Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə6/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   2   3   4   5   6   7   8   9   ...   44

13
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
cisinin  məlumatlarının  uyğunsuzluğunu,
vergidən yayınma risklərini təhlil edir.
Xüsusi qeyd etmək istərdim ki, proqram
təminatının  xüsusiyyətlərinə  görə,  vergi
ödəyicilərdən  alınmış  e-mühasibat  üzrə
kompyuter faylları dəyişdirilə bilməz. Audit
bitdikdən  sonra  bütün  e-fayllar  silinir  və
bununla vergi ödəyicisinin məlumatlarının
məxfiliyi təmin olunur
Layihənin tətbiqi ilə bağlı kifayət qədər
peşəkar ekspertlər cəlb olunub. Asəf Əsədov
(Vergilər Nazirliyi) və Jaap Snaterse (Nider-
land   Krallığın    Vergi   Administrasiyası)
e-audit tvinning layihəsinin rəhbərləridirlər.
Leendert  Kers  (Niderland  Krallığın  Vergi
Administrasiyası)  Layihə  üzrə  Rezident
müşavirdir. Elman Bəşırov (Vergilər Nazir-
liyi) - Rezident müşavirin tərəfdaşıdır. Joost
Kuipers  Layihənin  (Niderland  Krallığın
Vergi  Administrasiyası)  baş  ekspertidir.
Layihənin  hər  komponenti  üzrə  Vergilər
Nazirliyinin mütəxəssisləri Niderland Kral-
lığının  Vergi  Administrasiyasının  digər
ekspertləri ilə birlikdə işləyəcəklər 
E-audit Tvinning Layıhəsinin əsas məq-
sədi - İri müəssisələrdə vergi yoxlamalarının
səmərəsini daha az vaxt və insan resursları
sərf  etməklə  artırmaq,  audit  sahəsində
Nazirliyin  məlumat  bazasını,  metodiki-
texnoloji  və  insan  resurslarını yüksək
beynəlxalq  standartlara  uyğun  inkişaf  et-
dirməkdir. 
Layihənin icra müddəti 2 ildir (1 Mart,
2011 - 2013-cü illər).
Layihənin komponentləri barədə. Birinci
komponentin adı: E-auditin tətbiqi üçün
zəruri olan hüquqi bazanın hazırlanması (3
ay).
Bu 
komponentin
məqsədi: 
Vergi
məqsədləri üçün tələb olunan mühasibatlıq
məlumatlarının  e-formatda  saxlanması  və
vergi əməkdaşları tərəfindən bu məlumat-
ların  əldə  edilməsi  üçün  qanunvericilik
bazasının yaradılmasıdır.
İkinci  komponentin  adı:  E-audit  üçün
proqram təminatının seçilməsi ( 2 ay).
Bu  komponentin məqsədi:  Avropa  Itti-
faqına  üzv  ölkələrdə  E-auditin  tətbiqi  ilə
bağlı  ən  yüksək  nəticələr  göstərmiş
təcrübənin, o cümlədən hüquqi aspektlərin
Şəkil 1. E-audit prosesin sxematik təsviri


və e-audit üzrə ixtisaslaşdırılmış proqram
təminatı  paketinin  müəyyən  edilməsi,
Vergilər  Nazirliyinə  tövsiyələrin  və  tələb
edilən bütün texniki parametrlərin verilməsi
nəzərdə tutulur.
Üçüncü komponentin adı: E-auditin tət-
biqi ilə bağlı məlumat bazasının yaradıl-
ması (6 ay).
Bu  komponentin məqsədi:  Fəaliyyət
növləri  üzrə  vergi  fırıldaqçılığının  xü-
susiyyətlərinin müəyyən edilməsi və E-au-
ditin  proqram  təminatına  dəstək  vermək
məqsədilə risk və statistik təhlilləri aparmaq
üçün Vergilər Nazirliyinin mərkəzi məlumat
bazasında olan məlumatın və əlavə toplan-
ması  tələb  olunan  məlumat  mənbələrinin
müəyyən edilməsi, habelə onlardan istifadə
olunması qaydalarının hazırlanması nəzərdə
tutulur. 
Dördüncü komponentin adı: E-audit üzrə
metodologiyanın hazırlanması və auditor-
ların treninqinin təşkil edilməsi (7 ay).
Bu 
komponentin
məqsədi: 
Audit
metodologiyasının  tərkib  və  vacib  hissəsi
olan  müfəssəl  E-audit  metodologiyası,  o
cümlədən  bu  metodologiyanın  iri  sahələr
üzrə ixtisaslaşdırılmış praktiki tətbiqi üzrə
Treninq  Proqramı  və  materiallar  hazır-
lanacaq  və  Nazirliyin  bir  qrup  (10  nəfər)
vergi auditoru üçün 1 ay ərzində treninqlər
keçiriləcək. Sonradan həmin 10 nəfər xarici
ekspertlərlə birlikdə Nazirliyin digər 50 au-
ditoruna E-audit sahəsində lazımı biliklərin
ötürülməsini təmin etməlidirlər.
Beşinci  komponentin  adı:  E-audit  sis-
teminə uyğun olan orta və iri müəssisələr
arasında istifadə edilən e-mühasibat sis-
temlərinin  tətbiqi  praktikasının  inkişaf
etdirilməsi (6 ay).
Bu  komponentin məqsədi:  E-audit  pro-
qram təminatı e-mühasibatlıq sistemlərinin
standartlaşmasını  tələb  edir  ki,  audit
məqsədləri  üçün  elektron  məlumatların
alınma vaxtı azalsın və vahid qaydada həy-
ata  keçirilsin.  Eyni  zamanda,  orta  və  iri
müəssisələrin e-mühasibat sistemlərinin for-
matı (ları)  e-bəyannamələrin tərtib edilməsi
və E-audit sisteminin proqram təminatının
daha tez və asan işlənməsi məqsədilə bir-
birinə uyğun olmalı və bir-birini dəstəkləmə-
lidir. 
Altınci komponentin adı: E-audit sistem-
inin Azərbaycanda tətbiqi (7 ay).
Bu komponentin məqsədi: Nəzərdə tutulur
ki, seçilmiş müəssisələrdə ilkin olaraq pilot
(sınaq)  mərhələsi  həyata  keçiriləcək.
Nəticələr  əsasında  layihə  başa  çatdıqdan
sonra e-auditin tətbiqi praktikası digər orta
və iri müəssisələri də əhatə edəcək.
...Təqdimat  mərasimində  Niderland
Krallığının  Vergi  və  Gömrük Adminis-
trasiyasının nümayəndələri də  «Tvinnin-
qin prinsipləri və müvəffəqiyyət faktorları.
E-audit  sahəsində  Niderlandın  müasir
təcrübəsi» mövzusunda ətraflı təqdimat ver-
mişlər. 
Layihənin  Niderland  tərəfindən  rəh-
bəri Jaap Snaterse mövzunun müxtəlif as-
pektlərindən danışaraq demişdir: 
-  Mərhələlər  üzrə  qarşıya  qoyulmuş
məsələlər  həll  olunduqca  əldə  edilən
nəticələr  barədə  ictimaiyyətə  müntəzəm
məlumat veriləcəkdir. Tvinninq layihəsinin
Niderland  tərəfindən  rezidenti,  müşavir
Leendert Kersdir. O beynəlxalq layihələrin
həyata keçirilməsi üzrə böyük təcrübəyə ma-
likdir, Azərbaycandan əvvəl Bolqarıstanda
və Latviyada tvinninq layihələrinə  müşavir-
lik edib.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
14


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə