Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə5/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   2   3   4   5   6   7   8   9   ...   130

məntiqi, 
müqayisə, 
kompleksli 
yanaşma, 
riyazi-məntiqi 
modelləşdirmə,  statistik  metodlar  tətbiq  edilmişdir.  Metodların 
seçilməsi  prinsipi  araşdırılan  problemin  əhatə  dairəsinin  ifrat  ge- 
nişliyi  və  keçid  iqtisadiyyatı  şəraitində  empirik  bazanın 
məhdudluğu  ilə  şərtlənir.  Tədqiqatın  yerinə  yetirilməsi  prosesi 
bütünlüklə  çoxölçülü  determinizmə  söykənir.  Ümumiyyətlə, 
tədqiqatın  gedişini  aşağıdakı  prinsipial  ardıcıllıq  şəkilində  ifadə 
etmək  olar:  Problemə  yanaşmanın  paradiqmasının  formalaşdın 
İması-^tədqiqatın  metodologiyası—»problemin  çoxölçülü  məntiqi 
yanaşma 
çərçivəsində 
determinik 
xassələrinin 
araş- 
dırılması^inhisarizmin  milli-regional-qlobal  səviyyələrdə  kəsişən 
təzahür formalarının aşkarlanması-^keçid dövrü üçün antiinhisar 
siyasətinin  konseptual  bazasının  müəyyənləşdirilməsi—»effektiv 
rəqabət  mühitinin  formalaşdınlması  və  sosial-iqtisadi  inkişafın 
dayanıqlılığının təmini şərtlərinin üzə çıxaniması. 
Monoqrafiyanın  konsepsiyası  müəllifin  elmi  mövqeyinə 
əsaslanmaqla formalaşdırılmışdır. Bu mövqe müasir gerçəklikdən 
çıxış etməklə inhisarizmin aradan qaldırılmasının qaçıl- mazlığına 
və  inhisarın  ləğvi-»iqtisadi  səmərəlilik  (yaxud  məq-  sədyönlülük) 
dilemmasının dəyişən xarakterinə söykənir. Belə ki, «kiçik» ölkənin 
ümummilli mənafelərinin təminatı probleminin həlli variantlarının 
kasadlığı iqtisadi səmərəliliyin dominantlığını ortalığa qoyur. Eləcə 
də,  inhisarizm  və  inhisar  fenomeninin  yekcins  məzmun 
daşımadıqları ön plana çıxarılır. 
Tədqiqatın  əksər  istiqamətləri  özündə  nəzəri  və  praktiki 
əhəmiyyət kəsb edən konseptual yanaşmaları, hipotezləri, təklif və 
tövsiyyələri ehtiva edir. 
Monoqrafiya 
əsasən 
iqtisadçı 
alimlər, 
sosioloqlar, 
siyasətçilər,  hüquqşünaslar,  iqtisadiyyatın  dövlət  tənzimlənməsi 
sferasında fəaliyyət göstərən rəsmi şəxslər, eləcə də iqtisadi profilli 
ali  məktəb  tələbələri  üçün  nəzərdə  tutulmuşdur.  Əsərdən,  eyni 
zamanda, geniş oxucu kütləsi də istifadə edə bilər. 
Əsər haqqında öz irad və tövsiyyolərini irəli sürəcək dəyərli 
oxuculara əvvəlcədən minnətdarlığımı bildirirəm. 
Müəllif 
11 


I FƏSİL. BAZAR MÜNASİBƏTLƏRİ VƏ 
İNHİSARÇI FƏALİYYƏT 
Sistem  dəyişikliyi  ilə  əlaqədar  formalaşan  sosial-iqtisadi 
münasibətlər  kompleksinin  müasir  xarakteri  həm  mahiyyət,  həm 
dq  məzmunca  «klassik»  keçid  dövrünün  bütün  spektrini  özündə 
əks^tdirir.  İlk  baxışdan  sırf  xaotik  təsir  bağışlayan  keçid  prosesi 
əslində  dəqiq  məntiqi  ardıcıllıq  və  nizamla  gedir.  Eyni  hadisəyə 
yanaşmada  müxtəlifliyin,  iqtisadi  baxışlarda  daban-dabana  zidd 
olan mövqelərin meydana çıxması təbii olsa da, mahiyyət etibarı ilə 
həqiqətin  düzgün  dərk  edilməsində  müəyyən  çaşqınlıq  yaradır. 
«Bir  ölçülü»  yanaşmanın  qə-  buledilməzliyi  mövqeyindən 
baxılarsa,  onda  açıq-aydın  şəkildə  görmək  mümkündür  ki,  keçid 
dövrü  öz  mahiyyəti  və  proseslərin  məntiqi  gedişi  baxımından 
yekcins  deyildir.  Əldə  ediləcək  nəticələr  və  funksional  fəaliyyətin 
məzmun  fərqliliyi  nöqteyi-nəzərindən  onun  variant  müxtəlifliyi 
mövcuddur.  Belə  ki,  əvvəla,  bütövlükdə  dünya  iqtisadiyyatı 
keyfiyyətcə  yeni  mərhələyə-postindustrial  dövrdən  informasiya 
erasına  qədəm  qoymaqdadır:  ikincisi,  sırf  sistem  dəyişikliyi 
prizmasından 
kapitalizmdən 
sosializmə, 
bazardan 
mərkəzləşdirilmiş iqtisadiyyata keçid artıq baş vermişdir. İndi isə 
əks  proses,  yəni  mərkəzləşdirilmiş  iqtisadiyyatdan  bazar 
iqtisadiyyatına  keçid  baş  verir;  üçüncüsü,  əgər  dünya  ölkələrini 
bazar  münasibətlərinin  inkişaf  səviyyəsinə  görə  təsnifləşdirsək, 
onda inkişaf etmiş bazar iqtisadiyyatı, inkişaf etməkdə olan bazar 
iqtisadiyyatı  və  formalaşmaqda  olan  bazar  iqtisadiyyatı  ölkələri 
kimi fərqləndirmək lazım gələcəkdir. Deməli, sondan bir mərhələ 
geriyə,  formalaşma  mərhələsindən  inkişaf  etmiş  səviyyəyə  çatma 
prosesi  də  öz  mahiyyəti  etibarı  ilə  keçid  dövrü  kimi  xarakterizə 
oluna bilər. 
Beləliklə, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına 
keçid  real  bazarın  özünün  fonnalaşmasının  ilk  anlarından 
başlanan  və  ictimai  həyatın  bütün  spektrlərini,  o  cümlədən 
ümumibəşəri dəyərlərə münasibəti də ehtiva edən mürəkkəb. 
12 


çoxlaylı  və  çoxşaxəli  bir  prosesdir. Bu  prosesin  bütün  cəhətlərini 
adekvat  surətdə  əhatə  edə  biləcək  vahid  nəzəriyyənin  yoxluğu 
tamamilə  təbii  bir  hal  kimi  qəbul  edilməlidir.  Belə  ki,  nəzəriyyə 
«fikrin 
xalis 
hərəkətindən» 
deyil, 
ictimai 
praktikanın 
ümumiləşdirilmiş  nəticələrindən  doğur.  Və  məhz  buna  görə  də 
Beynəlxalq  Valyuta  Fondunun  bir  sıra  proqramlannın 
uğursuzluğuna  heç  də  təəccüblənmək  lazım  gəlmir.  Göründüyü 
kimi,  problemə  yanaşmanın  məntiqi  ictimai  praktikanın  gerçək 
nəticələrinə  əsaslanmalıdır.  Başqa  sözlə,  əgər  keçid  dövrünü  tam 
şəkildə əhatə edə biləcək vahid nəzəriyyə  yoxdursa, deməli vahid 
metodologiyadan da danışmağa dəyməz. 
Dünya təcrübəsində analogiyası olmayan bir prosesin nəzəri 
təxəyyülə  əsaslanmaqla  hər  hansı  bir  qəlibə  salınması 
yolverilməzdir. 
§ L MİLLİ BAZAR: MONİST BAXIŞIN FƏSADLARI 
Apardığımız  araşdırmalar  isə  göstərir  ki,  əksər  keçid 
iqtisadiyyatlı  ölkələrdə,  o  cümlədən  Azərbaycan  Respublikasında 
yuxanda  qeyd  etdiyimiz  yanılmalar  məcmu  halda  mövcuddur  və 
hər şeydən əvvəl, metodoloji problemlərə etinasızlıq daha qabanq 
şəkildə özünü binizə verir. 
Müasir  dövrün  başlıca  problemlərindən  biri  baş  verən 
proses 
və 
dəyişikliklərin 
tam 
həcmdə  dərkedilməsinin 
mümkünsüzlüyü  ilə  əlaqədardır.  Keçid  dövrünün  metodoloji 
təminatı  bu  gün  də  aktual  olaraq  qalmaqdadır.  Yeni  paradiqma 
axtanşınm  intensivliyi  də  məhz  bu  aspektlə,  yəni  mövcud 
nəzəriyyələrin  «keçid  iqtisadiyyatı»  adlandınlan  ötəri  yaranışa 
əsaslanmaqla inkişaf problemini axıra qədər «görə bilməməsi» ilə 
bağlıdır.  Əgər  neoklassizm  hər  hansı  bir  firmanın  transmilli 
korporasiyaya  çevrilməsi  prosesini  ağılabatan  tərzdə  şərh  edə 
bilmirsə,  onda  «Vaşinqton  konsepsusuna»  ümidlə baxmaq  ən  azı 
sadəlövhlük təsiri bağışlayır. 
Bazar  anlayışına ifrat  dərəcədə  bəsit  və  primitiv yanaşma, 
kortəbiiliyin təkamül prosesində substansiya keyfiyyətində qəbulu 
keçid iqtisadiyyatlı ölkələrdə həm ümumin- 
13 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə