Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə14/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   10   11   12   13   14   15   16   17   ...   82

 
46 
dərc  etməyə  hazırlaşır.  Sazerlendin  sözlərinə  görə, 
reaksiyalar çox da böyük olmayan su hövzələrində müəyyən 
temperatur və pH intervalında yaxşı özünü göstərir. Əgər bu 
cür  su  hövzələri  zaman  keçdikcə  qurumaya  məruz  qalırsa, 
bu əhəmiyyətli dərəcədə kiçik gölməçədə qalan reagentlərin 
qatılıqlarının  artması  hesabına  işi  sürətləndirir.  Belə  ki, 
Darvin  “kiçik  isti  nohuru”  ilə  bəlkə  də  həqiqətdən  uzaq 
deyildi.  Beləliklə,  qeyri-üzvi  molekullardan  uzun  və  çətin 
bu yolda birinci canlı hüceyrəyə qədər – “ağ ləkələr” yoluna 
lap az qalır.  
    Qalan  müəmmalardan  əsas  əhəmiyyət  kəsb  edəni  RNT 
molekulunun 
özünü 
hasiletmə 
xüsusiyyəti 
olması 
probleminin 
aşkar 
edilməsidir. 
DNT-nin 
süni 
protohüceyrəsini  fermentlərin  iştirakı  olmadan  sintez  edə 
bilirlər.  Amma  bu  problem  də  yavaş-yavaş  həll  olmağa 
başlayır.  Növbəti  mühüm  addımı  bu  istiqamətdə 
Amerikanın  Kaliforniya  ştatının  San-Dieqo  şəhərində 
Skripss İnstitutunun əməkdaşları Treysi Linkoln və Cerald 
Coys (Tracey Lincoln, Gerald Joyce) atmışlar və bu barədə 
bu  yaxınlarda  2009-cu  ilin  yanvarın  8-də  “Science” 
jurnalının  saytında  məqalə  buraxmışlar.  Tədqiqatçılar  bir 
neçə  cüt  bir-birini  aktiv  şəkildə  replikasiya  edən  (surətini 
sintez  edən)  katalitik  aktivliyi  olan  (ribozimləri)  RNT 
molekulunu  quraşdırmağa  nail  olmuşlar.  Nəticədə 
ribozimlərin  bölünüb  artmasının  bu  cür  qarşılıqlı 
replikasiyası bütün həndəsi istiqamətlərdə nə qədər lazımsa 
böyüyə  bilər  –  bunun  üçün  yalnız  düzgün  şəkildə  artan  bu 
bölünmələri  (populyasiyaları)  lazımi  vəsaitlə,  yəni  yeni 
molekul  RNT-nin  sintezi  üçün  ilkin  materiallarla  təmin 
etmək  gərəkdir.  30  Saat  ərzində  bölünüb  artmalar  əlverişli 
şəraitdə 100 milyon dəfə arta bilir. Bundan başqa, bir neçə 
cüt  bölünüb  artan  ribozimlərin  substrat  uğrunda  bir-biri  ilə 
mübarizə  aparmasını  məcbur  etməklə,  tədqiqatçılar  onları 
darvin  təkamülü  ilə  başlamağa  məcbur  etdilər.  Spontan 


 
47 
mutasiya  və  təbii  seçmə  nəticəsində  yüksək  bölünmə 
qabiliyyətinə  malik  rekombinat  ribozimlər  əmələ  gəldi. 
Qeyri-məhdud bölünmələrə nail olmaq məqsədi ilə aparılan 
ilkin  təcrübələrdən  fərqli  olaraq,  burada  proses  zülali 
fermentlərin  iştirakı  olmadan  gedir.  Yeganə  budur  ki,  bu 
nəticə  RNT-nin  öz-özünü  hasiletmə  probleminin  axırıncı 
həlli  hesab  olunmur  –  bu  substratın  öz  təbiətidir. 
Ribozimlərin bölünən cütləri yeni RNT molekulları qurğusu 
–  ayrıca  ribonukleotidlər  üçün  ilkin  material  kimi  istifadə 
oluna  bilmirlər:  onlar  hələki  oliqonukleotidlərlə,—yəni 
RNT-nin  çoxlu  sayda  ribonukleotidlərdən  təşkil  olunmuş 
daha uzun molekullu fraqmentləri ilə işləyə bilirlər.  
     Beləliklə,  Sazerlend  (ribonukleotidlərin  sadə  üzvi 
maddələrdən sintezi) və Linkoln-Coys (ribozimlərin substrat 
kimi  oliqonukleotidlərlə  özünü  replikasiyası)  təcrübələrinin 
nəticələri  arasında  hələki  boşluq  vardır,  bunu  aradan 
qaldırmaq  üçün  əlavə  tədqiqatlara  ehtiyac  düyulur:  bu 
səbəbdən  də  ayrıca  ribonukleotidlərdən  oliqonukleotidlərə 
keçmək üçün müəyyən yollar arayıb tapmaq gərəkdir. 
      Süni  protohüceyrənin  –  xarici  mühitdən  “yemək”  qəbul 
etmək və RNT və DNT-nin replikasiyalarını yarada bilmək 
xüsusiyyətlərinə  malik,  lipid  təbəqəli  qovuqcuqların 
yaradılmasına  həsr  olunmuş  elmi  tədqiqat  işləri  də  davam 
etməkdədir.  
      Boston  şəhərində  (ABŞ)  Harvard  tibb  məktəbinin 
(Harvard  Medical  School)  alim  komandası  protohüceyrələr 
yaradaraq,  onları  təkmilləşdirmək  üzrə  işləri  davam 
etdirirlər.  Protohüceyrələri  substrat  kimi  oliqonukleotidlər 
deyil, zülali fermentlərin köməyi olmadan başa gələn ayrıca 
nukleotidlər  kimi  istifadə  edirlər,  lakin  bunlar  da  hələki 
RNT-nin  tam  tsikl  replikasiyasını  həyata  keçirə  bilmirlər 
(onlar  bu  prosesin  yalnız  ayrıca  mərhələsini  yerinə  yetirə 
bilirlər).  Amma  alimlər  bu  barədə  tam  optimistdirlər. 
Onların  məqsədi  –  protohüceyrənin  yalnız  böyüməsi  və 


 
48 
bölünməsini  deyil,  həm  də  onun  təkamül  etməsini 
göstərməkdən ibarətdir. Onların fikrincə, həyatın başlanğıcı 
darvin  təkamülünün  başlanğıcı  ilə  qırılmaz  bağlıdır  – 
mahiyyətcə  bu  eyni  şeydir.  Maraqlısı  budur  ki, 
protohüceyrələrin  özlərini  aparması  temperaturdan  asılıdır: 
istidə  onlar  xarici  mühitdən  nukleotidləri  udaraq  aktiv 
“yemlənirlər”,  soyuqda  isə  bu  nukleotidlərdən  RNT-nin 
matrisa  sintezi  üçün  aktiv  istifadə  edirlər.  Bəlkə  ilk 
yaranmış  canlılar  üçün  sutka  tsikli  xarakter  olmuşdur: 
gündüzlər  qidalanmışlar,  gecələr  isə  öz  irsi  materiallarını 
replikasiya etmişlər?  
    Bütün bu deyilənlərə yekun vuraraq belə bir son nəticəyə 
gəlmək  olar  ki,  təcrübi  yollarla  cansız  materiyadan  canlı 
varlığa keçidin bütün mərhələlərinin alimlər tərəfindən aşkar 
edldiyi gün çox uzaqda deyildir. 
 Həyatın əmələ gəlməsinin dini versiyaları  
 Kreosionizm  
Kreosionizm  (ingilis  sözüdür  creation  –  yaratma)  –  üzvi 
aləmin,  bəşəriyyətin,  Yer  planetinin  və  həmçinin  bütün 
dünyanın  İlahi  bir  qüvvə  -  Allah  tərəfindən  yaradılması 
barədə  dini-fəlsəfi  konsepsiyadır.  Kreosionizm  nəzəriyyəsi, 
həyatın  əmələ  gəlməsi  barədə  suala  Popperin  kriteriyasına 
görə,  belə  cavab  verir:  onun  necə  baş  verdiyini  elm  sübut 
edə  bilməz,  çünki  bu  onun  imkanları  xaricindədir.  Elm 
Kainatın  Allah  tərəfindən  yaradılıb  və  ya  yaradılmamasını 
sübut  edə  bilməz.  Digər  tərəfdən,  bu  nəzəriyyə  Yeri-göyü 
yaradanın  özünün  nədən  yaranışı  barədə  konkret  suala 
konkret  cavab verir:  “O, heç nədən, özü-özünə  yaranmışdır 
və bu ucsuz-bucaqsız dünyanı da heçdən yaratmışdır”.  
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə