Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə13/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   9   10   11   12   13   14   15   16   ...   82

 
43 
     Müasir  bioloqlar  sübut  edirlər  ki,  həyatın  universal 
formulu (yəni elə bir formul ki, onu tam əks etdirsin) yoxdur 
və ola da bilməz. 
 
Bioenerjiinformasiya dəyişməsi nəzəriyyəsi 
 
     Həyatın  Yerdə  əmələ  gəlməsi  barədə  ən  yeni 
nəzəriyyələrdən  biri  də  bioenerjiinformasiya  dəyişmə 
nəzəriyyəsidir. Bioenerjiinformasiya dəyişmə anlayışı elmin 
biofizika,  bioenergetika  və  ekologiya  sferalarında  meydana 
gələn 
son 
nəaliyyətlərlə 
əlaqədar 
yarandı. 
Bioenerjiinformatika  termini  1989-cu  ildə  Moskvada 
bioenerjiinformatika  üzrə  ilk  Ümumittifaq  konfransı 
keçirilən  zaman  N.E.Bauman  adına  Moskva  Dövlət 
Universitetinin  professoru  V.N.Volçenko  tərəfindən  irəli 
sürülmüşdür  {32}.  Bu  nəzəriyyə  Kainatda  yalnız  materiya 
və  enerji  kimi  məlum  substansiyaların  deyil,  həm  də 
“İnformasiya-  Şüur”  varlığı  barədə  fikir  irəli  sürməyə  əsas 
verdi.  Bu  konsepsiyanın  elementlərindən  biri  Kainatda 
ümumi  bir  fikrin,  məntiqin  və  ya  planın  olmasıdır.  Bu 
hipotez  müasir  astrofiziklər  tərəfindən  təsdiqlənir;  belə  ki, 
Kainatın fundamental xüsusiyyətləri, əsas fiziki kostantların 
əhəmiyyəti  və  hətta  fiziki  qanunauyğunluqlar  Kainatın 
bütün masştablarında strukturu  və həyatın mümkünlüyü ilə 
sıxı  surətdə  əlaqədardır.  Buradan  bu  konsepsiyanın  ikinci 
elementi meydana çıxır – Kainata canlı sistem kimi baxmaq 
lazımdır.  Canlı  sistemlərdə  isə  Şüur  (informasiya)  faktoru 
materiya  və  enerji  kimi  çox  mühüm  əhəmiyyət  kəsb  edir. 
Beləliklə,  Kainatın  materiya,  enerji  və  informasiya  kimi 
üçvahidliliyi barədə danışmaq lazımdır.  
 
 
 
 


 
44 
İlkin həyat molekulu - RNT 
     Üzvi  maddələrin  bəsit  qeyri-üzvi  maddələrdən  alına 
bilməsi  ideyası  üzrə  alimlər  çoxlu  sayda  laboratoriya 
təcrübələri aparmış və müyyən qənaətbəxş nəticələr əldə edə 
bilmişlər.  Məsələn,  1953-cü  ildə  Stenli  Miller  ammonyak, 
metan və su içərisindən şimşəyi təqlid edən elektrik cərəyanı 
keçirməklə  aminoturşu  ala  bildi.  Sonralar  Millerin 
eksperimentləri şübhə altına alındı. 1990-cı ildə alınan yeni 
geoloji  nəticələrə  əsasən,  Yer  atmosferinin  ilk  yaranış 
dövründə  tərkibi  çoxlu  miqdarda  karbon  qazı  ilə  dolu  imiş 
ki,  bu  da  Millerin  təcrübələrində  nəzərə  alınmamışdır. 
Karbon qazının iştirakı ilə bu reaksiya öncə baş vermədi. Bu 
problem  bu  yaxınlarda  2008-ci  ildə  Klivs  və  kolleqaları 
tərəfindən həll olundu. Onlar aşkar etdilər ki, şimşək karbon 
qazı  olan  şəraitdə  belə  bu  reaksiyanı  aktivləşdirə  bilər, 
sadəcə  reaksiya  mühitinə  katalizator  olaraq  az  bir  miqdar 
X” maddəsi (?) əlavə edilməlidir ki, bu da ilkin atmosferdə 
şübhə  yoxdur  ki,  ola  bilərdi.  Bundan  əlavə,  şimşək  qədim 
Yer üzərində üzvi maddələrin əmələ gəlməsində katalizator 
kimi  fəaliyyət  göstərən  yeganə  amil  hesab  edilməməlidir. 
İndiki  zamanda  abiogen  üzvi  maddələrin  “fabriki”  kimi 
işləyən iki növ etibarlı və real – kosmos və hidrotermal kimi 
mənbələr  məlumdur.  Bütünlüklə  bu  gün  həyatın  əsasını 
təşkil  edən  üzvi  birləşmələrin  –  zülal  və  nuklein  turşuları 
kimi  mürəkkəb  maddələrin    “tikinti  bloklarının”  abiogen 
sintezi artıq problem deyildir. Aminoturşular (zülalın tərkib 
hissələri), azot təkibli əsaslar və şəkərlər (nuklein turşularını 
əmələ  gətirən  nukleotidlərin  tərkib  hissələri),  həmçinin 
başqa tip vacib molekullar bir neçə üsullarla abiogen sintez 
oluna  bilirlər.  Çətini  budur  ki,  bu  bloklardan  ilk 
replikatorları  –  öz-özünü  hasil  edən  molekul  və  ya 
molekullar komplesini necə almalı? 


 
45 
      XX  əsrin  80-ci  illərindən  –    RNT-nin  katalitik 
(fermentativ)  funksiyaları  məlum  olan  andan  başlayaraq 
məhz  bu  sinif  molekullar  hüquqi  cəhətdən  “birinci  həyat 
molekulu”  roluna  əsas  namizəd  kimi  sayıldı  {33-36}.  Hər 
şeydən  qabaq,  ilk  replikator  kimi  özü-üzünün  surətinin 
sintezini katalizə edən RNT molekulları oldu. Lakin abiogen 
sintezi nəticəsində meydana gələn RNT molekulları ilə sadə 
üzvi  birləşmələrdən  alınan  RNT  arasında  boşluq  qaldı. 
Kimyaçılara  hələ  bu  vaxta  qədər  abiogen  yolla  baş  verə 
biləcək  hazır  “tikinti  bloklarından”  –  azotlu  əsaslardan, 
ribozadan  və  fosfor  turşusundan  –  öz-özünə  sintez  oluna 
bilən  ribonukleotidlərin  alınması  üçün  optimal  şəraiti 
seçmək  mümkün  olmamışdır.  Nəticədə  çoxlu  ekspertlər 
dolayı yolların axtarışına üstünlük verdilər. Bu gün iki belə 
yolun tapılmasına nail oldular. Birinci  yol ona əsaslanır ki, 
lap əvvəldən “irsiyyət maddəsi” rolunu RNT deyil, sonradan 
təkamül yolu ilə bizim adət etdiyimiz RNT-yə çevrilə bilən 
başqa  nuklein  turşuları  apara  bilər.  Belə  molekullara 
namizəd kimi həyatda rast gəlinməyən, sintetik yolla alınan 
PNT (Peptide nucleic acid), TNT (Threose nucleic acid) və 
GNT  (Glycerol  nucleic  acid)  göstərilə  bilər.  Bu  molekullar 
bir  tərəfdən,  RNT-yə  nisbətən  abiogen  yolla  asan  sintez 
olunur, o biri tərəfdən, “irsiyyət maddəsi” rolunu tam yerinə 
yetirə  bilirlər.  İkinci  dolayı  yol  kimyaçı  Con  Sazerlend 
(John  Sutherland)  və  Böyük  Britaniyanın  Mançester 
universitetinin  kolleqaları  tərəfindən  işlənib  hazırlanmışdır 
{37,38}.  Onlar  aşkar  etdilər  ki,  RNT-ni  şəkərlərdən  və 
azotlu  əsaslardan  –  hazır  iri  bloklardan  deyil,  sadə  üzvi 
birləşmələrdən, məsələn, formaldehiddən sintez etmək daha 
asan  başa  gəlir.  Sadə  üzvi  birləşmələrlə  RNT  arasında 
kimyəvi  təkamül  gedişində  ola  bilsin  ki,  şəkər  və  azotlu 
birləşmələrin  aralıq  əmələ  gəlmə  mərhələsi  baş  vermir. 
Sazerlend  komandası  indi  sadə  üzvi  birləşmələrdən  RNT-
nin  sintezi  probleminin  həlli  məsələsini  göstərən  məqalə 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə