Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Fikrimizcə,  göstərilon  problemə  yanaşma  müxtəlifliyinin



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə16/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   12   13   14   15   16   17   18   19   ...   130

Fikrimizcə,  göstərilon  problemə  yanaşma  müxtəlifliyinin 
rəngarəngliyinə  baxmayaraq,  inhisarı  iki  aspektdə  nəzərdən 
keçirmək məqsədəuyğun olardı: 
1)
 
İnhisar  ictimai-iqtisadi  münasibətlərin  xüsusi  tipi  kimi 
(inhisarizm); 
2)
 
İnhisar bazar strukturu, bazarın atributu kimi. 
Elə buradaca qeyd edək ki, göstərilən bölgü heç də inhisarın 
təzahür  formalarının  müxtəlifliyindən  doğan  mahiyyət  fərqini 
deyil,  sadəcə  olaraq  onun  bəşəriyyətin  inkişaf  tarixində  oynadığı 
rolun səciyyəvi cəhətlərini əks etdirir. 
İnhisarizm  xüsusi  imtiyazlara  əsaslanan  münasibətlər  tipi 
olmaqla, çox qədim tarixə malikdir. Onun formalaşması və inkişafı 
bəşəriyyətin  tarixi-təkamül  prosesinin  ayrı-ayn  mərhələlərində 
fərqli  aspektlərdə  özünü  təcəssüm  etdirmişdir.  Başqa  sözlə,  hamı 
üçün  binuənalı  mahiyyət  daşıyan  hadisə  və  prosesləri  inhisarın 
müxtəlif təzahür formaları kimi xarakterizə etmək olar. 
Məsələn,  totalitarizmi  bir  şəxsin  xüsusi  imtiyazlara  malik 
olması 
baxımından 
şəxsiyyət 
inhisarı 
kimi, 
milli 
ideologiyam-ideoloji  inhisar  kimi,  hər  hansı  bir  siyasi  qmp- 
laşmanın  münasibətlər  məcmusuna  güclü  təsir  etmək  iqtidarında 
olmasını isə siyasi inhisar kimi və s. izah etmək mümkündür. Yəni 
inhisarizmi  münasibətlər  sisteminin  tənzimlənməsi  və  idarə 
edilməsi sferasında xüsusi imtiyazların bir yaxud bir neçə qrupun 
əlində  cəmlənməsi  kimi  başa  düşmək  lazımdır.  Bununla  yanaşı, 
qeyd edilməlidir ki, inhisarizm və bazarın atributu kimi çıxış edən 
inhisarı eyni mənbəyə əsaslanan ictimai hadisənin müxtəlif təzahür 
foımaları  kimi  səciyyələndirmək  heç  də  bir  mənalı  şəkildə  qəbul 
edilə  bilməz.  Məsələn,  bəzi  tədqiqatçılar  inhisan  mülkiyyət 
formalarının eyniliyinə  və  millətin  ideoloji  bütövlüyünə  əsaslanan 
hadisə hesab edirlər^\ 
Fikrimizcə, bu yanaşmanın özünün mahiyyətində metodoloji 
yanlışlıq qabarıq şəkildə müşahidə edilir. 
" В.Богачев Монополия в советской зкономике //Экономические науки, № 9, 
1990 стр. 11. 
43 


Belə  ki,  əvvəla,  sözügedən  konsepsiya  bütövlükdə 
inzibati-amirlik  sisteminin  spesifik  cəhətlərinə  əsaslanır  və  bazar 
iqtisadiyyatlı  ölkələrə  heç  bir  aidiyyatı  yoxdur.  Məlumdur  ki, 
Qərbi  Avropa  ölkələrində  xüsusi  mülkiyyət  uzun  dövr  ərzində 
hegemon mövqedə olmuşdur. Lakin bu hal «nədənsə» yalnız XIX 
əsrin  sonu,  XX  əsrin  əvvəllərində  inhisar  doğurmuşdur;  İkincisi, 
millətin  ideoloji  bütövlüyü  ən  yaxşı  halda  abstrakt-fəlsəfı 
mahiyyətdən uzağa getmir. Dəyərlər sisteminin məzmunundan asılı 
olmayaraq  hər  cür  ideologiya  iqtisadi  paradiqmanın  qismən 
modifıkasiya 
edilmiş, 
«mənəviləşdirilmiş» 
törəməsidir. 
Ümumiyyətlə,  ideologiya,  eləcə  də  bütövlükdə  üstqurum  bazisin, 
yəni  iqtisadi  münasibətlər  sisteminin  ictimai  şüurda  təzahür 
formasından  başqa  bir  şey  deyildir.  Əgər  ictimai  münasibətlərin 
dialektik xarakterini və element-sistem qarşılıqlı münasibətlərində 
determinoloji  bağlılığı  qəbul  ediriksə,  bütün  hadisə  və  proseslərə 
elmi  baxımdan  səbəb-nəticə  əlaqələri  kateqoriyası  çərçivəsində 
yanaşırıqsa,  onda  bəşəriyyətin  bütün  tarixi  boyu  elmi  fakt  kimi 
mövcud olmayan mifik ideoloji bütövlüyü ön plana çəlonəyə heç bir 
lüzum  yoxdur;  Üçüncüsü,  müasir  reallıq baxımından  yanaşdıqda 
da  mülkiyyət  eyniliyi  fenomeninin  qabardılması  heç  bir  real 
məzmun  kəsb  etmir.  Və,  ümumiyyətlə,  inhisarın  hər  iki  aspekti 
arasında  son  dərəcə  sıx  qarşılıqlı  əlaqələrin  mövcudluğuna 
baxmayaraq,  onları  tarixi-  xronoloji  inkişaf  mərhələləri 
baxımından  vahid  mənbəyə  əsaslanmaqla  eyniyyət  təşkil 
etdiklərini 
qeyd 
etmək 
ümumiqtisadi 
inkişaf 
qanunauyğunluqlarının  mahiyyəti  və  məzmununa  yanaşmada, 
eləcə də iqtisadi fikirdə dolaşıqlıq yarada bilər. 
Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, inhisarın hər iki 
aspektinin hər halda vahid mənbəyi mövcuddur. 
İnhisar  istər  bazarın  atributu,  istərsə  də  ictimai  iqtisadi 
münasibətlərin  xüsusi  tipi  fonnasında  iqtisadi  «Mən»in 
kulminasiya  nöqtəsi  kimi  təzahür  edir.  Sadəcə  olaraq,  inliisarçı 
fəaliyyətin meydana çıxması fərdiyyətçiliyin qabarıq nümayişindən 
başqa bir şey deyildir. 
44 


Lakin  bütün  amillər  kompleksi  nəzərə  alındığı  təqdirdə  bu 
hal  heç  də  inhisarçı  subyekt  və  inhisarizmin  məzmun  eyniliyinə 
dəlalət etmir. Çünki: 
1.
 
İnhisarizm  münasibətlər  məcmusu  kimi  təzahür  edirsə, 
inhisarçı sub’ekt iqtisadi vahid statusundan demək olar ki, kənara 
çıxmır; 
2.
 
İnhisarizm  makrosəviyyədə  formalaşan  hadisədirsə, 
inliisarçı fəaliyyət mikrosəviyyənin elementidir; 
3.
 
İnhisarizm mahiyyət  etibarı ilə  nəinki  ic^tisadi,  eləcə də 
siyasi,  sosial,  ideoloji  və  s.  aspektlərin  ümumuyğunluğuna 
əsaslanan mənafelər kimi meydana çıxırsa, inhisarçı fəaliyyət bəzi 
cəhətləri çıxmaq şərti ilə sırf iqtisadi xarakter daşıyır və s. 
Beləliklə, inhisarizm anlayışına sırf iqtisadi səciyyə daşıyan 
və yalnız geniş təkrar istehsal prosesinin əksər fazalarında təzahür 
edən  hadisə  kimi  deyil,  daha  çox  ictimai-  iqtisadi  münasibətlər 
sisteminin  xüsusi  tipi  kimi  yanaşmaq  real  gerçəkliyin  obyektiv 
dərki baxımından daha məqsədəuyğun olardı. Əlbəttə, inhisarizm 
bugünkü  situasiya  çərçivəsində  inhisarçı  iqtisadi  subyektin 
törətdiyi,  doğurduğu  ictimai  hadisədir.  Amma  sosial-iqtisadi 
determinasiyanın  inkar  edilmədiyi  təqdirdə  yuxarıda  qeyd 
etdiyimiz tezisin hökm kimi qəbulu milmicünsüzdür. Ona görə ki, 
əvvəla bəşəriyyətin iqtisadi inkişaf tarİKİ iqtisadi proseslərin daxili 
məntiqindən  doğan  inhisarçı  subyektlə  yalnız  XIX  əsrin  ikinci 
yarısından  sonra  qarşılaşıb.  Yəni  bu  gün  inhisarizmin  törədicisi 
kimi  qəbul  etdiyimiz  və  sırf  iqtisadi  səciyyə  daşıyan  inhisarçı 
subyektin ən çoxu 150 yaşı var. Bu o deməkdir ki, ictimai-iqtisadi 
münasibətlərin  tənzimlənməsi  yaxud  idarə  edilməsi  sferasında 
xüsusi imtiyazların mövcudluğu, yaxud həmin imtiyazlara canatma 
bəşər nəslinin yarandığı andan fomıalaşan, insanın özü ilə birlikdə 
doğulan, insanın bioloji təbiətinin ayrılmaz atributu kimi təşəkkül 
tapan  təbii  hadisədir.  Siyasi-inzibati  üsullarla  həmin  imtiyazların 
əldə  saxlanılması  bütün  tarixi  dövrlərdə  Problematik  xarakter 
daşımış,  başqa  sözlə  cəmiyyətin  varlığı  və  inldşafının  əsasında 
dayanan, sonuc etibarı ilə bütövlükdə üstqurumu doğuran iqtisadi 
bazislə  üzvü  vəhdətdə  olmamış  və  elə  ona  görə  də,  dayanıqlılıq 
baxımından  son  dərəcə  qeyri-sabit,  dəyişkən  mahiyyətə  malik 
olmuşdur.  Real  bazar  münasibətlərinin  intişarı  isə  həmin 
uyğunsuzluğun 
45 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə