Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə16/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

F.Hacıyev. İqtisadi islahatların aparılmasında audit xidmətinin rolu
40
 maşınqayırma  kompleksinin  perspektiv  inkişafı  bazar  münasibətlərinin
tələblərinə uyğun təşkilati-idarəetmə strukturunda əsaslı təkmilləşdirmə təd-
birlərinin keçirilməsi ilə birbaşa bağlıdır. Özəlləşdirmənin səmərəliliyinin
artırılması elmi-texniki, kadr və informasiya təminatının yaxşılaşdırılmasını
və bu istiqamətdə lazımi proqramın reallaşdırılmasını tələb edir. 
Sənayenin bu cür inkişafı regionlara da şamil edilməlidir. Regionlarda sənayenin
inkişafını təmin etmək üçün birincisi, iqtisadiyyatı dərin təhlil etmək, məhsuldar
qüvvələrin inkişafını, əməyin və istehsalatın səmərəliliyini, intelektual və sahibkarlıq
potensialını müəyyənləşdirmək və s. zəruridir. Bu baxımdan, mövcud olan sənaye
müəssisələrinin günün tələblərinə uyğun yenidən qurulması və istehsal gücünün
artırılması; fiziki və mənəvi cəhətdən köhnəlmiş, sıradan çıxmış avadanlıqların, dəz-
gahların yeniləri ilə əvəz edilməsi və yeni istehsal fondlarının yaradılması çox vacib-
dir.  Məqsədlərin  və  prioritetlərin  müəyyən  edilməsi,  meyarın  seçilməsi  və
məqsədlərə  nail  olmaq  üçün  maliyyə  vəsaitlərinin  ayrılması  və  s.  lazımdır.  İn-
vestisiyaların yönəldilməsi, öz növbəsində, istehsalın artmasına, mütərəqqi avadan-
lıqların alınmasına, yeni işçi qüvvəsinin cəlb edilməsinə kömək edəcəkdir [7, 8].
Bütün bunların nəticəsi olaraq dünya bankının və beynəlxalq maliyyə koope-
rasiyasının “DOİNG Biznes-2007” hesabatında göründüyü kimi Azərbaycan iqtisadi
islahatlar sahəsində lider dövlət kimi tanınmışdır. Təsadüfi deyilki, dünya iqtisad
formu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış “Qlobal rəqabətlik hesabatında
Azərbaycan M.D.B. ölkələri arasında birinci makro iqtisadi sabitlik alt indeksi üzrə
isə 14 pillə irəliləyərək 134 ölkə arasında 13-cü yerdə olmuşdur. [4]. 
Ümumiyyətlə ölkəmizdə bütün sahələrin iqtisadi islahatların ardıcıl və dinamik
aparılmasında əldə edilən nəticələrdən tam şəffaflıq gətirilməsində audit xidmətinin
böyük rolu vardır. Belə ki, son illər auditin obyetki olan təsərrüfat subyektlərinin
auditdən yayınma hallarının qarşısını almaq üçün tədbirlərin görülməsi bir daha iqti-
sadi islahatların aparılmasına təkan vermiş olur [7]. Ona görə ki, auditor yalnız şəxsi
fikirləri bildirməklə kifayətlənməyərək, təsərrüfat subyektlərinin öz öhdəliklərini
yerinə yetirmək və gələcək inkişaf prespiktivlərini təmin etmək üçün ehtiyatları
aşkarlamalıdır.
Nəticə
Azərbaycan Respublikası regionlarında sənayenin sahə və ərazi quruluşunu tək-
milləşdirilməsi istiqamətində xeyli işlər görülsə də, bu sahədə müəyyən problemlər
mövcuddur. Bu problemin aradan qaldırılması istiqamətində aşağıdakı əməli tək-
lifləri verirəm:
 müəssisələrin və təsərrüfat subyektlərinin istehsal fəaliyyətinin bərpa edilməsi
və yeni istehsal müəssisələrinin yaradılması;


 yerli resurslardan istifadəsinin səmərəsinin artırılması;
 prioritet sahələrin inkişaf etdirilməsi;
 aqrar sektorun və emal sənayesinin mütənasib inkişaf etdirilməsi;
 investorların (xarici və daxili) regionlara cəlb olunması və bunun üçün əlverişli
şəraitin yaradılması;
 respublikanın və regionunun ixrac potensialının artırılması və strukturunun
yaxşılaşdırılması, məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsi;
 yeni iş yerlərinin yaradılması üçün həvəsləndirici tədbirlərin həyata keçi-
rilməsi;
 sənaye fəaliyyətinin tənzimlənməsində dövlət və bazar mexanizmlərinin bir-
ləşdirilməsi;
 əhalinin məşğulluğunun təmin edilməsi;
 sənaye fəaliyyətinin bütün subyektlərinin hüquq və məsuliyyətlərinin bərabər-
liyi;
 sənaye  fəaliyyətinin  təsərrüfat  subyektlərinə  yardımın  müsabiqə  əsasında
təqdim edilməsi;
 regional innovasiya sisteminin yaradılması;
 sənaye sahələrinin inkişaf potensialının əsas hərəkətverici qüvvələrindən biri
olan infrastruktur sahələrinin inkişafı.
Hazırda ölkədə iqtisadi islahatların əsas istiqamətləri və bunlar üzrə tədbirlərin
ardıcıl və eyni zamanda, vahid iqtisadi inkişaf proqramına müvafiq olaraq həyata
keçirilməsi məqbuldur. Bu baxımdan, ölkə üçün uzunmüddətli sosial-iqtisadi inkişaf
proqramı işlənib hazırlanmalı və həyata keçirilən bütün sahə və regional inkişaf pro-
qramları bu proqrama əsaslanmalıdır. Sosial-iqtisadi inkişaf istiqamətlərində aparılan
islahatlara belə yanaşma həyata keçirilən tədbirlərin əlaqəliliyini və həmçinin onların
ardıcıllığını təmin etmək baxımından səmərəli olardı.
Ümumiyyətlə Azərbaycan Respubikasının prezidenti İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə həyata keçirilən sosial – iqtisadi islahatların sürətləndirilməsində
inkişaf dinamikasının bir daha möhkəmlənməsinə səbəb olub, iqtisadiyyatın mo-
dernləşdirilməsi üçün əlverişli şərait yaradılıb.
Ədəbiyyat siyahısı
1. Кулиев T.А. Регулирование рыночной экономики. Баку: 1999, 387 с.
2. Шеремет А.Д., Суйц Б.П. Аудит. М.: «Экономика», 2001. 620 с.
3. Самедзаде З.А. Этапы большого пути экономики Азербайджана за полвека, ее реалии и
перспективы. Баку: 2004. 936с.
4. www.azstat.org (Azərbaycan Respublikası Statistika Komitəsinin veb saytı) 
5. Azərbaycanın statistik göstəriciləri. Bakı: “Səda” nəşriyyatı. 2010. 840 s.
6. Мусаев А.Ф. и другие. Tенденция экономики машиностроения в Азербайджане. Баку:
1999, 220 с.
7. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının qanunu. Bakı: 1994.
8. Rzayev Q.R. Mühasibat uçotu və audit. Bakı: 2002. 334 s.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
41


Гаджиев Фазил Шохлaт оглы
доктор философии по экономике, доцент
Азербайджанский Государственный Экономический Университет
Роль аудиторских услуг в проведении экономических реформ
Аннотация
Цель исследования - роль аудита для современного состояния экономических реформ в
Азербайджане и определение их направлений по регионам.
Методология исследования - системный подход, аудиторские методы.
Результаты исследования - влияние экономических реформ на общую внутреннюю про-
дукцию и выявление путей положительного роста этого процесса.
Ограничения исследования - требуется проведение широкомасштабных реформ в прогрес-
сивных экономических условиях. 
Практическая значимость исследования - определение альтернативных источников в на-
правлениях эффективного использования экономических реформ.
Оригинальность и новизна исследования - экономический анализ и аудит проведенных эко-
номических реформ.
Ключевые слова: экономика Азербайджана, экономические реформы, промышленная по-
литика, аудиторские услуги.
Hajiyev Fazil Shohlet oglu
Ph.D in Economic, assistant professor
Azerbaijan State Economy University
The role of audit services in carrying out economic reforms
Annotation
Purpose – role of auditing the current state of economic reforms in Azerbaijan and to determine
their direction in the regions.
Design/methodology – systematic approach, audit methods.
Findings – the impact of economic reforms on the overall domestic products and to identify ways
of positive growth in this process.
Research limitations/implications - requires a wide-ranging reforms in the progressive economic
conditions.
Practical implications – identification of alternative sources in the directions of the effective use
of economic reform.
Originality/value - economic analysis and audit of economic reforms.
Keywords: Azerbaijan's economy, economic reforms, industrial policy, audit services.
JEL Classification Codes: L43, D01
Məqalə redaksiyaya daxil olmuşdur: 09.03.11.
Təkrar işləməyə göndərilmişdir: 18.03.11.
Çapa qəbul olunmuşdur: 04.04.11.
F.Hacıyev. İqtisadi islahatların aparılmasında audit xidmətinin rolu
42


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə