Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə7/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   2   3   4   5   6   7   8   9   10   ...   44

Leendert  Kers
layihənin  icrasına
göstəriləcək texniki yardımın təfərrüatları ilə
bağlı şərh verərək demişdir:
-  Layihənin  həyata  keçirilməsi  müd-
dətində Aİ  işlərin gedişinə nəzarət edəcək
və rüblük hesabatlar  hazırlanacacaqdır. Hər
bir layihədə olduğu kimi, burada da dəyişik-
lik  prosesi  düzgün  idarə  olunmalı,  bunun
üçün insan resurslarından səmərəli istifadə
edilməlidir.
Baş ekspert Joost Kuipers e-auditin tət-
biqi ilə bağlı ən yaxşı dünya təcrübəsindən
söz açaraq demişdir:
-İndiki zamanda e-audit, sadəcə, yardımçı
xarakter daşımır, çünki artıq e-audit olmadan
vergi yoxlamakarı aparmaq mümkün deyil.
Dünyada  e-auditin  tətbiqi  kağız  üzərində
yoxlamalar  aparılmasına  ehtiyacı  aradan
qaldırır.
...Təqdimatçılar 
diqqəti 
e-auditin
qarşısına qoyulan məqsədlər arasında bəyan-
namələrin  dürüstlüyü,  sövdələşmələrin
düzgünlüyü, maliyyə göstəricilərinin dəqiq
göstərilməsi kimi amillərə yönəldərək qeyd
etmişlər ki, e-auditin tətbiqi auditin səmərəli
və məhsuldar keçirilməsinə imkan verəcək,
auditin könüllü əməletmə prinsipinə əsaslan-
masına,  bəyannamənin  «kifayət  qədər
yaxşı» tərtib olunduğunun mümkün qədər
tez bir müddətdə müəyyən edilməsinə şərait
yaradacaq.  
E-audit layihəsinin uğurla həyata keçir-
ilməsi  üçün  müvafiq  bilik  və  bacarıqlara
malik kadr potensialının, zəruri qanunveri-
cilik  bazasının,  təsirli  vasitələrin,  düzgün
seçim  sisteminin,  zəruri  təlim  və  təhsilin,
eləcə də düzgün idarəetmənin rolu xüsusi
vurğulanmışdır. 
Vergilər naziri Fazil Məmmədov təd-
birdəki yekun nitqində demişdir: “Tvin-
ninq proqramları bütövlükdə yalnız texniki
yardımı  ifadə  etmir,  eyni  zamanda,  bu
yardımı alan və yardım göstərən ölkələrin
administrasiyaları arasında layihə başa çat-
dıqdan sonra da davam edən bərabərhüquqlu
əməkdaşlığın  qurulmasına  şərait  yaradır.
Əminəm  ki,  Tvinninq  layihəsinə  cəlb
edilmiş mütəxəssislər bu layihənin uğurla
başa çatması üçün əllərindən gələni əsirgə-
məyəcəklər və 2 il sonra biz onun həyata
keçirilməsinin real nəticələrinin şahidi ola-
cağıq”.
Təqdimat başa çatdıqdan sonra vergilər
naziri Fazil Məəmədov KİV nümayəndələri
üçün  brifinq  keçirmiş,  onları  maqraq-
landıran çoxsaylı suallara cavab vermişdir.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
15


Ümumi məlumat
«Əmlak» ərəb sözü olub, mənası «mülkün cəmi» deməkdir və aşağıdakı mənaları var: 1)
mülklər; 2) var-yox, dövlət.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.21-ci maddəsində vergitutma məqsədləri
üçün «əmlak - hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər,
dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri» kimi, Vergi Məcəlləsinin 13.2.22-
ci maddəsində isə «əmlakın qalıq dəyəri - əsas vəsaitlərin illik dəyərinin həmin əsas vəsaitlərə
hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri» kimi səciyyələndirilir.
Sərvət üzərinə qoyulan və ya qısa olaraq sərvət vergiləri öz mahiyyətinə görə gəlir vergisindən
fərqli olaraq dünya dövlətlərində bir-birindən ciddi fərqlənir. Çünki gəlir vergisi son nəticədə
daha çox fiskal məqsəd daşıyır. Bu məqsədə çatmaq üçün istifadə edilən mexanizmlər bir-
birindən o qədər də fərqlənmir. Sərvət vergiləri isə fiskal deyil, daha çox sosial məqsəd güdür.
Ona görə də hər bir dövlət özünün sosial və iqtisadi sisteminə və qarşıya qoyduğu məqsədlərinə
uyğun olaraq sərvət vergilərinin bu və ya digər formasını tətbiq edir. Məlum olduğu kimi, bazar
iqtisadiyyatı əhalinin təbəqələşməsini sürətləndirir, varlı və kasıblar arasındakı fərqi daha da
artırır. Bu fərqi aradan qaldırmaq üçün müxtəlif ölkələrdə müxtəlif üsullardan istifadə edilir. Bu
üsullardan ən başlıcaları ictimailəşdirmə və sərvət vergiləridir. Bu iki üsul çox vaxt bir-birinin
tamamlayıcısı kimi də istifadə edilir. Ona görə də gəlir vergisindən fərqli olaraq sərvət vergiləri
gəlir gətirməyən maliyyə potensialına da tətbiq edilir. Onu da nəzərə almaq lazımdır ki, sərvət
vergiləri fiziki şəxslərdən olduğu kimi hüquqi şəxslərdən də alına bilər.
Sərvət-geniş mənalı bir anlayışdır, fiziki və ya hüquqi şəxsin müəyyən bir dövrdə malik
olduğu bütün iqtisadi (maddi) dəyərlərin məcmusudur. Bu məcmusu dəyərlər təbii olaraq pul
ilə ifadə edilir. «İqtisadi dəyərlər» anlayışına bütün növ daşınan və daşınmaz əmlak, pul və hər
cür pul alacaqları daxildir. «Malik olmaq» ifadəsi də mülkiyyət anlayışını əks etdirir. 
Sərvət vergisi birbaşa vergidir. Həmin vergidə vergini doğuran hadisə mülkiyyətə sahib olmaq
və ya mülkiyyətin dəyişdirilməsidir.
Daha çox sosial və bəzən də siyasi məqsəd güdən sərvət vergisinin dünya dövlətlərinin
təcrübəsində iki növü mövcuddur: a) daimi və b) müvəqqəti sərvət vergiləri. Birinci növ vergiyə
əmlak vergisi aiddir. Müvəqqəti sərvət vergiləri isə adətən ölkədə yaranmış fövqəladə vəziyyətlə
(müharibə və s.) əlaqədar tətbiq edilir. Ümumi və xüsusi sərvət vergiləri də mövcuddur. Ümumi
sərvət vergisi ödəyicinin bütün sərvət növlərindən alınır. Xüsusi sərvət vergisi isə sərvətin ayrı-
ayrı növlərindən alınır.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
16
Ramiz Məhərrəmov
iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent
Vergilər Nazirliyinin Tədris Mərkəzi
Əmlak vergisi: nəzəriyyə və praktika
VERGİQOYMA


Sərvət vergilərinin ən geniş yayılmış növü əmlak vergisidir.
Əmlak vergisi ən qədim vergilərdən biridir. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan
bina və digər tikililərdən alınan bu vergi real vergilər qrupuna daxildir. Geniş məna daşıyan
sərvət anlayışının tərkib hissəsi kimi bina və digər tikililər çoxdandır ki, mükəlləfin ödəmə
gücünün bir əlaməti hesab edilmiş və bütün tarixi dövrlərdə vergiyə cəlb edilmişdir.  
Daşınan əmlaka nisbətən binaların dəyərinin müəyyən edilməsi və vergitutma texnikasının
tətbiq edilməsi də asandır. Əmlak vergisi alınarkən həmin əmlakla əlaqədar olan borclar sərvət
vergisindən fərqli olaraq nəzərə alınmır. Əmlak vergisi əksər dövlətlərdə yerli büdcələrə daxil
olur.
Dünyanın əksər inkişaf etmiş ölkələrinin vergi sistemində əmlak vergisi büdcəyə nisbətən
çox gəlir gətirilməsini təmin edən vergi növləri arasında mühüm yerlərdən birini tutur. 
Belə ki, əmlak vergisi ayrı-ayrı ölkələrin büdcə gəlirlərinin orta hesabla  5-20 faizini təşkil
edir. ABŞ və Kanadada isə bu vergi növü büdcə daxilolmalarının 9 faizə qədərini təşkil edir.
Azərbaycan Respublikasında isə əmlak vergisi vergi daxilolmalarının təxminən 3 faizini təşkil
edir.
Fiziki şəxslərin əmlak vergisi
Mülkiyyətində vergitutma obyektləri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləridirlər.
Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respub-
likasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yerindən və istifadə
edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı va-
sitələri vergitutma obyektləri sayılır.
Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:
1) onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:

bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatadan çox  olan məbləğdən
isə - 0,1 faizlə;
2) su və hava nəqliyyatı vasitələrinə görə:

-su və hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.

mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün - onların bazar qiymətinin 1 faizi.
Fiziki şəxslərin binalarının inventar dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 28 iyun tarixli 110 nömrəli «Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar
dəyərinin hesablanması qaydasının təsdiq edilməsi haqqında» qərarı ilə müəyyən edilmiş qay-
dalara uyğun olaraq müəyyənləşdirilir.
Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyəri onların texniki inventarlaşdırıl-
ması əsasında müəyyənləşdirilir.
Binaların inventar dəyəri qiymətləndirmə anında mövcud olan fiziki köhnəlmə dəyəri çıxıl-
maqla, həqiqi dəyəri üzrə müəyyən edilir.
«Tikildiyi  vaxtdan  asılı  olaraq,  əsas  vəsaitlərin  (fondların)  yenidən  qiymətləndirilməsi
haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 29 yanvar tarixli 57 nömrəli,
1994-cü il 16 iyun tarixli 238 nömrəli və 1996-cı il 2 avqust tarixli 99 nömrəli qərarlarında bina
və qurğular üçün nəzərdə tutulmuş əmsallar analoji olaraq, özəlləşmiş mənzil və binaların (fərdi
və bağ evlərindən başqa) tikilmə ilinə uyğun inflyasiya dərəcələri tətbiq edilməklə təyin edilir
1
.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
17
1
Qeyd. Özəlləşdirilmiş mənzil və binaların inventar dəyəri Azərbaycan Respublikasında axırıncı dəfə 1972-ci
ildə aparılmış yenidənqiymətləndirmə göstəriciləri əsasında (aşınması çıxılmaqla), 36373 artım əmsalı nəzərə
alınaraq təyin olunur.


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə