Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


ekvivalent olsun və onların hamısını məcmu şəkildə əvəz edə bilsin!



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə10/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   6   7   8   9   10   11   12   13   ...   130

ekvivalent olsun və onların hamısını məcmu şəkildə əvəz edə bilsin! 
Başqa sözlə, bəşəriyyətin «ümumiliyi» prinsipi heç bir halda 
substansiya  keyfiyyətində  çıxış  edə  bilməz.  Söhbət  eynilik  və 
vahidlikdən yox, yalnız dit'ferensial bütövlükdən gedə bilər. 
Məlumdur  ki,  bu  xassələr  yalnız  mahiyyətcə  vahid  olan 
obyektə  xasdır.  Şübhəsiz  olan  bundan  ibarətdir  ki,  eyni  bir 
mexanizmin aramsız modifikasiyası əsaslı təftişə möhtacdır, ancaq 
bu hal nə vaxtsa «vahidləşmə» ilə yekunlaşmayacaqdır. 
Beləliklə,  ifrat  universalizmin  yalançı  mütləqləşdirilməsi 
müstəqillik prinsipinin dayaqlarını sarsıtmaqla ayrı-ayrı millətlərin 
sosiomədəni 
detemıinizminə 
deyil, 
anarxiyaya, 
mexaniki 
ümumiləşdirməyə  və  sonuc  olaraq,  qlobal  iqtisadi  artımın  lən- 
gidilməsinə gətirib çıxarır. 
Keçid  dövrünün  xarakteri  və  başlıca  xüsusiyyətləri 
baxımından  əksər  postsosialist  ölkələri  üçün  səciyyəvi  olan  aktual 
problemlərdən  biri  də  milli  iqtisadi  təfəldcürün  formalaşması  və 
inkişafı  ilə  bağlıdır.  Bu,  elə  bir  problemdir  ki,  əslində  sistem 
dəyişikliyinin  özünün  gedişini  mümlcün  edə  bilmək  səviyyəsində 
qəbul  edilməlidir.  Sübuta  ehtiyacı  olmayan  belə  bir  həqiqət 
mövcuddur ki, hər cür iqtisadi fikir nə qədər ümumbəşəri səciyyə 
daşıyırsa,  bir  o  qədər  də  milli  mənsubiyyətlidir,  milli  mənşəlidir. 
Bütövlükdə  dünya  ölkələrinin  ən  iri  qrupları  üzrə  milli  iqtisadi 
təfəkkürün  baza  prinsiplərini  araşdırmaqla  yuxarıda  qeyd  edilən 
tezisin  həqiqiliyinə  inanmaq  mümkündür  (şək.  1.5.).  Şəkildən 
göründüyü  kimi,  iqtisadi  təfəkkür  inkişaf  qanunauyğunluqları 
nöqteyi-nəzərindən əksər ölkələr üçün ən ümumi səciyyəli eyniyyət 
təşkil  etsə  də,  onun  təməl  prinsipləri  və  formalaşdırdığı 
sosial-iqtisadi  sistem  mahiyyət  və  məzmunca  ayrı-ayrı  ölkələrdə 
fərqli  xarakter  daşıyır.  Buna  görə  də,  milli  bazarın  formalaşması 
prosesinə  fərqlilik  gətirən  əsas  baza  amillərindən  biri  kimi  milli 
iqtisadi 
təfəkkürün 
intişarı 
və 
inkişafının 
spesifikliyi 
götürülməlidir.  Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki.  Şərqi 
Avropanın  postsosialist  ölkələri  keçmiş  SSRİ  Respublikaları  ilə 
müqayisədə daha əlverişli mövqeyə və daha yaxşı start vəziyyətinə 
malik olmuşlar. Bu əsasən, onunla izah olunur ki, sözügedən ölkələr 
sovet 
27 


imperiyasının tərkibinə daxil deyildirlər və onların məhz Avropaya 
məxsusluğu  xarici  yardımın  daha  böyük  həcmdə  göstərilməsinə 
səbəb olmuşdur. 
İnkişaf  etmiş  ölkələrin  bazar  modelini  tətbiq  etməyə 
çalışanlar, o cümlədən bu mövqeni birmənalı şəkildə mübadilə edən 
akademik dairələr yanaşmanın yanlış olduğunu, ümumiliklə yanaşı 
milli  spesifikliyin  mövcudluğunu  və  onun  obyektiv  xarakter 
daşıdığını qəbul etmək zorunda qalmışlar. 
 
Şək.1.5, Milli iqtisadi təfəkkürün iqtisadiyyata 
təsirinin blok-sxemi 
Millətin  canlı  sosial  orqanizm  olduğu  dil,  mədəniyyət, 
ən’ənələr və s. nöqteyi-nəzərindən sosiopsixoloji vahidlik, 
28 


bütövlük  yaratdığı  halda,  onun  iqtisadi  təfəkkür  tərzində  fərqli 
nüansların varlığı real gerçəklik kimi qəbul edilməlidir. Problemin 
məhz yuxarıda qeyd etdiyimiz tərzdə qoyuluşu milli ideologiyanın 
formalaşdırılması  zəmriliyinin  məntiqi  əsaslarını  özündə  əks 
etdirir.  Milli  iqtisadi  təfəkkür  məhz  ideoloji  postulatların 
məcmusundan  doğan  yaranışdır.  Fikrimizcə,  milli  ideologiyanın 
formalaşdırılması  prosesində  önəmli  rol  oynayan  amillər 
kompleksinin şərti olaraq iki qrupa və bir altqnıpa bölünməsi daha 
məqsədəmüvafiqdir: İqtisadi və qeyri-iqtisadi amillər qmpu və sırf 
milli  özünəməxsusluqla  bağlı  olan  cəhətlər!  Ümumiyyətlə,  milli 
ideologiyanın 
dəyişənləri 
arasında 
iqtisadi 
aspekt 
öz 
mövcudluğunu və həlledici xarakter daşıdığını daha qabanq şəldldə 
büruzə  verir.  Bu  da  əsasən  onunla  izah  oluna  bilər  ki,  iqtisadi, 
yaxud maddi asılılığın anatomiyası «gözlə görünən» və kəmiyyətcə 
ifadə  edilə  biləndir.  Göstərilən  həm  fərdi,  həm  də  ümununilli 
səviyyədə özünü doğruldur. Məsələnin məntiqi əsaslan bütövlükdə 
tələbatın hansı hissələrinin (maddi ya qeyri-maddi) mühüm- lülük 
dərəcəsindən  doğduğu  üçün  iqtisadi  aspektin  prioritetliyini 
istər-istəməz  qəbul  etmək  lazım  gəlir.  Lakin  milli  ideologiyanın 
formalaşdırılması  prosesində  sözügedən  cəhətin  mütləq  əsas  kimi 
götürülməsi  yanlışlıq  olardı.  İqtisadi  və  mə’nəvinin  düzgün 
mütənasibliyi  ifratçılıqdan  yaxa  qurtarmağın  yeganə  yoludur. 
Məhz bu baxımdan da hal-hazırda qəbul edilən iqtisadi qanunların 
təbiəti, onların hansı dəyoıiərə əsaslanması ideoloji bütövlüyə təsir 
göstərən  başlıca  cəhətlərdən  biri  kimi  araşdırılmalı  və  milli 
səviyyədə  «ümumi»  olanın  layiqli  yer  tutmasına  çalışılmalıdır. 
Əlbəttə,  belə  bir  sual  da  meydana  çıxa  bilər  ki,  əgər  biz  bazar 
iqtisadiyyatına 
keçiriksə 
və 
iqtisadi 
fəaliyyətin 
ardıcıl 
liberallaşdırılmasına 
gediriksə, 
onda 
iqtisadi 
qanunların 
ümumbəşəri  xarakterini  inkar  edə  və  hətta  onu  qismən  də  olsa, 
məhdudlaşdıra  bilmərik.  Ona  görə  ki,  bazar  həm  keçid,  həm  də 
inkişaf prizmasından baxdıqda «millilikdən» uzaqdır və bir qayda 
olaraq, qlobal səciyyə daşıyır. Digər tərəfdən, sözügedən problemin 
tamamilə başqa yönümdə qoyuluşuna da rast gəlinir: «Milli» olan 
hər şey, «ümumbəşəri» olan heç nədir! Başqa sözlə, problem bütün 
səciyyəvi xüsusiyyətləri ilə birlikdə «qızıl ortalığın» müəy- 
29 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə