Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə25/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   21   22   23   24   25   26   27   28   ...   82

 
91 
azot,  fosfor  və  s.  elementlərlə  möhkəm  birləşmiş  uzun 
zəncirli  polimerlər  əmələ  gətirir.  Karbonun  belə  məxsusi 
fizioloji  rol  oynaması  ondan  ibarətdir  ki,  bu  element  bütün 
üzvi  maddələrin  tərkibinə  daxildir  və  praktiki  olaraq 
orqanizmin bütün biokimyəvi proseslərində iştirak edir. 
Karbon  birləşmələrinin  oksigenin  təsiri  ilə  oksidləşməsi 
suyun  və  karbon  qazının  əmələ  gəlməsinə  səbəb  olur;  bu 
proses orqanizmin enerji mənbəyinə xidmət edir. 
Karbon  4-oksid    CO
2   
(karbon  qazı)  maddələr  mübadiləsi 
prosesində  əmələ  gəlir,  tənəffüs  mərkəzinin  stimulyatoru 
olub, tənəffüs və qan dövranının idarə olunmasında mühüm 
rol oynayır. Canlı orqanizmlər üçün karbon birləşmələrinin 
ilkin mənbəyi  СО
2
 və sudur. Fotosintez nəticəsində karbon 
bioloji qida zəncirinə düşür, burada isə canlılar bir-birini diri 
halda  və  ya  meyitlərini  yeyir,  özlərinin  bədənlərinin 
qurulması və inkişafı naminə karbon əldə edirlər. Karbonun 
Yer  üzərində  bioloji  dövrəsi  oksidləşərək  atmosferə 
qayıtmaqla,  ya  da  kömürə  və  ya  neftə  çevrilib  torpağa 
basdırılmaqla baş verir.   
A.İ.Oparinin  ümumi  qəbul  edilmiş  nəzəriyyəsinə  görə 
{1,20},  ilkin  olaraq  Yer  kürəsində  üzvi  maddələr  abiogen 
təbiətli  olmuşlar.  Karbonun  Yerdə  ilkin  mənbəyi  metan  və 
hidrogen  sianid  (HCN)  olmuşdur.  Biosferanın  bütün  üzvi 
maddələrinin  əmələ  gəldiyi  qeyri-üzvi  maddə  olan  karbon 
həyatın ilkin başlanğıcında atmosferdə CO
2
, və təbii sularda 
H
2
CO
3
  kimi  mövcud  olmuşdur.  Karbonun  ən  güclü 
mənimsənilməsi  (assimilyasiyası)  (CO
2
  şəklində)  havadan 
yaşıl  bitkilər  tərəfindən  baş  verir  (hər  il  ~  100  milyard  ton 
CO
2
  udulur).  Yerdə  CO
2
-nin  həmçinin  daha  qədim 
mənimsənilmə  üsulu  sayılan  xemosintez  yolu  vardır;  bu 
prosesdə  mikroorqanizmlər  –  xemosintetiklər  Günəşin  şüa 


 
92 
enerjisini 
deyil, 
qeyri-üzvi 
maddələrin  oksidləşmə 
enerıisindən  istifadə  edirlər.  İnsan  və  heyvanların 
əksəriyyəti  karbonu  yemlərində  hazır  üzvi  maddələr 
şəklində  qəbul  edirlər.  Üzvi  maddələrin  mənimsənilmə 
üsulundan  asılı  olaraq  orqanizmləri  avtotrof  və  heteotrof 
növlərə  ayırırlar.  Zülalın  və  digər  mikroorqanizmlərin  qida 
məhsullarının  biosintezi  üçün  yeganə  karbon  mənbəyi  olan 
neft  karbohidrogenlərinin  istifadəsi  –  müasir  elmi-texniki 
problemlərin ən başlıcası sayılır. 
     Karbon metabolizmi 
 Insan  orqanizminə  karbon  qida  vasitəsi  ilə  daxil  olur 
(norma ilə sutqada ~ 300 q).      Karbonun ümumi miqdarı ~ 
21%-ə  çatır  (bədənin  ümumi  kütləsinin  70  kq-na  15  kq). 
Əzələ  kütləsinin  2/3-ni  və  sümük  toxuma  kütləsinin  1/3-ni 
karbon  təşkil  edir.  Orqanizmdən  əsasən  kənar  olunan  hava  
(karbon qazı) və sidiklə (sidik cövhəri) xaric olur. 
Karbonun toksikliyi  
Sərbəst  halda  karbon  zəhərli  deyildir,  lakin  bir  sıra 
birləşmələri  əhəmiyyətli  dərəcədə  toksikdir.  Bu  tip 
birləşmələrinə  karbon  2-oksid  CO  (dəm  qazı),  karbon  4-
xlorid  CСl
4
,  karbon  sulfid  СS
2
,  sianid  turşusu  və  onun 
duzları HCN, benzol C
6
H
6
 aiddir.   
 
 
 
 


 
93 
 
 
Fəsil 4 
Azot
 
      Canlı orqanizmin əsas struktur birləşməsi olan zülalların 
tərkib  hissəsini  təşkil  edən  C,  O
2
,  H
2
  –dən  sonra  4-cü  yeri 
tutan  mühüm  elementlərdən  biri  də  azotdur  ((N
2
).  Havanın 
həcmcə  78%-ni  azot  təşkil  etməsinə  baxmayaraq  insan  və 
heyvan  orqanizmləri  ondan  oksigendən  fərqli  olaraq  qida 
məhsulu kimi  istifadə edə bilmirlər. Nəfəsalma prosesində 
onu oksigenlə bərabər daxilə qəbul  etsələr də azot  kimyəvi 
tərkibini  dəyişməyərək  daxil  olduğu  kimi  də  kənar  olunur. 
Bütün  canlı  hüceyrələrin  tərkibinə  daxil  olan  protoplazma, 
məlumdur ki, oksigensiz yarana bilməz, amma proteinlər və 
orqanizmə  lazım  olan  başqa  qida  komponentləri  müxtəlif 
azot  tərkibli  birləşmələrin  əsasında  əmələ  gəlir.  Canlı 
orqanizmlər  atmosferin  azot  dəryasında  üzdükləri  halda  bu 
elementi  digər  dolayı  yollarla  mənimsəyir  –  həyatda  olan 
müxtəlif  hazır  qida  məhsullarından:  heyvani  və  bitki 
mənşəli  başqa  canlı  orqanizmləri  məhv  edib  həzm 
prosesindən  (maddələr  mübadiləsindən)  keçirməklə  əldə 
edirlər (Nə üçün? Bu haqsızlıq və israfçılıq demək deyilmi?). 
Bu və digər çətin anlaşılan məsələlərə kitabın sonunda nəzər 
yetiriləcəkdir.  Indi  isə  həyati  əhəmiyyət  kəsb  edən  bu 
elementin  fiziki-kimyəvi  xassələri,  reaksiyaları,  canlı 
orqanizmdə  metabolik  çevrilmələri  və  s.  haqqında  təfsilatı 
ilə məlumat verək.  
       Azot,  N  (nitrogenium)  dövri  sistemin  VA  yarımqrup 
kimyəvi elementi olub sıra nömrəsi 7 və atom cəkisi isə 14-
dür {40-42}. Qeyd edildiyi kimi, Yer atmosferi həcmcə 78% 
azotdan ibarətdir. Bu qədər böyük miqdar azotun miqdarını 
göstərmək  üçün,  təsəvvür  edək:  Yer  səthinin  hər  kvadrat 
kilometrində  olan  atmosfer  azotundan  50  milyon  ton 


 
94 
natrium nitrat (NaNO
3
) və ya 10 milyon ton amonyak (NH
3

almaq olar. Sərbəst azotun adi şəraitdə mövcud olması onun 
başqa  elementlərlə  çətin  qarşılıqlı  təsirdə  ola  bilməsi  – 
inertliliyi barədə xəbər verir. Əlaqəli azot həm üzvi və həm 
də qeyri-üzvi materiyanın tərkibinə daxildir. Bitki və heyvan 
aləmini  təşkil  edən  zülallarda  karbon  və  oksigenlə 
əlaqələnmiş şəkildə azot mövcuddur. 
      A.Lavuazyenin yanma proseslərinin atmosferdə həyatın 
saxlanmasında  roluna  həsr  olunmuş    tədqiqatları  onun 
tərkibinin  oksigendən  başqa  daha  bir  inert  qazdan  ibarət 
olduğuna  rəvac  verdi.  Qazın  yanmasından  sonra  qalan 
hissənin  element  təbiətini  müəyyənləşdirmədən,  Lavuazye 
onu  “azote”,  yəni  qədim  yunanca  “həyatsız”  adlandırdı. 
1772-ci  ildə  Edinburqlu  D.Rezerford  göstərdi  ki,  bu  qaz 
elementdir  və  onu  “zərərli  hava”  adlandırdı.  Azotun  latın 
adı yunan sözləri “nitron” və “gen”-dən götürülərək “şora 
əmələ gətirən” (selitr)  deməkdir.  
      Azotun təbiətdə iki stabil izotopu vardır: kütlə ədədi 14 
(
 7 proton və 7 neytron) və kütlə ədədi 15 (
 7 proton 
və  8  neytron).  Onların  nisbəti  99,635:0,365  olduğundan 
azotun  atom  şəkisi  14,008-dir.  Stabil  olmayan  izotopları  - 
12
N, 
13
N, 
16
N, 
17
N süni yolla alınmışdır. Azot atomunun 
 
sxematik 
olaraq 
elektron 
quruluşu 
belədir: 
1s
2
2s
2
2p
x
1
2p
y
1
2p
z
1
.  Beləliklə,  xarici  (ikinci)  elektron 
təbəqəsində  kimyəvi  əlaqələr  əmələ  gətirə  bilən  5  elektron 
yerləşir;  azotun  orbitalları  başqa  elementlərdən  elektron  da 
birləşdirə  bilər,  yəni,  oksidləşmə  dərəcələri  –  3-dən  –  5-ə 
dək  olan  birləşmələri  mövcud  ola  bilər  və  onlar  artıq 
məlumdur {54-57}. 
      Azot  qazının  sıxlığının  ölçülməsi  ilə  müəyyən 
olunmuşdur  ki,  onun  molekulu  iki  atomdan  ibarətdir,  yəni, 
azotun  molekulyar  formulu  N N  (və  ya  N
2
)  şəklindədir. 
Azotun iki atomundan hər birinin üç xarici 2p-elektronu öz 
aralarında  elektron  cütləri  vasitəsi  ilə  üçqat  rabitə  :N:::N: 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə