Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


ON SÖZ  Son  vaxtlar  iqtisadi  terminoloji  lüğətimizin  “bazar”,  “real  bazar



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə2/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   2   3   4   5   6   7   8   9   ...   130

ON SÖZ 
Son  vaxtlar  iqtisadi  terminoloji  lüğətimizin  “bazar”,  “real  bazar 
münasibətləri”, “bazar iqtisadiyyatı”, “mal birjaları”, “sahibkarlıq” və s. bu kimi 
ifadələrlə  zənginləşməsinə,  samballı  xarici  ədəbiyyatın  məmləkətimizə  fasiləsiz 
axınına, habelə ABŞ, Yaponiya, Almaniya, Cənubi Koreya və s. bu kimi inkişaf 
etmiş  ölkələrin  iqtisadiyyatı  ilə  asanlıqla  tanış  olmaq  imkanlarına  baxmayaraq, 
məmləkətimizdə  bütün  konkret  iqtisad  elmləri  və  bunların  metodoloji  əsasını 
təşkil  edən  iqtisadi  nəzəriyyə  sanki  durğunluq  dövrü  keçirir  desək  səhv  etmiş 
olmarıq.  Etiraf  etməliyik  ki,  iqtisadçı  alimlərimiz  şübhəsiz  ki,  nəzəriyyənin 
təkamülünə  cəhd  göstərməyə  çalışırlar,  baxmayaraq  ki,  bu  texniki  elmlərin 
inkişafı sürətinə nisbətən bir qədər müşküldür. Bununla belə, oxuculara təqdim 
olunan həmin monoqrafiya iqtisadi nəzəriyyə elminə bir töhfə kimi dəyərləndirilə 
bilər. 
Beynəlxalq  və  məmləkətdaxili  ictimai-iqtisadi  münasibətlərin  mühüm 
formalarından biri olan inhisarizmin bütün daxili ziddiyyətlərinin və onun keçid 
iqtisadiyyatı  dövrü  üçün  gərəkliyini  çözələyən,  habelə  klassik  və  neoklassik 
tədqiqatçılarla  dərin  polemika  müstəvisində  özünün  konkret  baxışlarını  geniş 
planda cəsarətlə aydın və oxunaqlı şərh edən müəllif haqqında qısaca olaraq bir 
neçə söz deməmək olmur. Əvəz Bayramov 40 yaşını haqlasa da, onu gənc alimlər 
sırasına  aid  etmək  olar.  Azərbaycan  Xalq  Təsərrüfatı  Universitetini  ticarət 
iqtisadiyyatı ixtisası üzrə bitirən və birbaşa praktiki əmək fəaliyyətinə göndərilən 
bu  gənc  uzun  müddət  müəllim-alimlik  həvəsində  olduğu  sahəyə  süni  maneələr 
ucundan  yol  tapa  bilmir.  Nəhayət,  onun  alimlik  meylini  və  istedadını  öncədən 
duyan  sabiq  müəllimlərinin  yaxından  göstərdikləri  köməklikləri  sayəsində  o. 
doğma universitetinə qayıdır. Az vaxt ərzində namizədlik dissertasiyası müdafiə 
edir. Dosent elmi adına layiq görülür. Yüksək elmi istedada, iradəyə, araşdırıcılıq 
qabiliyyətinə və saf insani dəyərlərə malik olan alim-pçdaqoq Əvəz Bayramovun 
doktorluq  dis.sertasiyası  artıq  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  üç 
samballı  kalbdrasının  birgə  iclasında  müzakirəyə  təqdim  edilmişdir  (dekabr 
2002-ci il) 
Gərgin  elmi  axtarışların  nəticələri  açıqlanan  həmin  monoqrafiyada  bazar 
münasibətləri  şəraitində  güclü  rəqabət  və  ziddiyyətlə  dolu  inhisarçı,  fəaliyyətin 
atributları  araşdırılır.  Milli  və  ko^orativ  mənafelərdə  qarşılıqlı  uyğunluğun 
zəruriliyini  elmi  əsaslarının  ictimaiyyət  tərəfindən  qəbul  edilməsinə  cəhd  edilir. 
Milli  bazarın  iqtisadi  əməkdaşlıq  formaları  üzrə  kompleks  tədqiqatı  aparılır; 
bazarda  inhisarçı  yaranışın  əsaslan  çözələnir;  inhisarçı  fəaliyyətin  tənzimi 
problemlərinin  həlli  istiqamətləri  dövri-  zamanın  tələblərinə  uyğun  surətdə 
açıqlanır;  antiinhi.sar  nəzarəti  və  rəqabət  siyasətinin  problematik  qoyuluşunun 
qətiləşdirilrnəsi  istiqamətlərinin  həlli  yolları  araşdırılır;  milli  antiinhisar 
.siyasətinin formalaşdırılması problemləri və onun regional aspektləri öyrənilir və 
nəhayət,  regional  bazarın  makroiqtisadi  modeli  və  onun  inkişaf  strategiyasının 
əsasları müəyyənləşdirilir. 
Müəllifin yuxarıda müəyyənləşdirdiyi bu istiqamətlərə uyğun surətdə həmin 
monoqrafiyanın  oxucuları  milli  bazar  barədə  monist  baxışın  fəsadları,  yeni 
paradiqma  axtarışında  onun  -  müəllifin  konseptual  ümumiləşdirmə  cəhdləri, 
keçid  iqtisadiyyatı  dövründə  real  bazar  münasibətlərinin  xarakterik 
xüsusiyyətləri və bunun Azərbaycan 


Respublikasında gerçəkl’oşdirilməsinin tədqiqi, inhisarizm fenomeni' baxışlarının 
tənqidi  məsələləri  ilə  tanış  olacaq,  bununla  yanaşı,  ümummilli  mənafelərin 
mahiyyəti  və  təzahürü,  mənafelərin  tarazlığı,  həmin  mənafelərin  təminatında 
subyekt  seçimi  problemlərinin  açıqlanması  və  həlli  məsələlərinin  elmi  əsasları 
onların nəzər-diqqətini cəlb edəcəkdir. 
Monoqrafiyada milli bazarların iqtisadi əməkdaşlıq formaları üzrə müəllifin 
apardığı  kompleks  tədqiqatların  şərhi,  xüsusən  xarici  ticarətin  inkişaf 
dinamikasının  faktorlu  təhlili,  xarici  ticarətdə  biliterail  asılılıq  problemlərinin 
açıqlanması  metodları,  keçid  iqtisadiyyatı  şəraitində  valyuta  məzənnəsi 
siyasətinin  qarşılıqlı  ticarətə  təsirinə  konseptual  baxışların  dəyərləndirilməsi, 
birgə sahibkarlığın inkişafı zəruriliyi və bu baxımdan problemin qoyuluşu, milli 
iqtisadiyyatın potensialının artırılmasında investisiyaların rolu, MDB-daxili bİrgə 
sahibkarlığın  inkişafının  kompleks  problemlərinin  həlli  və  milli  bazarın 
əməkdaşlığının  bu  kimi  və  s.  məsələləri  də  oxucuların  nəzərindən 
yayınmayacaqdır. 
Milli  bazar  və  inhisarçı  yaranış  problemlərin  tədqiqi  nəticələri  həmin 
kitabın  oxucularının  xüsusi  marağına  səbəb  olacaqdır.  Burada  onlar  inhisar 
nəzəriyyəsinin  “müxtəlifliklərin”  məcmusu  kimi  irəli  sürülmüş  sualın  xəyalən 
axtarışında olacaq, inhisarçı yaranışın bazar proseslərinin nəticəsi olduğu barədə 
çıxarılan  nəticələr  onları  düşündürəcək,  Azərbaycan  “inhisarının”  spesifik 
xüsusiyyətləri və bu sahədə dünyəvi meylləri, habelə inhisarçı skiukturlarm bazar 
fəaliyyətinin  .sosial-iqtisadi  nəticələri  barədə  elmi-iədqiqi  nəticələri  də  şübhəsiz 
İti, maraqla qarşılanacaq. 
Monoqrafiyada  həmçinin  inhisarçı  fəaliyyətin  tənzimi  problemlərinin  həlli 
məsələləri  və  bu  sahədə  müəllifin  gəldiyi  elmi  nəticələr  öz  oxucularını 
məchulluqda qoymayacaq. Bu qismdə antiinhisar nəzarət və rəqabət siyasətinin 
əsasları problemi maraqlı .səpgidə qoyulur, rəqabətə nəzəri baxışlar müqayi.səli 
səpgidə  təhlil  olunur,  bazarda  inhisarlaşmanın  düzgün  qiymətləndirilməsi 
proWemləri  nəzərdən  keçirilir  və  nəticə  etibari  ilə  tənzimlənmənin  əsas 
istiqamətləri araşdırılır, uyğunsuzluğun anatomiyası çözələnir. 
Oxucular  antiinhisar  siyasətin  dünya  təcrübəsi,  onun  konseptual  əsasları, 
milli  bazarda  antiinhisar  siyasətinin  müasir  vəziyyətinin  sistemli  təhlili, 
məmləkətin  antiinhisar  siyasətinin  regional  və  dünyəvi  aspektləri,  antiinhisar 
qanunçuluğun  təkmilləşdirilməsi  zərurəti  problemlərinin  ciddi  elmi  maraq 
doğuran  açıqlamaları  ilə  rastlaşacaq,  müəllifin  “inhisarçı  fəaliyyətin  tənzimi 
antiinhisar  siyasətinin  mühüm  istiqaməti”dir  fikri  ilə  razılaşmaq  zorunda 
qalacaqdır. 
Monoqrafiyanın  maraqlı  və  oxunaqlığı,  habelə  onun  məntiqi  yazılışının 
metodoloji  əsasları  elə  səpgidə  qoyulmuşdur  ki,  sanki  o,  aqil  oxucuları  dərin 
düşüncələrə  dalmağa  və  müəlliflə  dostluq,  həmrəylik  və  elmi  mübahisələrə 
girişməyə çağırır. 
Bu  əsər  iqtisadi  nəzəriyyə,  ümumiyyətlə  iqtisadi  elmlər  toplusuna  əvəzsiz 
hədiyyədir. 
İsmayıl Fcyzullabəyli İqtisad 
elmləri doktoru, professor 
' İdealist fəlsəfəyə görə: guya yalnız şüurda mövcud olan və obyektiv varlığı əks 
etdirməyən subyektiv hadisə: müstəsna görünməmiş hadisə. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə