Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə5/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   2   3   4   5   6   7   8   9   ...   44

icrasına əsas yaradır. Son illərdə Aİ Azər-
baycanda 20-yə yaxın layihə həyata keçir-
miş və onlardan 3-ü artıq başa çatmışdır. 17
layihə isə hazırda həyata keçirilməkdədir. 
1998-ci ildə yaradılan Tvininq layihəsinin
Avropa İttifaqına  qoşulmaq istəyən ölkələr
üçün nəzərdə tutulur. Bu layihənin məqsədi
həmin  ödkələrdə  qanunvericilik  və  digər
normativ sənədləri Avropa standartlarına və
ənənələrinə  yaxınlaşdırmaqdır.  Azərbay-
canda başa çatmış belə layihələrdə müsbət
nəticələr əldə olunur. Mən hesab edirəm ki,
bu  layihədə  də  müsbət  nəticələr  əldə
ediləcək.  Avropa  Qonşuluq  Siyasəti
çərçivəsində  qəbul  edilmiş  Azərbaycanın
Fəaliyyət Planından irəli gələn öhdəliklərdə
xüsusilə  informasiya  və    texnologiyaların
vergi admnistrasiyası tərəfindən geniş tətbiqi
də  nəzərdə  tutulub.  Vergilər  Nazirliyi,  bu
baxımdan, digər dövlət strukturlar arasında
xüsusilə  seçilir.  Bu  layihənin  gerçək-
ləşdirilməsi vergi sisteminin təkmiləşdirməsi
ilə yanaşı  Azərbaycanı daha da cəlbedici
edəcəkdir. 
Niderland Krallığının Azərbaycan Re-
spublikasındakı fövqaladə və səlahiyyətli
səfiri  Arjen  Uijterlinde  mərasimdəki
çıxışında demişdir ki, onun ölkəsi belə layi-
hələrin  həyata  keçirilməsində  qabaqcıl
təcrübəyə  malikdir.  Azərbaycanda  Nider-
landın ərzaq təhlükəsizliyi idarəsi digər bir
tvininq layihəsini də həyata keçirib. Bu lay-
ihə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi
tərəfindən    ən  uğurlu    tvininq  layhəsi  ad-
landırılıb. Bu layihənin də uğurla sona çat-
dırılacağını əminliklə deyə bilərəm. Əlbəttə,
başqalarının təcrübəsin öyrənmək o qədər də
asan  deyil.  Bunun  üçün  ciddi  islahatlar
aparılmalıdır. Məsələn, Hollandiyada elek-
tron vergi sisteminin tətbiqindən sonra vergi
xidmətinin belə bir şuarı var idi: «Biz sis-
temi sizin üçün daha maraqlı yox,  daha asan
edəcəyik». E-audit ölkəmizin vergi xidmə-
tinin inkişafında çox böyük rol oynadı, vergi
fırıldaqçılığı  bunun  sayəsində  xeyli  azal-
dıldı. Azərbaycan da bu cür tədbirlərin hə-
yata keçirilməsi üçün siyasi iradə göstərilir. 
Vergilər Nazirliyi tərəfindən layihənin
rəhbəri, vergilər nazirinin müşaviri Asəf
Əsədov e-audit  Tvinninq  layihəsi,  onun
məqsədi və komponentləri barədə müfəssəl
təqdimatla çıxış etmişdir. O demişdir: 
- Avropa Qonşuluq Siyasəti çərçivəsində
qəbul  edilmiş  Azərbaycanın  Fəaliyyət
Planından  irəli  gələn  öhdəliklərə  əsasən
Vergilər  Nazirliyinin  benefisiarı  olduğu
«Kompüter  əsaslı  audit  sistemi  sahəsində
Azərbaycan Respublikası Vergilər Nazirliy-
inə dəstəyin göstərilməsi» adlı tvinninq lay-
ihəsinin  həyata  keçirilməsi  nəzərdə
tutulmuşdur. Buna əsasən E-auditin tətbiqi
ilə əlaqədar müvafiq tədbirlərin ğörülməsi
Vergilər Nazirliyin vergi qanunvericiliyi və
inzibatçılığın təkmilləşdirilməsi üzrə 2009-
2012-ci illər üzrə Strateji Planına da daxil
edilmişdir. E-audit layihəsi ilə bağlı 2010-cu
ilin  may  ayında  Bakıda  Avropa  Komis-
siyasının Ofisində 6 ölkə iştirakı ilə tender
keçirilmiş  və  Niderland  Krallığının  Vergi
Administrasiyası layihə üzrə icraçı tərəfdaş
seçilmişdir.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
11


12
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
Avropa Komissiyası tərəfindən qəbul ol-
unmuş  «E-audit  Road  Map» (2009)  ad-
landırılan sənədə əsasən E-audit termininə
bu  cür  təsnifat  verilir:  «Kompyuter
texnologiyalarina  əsaslanaraq  elektron
formatda aparilan mühasibat əməliyyat-
larının və onlarin mənbələrinin  yoxlan-
masi  və  audit  məqsədləri  üçün  təhlil
edilməsi».
Kompyuter  əsaslı  audit  və  ya  E-audit
müəssisələrin  e-formatda  aparılan  və
saxlanılan mühasibat məlumatlarının emalı
və təhlili əsasında qurulur.
Ənənəvi  vergi  yoxlamalarından  fərqli
olaraq,  E-audit  ancaq  e-formatda  həyata
keçirilən əməliyyatlar üzərində aparılır.
Əksər inkişaf etmiş ölkələrin (Amerika
Birləşmiş  Ştatları,  Kanada,  Avropanın
aparıcı ölkələri və Avstraliya) vergi orqan-
larında  E-audit  vergi  audit  sisteminin
özəyini təşkil edir.
İnkişaf  etmiş  ölkələrdə  olduğu  kimi,
Azərbaycanda  e-auditə  keçid  üçün  lazımi
şərait  yaradılıb:  artıq  vergi  ödəyiciləri
tərəfindən  Vergilər  Nazirliyinə  daxil  olan
bəyannamələrin: gəlir  vergisi  üzrə  -  70
faizi, mənfəət və ƏDV üzrə isə - 95-98 faizi
E-formatda  göndərilir.  Xarici  ekspertlərin
rəylərinə  əsasən,  Vergilər  Nazirliyinin  bu
qısa müddətdə əldə etdiyi nəticələr çox yük-
səkdir. 
Digər tərəfdən, Azərbaycanda iri və orta
müəssisələrdə  mühasibat  sistemləri  və
əməliyyatlar əsasən kompyuterləşdirilib
Bu imkan verir ki, E-audit üzrə mütəxəs-
sislər (e-auditorlar) böyük həcmdə olan və
e-formatda saxlanılan mühasibat uçotu üzrə
məlumatları 
müəssisədən 
elektron
daşıyıcılarında alaraq, xüsusi proqram təmi-
natlarından istifadə etməklə (ACL, İDEA),
bu  məlumatları  qısa  müddətdə  vergidən
yayınma riskləri baxımından təhlil etsinlər.
Bu  isə  səyyar  vergi  yoxlamalarının
səmərəsini xeyli artırır.
E-auditi tətbiq etmək üçün vergi orqan-
larında bir qrup auditor e-audit metodolo-
giyasının öyrənilməsi və tətbiqi məqsədilə
xüsusi treninqlərdən keçməlidir.
E-audit sistemini tətbiq etmiş ölkələrdə
hər vergi ödəyicisi mühasibat uçotu ilə bağlı
əməliyyatların aparılmasına və məlumatların
e-formatda  saxlanmasına  görə  qanuna
əsasən öhdəlik daşıyır.
E-formatda mütləq qaydada (6-7 il müd-
dətində)  saxlanılan  məlumatlar  əsasən
aşağıdakılardır:
- e-mühasibat sisteminin quruluşu, əsas
modullar, ana fayllar, o cümlədən müştərilər
barədə  məlumatlar,  aparılan  əməliyyatlar,
onların mənbələri, alqı və satqı üzrə hesab-
fakturalar,  hesabların  kodları,  mühasibat
məlumatlarının bir-biri ilə əlaqələndirilməsi,
maya dəyərinin, xərclər və gəlir bazalarının
vergitutma üçün hesablanması mexanizmi.
Şəkil 1-də sxematik olaraq göstərilib ki,
e-auditorlar  müəssisəyə  getmədən,  həmin
müəssisənin  e-mühasibat  məlumatlarının
xüsusi proqram təminatı və daxili məlumat
bazası  əsasında  vergi  orqanında  distant
təhlilini həyata keçirirlər.
E-audit prosedurlarına gəldikdə, e-auditor
vergi  ödəyicisinə  tələbnamə  göndərir  (1),
müəssisənin e-mühasibat bazasının nüsxə-
sini e-daşıyıcılarda alır (2) və xüsusi pro-
qram təminatı vasitəsilə lazımi e-faylları öz
kompyuterinə yükləyir (3). Sonradan e-au-
ditor müxtəlif üsullardan və daxili məlumat
bazasından  istifadə  edərək,  vergi  ödəyi-


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə