Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


yənləşdirilməsinə  ürcah  edilməlidir.  Əsas  metodoloji  çətinlik  isə



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə11/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   7   8   9   10   11   12   13   14   ...   130

yənləşdirilməsinə  ürcah  edilməlidir.  Əsas  metodoloji  çətinlik  isə 
bundan  ibarətdir  ki,  bazar  iqtisadiyyatına  keçid  dövrü  başa 
çatmamış  hadisələrin  ideoloji  məzmunca  hansı  mahiyyət 
daşıyacağını  əvvəlcədən  demək  qeyri-mümkündür.  Həqiqətən  də, 
ideologiyanın «millilik» xarakteri mövcud reallıqla bağlıdır, yaxud 
bağlı  olmalıdır.  Əks  təqdirdə  kosmopolit  səciyyəli  abstrakt  bir 
yanaşma meydana çıxacaqdır. 
Milli  ideologiyanın  iqtisadi  təminatına  ümumnəzəri 
yanaşma  belə  bir  tezislə  ifadə  oluna  bilər:  iqtisadi  fəaliyyətin 
liberallaşması və bütövlükdə bazar iqtisadiyyatına keçid proqram 
məqsədli  xarakter  daşımalı,  milli  özünəməxsusluğun  bütün 
aspektlərini  ehtiva  etməlidir.  Əks  məzmunlu  yanaşma  əvvəllər 
qeyd etdiyimiz mütənasibliyin pozulması ilə sonuclana bilər. Yə’ni, 
iqtisadi və qeyri-iqtisadinin ideoloji müstəvidə düzgün proporsiyası 
obyektiv  xarakterlidir  və  onun  «millilik»  məzmununun,  yaxud 
təbiətinin mühafizəsində həlledici əhəmiyyət daşıyır. Beləliklə, milli 
ideologiyanın  formalaşdırılması  prosesinin  iqtisadi  aspektinin 
məntiqi xüsusiyyətləri keçid dövrünün yaratdığı reallıqları nəzərə 
almağı və hər cür «modelçilik» yönümündən yaxa qurtarmağı tələb 
edir və s. 
Apardığımız  araşdırmalardan  belə  bir  nəticə  hasil  olur  ki, 
millətin  «canlı  orqanizm»  kimi  yaşarhhğı  və  inkişafı  fərd-fərd 
münasibətlərində elə bir mexanizmin formalaşmasını tələb edir ki, 
həm şəxsi, individual inlcişafa hər cür kənar basqını ləğv etsin, həm 
də  qarşılıqlı  münasibətləri  maksimum  fəal,  sərbəst  və  birbaşa 
qarşılıqlı təsirə istiqamətləndirsin. 
Bazar  münasibətlərinin  milli  şüurda  qərarlaşması 
prosesinin  tarixi  baxımından  keçid iqtisadiyyatlı  ölkələr  arasında 
əsaslı  keyfiyyət  fərqləri  mövcuddur.  Belə  ki,  sabiq  SSRİ 
respublikaları  ilə  müqayisədə  Şərqi  Avropa  ölkələri  məhz  bu 
nöqteyi-nəzərdən  daha  əlverişli  start  vəziyyətinə  malik  olmuşlar. 
Bütün digər amillərlə yanaşı, bazar davranışı, bazar düşüncə tərzi 
bu  ölkələrin  milli  mentalitetinin  ayrılmaz  tərkib  hissəsinə 
çevrilmiş, eyni zamanda «xalq demokratiyası» formasında sosialist 
təsərrüfat tipinə keçərkən də, həmin ölkələrdə bazar münasibətləri 
yüksək səviyyədə bərqərar olmuşdur. 
30 


§3, KEÇİD İQTİSADİYYATI VƏ REAL BAZAR 
MÜNASİBƏTLƏRİ: AZƏRBA YCAN GERÇƏKLİYİ 
Sabiq  SSRİ-nin  ərazisində  heç  vaxt  yüksək  inkişaf  etmiş 
bazar  münasibətləri  olmamışdır.  1861-ci  ildə  təhkimçilik 
hüququnun  ləğvindən  sonra  az-çox  formalaşmaqda  olan  bazar 
münasibətlərini  oktyabr  çevrilişi  dayandırdı  və  onların  makro- 
səviyyədə təşəkkül tapmasının qarşısını aldı. Bununla  belə, bazar 
münasibətlərinin  inlcişafı 
baxımından 
Azərbaycan 
digər 
respublikalara nisbətən daha yüksək səviyyədə olmuşdur. Belə ki, 
XX  əsrin  əvvəllərində  kapitalın  təmərküzləşməsi  dərəcəsinə  vo 
inhisarların inkişaf səviyyəsinə gÖrə Bakı neft sənayesi Rusiyanın 
iqtisadiyyatında xüsusi yer tuturdu. I dünya müharibəsi ərəfəsində 
«Nobel qardaşları» şirkəti, «Şell» və «Oyl-korporeyşn» kimi ən iri 
beynəlxalq  neft  trestləri  meydana  gəlmişdir.  Bakı  Rusiyanın  ən 
mühüm sənaye və ticarət mərkəzlərindən biri idi. 
191.5-1917-ci  illərdə  Azərbaycanda  230  istehlak  cəmiyyəti 
fəaliyyət  göstərirdi*.  Eyni  zamanda,  ticarət  evlərinin  sayı 
durmadan  artırdı.  Belə  ki,  əgər  1899-cu  ildə  Bakı  şəhərində  38 
ticarət  evi  var  idisə,  1904-cü  ilin  əvvəllərində  onlann  sayı  56-  ya, 
1910-cıı  ilin  axırlarında  98-ə,  19I5-ci  ilin  axırlarında  isə  298-ə 
çatmışdır\ Həmin dövrdə Bakının birja ticarətinin xarakterində də 
mühüm  dəyişiklik  baş  verdi.  Birjada  əmtəə  əməliyyatları  ilə 
bərabər  fond  əməliyyatları  da  aparıİmağa  başlandı  və  s.  Tarixi 
faktlar  aydın  şəkildə  göstərir  ki,  XX  əsrin  1  yarısında 
Azərbaycanda  bazar  münasibətləri  və  bazarın  infrastrukturunun 
formalaşması  prosesi  böyük  sür’ətlə  getmişdir.  Lakin  əvvəl  qeyd 
etdiyimiz  kimi,  oktyabr  çevrilişi  real  bazarın təşəlekülü  prosesini 
dayandırdı.  Son  70  ildə  əmtəə-pul  münasibətləri  və  tədavül 
sferasında  əlaqələrin  dərin  defonna-  siyasına  əsaslanan  inhisar 
istehsalçılarla nomenklatur isteh- 
Musayev M.Ə. XX əsrin əvvəllərində Bakı şəhərinin ticarəti. Bakı; Azərnəşr; 
1975. səh. 123. 
'' Yenə orada, səh.! 41. 
31 


lakçılar  arasında  münasibətlərin  mürəkkəb  konqlomeratı 
formasında «sosialist bazan» təşəkkül tapdı. 
Eyni  zamanda,  bazara  keçidin  mahiyyətcə-bazarı  qurmaq, 
yaratmaq  demək  olduğunu  nəzərə  alsaq,  onda  bazar 
münasibətlərinin  intişarı  ilə  bahəm  infrastrukturanın  inkişafının 
da  necə  əhəmiyyətli  rol  oynadığını  görə  bilərik.  Bu  sferada  da, 
Şərqi  Avropa  ölkələri  öndədirlər.  Ümumiyyətlə,  müqayisə 
apardığımız  iki  qrup  ölkələr  arasında  iqtisadi  inkişafın  səviyyəsi 
baxımından  da  əhəmiyyətli  fərqlər  mövcuddur. 
1.2.-Cİ 
cədvəldə 
verilmiş  məlumatlardan  göründüyü  kimi,  hər  iki  ölkə  qrupu 
mahiyyətcə  eyni  islahatları  aparılmasına  baxmayaraq  ÜDM-un 
dinamikası  (1991-1998)  inkişaf  səviyyələri  arasında  kəsldn 
təzadların  mövcudluğundan  xəbər  verir.  1989-cu  illə  müqayisədə 
də eyni vəziyyət müşahidə olunur. Məsələn, qeyd etdiyimiz dövrlə 
müqayisədə ÜDM-un mütləq həcmi Şərqi Avropa ölkələrində orta 
hesabla 12-15% azaldığı halda keçmiş sovet respublikalarında bu 
göstərici  təxminən  45%  civarında  aşağı  düşmüşdür.  Bir  sıra 
respublikalarda  azalma  daha  böyük  və  kəskin  şəkildə  baş 
vermişdir.  Belə  ki,  Azərbaycanda  ÜDM-  un  həcmi  1989-cu  il 
səviyyəsinin  37,3%-nə;  Gürcüstanda  19,5%-nə;  Moldovada 
35%-nə;  Tacikistanda  33,2%-nə  və  s.  bərabər  olmuşdur.  Hər  iki 
ölkə  qrupunun  əsas  makroiqtisadi  göstəricilər  bazasında 
apardığımız  müqayisəli  təhlili  də  kəskin  disproporsiyaların 
mövcudluğunu bir daha təsdiq edir. 
Göründüyü kimi, Şərqi Avropa ölkələri ilə müqayisədə real 
məzmunlu  münasibətlər  sisteminin  tarixi-təkamül  prosesində 
formalaşmaması  bugünkü  keçid  dövründə  sabiq  SSRİ 
respublikaları üçün əsas problemlərdən birinə çevrilmişdir. 
Təhlil  göstərir  ki,  sistem  dəyişikliyinin  doğurduğu 
problemlər  əksər  ölkələr  üçün  yekcins  mahiyyət  daşısa  da,  start 
vəziyyətindəki 
fərqlilik 
həm 
real 
məzmunlu 
bazar 
münasibətlərinin təşəkkülü, həm də iqtisadi artımda rəvan lığa nail 
olma imkanlan baxımdan kəskin natarazlıq formalaş- dımıışdır. 
32 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə