Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


müşahidə  edilir  ki,  bu  da  əksər  postsosialist  ölkələri  üçün  ən



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə8/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   4   5   6   7   8   9   10   11   ...   130

müşahidə  edilir  ki,  bu  da  əksər  postsosialist  ölkələri  üçün  ən 
ümumi səciyyə daşıyan xüsusiyyət kimi qəbul edilə bilor. Konlcret 
olaraq  Azərbaycan  Respublikasında  keçid  dövrünün  inkişaf 
mərhələləri və onların xarakteri sırf xronoloji aspekti istisna etmək 
şərti  ilə,  əksər  keçid  iqtisadiyyatlı  ölkələr  üçün  eyni  məzmuna 
malikdir (şək.1.3.)- 
 
ŞəluL3. Keçid dövrünün nwrhəhlərinə uyğun metodoloji 
haxı^ut təkamülü. 
Əgər  mənafelərin  tarazlığı  qanununa  əsaslanmaqla 
fərdlərarası  münasibətlər  kompleksini  heç  olmasa,  abstrakt- 
ümumilik mövqeyindən tənzimləyə biləcək ümummilli təyi 
20 


natlı  ictimai  institutlar  yoxdursa,  yaxud  real  fəaliyyət 
göstərmirlərsə,  onda  mövcud  dünya  təcrübəsinə  əsaslanmaqla  a 
posteriori olaraq belə bir qənaətə gəlmək mümlcündür ki, iqtisadi 
prosesin ifrat fərdiləşdirilməsi xaosla sonuclanacaqdır. 
Apardığımız  tədqiqatlardan  belə  qənaət  hasil  olur  ki, 
universal  xarakterli  ümuminkişaf  qanunauyğunluqlan  və  milli 
spesifiklikdən doğan xüsusiyyətlərin mürəkkəb, haradasa mücərrəd 
və  eyni  zamanda  son  dərəcə  konkret  olan  tənasüb-  lüyü  elmi 
metodologiyada  vahidlik  problemini  xeyli  dərinləşdirir.  Eyni 
zamanda, mühüm və həlledici əhəmiyyət kəsb edən bir problemin 
üstündən də sükutla keçmək olmaz. 
§ 2, YENİ PARADİQMA AXTARIŞI: KONSEPTUAL 
ÜMUMİLƏŞDİRMƏ CƏHDİ 
Sırf  iqtisadi  determinizmə  əsaslanmaqla  göstərilən  sferada 
elmi  tədqiqatlann  «problemli  situasiyadan»  xilasına  cəhd 
göstəririksə,  onda  nəticə  etibarı  ilə  gəldiyimiz  qənaət 
abstrakt-fəlsəfı çalarda təzahür etməklə heç bir praktild əhəmiyyət 
daşımayacaqdır.  Başqa  sözlə,  iqtisadi  proses  mahiyyətcə  ictimai 
həyatın bütün spektrini üzvü surətdə özünə «bağlamaqla» gedir ki, 
belə  olan  halda  da  baş  verən  ən  cüzi  dəyişikliklər  sadalanan 
istiqamətlərdə  bu  və  ya  digər  dərəcədə  adekvat  reaksiya 
doğuracaqdır. Başqa sözlə: 
-İqtisadi  proses  özünün  bütün  təzahür  formalarında 
ümummilli xarakter daşıyır; 
-İqtisadi  prosesin  strukturunda  sırf  iqtisadi  mahiyyət 
daşıyan dəyişənlərin xüsusi çəkisi müqayisəli şəkildə, azdır; 
-Nəhayət, 
sırf  iqtisadi  determinizmə  əsaslanmaqla 
metodologiyanın 
«problemli 
situasiyadan» 
«təmizlənməsi» 
mümkünsüzdür. 
Araşdırmalarımız 
göstərir 
ki, 
mövcud 
metodoloji 
prinsiplərə (apriorizm, verifıkasiya, falsifıkasionalizm və s.) istinad 
etməklə  iqtisadi  proseslərə  sistemli  yanaşmanın  adekvat  olaraq 
əsaslandırılmasının  dialektik  formalarını  tapmaq  son  dərəcə 
mürəkkəb bir problemdir. 
Ümumiyyətlə,  dərketmə  diskomfortu  daha  çox  keçid 
dövrünə  baxışın  və  bütövlükdə  bəşəriyyətin  inldşaf  tarixinə 
yanaşmanın ifrat plüralizmi ucbatından formalaşır. Əgər 
21 


problemə  əsas  istiqamətlər  prizmasından  yanaşsaq,  onda  iki 
baxışın iizərində dayanmalı olacağıq (şək.1.4.). 
Sosial-iqtisadi  formasiya-bəşəriyyətin  inkişaf  tarixinin  bu 
aspektdə  aparılan  tipologiyası  özünün  fəlsəfi-məntiqi  və  iqtisadi 
əsaslan  nöqteyi-nəzərindən  bütünlüklə  tarixi  materializmə 
əsaslanır. 
Bəşəriyyətin  inkişaf  tarixinin  sırf  iqtisadi  determinizmlə 
müxtəlif  mərhələlərə  ayrılması  və  bir  sözlə,  onun  tipologiyası 
marksist təlimin əsas elmi nailiyyətlərindən biri hesab olunur. 
Yə’ni,  problemin  qoyuluşunda  qeyd  etdiyimiz  yönümün 
prioritet  xarakterini  inkar  edə  bilmərik.  Deməli,  problemli 
situasiyanın  aradan  qaldırılması  araşdırılan  müstəvidə  iqtisadi 
azadlıq-^ictimai  rifah->sosial  ədalət  üçlüyünün  sistemli  şəkildə 
əhatə edilməsinə və optimal uyğunluğuna əsaslanmalıdır. 
 
Şək,L4. Ümıımhəşəri inkişafa yanaşma müxtəlifliyi. 
22 


Eyni zamanda, qeyd etmək lazımdır ki, real bazarın mövcud 
olduğu ölkələrdə belə sözügedən məsələ xüsusi aktuallıq kəsb edir. 
Bu  bir  həqiqətdir  ki,  iqtisadi  proseslərə  müasir  və  retrospektiv 
yanaşmanın vahid platformaya söykənməsi məsələsi açıqdır. 
Beləliklə,  əvvəlki  çıxış  nöqtəsinə  qayıdaq.  Tədqiqatımız 
göstərir ki, «iqtisadi» olanın zəruriliyi elmi metodologiyanın təməl 
prinsipim  müəyyənləşdirmək  prosesinə  geniş  aspektdə  baxmağı 
tələb edir: 
1)
 
Birinci ümumi səciyyəli problem: tələbatın hüdudsuzluğu, 
resursların məhdudluğu; 
2)
 
İkinci ümumi səciyyəli problem: milli müstəqil- lik-^sabit 
inkişaf->sosial ədalət; 
3)
 
Milli səcİ
3
^əli problem: 
iqtisadi azadlıq-ə-sosial 
ədalət; 
4)
 
Ötəri  səciyyəli  problem:  keçid  dövrü^lokal  səviyyəli 
sistemli yaranış->milli sosial-iqtisadi sistem; 
5)
 
Əbədi səciyyəli problem: 
milli->-regional-^qlobal 
mənafelərin daimi dinamik tarazlığı. 
Ümumiyyətlə, metodoloji problemlər vaxtaşırı olaraq iqtisad 
elminin  inkişafı  tarixində  dəfələrlə  meydana  çıxmış  və  həmin 
dövrün  inkişaf  qanunauyğunluqlanna  müvafiq  surətdə  qismən  də 
olsa, öz həllini tapmışdır. 
Xarici  iqtisadçılar  yeni  elmi  paradiqmanın,  yeni 
metodologiyanın  hazırlamnası  zəruriliyini  dəfələrlə  ön  plana 
çıxamıışlar'*. 
Mövcud metodoloji  baxışlar  əsasən  onda ittiham  olunurlar 
ki, onlar reallığın yalmz bir aspektini qabardır və onun tam şəkildə 
şəhrini  yaxud  təhlilini  həyata  keçirə  biləcək  təlimlərarası  sintezin 
formalaşması üçün yararsızdırlar. 
Statik-tarazlıq, 
determinləşmiş  dinamika,  materialist 
monizm və s. eyni hadisə və prosesin müxtəlif tərzi i dərketmələri ilə 
səciyyələnirlər. 
Neoklassik sintezin (Samuelson P.) «süqutundan» sonra yeni 
paradiqma problemi xüsusilə aktuallaşmışdır. Məhz bu çətinliyi göz 
önə  gətirərək  J.Debre  qeyd  edirdi  ki:  «...Böyük  Vahid  Nəzəriyyə 
gələcəkdə də iqtisad elmi üçün əlçatmaz 
■' C.Бартенев. Экономические циклы и теории. М: 1996, стр. 310. 
23 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə