P L a n bazar və onun tədqiqinin metodoloji əsasları



Yüklə 103,99 Kb.
tarix16.11.2017
ölçüsü103,99 Kb.
#10595

Mövzu 3. BEYNƏLXALQ BAZARLAR: MAHİYYƏTİ, MƏZMUNU VƏ TƏDQİQİ

P L A N

1.Bazar və onun tədqiqinin metodoloji əsasları.

2.Bazarın tədqiqinə dair anlaşma.

3.Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi.

4.Bazar tədqiqatlarının aparılması metodları

1.bazar və onun tədqiqinin metodoloji əsasları.

bazar anlayişi. Bazar anlayışına və onun təsnifatına dair bu gün müxtəlif fikirlər söylənilir :bazar –mübadilə dairəsində daim təkrarlanan alqı-satqı aktlarının məcmuyudur ;bazar-tədavül sferasında insanlar arasında iqtisadi münasibətlərdir;bazar-məhsul istehsalçıları ilə istehlakçıları arasinda iqtisadi münasibətləri xarakterizə edir;bazar-istehsal olunan nemətlərin sərbəst ekvivalent mübadiləsidir;bazar-mübadilə kateqoriyasıdır.Qərbdə isə deyirlər:bazar-təklif və tələbin birləşməsidir;bazar-malların alqı-satqısında qarşılıqlı əlaqədə olan insanlar arasında iqtisadi əlaqələr formasıdır və.s və i.a. Bu deyimdə müəyyən bir həqiqət vardır. Fəqət,göründüyü kimi,bir tərəfdən bu təriflərin hamısı bilavasitə ticarətə aiddir,digər tərəfdən bazar heç də iqtisadi münasibətlər məcmuyu deyil,əksinə bu münasibətlərin baş verdiyi həm həddi hüdudu görünməyən məkan həm də konkret yer ola bilər.Göstərilən alqı-satqı prosesləri,yaxud iqtisadi münasibətlər ,o cümlədən malların(istehsal vasitələri,kənd təsərrüfatı məhsulları,istehlak şeyləri və.s)alqı-satqısı,qiymətli kağızların,valyutanın,biliklərin və elmi-texniki fəaliyyətin nəticələrinun,patentlərin,elmi-texniki layihələrin və sairənin hamısı məhz həmin məkanda,yaxud məkanlarda baş verməklə ticarətin mahiyyətini şərtləndirir.nəticə etibarilə məhz bu məkan,yaxud məkanlar məcmuyu elliklə bazar adlandırılmış və bu ümumiyyətlə,təkcə insanlar arasında deyil,bütövlükdə fiziki və hüquqi şəxslər (subyeklər) arasında iqtisadi münasibətlər həmin məkanda-bazarda baş verdiyinə görə “bazar”,”bazar iqtisadiyyatı”terminləri kimi qəbul edilmişdir.Beləliklə,bazar mal təsərrüfatının ümumi iqtisadikateqoriyası kimi,mal mübadiləsi(mal tdavülü)sferasını təşkil edir.Bazar mexanizminin əsas ünsürləri olan tələb ,təklif və qiymət isə qarşılıqlı əlaqədəolmaqla vahid bir mexanizmdir.Bazarda mallara olan tələbat,tələb ən düzgünü isə tədiyyə qabiliyyətli tələb formasında çıxış edir və əsasən malların qiymətindən və alıcılıq qabiliyyətindən asılı olur.Çünki mal (təklif)pul münasibətləri ilə bağlı olduğu üçün bütün tələbatı tam dolğunluğu ilə ödəyə bilmir,ancaq onun pul ekvivalentliyi ilə təmin olunmuş hissəsini ödəyir.

Bazarın ödənilməsində(tədqiqində)mühüm şərt təhlil obyektinin düzgün seçilməsidir.Bununla bağlı bazarın təsnifatının düzgün müəyyənləşdirilməsi də əsas şərtdir.Bunun əsasını isə mal mübadiləsi-nin və onun əhatəetmə hüdudlarının xarakterik prinsiplərini mükəmməl bilmək təşkil edir.Mal mübadiləsinin xarakteri dedikdə isə mübadilənin obyekti və mübadilədə iştirak edənlər arasında iqtisadi münasibətlər başa düşülür.Həmin prinsipə uyğun olaraq bazar aşağıdakı qaydada təsnifləşdirilir:



  1. Mübadilə obyekti kimi malın sahəvi mənsubiyyətinə görə bazarlar.Bununla bağlı bazar ya həmin malın,yaxud mallar qrupunun adı ilə adlanır.Məsələn,neft bazarı,maşın bazarı.mal-qara bazarı ,ayaqqabı bazarı,ət bazarı,ətriyyat bazarı,qənd bazarı və i.a

  2. Alqı-satqı (mübadilə)obyektinə və onun əhatə etdiyi hüdudlara görə bazarlar.Bu baxımdan mal bazarları ölkə və məhəlli (regional) bazarlar kimi fərqləndirilir.Məsələn,Azərbaycanın neft məhsulları bazarı,Yuqaslaviyanın ayaqqabı bazarı,Fransanın məişət elektro-texnika bazarı,Kanadanın taxıl bazarı,Şərq ölkələrinin çay bazarı,Qərbi Avropa ölkələrinin avtomobil bazarı və s.

  3. Beynəlxalq mal mübadiləsi sferasına və mübadilə obyektinin mənsubiyyətinə görə bazarlar.Bu bilavasitə dünya bazarına aiddir.Bu bazarın obyekti konkret maldan,yaxud mallar qrupundan ibarət olur.Dünya mal bazarlarını milli bazarların böyük bir qrupu.yaxud bütövlükdə onların məcmuyu əmələ gətirir.Dünya bazarlarının əsasını beynəlxalq əmək bölgüsü təşkil edir.Dünya taxıl bazarı,dünya neft bazarı,dünya əsaslı tikintisi və onun quraşdırılma bazarı(məsələn,Bakı-Ceyhan kəməri tikintisi və onun quraşdırılması ) və sair bu qəbildən olan bazarları misal göstermek olar.

  4. Alqı-satqı (mübadilə) münasibətlərinin milli hüdudlarına (sərhədlərinə) görə bazarlar.Buraya konkret bir ölkənin daxili və xarici bazarlarını qeyd etmek olar.Məsələn,Azərbaucan Respublikasının milli bazarı,Gürcüstanın xarici ticarəti(bazarı) Məmləkətin daxili(milli)bazarı,hansı ki alqı-satqı əməliyatları(mal mübadiləsi sferası)onların sərhədlərinlə məhdudlaşır.Xarici ticarəti (bazara)isə milli hüdudlardan (sərhədlərindən)kənara çıxarılan mal tədavülü sferasının hamısını əhatə edir.

  5. Alqı-satqı obyeklərin xarakterinə görə bazarlar.Bu cür bazarlar belə fərqləndirilir:mallar və xidmətlər bazarı;kapital bazarı;işçi qüvvəsi bazarı(mütəşşəkil və qeyri mütəşşəkkil);qiymətli kağızlar bazarı və s.

  6. Tələb və təklifin xarakterinə və səviyyəsinə görə bazarlar.Burada alıcı bazarı və satıcı bazarı qarşı qarşıya durur.Tələb çox təklif isə ona nisbətən az olduqda həminn bazar təklif bazarıtəzahür edir və,bazarda təklif çox tələb az olduqa,o tələb bazarıadlanır.Hər iki halda tərəflərdən ancaq biri həmin malın qiymət səviyyəsini diktə edir.

  7. Satıcı və alıcının qarşılıqlı münasibətlərinin xarakterinə görə bazarlar.Bu halda bazar üç növ olur:azad(açıq)bazar;örtülü(qapanmış) bazar və tənzimlənən bazar.

Azad bazarda kontragentlər arasında ticarət sazişləri bağlamaq üçün məhdudiyyətlər olmur.Buna görə də müxtəlif mallar üzrə ticarətdə azad bazarın xüsusi çəkiləri də müxtəlif olur.Məsələn ,hazırki şəraitdə dünya neft bazarında azad bazarın xüsusi çəkisi 70%,dəmir filizi bazarında 30%,qənd bazarında 28% təşkil edir.

Örtülü (qapanmış) bazar dedikdə,şirkətdaxili mal bazarları nəzərdə tutulur.Tənzimlənən bazar isə ayrı-ayrı mal bazarının (məsələn .qəhvə bazarının,kaulçuk bazarının və s.)sabitləşdirilməsinə yönəldilən beynəlxalq mal razəlaşmalarının (sazişlərin)təsiri altına düşən bazarlar kimi başa düşülür.

Tənzimlənmiş bazar hər iki subyekt (alıcı və satıcı,istehlakçı və stehsalçı) tərəfindən dövlətin hüquqi qanunlarına,xüsusən bazara,ticarətə,istehlakçıya və istehsalçıya dair qanunlara tam dolğunluqla riayət olunan (əməl edilən)bazara deyilir.Belə olduqda dövlətin bazara müdaxilə edilməsinə ehtiyac qalmır.

8.Mal mübadiləsinin alqı-satqısının metodları və obyektlərinə görə bazarlar.Burada əsasən beynəlxalq vasitəçi bazarlar nəzərdə tutulur ki,bunlar da mal birjalarından ,hərraclardan və torqlardan ibarətdir.Bu növ bazarlar (birja,hərrac,torq) onların iştirakçılarının tərkibindən və təşkilatçısından asılı olaraq yerli,milli və beynəlxalq tipli xarakter daşıyırlar.



Malların təsnifatı prinsipləri.

Təsnifatın əsasını təşkil edən prinsiplərdən asılı olaraq mallar aşağıdakı kimi fərqləndirilir:



  1. təyinatına görə:istehlak tələbi və istehsal təyinatlı mallar;

  2. müddətinə görə:qısa və uzun müddətli istifadə olunan mallar;

  3. təyinatına və qiymətinə görə mallar gündəlik tələb olunan seçim tələbli,nüfuzlu və etibarlı,çox qəşəng və bahalı şeylərdən ibarət olan;

  4. istehsal olunması üsuluna (tərzinə) görə mallar standart mallara və nadir mallara ayrılır;

  5. istehlakı və işlənməsi (emalı) xarekterinə görə xammal,yarımfabrikat,hazır məhsul,(məmulatı dəstləyən,komplektləşdirən məhsul hissələri və s.) kimi fərqlənirlər.

Yuxarıda qeyd edilən təsnifat prinsipləri əsas götürülməklə beynəlxalq bazarda tədavüldə olan və gömrük statistikasinda nəzərdə tutulan malların nomenklaturası (adlarının siyahısı) sahəvi nişanələrinə görə qurulur və müvafiq milli orqanlar və təşkilatlar tərəfindən işlənib hazırlanır.Hazırda ölkələrin çoxu hormonikləşdirilmiş (uyğunlaşdırılmış) sistemin nomenklaturasından istifadə etməyə başlamışlar.

Məhsulun(malın) texniki-iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.

Məhsulun texniki-iqtisadi göstöriciləri,zəruri şərtlər kimi,malın rəqabətə tablıöının qiymətləndirilməsində istifadə edilir.Həmin göstəricilər aşağıdakı qaydada səciyyələndirilir.

1.Texniki göstəricilər.Bu göstərici məhsulun səviyyəsini,onun tətbiqi sahələrini müəyyən edən xassələrini,istehlakı prosesində yerinə yetirəcək funksiyalarını xarakterizə edir.Buraya məhsulun(malın) təyinatı,davamlılığı,texnoloji,erqonomiki,ekoloji və.s. göstəriciləri aiddir.

2.Məhsulun (malın) təyinatı göstəriciləri.Bu göstəricilər aşağıdakı kimi fərqləndirmək olar.



  1. Təsnifetmə göstəriciləri.Həmin gösterici məhsulun spesifik xüsusiyyetlərini .onun konkret bir mal qrupu tipinə(növünə) aidiyyətini müəyyən edir

  2. Məhsulun texniki həllinin yeniliyini və texniki səviyyəsini müəyyənləşdirən texniki effektlik göstəriciləri.Məsələn,dəzgahların məhsuldarlığı,çəki-ölçü alətlərinin dəqiqliyi,vahid vaxt ərzində işlənilən informasiyaların həcmi və s.;

  3. Konstruksiya göstericiləri.Bu göstəricilərə məhsulun qabarit(əndazə)ölçülərini ,onun (məsələn ,dəzgahın ,təyyarənin,paltaryuyan maşının və s.)əmsalını ,qarşılıqlı əvəzolunması mümkünlüyünü aid etmık olar;

  4. Məhsulun tərkibi,quruluşu,çəkisi göstəriciləri.

3.Məhsulun(malın) möhkəmliyi və davamlılığı.Bu göstəricilər öncədən ,hələ məmlat(mal)layihələşdirildiyi mərhələdə nəzərə alınmalıdır ki,o ,etibarlı olsun,daim saz və əngəlsiz işləsin.

4.Texnoloji göstəricilər.Bu göstericilərsə xammalın,materialların məsrəflərinin və məhsulun bir vahidinə sərf olunan vaxdın optimal bölüşdürülməsini şərtləndirən əmək tutumunun,material tutumunun və maya dəyərinin xassələrini xarakterizə edilər.

5.Erqonomik göstəricilər.Bu gösterici konkret məhsulun (malın) istehlakı ,istifadə prosesində təzahür edən insan orqanizminin xassə və xüsusiyyətlərinə onun uyğun olub-olmamasını xarakterizə edir.Bu göstericilərdən gigiyenaa(işıqlanma dərəcəsi,zəhərlilik.səs-küylük,titrəmə,tozlam,), antropometrik(insan bədəninin ölçüsünə və formasına uyğunluq), fizioloji psixoloji və bu kimi halları göstermək olar.

6.Estetik göstəricilər.



7.Ekoloji göstəricilər.

8.İqtisadi göstəricilər.Bu göstericilər isə konkret malın (məhsulun) əldə edilməsi (satın alınması) və istifadə oluması ilə bağlı alıcı məsrəflərini qiymətləndiri.İqtisadi göstericilərə malgöndərmə şərtlərini,göndərmə müddətini və vaxtını,alıcı ilə hesablaşma növləri və formalarını,alıcıya ticarət krediti verilməsi növlərini,ödənc möhlətini və beynəlxalq ticarət əməliyyatları ilə bağlı digər göstericiləri aid etmək olar.

Malın(məhsulun) keyfiyyətini və rəqabətə tablılığı.

Bəri başdan qeyd edək ki,məhsulun keyfiyyəti xammalın və materialların keyfiyyətindən ,istehsalın texnologiyasından ,elm və texnikanın səviyyəsindən ,əməyin təşkilindən,fəhlə və mühəndis –texniki işçilərin ixtisasından və.s amillərdən asılıdır.Ümumilikdə məmuıatın keyfiyyətini xarakterizə edən göstəriciləri üç qrupa ayırmaq olar:a)məhsulun özünün keyfiyyəti göstəriciləri b)işlənib hazırlama texnologiyasının keyfiyyəti göstəriciləri;c)məhsulun istifadəsi(istismarı) dövründə keyfiyyət göstəriciləri.

Bunlardan sonuncusu nöqsanlılıq(qüsurluluq və natamamlıq) əmsalı, zay çıxan məhsulun qüsurlarının yenidən işlənməsi məsrəfləri, malın istismarı və istehlakı prosesində istehlakçı iddialarının təmin olunmasıyla bağlı xərclərin səviyyəsilə xarakterizə olunur.Qeyd edilməsi yerinə düşərdi ki,xarici ölkələrin firmalarında iqtisadi səmərəlilik nöqteyi-nəzərindən zaylılığın səviyyəsi 1-3%-dən çox olmur.Məslən ABŞ firmalarında 1% olması normal hal sayılır.Yaponiyanin “Sony” firmasında bu norma (1%) həddindən çox hesab edilir.

Bu və ya digər malın (məhsulun) rəqabəttablılığı dedikdə,həmin malın xarakterik məcmuyunun istehlakçının konkret tələbatının ödənilməsində analoji maldan fərqlənməsi başa düşülür.Konkret tələbatı(istehsal istehlakdan,yaxud şəxsi istehlakdan asılı olmayaraq) ödəmək üçün malın (məhsulun) texniki parametrləri tələbatın parametrləri ilə üst-üstə düşməlidir.Bundan əlavə ,alıcı çalışacaq ki, həmin malın satın alınmasına və onun ticarət məsrəfləri baxımından istifadəsinə(istehlakına)minumum miqdarda vəsait sərf etsin.Başqa sözlə,malın iqtisadi parametrlərini,əsas da malın istehlak dəyərini müəyyənləşdirən qiyməti nəzərə alınsın.Məhz , bu vəziyyəti əsas tutaraq firmanın marketinq fəaliyyəti alıcının üstünlük verəcəyi malın texniki-iqtisadi parametrlərinin diqqətlə öyrənilməsinə yönəldiləcəkdir.

Dünya bazarında malın rəqabəttablılığı malın istehlakı və dəyəri xarakteristikasının, habelə fima istehlakçının mal satışı üzrə fəaliyyəti nəticələrinin məcmu təsirindən ibarətdir.Belə olduqda,bu da nəzərə alınmalıdır ki, məhsulun rəqabəttablılıq səviyyəsinin müəyyən edilməsində texniki-iqtisadi göstəricilərlə yanaşı,normativ və patent-hüquqi göstəricilərinin də mühüm rolu vardır.Həmin normativ göstəricilər aşağıdakılardan ibarətdir.

-hazır məmulatda qanunçuluqda müəyyənləşdirilmiş nisbətlərə uyğun olaraq yerli istehsalın istehsal etdiyi məmulat hissələrinin və detallarının xüsusi çəkisi

-məhsulun unifikasiya olunması (vahid şəklə salınması) dərəcəsi və bunda standart detalların(hissəciklərin)istifadə olunması;

-bir çox ölkələrin qanunçuluq aktlarında göstərilən təhlükəsizlik tədbirləri,habelə beynəlxalq normalarda və qanun –qaydalarda nəzərdə tutulan təhlükəsizliyə dair tədbirlər.Məhsulun təhlükəsizliyi göstəriciləri avariyalar halları şəraitində,məhsulun istismarı rejiminin pozulması hallarında insanın mühafizəsi nöqteyi – nəzərdən onun xüsusiyyətlərini xarakterizə edir.

Patent – hüquq göstəricilər isə məhsulun patent mükəmməlliyini,düzlüyünü müəyyən edir və bazarda məhsulun satılması üçün həqiqətən çətinlik və ilişik olub-olmadığını göstərir.patent mükəmməliyinin olmaması rəqabəttablılığını qeyri-mmkün vəziyyətə gətirib çıxarır.

2.Bazarın tədqiqinə dair anlaşma.

Bazarın tədqiqinin mühüm vəzifələrindən biri bazarda təklif və tələb arasında tarazlığı qaydaya salmaq üçün əlverişli şəraitin təmin edilməsidir.Bu məqsədlə aşağıdakı suallara cavab tapilmalıdır:kinkret bazarda mal istehsalçıları və istehlakçıları arasında münasibətlər necə realizə olunur;tədqiq olunan dövr ərzində və perspektivdə tələb və təklifin formalaşmasını və inkişaf meylin hansı şərtlər müəyyən edir;bazarda fəaliyyət göstərən firmaların o cümlədən özünəməxsus firmanın möqeləri,həyata keçirdikləri ticarət metodları,tətbiq etdikləri ticarət təcrübələri;bazar münasibətlərində fəaliyyətin xarakterik cəhətləri nə vəziyyətdədir və i a.



Bazar tədqiqatında əsas məqsəd:a)bazarın inkişafına ,strukturuna ,münasibətlərin xarakterinə təsir göstərən mühitmikro makro amillərin öyrənmək,təhlil etmək və dəyərləndirmək;b)müvafiq ölkələrin ümumitəsərrüfat strukturunun və müvafiq bazarların konyukturunun qarşılıqlı sürətdə vəziyyətini və meyllırini öyrənmək.

Tədqiqat yuxarıda qeyd olunduğu kimi,qarşılıqlı əlaqədə olan digər bazarların vəziyyətini nəzərə alınmaqla ,aşağıdakı konkret bazarlar üzrə aparılır:dünya bazarı,sahəvi ölkə bazarı,yaxud onun müəyyən eqmenti(bölməsi) ,xarici bazar,milli bazar və s.



Bazar şəraitinin təhlili.

Bir qayda olaraq tədqiqat üçün öncədən marağında olduğun ölkənin,yuxarıda sadalanan göstəriciləri,ümumi məlumatı,o cümlədən onun sahəsi , əhalinin sayı, milli resursları,dövlət quruluşu (mexanizmi), iqtisadiyyatının inkişaf səviyyəsi və strukturu,pul sistemi,valyuta vəziyyəti,vergi qanunçuluğu,sosial-mədəni xüsusiyyətləri,əhalinin həyat səviyyəsi, təhsili və mədəniyyəti və s. Təhlil edilir.

Bazar şəraitinin təhlilində əsas məqsəd yuxarıda göstərildiyi kimi tələb və təklif arsında müəyyən nisbət, əsasən tarazlıq yaratmaqdır.Bununla bağlı, qiymət ünsürü də nəzərə alınmaqla bazar mexanizmi bütğvlükdə təhlil olunmalıdır.

Əvvəlcədən burada tələbin təhlil edilməsi məqsədəuyğun sayılır.Çünki tələb ictimai tələbatın həcmini və strukturunu əks etdirir və alıcılıq qabiliyyəti ilə məhdudlaşır.Yeri gəlmişkən , tələb silsiləsi (dövrəsi) bir neçə mərhələyə bölünür: a) tələbin törəməsi (əmələ gəlməsi); b) təklifi qabaqlayaraq tələbin artım sürətinin çoxalması; c) tədricən tələbin artımının səngiməsi; d) tələbin yetişkənliyi (kamilliyi); e) tələbin tədricən azaqlması.

Öz növbəsində bunu da bilmək lazımdır kihər bir mala olan tələbin səviyyəsi malın həyatılıyı,yəni onun “varlıq dövrü” və həmin dövrün şəraitiylə müəyyənləşir.Malın varlıq dövrünün müxtəlif mərhələlərində onun hər bir halı (vəziyyəti) xüsusi xarakterə malikdir.Məhz malın varlığının xarakteri və səviyyəsi həmin “hal”ların təsiri altında dəyişilir.

Malın varlıq dövrü aşağıdakı mərhələləri əhatə edir.



  1. Satış üçün hazır olan ilk məhsulu b azara çıxartmaq.Bu dövrdə satış tədricən çoxalır.

  2. Satış artımı mərhələsi.Bu dövrdə isə bazar həmin malı sürətlə (yeyin) qəbul edir və malın dövretmə qabiliyyəti artır.

  3. Malın yetkinlik ,kamillik mərhələsi.Bu mərhələdə malın satış sürəti tədricən azalır,çünki o , potensial alıcıların əksəriyyəti tərəfindən artıq mənimsənilib;

  4. Malın satış sürətinin getdikcə aşağı düşməsi.Bununla bağlı, həmin mal üzrə mənfəət də azalır.Onu ya modifikasiya etmək (şəklini dəyişmək , moda və fasonunu dəyişmək), yaxud da tamamilə satışdan çıxarmaq lazım gəlir.

Deyilənlərlə bağlı, həm firma-istehsalçı,həm də firma-satıcı daim malın həyatiliyinin –varlıq dövrünün bütün mərhələlərinə nəzər yetirməlidir ki, mala tələb ciddi sürətdə aşağı düşməyə başladıqda dərhal onu bazardan çıxartsın və həmin malı analoqu olan yeni malla əvəz etsin.Bu halda moda və fasonların ,mövsümülüyün və s. Amillərin təsiri də nəzərə alınmalıdır.Bundan əlavə, istehlak tələbinin təhlilində demoqrafik amillərə də, xüsusən əhalinin yaş tərkibinə , onun coğrafi yerləşdirilməsinə, cins və məşğulluq tərkibinə də xüsusi diqqət yetirilməlidir.

Alıcılıq qabiliyyətinin təhlili də xüsusi diqqət tələb edir.Burada hər şeydən öncə, əhali gəlirlərinin səviyyəsindən ,istehlak kreditinin həcmi və səviyyəsindən, əhali əmanətinin məbləğindən, onun təhsil və peşə tərkibindən və s. Söhbət gedir.Tələbin miqdar göstəriciləri bir qayda olaraq, mal istehlakına dair statistik materiallardan götürülür.Bu olmadıqda tələbin həcmi və strukturu istehsal, idxal ,ixrac və keçici qalıq məlumatları əsasında tərtib olunan istehlak balansı əsasında müəyyənləşdirilir.Bu göstərici təcrübədə “bazar tutumu”kimi qəbul edilmişdir.

Bazarın öyrənilməsində təklifin təhlili də mühüm şərtdir.Təhlildə aşağıdakılara xüsusi əhəmiyyət verilməlidir: konkret mal təklifinin kəmiyyətcə qiymətləndirilməsi; təklifin strukturu; mal çeşidi strukturunun dəyişilməsi; yeni malların əhəmiyyəti,onların texniki-iqtisadi xarakteristikası; müxtəlif modelli və fasonlu malların qiymət səviyyəsi.Daha iri malgöndərən firmaların bazarda payı, onların istehsal imkanlarının qiymətləndirilməsi;müvafiq mallar üzrə dünya təsərrüfatının və dünya bazarının inkişaf meyilləri nəzərə alınmaqla , təklifin inkişaf perspektivlərinin qiymətləndirilməsi və s. Bazarın tədqiqi prosesində tələb və təklif qiymətləndirilərkən firmalar ümumiyyətlə bir çox iqtisadi , siyasi , valyuta-malıyyə amillərinin dəqiq öyrənilməsinə də çalışmalıdırlar.

Bazarın tədqiq edərkən istehlakçıların konkret mallar qarşısında qoyduğu tələblərin xarakteri və xüsusiyyətləri də nəzərdən qaçmamalıdır.Bu tələblər əsasən ağaöıdakilarla xarakterizə olunur:məmulatın yeniliyi və yüksək texniki səviyyəsi;onun işlənib hazırlanmasının yüksək keyfiyyəti və istismarı prosesində fasiləsizliyi;satışdan sonraki dövrdəcgöstərilən texniki xidmətlərin səviyyəsi;məmulatın ( malın0 qiymətinin əlverişlılıyi və onun istifadəsi prosesində faydalılığı.

Bazarın inkişaf perspektivi də hökmən təhlil olumalıdır.Burada yuxarıda qeyd edilən xüsisi amillərlə yanaşı,ümumi mühit , ümumi amillər də mühüm rol oynayır.Bu mühitə(amillərə) bazarın konyukturu gedişatının dəyişməsini daim müşahidə etmək , o cümlədən mal( məhsul) buraxan və istehlak edən istehsal sahələri silsiləsinin(dövrünün) hansı mərhələdə olduğunu müəyyənləşdirmək, həmçinin bazar qiymətlərinin,xüsusi və dövlət ticarət şəbəkəsində, hökumət anbarlarlarında ehtiytaların enib – qalxmasına daim diqqət mərkəzində saxlamaq lazımdır.

Bazarın vəziyyətinə ticarət formalarının və metodlarının təsiri də nəzərə alınmalıdır.Bunların öyrənilməsi sahəsi bazarda,yaxud dünya bazarında satıcı və alıcı sifətində çıxış edən firmaların fəaliyyətinin təhlili və qiymətləndirilməsi üçün olduqca böyük əhəmiyyəti vardır.Ticarət formalarını və metodlarını təhlil edərkən ,aşağıdaki fəaliyyət sahələrinin və ticarət vahidlərinin öyrənilməsinə xüsusi diqqət yetirilməlidir: a) bu və ya digər konkret bazara mal göndərənlərə( öz ölkəsinin firma-istahsalçılara); b) xarici istejsalçı firmalar.yaxud onların qız şirkətləri( öz ölkəsinə, yaxud digər ölkələrə məxsus olan ticarət – vasitəçi firmalar); c) həmin bazarda rəqib kimi çıxış edən firmaların sayı,bazarda onların mövqedeləri ; d) potensial alıcılar və s.



3. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi.

Bu məqsədlə ümumi məlumatlarla yanaşı , təhlil üçün bütün rəqib firmalar və hər bir firma üzrə ayrılıqda aşağıdakı informasiyalar toplanıb ümumiləşdirilir.

-bazarda firmanın mövqeyi (məhsulun buraxılışı üzrə satışın həcmi; həmin ölkədə və dünya bazarında əhəmiyyətinə görə firmanın yeri; həmin məhsul satışının ümumi həcmində hər bir firma –rəqibin yeri);

-hər bir firmanın buraxdığı məhsulun xarakteri,onun texniki parametrləri ,qiyməti, rəqabəttablılıq amilləri,mal nişanələrindən (markalarından)istifadə praktikası;malın və onun qablaşdırılma formasının cəlbedici cəhətləri;Həmin anda və perspektivdə rəqiblər tərəfindən buraxılan malların bazar üçün yeniliyi( təzəliyi);

-reklam fəaliyyəti və satışın həvəsləndirilməsi praktikası;

- rəqabətə qoşulmuş firmalar tərəfindən təklif edilən xidmətlərin növlərin növləri və həcmi ,o cümlədən texniki xidmətlərin formaları və dəyəri;

-mal yeridilmə praktikası o cümlədən rəqiblərin istifadə etdikləri nəqletmə növləri , onların sərəncamında olan anbarların sayı, növləri və yerləəşdirilməsi , mallar ( məhsulun) saxlanılması şəraiti anbarların konsiqnasiya ticarət üçün istifadəsinin vəziyyəti;

- rəqib firmaların marketinq fəalliyti: strategiyası,çüşid siyasəti , yeni malın (məhsulun) işlənib hazırlanması üzrə elmi-texniki fəaliyyətin istiqamətləri,istehsal , texniki və satış siyasətləri, satışın intensivləşdirilməsi metodları , qiymət siyasətləri, istehsal və tədavül xərclərinin səviyyələri və s.

- rəqabətdə olan firmaların satış fəaliyyətinin təşkili, o cümlədən özünün xüsusi şəbəkəsinin xarakteri . ticarət – vasitəçilərin xidmətlərindən istifadə ,satış aparatının ( idarəsinin ,kontorunun ) saxlanılması məsrəfləri;

-rəqabət mübarizəsinin qeyri –maddi metodları,xüsusən rəqabət apardığı şirkətə, firmaya qarşı edilməsi mümkün olan vasitələrdən istifadə qaydası .rəqiblərin zəif yerlərinin dərəcəsi və rəqib tərəfdən alındığı bazar payını geri qaytarmaq imkanı;

-hər bir firmanın maliyyə vəziyyəti 9 maliyyə möhkəmliyi) və bazarda öz mövqeyini qoruyub saxlamaq bacarıöı, onun tədiyyə qabiliyyəti;

- rəqib firmalarda patentlərin olması və onların lisenziyalar satmaq imkanı.lisenziyalar üzrə ödənclərin mədaxili;

-rəqiblər tərəfindən həyata keçirilən sövdələşmələrin ticarət və haqq-hesab şərtləri, qiymətər və onlara verilən kreditlər,qiymətdən güzəştlər,malgöndərmə müddətləri və s.

- firma – rəqibin elmi-texniki potensialı, onun istehsalı və məhsulunun istifadə olunması sahələrində əldə etdiyi nailiyyətlər və i a.



Bazarda alıcı firmanın öyrənilməsi.

Bu məqsəd üçün ilk növbədə ayırd edilməlidir ki, söhbət hansı alıcı-firmadan gedir, onun satınalma predmeti nədir: istehsal vasitələrini , yoxsa istehlak şeyləridir.Çünki hər iki qrup mallara ( məhsullara) tələbin öyrənilməsinin özünə xas olan xüsusiyyətləri vardır.Belə ki. Istehsal vasitələrinin alıcısı,əsasən , sənaye firmaları , qız şirkətləri ( firmaları) ola bilər.İstehlak şeyləri alıcısı isə son nəticədə fiziki şəxslər- insanlardır.Lakin onlar da öz növbəsində həmin şeyləri bu və ya digər firmanın ticarət şəbəkəsində əldə edirlər.

İstehsal vasitələrinin firma-alıcısını öyrənmək üçün ümumi məlumatlarla yanaşı, aşağıdaki informasiyaları toplayıb sistemləşdirmək və təhlil etmək məqsədəuyğundur: bazarda firma-alıcının vəziyyəti; konkret malın istehlakında onun payı (tutduğu yer); firma-alıcı tələbinin səbatlığı;firmanın istehlak etdiyi (istehsal istehlakı) məhsulun əsas malgöndərənləri ; firmanın ticarət əməliyyatlarının həyata keçirəcəyi metodlar; firma –alıcının satın alacağı mallar texniki-iqtisadi göstəriciləri qarşısında qoyduğu tələblərin xarakteri və s.

İstehlak şeyləri üzrə alıcı-firmanı öyrənmək məqsədilə aşağıdakiları aydınlaşdırmaq daha məqsədəuyğun olardı:

-pərakəndə satış ticarətinin həyata keşirilməsi metodları;

-alıcılara müxtəlif güzəştlərin verilməsini,o cümlədən istehlak krediti .uzunmüddətliyi istifadə olunan mallar üzrə satışdan sonra pulsuz xidmətlər,satış qiymətlərindən güzəştlər və s.

-firmanın təqdim etdiyi məhsulların nomenklaturu (siyahısı),onların yeniliyi,rəqabəttablığı.təzələnməsi(dəyişməsi) dərəcəsi;

-satıcı-firma tərəfindən buraxılan kataloqda ,prospektlərdə məhsulun xarakteristikası;

-satışın həvəsləndirilmək üçün tətbiq olunan reklam vasitələri;

-bazarda malların satışında hər bir firmanın kvotu(təxmini payı),satəş ərazisinin (sahələrin) bölünməsi,satışın keyfiyyətliyi;

-satışın ümumi həcmi, əməliyyatların mənfəətliliyi,tədavül xərclərinin qədəri, anbarların saxlanma xərcləri.

Bazarın nəqletmə,hüquqi və ticarət-siyasi şəraitinin öyrənilməsi.

Bazarın təhlilinfdə nəqletmə şəraitinin öyrənilməsi də xüsusi əhəmiyyət kəsb edir.Bu öyrəniş aşağıdakı bir sıra məsələləri əhatə edir:

-ixracat ölkəsi ilə bazarı öyrənilən ölkə arasında birbaşa nəqliyyat rabitəsinin olması və yaxud yaradılması məsələləri

-xətti gəmiçilik tarifləri,fraxtın kamilliyinə inam yaratmaq,dəmir yolu ilə nəqletmə tarifləri məsələləri;

-ayrı-ayrı limanlarda(körpülərdə) yükləmə-boşaltma işləri mexanizminin dərəcəsi,yükün bir anbardan digərinə daşınması, boşaldılması,yerləşdirilməsi və saxlanılması xərcləri,liman (körpü)rüsumlarının miqdarı;

-yükdaşımanın qaydası və xüsusi şərtləri,təyinat məntəqəsinə( ölkəsinə) daşımanın üsulları, yükün təhvili və qəbulu qaydalarə;

Hüquqi məsələlərin öyrənilməsi də təhlil üçün mühüm şərtdir.Bu isə aşağıdaki məsələlərin aşkar olunmasını tələb edir:

-sığort və ticarət gəmiçiliyi barədə mövcud qanunların öyrənilməsini;

-firmaların o, cümlədən xarici ölkə firmalrının hüquqi vəziyyətini və fəaliyyətini tənzim edən qanunların həyata keçirilməsini;

-sənaye mülkiyyətçiliyinin qorunması,ixtiraların patentləşdirilməsi,mal nişanlarının qeydə alınması,habelə bu işlər üzrə mövcud praktika barədə qanunların tənzimlənməsini;

-idxalat ölkəsinə ümumən qəbul olumuş beynəlxalq ticarət işləri üzrə həm məhkəmə, həm də arbitraj qaydası ilə mübahisələrin,iddiaların həll edilməsi məsələlərini.

Bazar şəraitinin öyrənilməsində həm də ticarət siyasəti şərtlərinin xüsusi rolu vardır.Bu şərtlərdən ən vacibləri bunlardır.

1.Bu və ya digər ölkəyə mal gətirilməsini tənzim edən ölkələrarası ticarət sazişlərinin məzmunu.

2.Xarici ticarəti dövlət tənzimi sistemi, o cümlədən müəyyən malların həmin ölkəyə gətirilməsini qadağan edən, yaxud məhdudlaşdıran sərəncamlar və qanunlar.

3.Mala qoyulan gömrük vergisinin səviyyəsi ,gömrüyün hüsablanması üsulu, daxili gömrük rüsumları və vergiləri ,ölkədə”azad zona”nın (gömrük məsələlərinə aid) olub olmaması.

4.Öyrənilən ölkənin iqtisadi qruplaşmalarda iştirakı,onların bu və ya digər malların göndərilməsi rejiminə təsiri.

5.Ölkənin valyuta qanunvericiliyi o cümlədən idxalçının xarici valyuta alması qaydası,mənfəətin köçürülməsinə nəzarət ,valyutanın konvensiya olunması və kreditləşmə rejimi və i.a.

4.Bazar tədqiqatlarının aparılması metodları

Bazarın tədqiqinin metodikiası bazarın,yaxud konkret malın təhlilinə imkan verən üsul və metodları məcmuyudur.Həmin metodikada aşağıdakıalr əsaslandırılır:təhlili məqsəd kimi qəbul edilmiş bazarın(dünya ,sahəvi,milli bazarın bazar seqmentinin) seçilməsi;bazar şəraitinin təhlili üçün istifadə olunacaq göstəricilərin müəyyənləşdirilməsi;təhlil üsulunun və proqnoz göstəricilərin müəyyənləşdirilməsi;informasiya mənbələrinin əldə edilməsi;tədqiqatın təşkili.

Əgər dünya bazarı və milli sahəvi bazarlar iştirakçıları ,yaxud qrup iştirakçıları arasında bölüşdürülübsə,bu halds tədqiqat üçün bazarın ayrı-ayrı seqmentinin öyrənolməsi xüsusi əhəmiyyət kəsb edir.Bu ,istehsalın istiqamətini konkret alıcıların tələblərinə sarı yönəltmək imkanı yaradır.Bununla bağlı,bazarın seqmentləşdirilməsi metodikasının işlənib hazırlanması mühüm şərtdir.Seqment bazarın müəyyən bir hissəsidir.Bazarın ayrıca bir seqmentində müəyyən bir qrup alıcıları məmulatın ( mslı) konkret olaraq müəyyən modifikasiyasina yönəltmək daha əlveriçli olur.


Seqmentləşdirmə əsasən bir neçə prinsip üzrə aparılır.Bunlar aşağıdakılardır:coğrafi seqmentləşdirmə;demoqrafik seqmentləşdirmə;sosial-psixoloji amillər üzrə seqmentləşdirmə;konkret istehlakçılar qrupu üzrə seqmentləşdirmə(məsələn birdəfəlik alıcılar,daimi alıcılar,firma,potensial alıcılar və s. üzrə seqmentləşdirimə).


Seqmentləşdirmə üzrə tədqiqat apararkən seqmentləşdirmənin bütün göstəriciləri nəzərdən keçirilib öyrənilməlidir.Bu göstəricilər aşağıdakılardır:

1.Seqmenti qiymətləndirmək üçün göstəricilər.Bueda söhbət məhsul satışının artım sürətindən,bazarda satıcının(firmanın) payından, satışın ümumi hıcmində və mənfəətdə firmanın hər bir seqmentdəki payından və s. Gedir.

2.Seqmentin bazar şəraitinin qiymətləndirilməsi üçün göstəricilər.(iqtisadi,sosial,siyasi, və texnoloji proqnozlar,seqmentin inkişaf səbatlıöı və i.a)

3.Seqmentin inkişafının meyilliyini müəyyən edən göstəricilər.



4.Konkret bazar seqmentində məhslun rentabelliyinin dəyişdirilməsi göstəriciləri.

5.Seqmentin seçilməsini təmin edən göstəricilər.Burada mal satışının həcmi və strukturu, rəqabət dərəcəsi,uzunmüddətli və qısamüddətli planlarda nəzərdə tutulan mal satışının artımı və s. əsas götürülməlidir.

Bazar tədqiqatında istifadə olunan informasiyaların mənbələri.

Buraya əsasən mətbu informasiyalar və sosial tədqiqatların və alıcılar arasında aparılan sorğuların nəticələri aiddir.Mətbu informasiyalar aşağıdakılardan ibarətdir.



  1. Dövri mətbuat(qəzetlərin iqtisadi bölmələri,ixtisaslaşdırılmış jurnallar və iqtisadi bülitüynlər);

  2. Ixtisaslaşdırılmış nəşrlər(monoqrafiyalar,ticarət palatalarının və sahibkarlar ittifaqının buraxdığı bülletenlər,müqavilələri,külliyatı,bankların ayri-ayri firmaların ,reklam agentlərinin nəşrləri,dövlət və hökümət qanunları(qərarlqrl) külliyatı və i.a)

  3. Statistik külliyatlar;

  4. Iri broker firmaların müşdərilərə göndərdiyi informasiyalar;

  5. Teleqraf agentliklərinin müvafiq bülletenləri.

Firma haqqında ümumi məlumat.

Tədqiqatın aparılmasında firmaların xarakteri və fəaliyyəti,onların dünya bazarında rolu və yeri barədə informasiyaların olması mühüm şərtdir.Firma haqqında ümumi məlumatların yığcam siyahısı, o cümlədən firmanın ünvanı,qeydə alındığı ölkə, firmanın təsərrüfat və maliyyə əlaqələri,telefon,yaxud telefaks nömrəsi göstərilməklə xarici dildə verilir.

Firmanın xarakteristikasında əsasən aşağıdakı göstəricilər olmalıdır:

1.Səhmdarlar kapitalının həcmi,aktivlər ,satışın həcmi,məşğul olanların sayı.

2.Firmanın təsərrüfat fəaliyyətinin əsas növü-sənaye,ticarət, nəqliyyat-ekspretor,injirinq və.s.

3.Mülkiyyət xarakteri( xüsusi,dövlət,kooperativ) və onların hüquqi vəziyyəti(səhimdarlar cəmiyyəti,məsuliyyət cəhətdən məhdudlaşdırılmış cəmiyyətlər,tam və kommandit yoldaşlığı,vahid sahibkarlıq firmaları).

4.Yaranma tarixi, inkişaf xüsusiyyətləri və kapitalı( milli,xarıcı,qarışıq).

5.Firmanın daxil olduğu inhisar birliyinin tipi və həmin birlikdə onun vəziyyəti(ana şirkəti,qız şirkəti,assosiasiya).

6.Buraxdığı (istehsal),yaxud realizə etdiyi məhsulun nomenklaturu(əsas malı,yaxud mal qrupu ,ixtisaslaşma istiqamətləri,idxak nomenklaturu və.s)

7.Firmanın xarici iqtisadi fəaliyyətinin xarakteri və əhəmmiyyəti.Onun özünün “qız” və yaxud”ana” firma(şirkət) olması, dünya idxalatında və ixracatında yeri,əhəmiyyəti və.s.

8.Firmanın istehsal (ticarət) və maddı-texniki bazası.

9.Firmanın kontragentləri və rəqibləri.Onların digər firmalarla istehsal-texniki və digər təsərrüfat əlaqələr.

10.Firmanın idarə aparatının strukturu,onun banklarla əlaqələri və bu əlaqələrin xarakterik cəhətləri.

Firmanın öyrənilməsi mənbləri.Öyrənmək üçün aşağıdaki informasiya mənbələrindən istifadə edilməsi məqbuldur.

-firmalar haqqında dərc olunan ixtisaslı informasiyaları şərh edən dövri mətbuat

-firmaların özləri tərəfindən dərc olunan informasiyalar(illik hesabatlar,balans hesabatları,firmanın buraxdığı prospektlər, kataloqlar).

-ixtisaslaşmış təşkilatlar tərəfindən firmalar haqqında verilən informasiyalar(kredit-arayış büroları,sahibkarlıq ittifaqı,ticarət palataları,məsləhətçi firmalar,dövlət təşkilatları və s.)

-firmadaxili istifadə olunan informasiyalar

-firmalar üzrə arayışlar

-firma malları barədə məlumat kitabı.Bu cür məlumat kitabı müxtəlif ölkələrin bir ,yaxud bir neçə nüfuzlu firmalarının siyahısından ibarətdir.Kitabda əlifba sırası ilə hər mal üzrə onun istehsalı və satışı göstərilməklə firmaların siyahısı əks etdirilir.məsələn,İsveçrədə 1-3 cilddən ibarət “Kompas”(Komrass) ,Fransada “Repertuar da lya produksion fransez” kitabı buraxılır.Digər ölkələrdə də bu cür təyinatlı məlumat kitabları nəşr edilir;

-ünvanlar göstərən məlumat kitabı

-səhmdar cəmiyyətləri üzrə məlumat kitabları

-ümumfirma məlumat kitabları

-sahəvi məlumat kitabları.Bu çox hallarda beynəlxalq məlumat kitabı xarakteri daşıyır

-şəxsi əlaqələr üçün məlumat kitabı(məsələn direktorlar üşün məlumat kitabı)

-firmanın maliyyə əlaqələrinə dair məlumat kitabı

-bioqrafik məlumat kitabı.Bu növ kitablarda işguzar aləmin ictimai xadimləri və nümayəndələri haqqında qısa arayışlar yerləşdirilir.

Təkrar üçün suallar

7.Bazar nədir və o xarakterik prinsiplərinə görə necə təsnifləşdirilir?

8.Mallar istehsal ,satış və istehlak xarekterinə görə təsnifləşdirilirmi?Burada məqsəd nədir

9.Bazarda məhsulun keyfiyyəti və rəqabəttablılığı barədə nəyi nə üçün bilmək zəruridir?

10.Bazar tədqiqinin məzmunu və zəruriliyi necə başa düşülməlidir?

11.Tələb və təklifin təhlili necə və hansı şərtlərə əsasən aparılır?



12.Firma rəqibləri,firma alıcıları və firm satıcıları öyrənə bilirsinizmi və necə?

13.Rəqib firmanın fəaliyyətini öyrənməküçün onun barəsində hansı ümumi və xüsusi (konkret) məlumatları əldə etmək vacibdir?
Yüklə 103,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə