Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə15/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   11   12   13   14   15   16   17   18   ...   82

 
49 
 
 
Fəsil 2 
Oksigen və hemoqlobin 
Oksigen – dövri sistemin ikinci dövründə və altıncı qrupun 
əsas  yarımqrupunda  yerləşmiş,  sıra  nömrəsi  8-dir. 
Elektronların  örtüklərdə  paylanışı  –
 
  1s
2
2s
2
2p
4
,  atom  çəkisi 
15,9994  –  dür.  O  –  simvolu  ilə  ifadə  olunur.  Oksigen 
kimyəvi  aktiv  qeyri-metal  olub  xalkogenlər  qrupunun  ən 
yüngül  elementidir.  Oksigen  adi  şəraitdə  rəngsiz,  iysiz, 
dadsız  qazdır,  yanmır,  amma  yanmaya  kömək  edir. 
Molekulu  iki  atom  oksigen  atomundan  (O
2
)  ibarət 
olduğundan  onu  bəzən  dioksigen  də  adlandırırlar.  Maye 
oksigen açıq-mavi rəngdədir {40-44}. 
 
Oksigen təbiətdə üç izotop şəklində yayılmışdır: 
16
О, 
17
О və 
18
О, orta yayılma miqdarı uyğun olaraq 99,759 %, 0,037 % 
və 0,204 % - dir. Bunlardan ən yüngülü olan 
16
О izotopunun 
qalanlara nisbətən çox yayılmasına səbəb onun nüvəsində 8 
proton  və  8  neytron  olması  ilə  əlaqədardır.  Belə  nüvələr 
atom  nüvəsinin  quruluş  nəzəriyyəsinə  görə  daha  stabil 


 
50 
olmalıdırlar. 
11
О, 
13
О, 
14
О  kimi  radioaktiv  izotopları  da 
vardır  (yarımparçalanma  dövrləri  74  san), 
15
О  (Т
1/2
=2,1 
dəq), 
19
О  (Т
1/2
=29,4  san), 
20
О  (ziddiyyət  təşkil  edən 
yarımparçalanma dövrü 10 dəqiqədən 150 ilə kimi). 
Oksigenin başqa allotropik forması ozon (O
3
) da məlumdur: 
bu  adi  şəraitdə  spesifik  iyə  malik,  molekulu  üç  atom 
oksigendən ibarət olan mavi rəngdə qazdır.  
Oksigen  sözü  A.Lavuazye  tərəfindən  ilk  dəfə  təklif 
olunmuş  və  yunanca  (όξύγενναω)  sözündən  götürülmüş, 
ὀξύς — “turşu” və γενναω  —  “yaradıram” deməkdir.  
Oksigen təbiətdə  ən çox  yayılan element  olub  onun payına 
Yer  kürəsinin  bərk  hissəsinin  təxminən  47,4%-i  düşür 
(müxtəlif  maddələrin  tərkibində,  əsasən  silikatların).  Dəniz 
və içməli suların tərkibində küllü miqdarda ~ 88,8% (kütlə 
faizi) oksigen vardır. Atmosferdə sərbəst oksigenin həcmcə 
faizi 20,95-ə, kütləcə isə 23,12-yə bərabərdir. Yer qabığının 
1500-dən  artıq  birləşmələri  oksigen  tərkiblidirlər.  Oksigen 
çoxlu miqdar üzvi birləşmələrin tərkibinə daxildir və bütün 
canlıların hüceyrələrində iştirak edir. Atomların sayına görə 
canlı  hüceyrələrdə  onun  miqdarı  ~  25%,  kütlə  payına  görə 
isə ~ 65% - dir. 
Oksigenin kəşfi 
Rəsmi surətdə qeyd edilir ki, ilk dəfə onu 1 avqust 1774-cü 
ildə  ingilis  kimyaçısı  Cozef  Pristli  germetik  bağlı  qabda 
civə 2-oksidin parçalanması yolu ilə almışdır (O, bunu civə 
oksidi  üzərinə  güclü  linza  vasitəsilə  Günəş  şüalarını 
yönəltməklə əldə etmişdir) {55-57} : 


 
51 
2HgO (t) 

 2Hg + O
2
↑ 
 
Lakin Pristli öncə anlamadı ki, yeni maddə kəşf etmişdir, o 
belə  hesab  etdi  ki,  havanı  təşkil  edən  hissələrdən  birini 
ayırmışdır  və  onu  “deflogistion”  qaz  adlandırdı  (onun 
zamanında  “Flogistion”  adlı  qeyri-elmi  nəzəriyyə  cərəyan 
edirdi).  Pristli  bu  kəşfi  barədə  o  dövrünün  məşhür  fransız 
kimyaçısı  Antuan  Lavuazyeyə  xəbər  verir.  1775-ci  ildə 
A.Lavuazye  müəyyən  etdi  ki,  oksigen  havanın,  turşuların 
tərkib  hissələrindən  biri  olub  çoxlu  miqdar  maddələrdə 
geniş yayılmışdır.  
     Hələ  bir  neçə  il  əvvəl  (1771-ci  ildə)  oksigeni  isveç 
kimyaçısı Karl Şeyele almışdı. O, selitranı  sulfat turşusu ilə 
közərdərək  bu  zaman  əmələ  gələn  azot  oksidini  parçaladı. 
Şeyele bu qazı “yanar hava” adlandırdı. Sonra 1777-ci ildə 
bu kəşfi öz kitabında dərc etdirdi. Kitab Pristlinin əldə etdiyi 
nəticədən  sonra  dərc  olunduğu  üçün  bu  kəşfin  ilk  icraçısı 
kimi onun adı tarixə düşür. Şeyele də bu elmi tapıntı barədə 
Lavuazyeyə məlumat verir. 
     Oksigenin  kəşfinə səbəb olan əsas mərhələlərdən biri  də 
fransız  kimyaçısı  Pyotr  Bayenin  təcrübələri  idi.  O,  civəni 
oksidləşdirib  və  sonra  aldığı  civə  oksidini  parçalaması 
barədə işlərini dərc etdirmişdi. 
      Nəhayət,  Pristli  və  Şeyeledən  məlumatlar  alan 
A.Lavuazye  kəşf  olunan  qaz  barədə  qəti  olaraq  öyrəndi. 
Onun  bu  işi  böyük  əhəmiyyət  daşıyırdı,  çünki  bu  kəşfin 
meydana gəlməsi o zamanlar hökmranlıq edən və kimyanın 
inkişafına  əngəl  törədən,  yalançı  “flogiston”  nəzəriyyəsini 
alt-üst  etdi.  Lavuazye  müxtəlif  maddələri  yandıraraq  alınan 
maddələrin  çəkilərinin  dəyişməsini  dərc  etdirdi  və  bununla 
da flogiston nəzəriyyəsinə zərbə endirdi.  
      Beləliklə,  faktiki  olaraq  oksigenin  kəşfi  ilə  əlaqədar  bu 
xidməti Pristli, Şeyele və Lavuazye öz aralarında bölüşürlər.   
 


 
52 
Alınması 
 
      Hal-hazırda 
oksigeni  sənayedə  havadan  alırlar. 
Laboratoriyalarda  sənaye  üsulu  ilə  alınan  oksigen  15  MPa 
təzyiq  altında polad ballonlarda daşınmaqla istifadə olunur. 
Əsas  laboratoriyada  alınması  üsulu  qələvilərin  sulu 
məhlullarının  elektrolizidir.  Oksigenin  az  miqdar  alınması 
üsullarından  biri  də  turşulaşdırılmış  peroksid  məhlullarının 
kalium  permanqanat  məhlulları  ilə  qarşılıqlı  təsirinə 
əsaslanır.  Həmçinin,  membran  və  azot  texnologiyasına 
əsaslanan, sənayedə geniş tətbiq olunan oksigen qurğuları da 
yaxşı məlumdur. 
      Kalium  permanqanatın  (KMnO
4
)  qızdırıldığı  zaman 
(K
2
MnO
4
)  və  (MnO
2
)  əmələ  gəlməsi  ilə  bərabər  qazşəkilli 
(O
2
) çıxır:  
2KMnO
4
 

 K
2
MnO
4
 + MnO
2
 + O
2
↑ 
Laboratoriya  şəraitində  həmşinin  hidrogen  peroksidin 

2
О
2
) katalitik parçalanmasından alırlar: 

2
О
2
 

 2Н
2
О + О
2
↑ 
Katalizator kimi manqan 4-oksid (MnO
2
) və ya bir azca yaş 
tərəvəz  istifadə  olunur  (tərəvəzdə  olan  fermentlər  hidrogen 
peroksidin parçalanmasını sürətləndirir). 
Oksigeni  həm  də  kalium  xloratı  (Bertole  duzu)(  KClO
3

katalitik parçalamaqla almaq olar: 
2KClO
3
 

 2KCl + 3O
2
↑ 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə