı
düşür.  2010-cu ilin yekunlarına görə Azərbay-
canda yoxsulluq 9,1 faiz səviyyəsində idi. Mən
ümid  edirəm  ki,  bu  il  ərzində  həm  iqtisadi
sahədə,  həm  sosial  sahədə  görüləcək  işlər
nəticəsində, eyni zamanda, bu il maaşların və
pensiyaların  gözlənilən  artımları  hesabına
Azərbaycanda yoxsulluq şəraitində yaşayan-
ların sayı yenə də aşağı düşəcəkdir. Nəticədə,
biz bir neçə il bundan əvvəl qarşıya qoyulmuş
məqsədə çatacağıq.
Prezident İlham Əliyev  regionların sosial-
RƏSMİ


iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra
edildiyini, bu ilin birinci rübündə nəzərdə tu-
tulmuş bütün investisiya layihələrinin vaxtında
həllini  tapdığını,  bu  üç  ayda  regionlarda
təxminən  on  yeddi  min,  bütövlükdə  birinci
proqramın  icrasından    ölkəmizdə    930  min
yeni  iş  yeri  açıldığını,  sahibkarlara  kömək
məqsədi  ilə  kreditlər  ayrıldığını  və  bu  kre-
ditlərin gözəl nəticələr verdiyini bildirmişdir.
O, qeyd etmişdir ki, regionların sosial-iqtisadi
inkişafı proqramının icrası ilə bərabər, Bakı-
ətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proq-
ramı  da  hazırlanır.   
«
Mən  hesab  edirəm  ki,
geniş, çox dəqiq v ə  konkret proqram qəbul
olunandan  sonra  2013-cü  ilə  qədər  biz
qəsəbələrdə mövcud problemlərin böyük ək-
səriyyətini həll etməliyik. Baxmayaraq ki, bu
çox böyük proqramdır. Qəsəbələrdə hazırda
800 mindən artıq əhali yaşayır. Bu özlüyündə
böyük bir şəhərdir. Ancaq bu məsələ öz həllini
tapmalıdır
»
, - deyə ölkə rəhbəri  bildirmişdir.
Dövlətimizin  başçısı  infrastruktur  layi-
hələrinin də uğurla icra edildiyini diqqətə çat-
dırmışdır. Bu layihələr arasında Heydər Əliyev
Beynəlxalq  Aeroportunun  yeni  binasının,
Beynəlxalq Dəniz Ticarət Limanının, Gəmi-
qayırma  zavodunun  tikintisini  qeyd  etmək
olar. 2012-ci ildə isə Bakı-Tbilisi-Qars dəmir
yolu istismara verilməlidir. 
İnformasiya-kommunikasiya sektorunda bu
ilin birinci rübündə çox böyük artım  olduğunu
vurğulayan Prezident İlham Əliyev Azərbay-
canın  bölgədə  informasiya-kommunikasiya
texnologiyaları üzrə mərkəzə çevrildiyini, bu
sektorun inkişafının ölkənin ümumi intellek-
tual potensialının və intellektual imkanlarının
inkişafına xidmət göstərəcəyini demişdir. Süni
peykin  yaradılması  proqramı  icra  edildiyini
qeyd edən dövlətimizin başçısı  Azərbaycanın
yaxın zamanlarda öz peykinə malik olacağına
əminliyini ifadə etmişdir.
Ölkəmizdə  hərbi  sənaye  potensialının
sürətlə inkişaf etməsini də xüsusi vurğulayan
Prezident  bu yeni sənaye sahəsindıə həm də
minlərlə  yeni  iş  yerinin  açıldığını,  yüksək
maaşlar  verildiyini  və  müasir  hərbi  sənaye
məhsulları istehsal olunduğunu bildirmişdir.
Dövlətimizin başçısı Ermənistan-Azərbay-
can, Dağlıq Qarabağ münaqişəsinin həllində
beynəlxalq təşkilatların ədalətsizlik, ikili stan-
dartlar və ayrı-seçkilik nümayiş etdirməsinin
heç bir səbəblə izah olunmadığını bildirərək
demişdir: 
«
Azərbaycanın  beynəlxalq  birlik
tərəfindən tanınmış əraziləri uzun illərdir ki,
işğal altındadır. Təhlükəsizlik Şurasının 4 qət-
naməsi  qəbul  edilib,  ATƏT-in  qərarları,
Avropa Parlamenti, Avropa Şurası, İslam Kon-
fransı Təşkilatı, NATO-nun qərarları - bütün
bu qərarlar işğal edilmiş torpaqlardan erməni
qoşunlarının çıxarılmasını tələb edir. Ancaq
məsələ öz həllini tapmır. Belə olan halda haqlı
olaraq Azərbaycan vətəndaşları sual verirlər
ki,  nə  üçün  bizə  qarşı  münasibət  fərqlidir?
Bunun səbəbi nədir? Mən bu sualı beynəlxalq
ictimaiyyətə, beynəlxalq aləmdə nüfuza malik
olan  ölkələrə  ünvanlayıram.  Azərbaycanın
ərazi bütövlüyü bərpa olunmalıdır, işğala son
qoyulmalıdır və bu məsələ tezliklə öz həllini
tapmalıdır. Çünki Azərbaycan xalqının səbri
tükənməz deyildir
»
.
Prezident İlham Əliyevin giriş nitqindən
sonra  bir sıra dövlət qurumlarının rəhbərləri
hesabat məruzəsi ilə çıxış etmişlər. Maliyyə
naziri Samir Şərifov dövlətin məqsədyönlü və
kompleks siyasəti nəticəsində 2011-ci ilin 1-ci
rübündə də ölkəmizin sosial-iqtisadi inkişaf di-
namikasının uğurla davam etdiyini vurğula-
yaraq  demişdir: 
«
Cari  ilin  birinci  rübündə
dövlət büdcəsinin mədaxili 2 milyard 768 mil-
yon manat və ya 118,0 faiz yerinə yetirilmiş,
bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2
faiz çox olmuşdur. 
Vergilər Nazirliyi büdcəyə 1 milyard 161
milyon manat, ötən ilin eyni dövrünə nisbətən
151,0 milyon manat və ya 15,0 faiz çox və-
saitin daxil olmasını təmin etmişdir. Bu və-
saitin  58,7  faizi  və  ya  681,0  milyon  manatı
qeyri-neft sektorundan daxilolmaların payına
düşür ki, bu da 2010-cu ilin müvafiq dövrünə
nisbətən 132,0 milyon manat və yaxud 24 faiz
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
6


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə