Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə17/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   13   14   15   16   17   18   19   20   ...   82

 
57 
 
tənəffüs  edilən  havanın  tərkibindəki  oksigenin 
miqdarından; 
 
ağ ciyərlərdə daxil olan havanın qalma müddətindən
 
daxil olan havanın ciyərlərdə təzyiqindən
 
qaz  mübadiləsində  iştirak  edən  qandaşıyıcı  alveol 
damarlarının sahəsindən
 
bədənin bütün orqanlarının hüceyrə kapilyarlarından 
qanın sərbəst keçə bilməsindən
 
qanı tam oksigenlə təmin etmək üçün  tibbi tənəffüs 
      və gimnastika ilə məşğul olmaqdan. 
 
      Bu  göstərişlərdən  birinin  olmaması  zamanı  özünün 
bütün  mənfi  izləri  ilə  oksigen  aclığı  əmələ  gəlir  {63-70}.  
Qan – hər bir hüceyrəyə oksigen və qida məhsullarının əsas 
və yeganə daşıyıcısıdır. Amma orqanizmin normal fəaliyyəti 
üçün qanı oksigenlə doydurmaqdan əlavə, arteriya, arteriol, 
vena,  venul  və  kapilyarların  yaxşı  keçid  yolları  olmalıdır. 
Bu  şərtlərin  olmaması  qan  təzyiqinin  artmasına,  hüceyrə 
mübadiləsinin  pozulmasına  və  nəticə  etibarı  ilə  ağır 
xəstəliklərə  və  orqanizmin  vaxtından  qabaq  qocalmasına 
gətirib çıxarır. 
      Hüceyrə  kapilyarları  qanın  orqanizmdə  təzyiqi  və 
hərəkətinin  əsas  requlyatorlarıdır.  Qan  fasiləsiz  olaraq 
süzgəcdən  keçir.  Ağ  ciyərlərdə  karbon  qazı  qandan  azad 
olur  və  o  oksigenlə  doydurulur.  Böyrəklərdə  qan 
plazmasının filtrlənməsi və sidiyin əmələ gəlməsi baş verir. 
Orqanizmdən maddələr mübadiləsinin son məhsulları – artıq 
duzlar,  su,  yad  və  toksiki  maddələr  kənar  olunurlar. 
Böyrəklər  qanın  tərkibini  nizamlayır.  Qara  ciyərdə  zülal, 
lipid,  karbohidrat,  vitamin  və  başqa  maddələrin  sintezi  və 
parçalanması  baş  verir.  Qara  ciyər  həm  də  şəkərin  qanda 
səviyyəsini  nizamlayır.  Dalaq  immunobioloji  və  müdafiə 
funksiyasını  həyata  keçirir  –  antitel  ifraz  edir,  bakteriya  və 
toksinləri  ləngidir  və  zərərsizləşdirir,  ömrünü  sürmüş 


 
58 
trombositləri  və  eritrositləri  dağıdır.  Limfatik  mərkəzlər 
antitel və limfositlər əmələ gətirirlər, bakteriya və toksinləri 
ləngidir və zərəsizləşdirirlər. 
      Qanın  və  limfanın  filtrlərindən  birinin  fəaliyyətinin 
pisləşməsi  və  ya  istənilən  xəstəliyi  hökmən  qanın  arterial 
təzyiqinin dəyişməsinə, bütün orqanizmin həyatfəaliyyətinin 
pozulmasına  gətirib  çıxarır  və  ağır  xroniki  xəstəliklərə, 
vaxtından  qabaq  qocalmaya  səbəb  olur.  Kapilyarların 
keçiriciliyinin  yaxşılaşdırılmasıni  təmin  etmək  üçün 
orqanizmin  fəaliyyətinin  əsas  şərtlərini  yerinə  yetirmək  – 
bütün  bədənin  əzələ  hüceyrələrini  fiziki  hərəkətə  gətirmək 
lazımdır.  Fiziki  iş  və  gimnastika  ürəyi  məcbur  edir  ki, 
oksigenlə  doydurulmuş  qanı  bədənin  bütün  orqanlarına,  o 
cümlədən,  bütün  hüceyrə  kapilyarlarına  qova  bilsin.  Baş 
beyin  ürəyə  məcbur  edə  bilməz  ki,  yavaş  və  ya  tez-tez 
döyünsün.  Ürəyin  işini  idarə  edən  orqanizmin  toxuma 
hüceyrələridir.  Ürəyin  döyünməsini  isə  oksigen  idarə  edir. 
Onun  çatışmaması  zamanı  hüceyrələr  onunla  doydurulmuş 
qan  tələb  edirlər.  Ürək  öz  işini  və  əzələlərin  gərginliyini 
sürətləndirir.  Bu  zaman  qanın  axın  sürəti  və  arterial  təzyiq 
artır.  Elə  ki,  lazımi  miqdarda  oksigen  qəbul  olunur, 
hüceyrələr “sakitləşirlər” və ürək də sakit iş rejiminə keçir, 
orqanizm komfort vəziyyət hiss edir və ağrılar tədricən yox 
olur.  Nəfəsalma  zamanı  hava  ağ  ciyərlərə  daxil  olur  və 
alveolları  aralayır.  Əgər  içəri  nəfəsalma  zəifdirsə, 
alveolların  hamısı  aralana  bilmir  və  onların  qandaşıyıcı 
damarlarının  yalnız  bir  hissəsi  daxil  olan  hava  ilə  görüşə 
bilir.  Bu  vəziyyətdə  ağ  ciyərlər  orqanizmi  oksigenlə  tam 
təmin  edə  bilmir.  Güclü  enerji  ilə  içəri  nəfəsalma  zamanı 
alveollar  bir-birinə  sıxıldığından,  qandaşıyıcı  damarların 
gərilməsi  baş  verir,  onların  hava  ilə  təmasda  olan  sahələri 
kiçilir  və  qanın  onlarda  hərəkəti  zəifləməyə  başlayır.  Bu 
zaman  qanın  oksigenlə  doydurulması  az  olduğundan  güclü 
şəkildə  oksigen  aclığı  baş  verəcəkdir.  Baş  gicəllənməsi  və 


 
59 
bununla  bərabər,  insan  huşunu  itirə  bilər.  Ağ  ciyərləri  tam 
dolduran  sərbəst,  komfort  nəfəsalma  lazımdır.  Zəif  içəri 
nəfəsalma  və  ağ  ciyərləri  tam  hava  ilə  doldurma  –  hər  iki 
variant  qanın  oksigenlə  qeyri-qənaətbəxş  doydurulmasına 
səbəb olur. 
      Orqanizmin  oksigen  aclığı  –  qəbul  edilən  havanın 
tərkibindəki  oksigenin  azlığı,  orqanizmin  xəstəliyi, 
hüceyrələrdə  maddələr  mübadiləsinin  aktivliyi,  ağır  fiziki 
işin icrası, həyəcan, yeməyin normadan artıq qəbul edilməsi 
və  orqanizmin  qocalmasından  da  baş  verir.  İnsan  oksigen 
aclığını  dərhal  hiss  etmir.  O,  orqanizmdə  baş  verən 
diskomforta,  əzginliyə,  qan  təzyiqinin  və  nəbzin 
döyünməsinin  dəyişməsinə,  tərin,  qəfil  ürək  və  başda 
ağrıların  əmələ  gəlməsinə  fikir  vermir.  Əgər  bunlar  baş 
verən zaman tibbi tənəffüs və başqa təsirlər tətbiq olunarsa, 
onda  xəstəlik  prosesini  dayandırmaq  və  ya  qabağını  almaq 
olar. Oksigen aclığı – infarktı yaradan səbəblərdən biridir. 
 
Oksigen və hemoqlobin      
 Bu bir real həqiqətdir ki, canlı orqanizmin həyatfəaliyyətini 
oksigensiz təsəvvür etmek qeyri-mümkündür. Insan özünün 
mövcudluğu  naminə  atmosferdən  oksigeni  qəbul  etməli  və 
onu  öz  daxilində  metabolizmə  uğratmaq  üçün  hüceyrə  və 
toxumalara  göndərməlidir.  Bəzi  hüceyrələr  qısa  zaman 
müddətində  az  miqdar  enerjini  oksigensiz  də  həyata  keçirə 
bilirlər  (anaerob  metabolizm).  Başqa  orqanlar  (məs.,  baş 
beyin,  ürək,  ağ  ciyər  və  s.)  isə  yalnız  oksigenin  fasiləsiz 
təminatı ilə yaşaya bilən hüceyrələrin iştirakı ilə mövcud ola 
bilirlər (aerob metabolizm). Müxtəlif hüceyrələr bir-birindən 
fərqli  dərəcədə  anoksiyaya  (oksigensizliyə)  tolerantlıq 
göstərirlər. Beyin və ürək bu cəhətdən çox zəif orqanlardır. 
Ilk öncə oksigen çatışmamazlığı orqanın funksiyasını pozur, 
bir müddətdən sonra funksiyanın bərpası mümkün olmayan 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə