Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


«...nə  yerli,  nə  də  milli  problem  olmayıb,  müasir  cəmiyyətdə



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə7/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   2   3   4   5   6   7   8   9   10   ...   130

«...nə  yerli,  nə  də  milli  problem  olmayıb,  müasir  cəmiyyətdə 
mövcud olan, bütün ölkələri əhatə edən sosial problemdir»\ 
Marksizmdə  münasibətlərin  inkişafında  zaman  və  məkan 
problemlərinə  qeyri-bərabər  yanaşma  açıq-aydın  görünür. 
Bununla  əlaqədar  olaraq,  qeyd  etməliyik  ki,  inkişaf  haqqındakı 
Marks  təlimi  birtərəfli  xarakter  daşıyır.  Fikrimizcə,  bazar 
anlayışına daha geniş aspektdə baxılmalıdır: 
1  )B  azar-sistem  dəyişikliyinin  mərkəzi  elementi  və 
ümumiyyətlə, sistem yaradan əsas vəsilədir. 
2)
 
Bazar-nəinki  iqtisadi,  həm  də  sosial-siyasi  və  ideoloji 
kateqoriya olmaqla cəmiyyətin idarəedilməsinin istinad nöqtəsidir. 
3)
 
Bazar-iqtisadi  azadlıq—>sosial  ədalət-^ictimai  rifah 
triadasının  optimal  mütənasibliyinə  nail  olmaq  üçün  əlverişli 
mühit formalaşdıran mexanizmdir və s. 
Göründüyü  kimi,  bazar  iqtisadiyyatına  keçid  təkcə  real 
məzmunlu  bazar  mexanizminin  fəaliyyətə  başlaması  ilə  bitmir 
yaxud təkcə ondan ibarət deyildir. 
Elə milli bazarın formalaşma xüsusiyyətləri də məhz qeyd 
edilən  istiqamətlərin  hamısının  üzvi  birliyinə  istinadən  təzahür 
edir. Məlumdur ki, bazar hələ kapitalizmə qədərki dövrdə ictimai 
əmək  bölgüsünün  nəticəsi  kimi  meydana  çıxmışdır.  Real  bazar 
kapitalist  istehsal  üsulu  şəraitində  bərqərar  olmuşdur.  Onun 
təkamülü prosesində 3 əsas mərhələni fərqləndirmək olar: 
1)
 
Nəzəri  aspektlərinin  A.Smit  tərəfindən  əsaslandırıldığı 
«klassik» bazar; 
2)
 
İnzibati-amirlik  metodları  ilə  iqtisadi  amillərin 
mürəkkəb konqlomeratına əsaslanan «sosialist» bazarı; 
3)
 
Əsasında  neoliberalizm,  xristian-sosial  və  demokratik 
sosializm nəzəriyyələrinin durduğu müasir sosial yönümlü bazar. 
Bu  gün  keçid  problemi  ilə  üzləşən  ölkələrdə  mövcud 
situasiyanın  daha  da  kəskinləşməsi  məhz  inkişaf  etmiş  ölkələrin 
bazar  modelinə  istiqamət  götürməkləri  ilə  bağlıdır.  Əslində 
problemə  yanaşmanın  qeyd  edilən  variantda  qoyuluşu  qaçılmaz 
zərurətdir. Belə ki, təsərrüfat tipindən asılı olma- 
K.MapKC, O.ƏmejibC C
OM
.
 
T
OM 
16
. c.l
2



yaraq  müəyyən  iqtisadi  inkişaf  mərhələsinə  qədəm  qoymuş 
ölkələrin  təkamülçülüyün  zəmriliyi  nöqteyi-nəzərindən  XIX  əsrin 
«İdassik» bazarına keçmələri qeyri-mümkündür. Və bu yönümdə 
əsas  və  başlıca  problem  bazar  iqtisadiyyatına  (müasir  sosial 
yönümlü  bazara)  keçidin  metodoloji  platformasının  hazırlanması 
ilə bağlıdır. 
Ümumiyyətlə,  heç  kim  üçun 
S
İ
IT 
deyil  ki,  keçid  dövrünün 
metodoloji  təminatı  problem  olaraq  qalmaqdadır.  Aprior  pra- 
diqmanın  əsiri  olanlar  metodoloji  «nimdaşlığı»  marksizmdən 
uzaqlaşmaqla  aradan  qaldırmağa  çalışırlar.  Guya  «neoklassiz- 
min»  törəmələri  və  ən  yeni  modifıkasiyaları  dərketmə  diskom- 
fortunu ləğv  etmək iqtidarındadır.  Göstərilən  səpgili  yanaşmanın 
mahiyyətcə  yarıtmazlığı  göz  qabağındadır.  Belə  ki,  əvvəla,  bəsit, 
darixtisaslaşmış  yanaşmaların  müəyyən  aspektlərdə  «çaşqınlıq» 
yaratmaqdan başqa elə bir nəticələri olmur. Müasir dövrün inkişaf 
spesifikası  açıq-aydın  şəkildə  göstərir  ki,  iqtisad  elminin 
«xalisliyini»,  «saflığını»  qorumaq  qeyri-mümkündür;  İkincisi, 
«neoklassizmin» axtardıqları (sabitlik; tarazlıq; tamlıq; qapahlıq) 
çağdaş  iqtisadi  durum  üçün  heç  bir  əhəmiyyət  kəsb  etmirlər. 
Ələlxüsus,  keçid  iqtisadiyyatlı  ölkələrdə  əsas  məh-  cullar  kimi 
dəyişkənlik, natarazlıq, açıq sistem, xarici amillərin mühümlüyü və 
s.  çıxış  edirlər.  Birdəfəlik  dərk  edilməlidir  ki,  tarazlıq  heç  vaxt 
«nöqtə»  ola  bilməz.  Tarazlıq-müxtəlif  komponentlərin  qarşılıqlı 
təsiri 
nəticəsində 
formalaşan 
sahədir, 
məkandır. 
Tarazlıq-mahiyyətcə, 
qeyri-müəyyənliyin 
maksimumudur; 
Üçüncüsü,  sistemli  təhlil  məqsəd  və  istiqamətlərindən  asılı 
olmayaraq  sinergizm  doğurur.  Yəni,  ilk  baxışdan  heç  bir 
detenninoloji  bağlılığı  olmayan  sferalar  mürəklcəb  sistem 
fomıasmda  fəaliyyət  göstərirlər.  Belə  olan  təqdirdə  hər  hansı  bir 
proses  yaxud  hadisədə  sırf  «iqtisadi  mahiyyət»  axtarışı 
lazımdırmı?  Mürəkkəb  sistemlərin  nisbətən  sadə  sistemlərə 
parçalanması  təmayülü  (termodinamikanın  ikinci  qanunu) 
obyektiv  səciyyəlidirsə,  onda  keçid  dövrünü  «nimdaş» 
qanunauyğunluqlara  əsaslanmaqla  başa  çatdırmaq  müm- 
kündünnü? 
Axı  sistem  dəyişikliyi  mahiyyətcə  o  deməkdir  ki,  əvvəlki 
təşkil və tənzimlənmə ləğv edilir, əvvəlki qanunauyğunluqlar daha 
fəaliyyət göstərmirlər və bu, keyfiyyətcə yeniləş- 
18 


inə  prosesi  ictimai  həyatın  bütün  sferaianm  əhatə  etməklə 
kompleks səciyyə daşıyır. 
Real 
bazar-«mikroskopik» 
hadisələrin 
hökmranlığı 
deməkdir. Mikroiqtisadi proses yalnız «öz ünsürləri», yə’ni bazar 
subyektləri  üçün  sosial-iqtisadi  sistem  formalaşdırır.  Əlbəttə, 
mikrohadisələrin  malcroiqtisadi  proseslərə  təsiri  son  dərəcə 
güclüdür,  amma  məhz  birincinin  ifrat  üstünlüyünün  sosial 
həmrəyliyin aradan qaldırılmasına gətirib çıxardığı da şübhəsizdir. 
Yuxarıda qeyd etdiyimiz tezisin əməli əhəmiyyət daşıdığını 
aşağıdakı  məntiqi  sxemdən  açıq-aydın  şəkildə  müşahidə  etmək 
mümkündür (şək. 1.2.). 
 
Şəlcl.2. Sistem dəyişikliyinin sadələşdirilmiş məntüıi sxemi. 
Sistem dəyişikliyinin gedişi dağılmış sistemin komponentləri 
arasında yenidən qruplaşmaların yaranması ilə 
19 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə