Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


olacaqdır. O, əvvəllər olduğu kimi, ayn-ayrı nəzəriyyələrin hansısa



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə9/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   5   6   7   8   9   10   11   12   ...   130

olacaqdır. O, əvvəllər olduğu kimi, ayn-ayrı nəzəriyyələrin hansısa 
məcmuluğunu xatırladacaqdır»^. 
Yeni  paradiqma  problemi  müasir  dövrün  spesifik 
xüsusiyyətlərinə  söykənməli  və  reallığa  adekvatlığı  tam  şəkildə 
təmin etməlidir. 
Nəzərə  alınması  zəruri  olan  cəhətlərə,  zənnimizcə, 
aşağıdakıların aid edilməsi məqsədəuyğun olardı; 
1)
 
Bazar  «kortəbiiliyi»  yoxdur  yaxud  «görünməyən  əli»n 
arxasında «görünən və görünməyən adamlan> dayanır; 
2)
 
Mülkiyyət  formalan  qarışıq  iqtisadiyyat  yaradır  və  bir- 
birinə uyğunlaşır; 
3)
 
Kapitalın  «eqoizmi»  yoxdur.  Müasir  qloballaşma 
prosesinin nəticəsində müşahidə edilən metafora-kapitalın əməkdən 
ayniması (K.Marksın sübut etmək istədiyi əsas məsələlərdən biri) və 
onun «özündə şeyə» çevrilməsi yalnız zahiri görüntüdür, mirajdır. 
Əslində,  kapital  «sosial»  libaslıdır  və  sosial  proqramlann  həyata 
keçirilməsində maraqlı tərəflərdən biridir. 
4)
 
Determinlik 
amilləri 
arasındakı 
əhəmiyyətlilik 
(prioritetlik)  dərəcəsi  əsasında  mövcud  olan  bölgü  aradan  qalxıb. 
Amillər  təsir  güclərinə  görə  eyniyüklüdürlər.  Yəni,  obyek- 
tiv=subyektiv; 
iqtisadi=sosial=siyasi=mədəni=ideoloji 
və 
s. 
bərabərlikləri gerçəkdir. 
5)
 
Determinizmin  yeni  tarixi  növü  formalaşıb:  Çoxölçülü 
(poliloqosentrizm) determinizm! 
Göründüyü kimi, elmi metodologiya ümumi-»ədəbi xəttinin 
dinamikliyini,  mərhələ-mərhələ  «qapalılığmı»,  mərhələli  keçidi  və 
mahiyyətcə  eyni,  formaca  müxtəlif  olanları  nəzərə  almaqla 
formalaşdırıla  bilər.  Eyni  zamanda,  yuxarıda  qeyd  etdiyimiz 
tənasüblük (iqtisadi baxımdan) kəmiyyətcə ölçülə biləndir. Deməli, 
empirik  səviyyəli  tədqiqatların  nəticəsində  adi  rəqəmlərlə  ifadə 
olunan 
mütənasibliyi 
mücərrədlik 
kimi 
qəbul 
etmək 
mümkünsüzdür.  Digər  tərəfdən,  sırf  iqtisadi  mahiyyət  daşıyan 
hadisələrə  yanaşmada  artıq  köhnəlmiş  və  müasir  situasiyanın 
tələblərinə  cavab  verməyən  metodoloji  baxışlardan  imtina 
edilməlidir.  Məsələn,  dəyişən  mühitin  spesifik  özəlliklərini  qəbul 
etməyən bəzi müəlliflər 
American Economik Review. 1991, vol. 81, Ə 1, p.3. 
24 


həlo do qiymətin əmələgəlməsi və qiymətqoyma problemlərinə belə 
əmək-dəyər nəzəriyyəsi mövqeyindən yanaşırlar. Əgər nəzərə alsaq 
ki,  bu  problem  bazar  mexanizminin  əsas  ünsürlərindən  biridir, 
onda  məhz  metodoloji  aspektin  yuxanda  qeyd  edilən  tərzdə 
formalaşdınlmasınm  necə  böyük  fəsadlar  verə  biləcəyini  təsəvvür 
etmək çətin deyil. Ədalət naminə deyək ki, yuxanda qeyd etdiyimiz 
narahatçılığı  aradan  qaldırmağa  və  müasir  dövrün  tələblərinə 
uyğun metodoloji baxışın formalaşması istiqamətində çox samballı 
cəhdlər  edilmişdir.  Məsələn,  professor  T.Vəliyev  qiymətlə  bağlı 
problemin  əsl  mahiyyətini  nəinki  bütün  təfsilatı  ilə  açmış,  hətta 
konkret  metodoloji  prinsip  də  müəyyənləşdirmişdir.  Qiymətin 
əmələ  gəlməsi  və  qiymətqoyma  məsələlərinə  marksist  yanaşmanı 
abstrakt xarakterli mənasızlıq adlandıran T.Vəliyev, müəyyən elmi 
maraq doğuran və orjinallığı ilə seçilən situasion seçmə prinsipini 
təklif etmişdi/’. Prof İ.Ə.Fcyzullabəyli isə daha da qabağa gedərək 
dəyər deyilən nəsnənin istehsalda deyil, tədavüldə yarandığı fikrini 
irəli  sürmüşdür  və  s’.  Amma,  belə  qəbildən  olan  epizodik 
aydınlaşdınnalar  bütövlükdə  bazar  iqtisadiyyatına  keçid  və  bazar 
mexanizminin  fəaliyyəti  ilə  bağlı  olan  bütün  problemləri  vahid 
metodoloji platformada şərh etməyə hələ ki, imkan vermir. 
Apardığımız tədqiqatlar belə bir qənaətə gəlməyə əsas verir 
ki, real bazar münasibətlərinin formalaşması prosesi «keçid dövrü» 
adlanan  konkret  zaman  kəsiyində  həyata  keçirilən  sistemli 
islahatlardan  yalnız  dolayısı  ilə  asılılıqdadır.  Millətin  tarix 
i-xronoloji  inkişafını  sırf  materialist  dialektika  mövqeyindən  şəhr 
etmək sadəcə olaraq, mümkünsüzdür. Ən azı ona görə ki, bu halda 
hegemon mövqeyə ümumbəşəri inkişaf qanunlan keçir və «millət» 
deyilən  toplumu  «abstrakt  sosiıımla»  əvəzləmə  ehtiyacı  (bəlkə  də, 
zərurəti) yaranır. «Ümumbəşərinin» dominant xarakterli olduğunu 
inkar  etmək  fıkı-indən  uzağıq.  Amma,  konkret  keyfiyyət 
dəyişiklikləri ilə 
‘‘ Vəliyev T. Dəyər və qiymət kateqoriyalarının analitik təhlili və nəticələrZ/İqtisad 
elmləri: nəzəriyyə və praktika, N1-2, Bakı-1998, səh. 19. 
’  Feyzullabəyli  İ.  Qiymət,  dəyər  məfliumları  və  qiymətin  əmələ  gəlməsi 
problemdir?//İqtisad elmləri: nəzəriyyə və praktika, N1-2, Bakı-1998, səh.22. 
25 


sonuclanan  bir  prosesdən  ümummilliliklə  bağlı  olanların  istisna 
edilməsini  də  qəbul  etmirik.  Müasir  dövrün  ən  ziddiyyətli 
məqamları  prizmasından  yanaşdıqda  da  belə,  iqtisadi  və 
sosiomədəni  determinizmin  yalnız  aydın  konturları  olan  bir 
yaranışa-millətə məxsusluğu inkar edilməzdir. 
Məhz  bu  baxımdan  tarixi  materializmin  ümidsiz  şəkildə 
«köhnəldiyi» və «yarıtmazlığı» fikrini qəbul etmək zəmrəti yaranır. 
Keçid  dövründə  daha  qabanq  şəkildə  təzahür  edən  qeyri- 
müəyyənlik əslində, öz mahiyyəti etibarı ilə müasir iqtisadi həyatın 
başlıca 
xarakteristikasıdır. 
Hətta 
fundamental 
paradiq- 
madan-birxətli  səbəbiyyət  və  tədqiqat  predmetinin  elementar 
tərkib  ünsürlərinə  ayrılması-istifadə  etməklə  do  sözügedən 
fenomenin  anatomiyasını  açmaq  qeyri-mümkündür.  Bu,  o 
deməkdir ki: 
-Əgər  fenomen  qeyri-müəyyəndirsə,  dərkedilən  deyilsə, 
onda  prosesə  baxış  indetemıinizmə,  yə’ni  səbəbiyyət  bağlılığının 
qırılmasına, qarışıqlığa, xaosa ürcah olacaqdır; 
-Bəşəriyyətin  inkişaf  tarixinə  «iqtisadi»nin  mütləqləşdi- 
rilməsi  bazasında  yanaşmanın  materialist  monizm  keyfiyyətində 
qəbulu miunkünsüzdür. 
Fikrimizcə,  metodoloji  «çaşqınlığın»  meydana  çıxması  ən 
azı iki amillə şərtlənir: 
-Müasir fəlsəfə və iqtisadi nəzəriyyə «sistem» problemlərinə 
birmənalı baxışı hələ ki, formalaşdırmaq iqtidarında deyildirlər; 
-Əgər 
nəzərə  alsaq  ki,  determinizm  fakt  deyil, 
ekstrapolyasiya  üsulu  ilə  alınan  nəzəriyyədir,  onda  səbəbiyyət 
qanununun gerçəkliyi problemi öz həllini tapmır. 
Yuxarıda deyilənlər belə bir yanlış təsəvvür yaratmamalıdır 
ki,  bizim  problemə  yanaşmamız  yalnız  ümummilliliklə  bağlı  olan 
spesifikanın  mütləqləşdirilməsinə  söykənir.  Qətiyyən!  İnkar 
edilməsi  mümkün  olmayan  həqiqətlərdən  biri  məhz  ondan 
ibarətdir  ki,  ümummilli  mənafelərin  tam  və  dolğun  ödənilməsi 
prosesinin  qlobal-regional  mənafelərlə  funksional  bağlılığı  real 
gerçəklikdir və onu qəbul etməmək mümkünsüzdür. 
Bununla  yanaşı,  elə  bir  universum  tapmaq  mümkün 
deyildir ki, ayrı-ayrı xalqlann milli spesifikliyinə tam şəkildə 
2(i 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə