Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


hisarizmin  əhatə  dairəsinin  ifrat  genişliyi,  onun  ictimai-iqtisadi



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə4/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   2   3   4   5   6   7   8   9   ...   130

hisarizmin  əhatə  dairəsinin  ifrat  genişliyi,  onun  ictimai-iqtisadi 
münasibətlərin  xüsusi  tipi  kimi  meydana  çıxması  milli 
iqtisadiyyatın bazar prinsipləri əsasında yenidən qurulması, sosial- 
iqtisadi inkişafın dayanıqlılığına nail olunması və nəhayət, ölkənin 
dünya  iqtisadiyyatına  səmərəli  inteqrasiyası  baxımından 
təhlükənin tamamilə real olduğundan xəbər verir. Və, qeyd edilən 
istiqamətlərdə  mənfi  yüklü  təsirin  qarşısının  vaxtında  alınması 
zəruriliyi  inhisar  probleminin  sistemli  tədqiqini  əhəmiyyətli 
dərəcədə aktuallaşdırır. 
İnhisarizmin  çox  qədim  tarixi  köklərinin  olmasına 
baxmayaraq,  ilk  nəzəri  ümumiləşdirmələr  klassiklər  tərəfindən 
(V.Petti,  A.Smit)  hissəvi  olaraq  verilmişdir.  Əslində,  klassik 
iqtisadçıları  bütövlükdə  inhisarizm  deyil,  real  bazar  şəraitində 
inhisarçı 
təmayüllərin 
meydana 
çıxması 
ehtimalları 
maraqlandırmışdır.  Sözsüz  ki,  «prays-teyker»  situasiyası,  yəni 
klassik  bazarın  özünəməxsusluğu  və  təmərküzləşmənin  yoxluğu 
şəraitində  hər  hansı  bir  ətraflı  məzmun  daşıyan  araşdırmaların 
olmaması tamamilə təbiidir. 
XIX əsrin ikinci yarısından etibarən inhisarçı strukturların 
meydana  çıxması  tədqiqatçıları  dəyişən  şəraitin  nəzəri  dərkinə 
təhrik  etmiş  və  sistemlilik  mövqeyindən  prosesi  əhatə  etmə 
iddiasında olan iki yanaşma ortalığa qoyulmuşdur. 
K.Marks,  F.Engels,  V.İ.Lenin,  K.Kautski,  N.Buxarin  və  s. 
marksist  təlimin  ardıcıllan  inhisar-^inhisarizm  qarşılıqlı 
bağlılığını  tədqiq  edərək  nəinki  ayrıca  götürülmüş  bir  ölkə 
çərçivəsində,  eləcə  də  bütövlükdə  qlobal  miqyasda  inqilabi 
dəyişikliklərin  qaçılmaz  olduğunu  əsaslandırmağa  çalışmışlar. 
Əsasən  neoklassizmə  söykənən  qərb  iqtisadi  fikri  isə  bir  qayda 
olaraq  inhisar  fenomenini  bazarın  atributu,  mikrosəviyyənin' 
elementi  keyfiyyətində  nəzərdən  keçirmişdir.  Klassik  inhisar, 
nəzəriyyəsinin  banisi  E.Çemberlin  qeyd  edilən  istiqamətdə- 
mühüm  elmi  əhəmiyyət  daşıyan  müddəalar  irəli  sürmüşdür. 
Ümumiyyətlə,  inhisar  fenomeninin  nəzəri  dərkində  sistem-  liliyə 
nail  olmaq  yönümündə  E.Mason,  P.Drucker,  F.Maxlup,  R.Xall, 
C.Hitc,  F.fon  Xayek,  A.Piqu,  Y.Bein,  F.Şerer,  P.Bork,  F.Maxlup, 
H.Mürdal,  Y.Tinbergen,  D.Stark,  T.Veblen,  Ə.Dolan,  D.Lindsey, 
A.Kumo, C.Klark, J.Robinson, P.Sraffa, D.Natter, P.Samuelson və 
s. kimi görkəmli tədqiqatçılar səmərəli fəaliyyət göstərmişlər. 


Qeyd etmək lazımdır ki, həm sabiq SSRİ dönəmində, həm 
də  bazar  iqtisadiyyatına  keçid  şəraitində  inhisar  və  onun 
doğurduğu  problemlər  kompleksi  həmişə  nəzəriyyəçilərin  diqqət 
mərkəzində  olmuş  və  olmaqda  da  davam  edir.  Yuxarıda  qeyd 
etdiyimiz  tarixi  dövrlərin  sosial-iqtisadi  məziyyətlərinə  müvafiq 
olaraq  inhisar  fenomeni  hər  iki  istiqamətdə  (neomark-  sizm  və 
neoklassizm)  dərin  və  ətraflı  tədqiqatların  obyekti  kimi  çıxış 
etmişdir.  Bu  baxımdan  İ.Rudakova,  M.Draqilev,  Q.Rudenko, 
M.Subbotin,  M.Knış,  V.Mansev,  V.Kotov,  V.Ka-  çalin,  S.Nikitin, 
E.Qlazova,  V.Mozolin,  O  Jidkov,  A.Mixaylov,  Ə.Vinslav, 
M.Xusnutdinov və başqalarının araşdırmaları təqdirəlayiqdir, 
Azərbaycanda  isə  inhisarçı  fəaliyyət  və  onun  doğurduğu 
sosial-iqtisadi 
nəticələrlə 
bağlı 
problemlər 
A.A.Nadirov, 
T.S.Vəliyev, 
Z.Ə.Səmədzadə, 
A.K.Ələsgərov, 
T.Ə.Quliyev, 
İ.Ə.Feyzullabəyli, M.M.Musayev, T.Ə.Hüseynov, A.Ş.Şəkə- rəliyev, 
Ə.P.Babayev, Ə.Q.Əlirzayev, M.X.Meybullayev və digər alimlərin 
əsərlərində  tədqiq  edilmişdir.  Beləliklə,  inhi-  sarizm  və  inhisarçı 
fəaliyyətin  tənzimlənməsi  problemləri  fərqli  məzmunda,  fərqli 
məqsədlərə  çatma  yönümündə  araşdı-  nlmış,  onun  sisteınliliyinə 
məhz  keçid  iqtisadiyyatı  şəraitində  nail  olmanın  konkret  nəzəri 
əsasları isə işlənməmişdir. Eyni zamanda, müasir iqtisadi proses və 
hadisələrin mahiyyətində baş verən köklü keyfiyyət dəyişiklikləri, o 
cümlədən  qloballaşma  şəraitində  inhisarizmin  davranış  tərzi 
tədqiqat prosesindən kənarda qalmışdır. Həmçinin, qeyd etdiyimiz 
problemin  yeni  paradiqmanın  baza  müddəalarına  uyğun  şəkildə 
açılışı  verilməmişdir  və  s.  Göstərdiyimiz  istiqamətlərdə  adi  gözlə 
görünən  boşluqların  mövcudluğu  inhisar  fenomeninə  müasir 
tələblərə  müvafiq  gələn  konseptual  baxışın  formalaşdırıl-  masını 
əhəmiyyətli dərəcədə aktuallaşdırır. 
Monoqrafiyanın  nəzəri-metodoloji  əsasını  İnstitutsiona- 
lizm—>sinergizm—>  iqtisadi  sosiologiya  üçlüyünün  inhisar 
fenomeni çərçivəsində görüş bucaqlarının sintezinə əsaslanan yeni 
paradiqma təşkil edir. Tədqiqat prosesində a pasteriori, empirizm 
və  K.Popperin  falsifikasionalizmi  kimi  metodoloji  prinsiplərdən 
istifadə  edilmişdir.  Eyni  zamanda,  aksiomatika  və  sillogizm 
təlimlərindən  yararlanılmış,  tədqiqat  işində  dialektik  metod, 
tarixi-genetik, 
funksional-struktur 
və 
obyektiv-subyektiv 
aspektləri ilə birlikdə sistemli yanaşma metodu
10 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə