Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə16/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   12   13   14   15   16   17   18   19   ...   82

 
53 
Katalizator kimi bu reaksiyada da (MnO
2
) istifadə olunur.
 
Fiziki xassələri 
 
    Soyuq suda daha çox həll olmuş oksigen (O
2
) vardır. 1 L 
oksigenin  çəkisi  1,429  q  olub  azca  havadan  ağırdır.  Suda 
(4,9 ml/100q  0 °C – də, 2,09 ml/100q 50 °C – də) və spirtdə 
(2,78 ml/100q  25 °C  –  də)  zəif həll olur.  Ərinmiş  gümüşdə 
yaxşı həll olur (961 °C – də 1 həcm gümüşdə (Ag) 22 həcm 
O
2
). Oksigen paramaqnit xassəlidir. 
Qazşəkilli  oksigenin  qızdırılması  zamanı  onun  dönər 
dissoisasiyaya  malik  atomlarına  parçalanması  baş  verir: 
2000  °C-də —  0,03 %,  2600  °C-də —  1 %,  4000  °C-də — 
59 %,  6000  °C-də  isə —  99,5 %.  Maye  oksigen  –  bu  açıq-
mavi  maye  olub  qaynama  temperaturu  182,98 °C-dir.  Bərk 
oksigen (ərimə temp.- 218,79 °C) – göy kristallardır. 
 
Kimyəvi xassələri 
 
Güclü  oksidləşdiricidir,  praktiki  olaraq  bütün  elementlərlə 
qarşılıqlı  təsirə  girərək  oksidlər  əmələ  gətirir  {59-61}. 
Oksidləşmə  dərəcəsi  2-dir.  Bir  qayda  olaraq,  oksidləşmə 
reaksiyası istiliyin çıxması ilə gedir və temperaturun artması 
ilə  sürətlənir.  Otaq  temperaturunda  gedən  reaksiyalar: 
məsələn,            
4K + O
2
 

 2K
2

2Sr + O
2
 

 2SrO 
2NO + O
2
 
→ 
2NO



 
54 
 
Çoxlu miqdar üzvi birləşmələri oksidləşdirir: 
CH
3
CH
2
OH + 3O
2
 

 2CO
2
 + 3H
2

 
Müəyyən  şəraitdə  üzvi  birləşmələrin  yumşaq 
oksidləşməsini aparmaq olar: 
CH
3
CH
2
OH + O
2
 

 CH
3
COOH + H
2

 
Oksigen qızılı (Au), platini (Pt), halogenləri və inert 
qazları adi şəraitdə oksidləşdirmir. 
 
Oksigen  oksidləşmə  dərəcəsi  −1  olan  peroksidlər 
əmələ gətirir.  Məsələn, peroksidlər qələvi metalların 
oksigendə   yanması ilə alınır: 
2Na + O
2
 

 Na
2
O
2
 
 
Bir sıra oksidlər oksigeni udur: 
2BaO + O
2
 

 2BaO
2
 
 
A.N.Bax  və  K.O.Enqlerin  yanma  nəzəriyyəsinə 
görə, 
oksidləşmə 
prosesi 
aralıq 
peroksid 
birləşməsinin  yaranması ilə iki mərhələdə gedir. Bu 
aralıq  mərhələdə  alınan  maddəni  çıxarmaq  olar, 
məsələn,  yanan  hidrogen  alovunu  buzla  soyudan 
zaman su ilə bərabər hidrogen peroksid əmələ gəlir: 
H
2
 + O
2
 

 H
2
O
2
 


 
55 
 
Nadperoksidlərin  oksidləşmə  dərəcəsi  –  1/2-  dir, 
yəni iki atom oksigenə bir elektron    (O
2
 
-
). Yüksək 
təzyiq  və  temperaturda  peroksidlərə  oksigenin  təsiri 
ilə alınır: 
Na
2
O
2
 + O
2
 

 NaO
2
 
 
Ozonidlər  (O
3
)  ionuna  malik  olub  oksidləşmə 
dərəcəsi 
−1/3-dir. 
Ozona 
qələvi 
metal 
hidroksidlərinin təsirindən alınır:  
КОН(
quru
) +2 О
3
 

 КО
3
 + КОН + O
2
 
 
Dioksigenil  ionunun  oksidləşmə  dərəcəsi  +1/2-dir. 
Alınır: 
PtF
6
 + O
2
 

 O
2
PtF
6
 
 
Oksigenin  difloridində  (OF
2
),  oksigenin  oksidləşmə 
dərəcəsi  +2-dir,  florun  qələvi  məhlulundan 
keçirilməsi ilə alınır: 
2F
2
 + 2NaOH 

 OF
2
 + 2NaF + H
2

 
Oksigen  monoflorid  (O
2
F
2
)  stabil  olmayıb,  onda 
oksigenin  oksidləşmə  dərəcəsi  +1-dir.  Flor  və 
oksigen  qarışığının  −196 °C-də  çox  zəif  boşalma 
şəraitində alınır. Temperaturun və təzyiqin dəyişməsi 
ilə  yüksək  oksigen  floridləri  qarışığını  (O
3
F
2
,  О
4
F
2

О
5
F
2
 və О
6
F
2
) almaq olar. 


 
56 
İnsan orqanizmində oksigenin rolu 
       Körpə  ana  bətnindən  düşən  anda  ondan  bir  qışqırtı 
eşidilir. Bu sadəcə olaraq uşaq ağlaması deyildir. Onun hələ 
havaya  çıxmadığı  anda  ağ  ciyər  alveollarında  parsial 
təzyiqin  qiyməti  demək  olar  ki,  sıfıra  bərabərdir. 
Atmosferdə  və  ağ  ciyər  alveollarındakı  təzyiqlər  fərqi 
məcbur edir ki, bir anda xaricdən hava axını sürətlə ciyərlərə 
dolsun  və  belə  bir  vəziyyətin  alınması  uşaqda  qışqırtıya 
səbəb olur. Körpə ilk dəfə olaraq həyat üçün ən önəmli qida 
məhsulu olan havanın, yəni oksigenin dadını bilir. Əsl həyat 
onun üçün bundan sonra başlayır, hava qəbul etdikdən sonra 
su,  yemək, müxtəlif qida məhsulları və s.  Beləliklə,  yavaş-
yavaş böyümə, həyatı anlama, özünün həyatfəaliyyəti üçün 
işləmək, bir sözlə − irəliyə doğru inkişaf başlayır. Yaşadığı 
dövr  ərzində  o,  sağlam  olması  ilə  bərabər  müxtəlif  növ  
xəstəliklərə  də  məruz  qalır.  Məsələn,  onun  ürək 
nahiyələrindən  tez-tez  sancıları  tutur,  amma  bunun  infarkt 
olduğunu  bilmir.  Bu  halın  nədən  ibarət  olduğu  həkimə 
müraciət  olunduqdan  sonra  aydınlaşır  və  ona  yataq 
rejimində olması məsləhət bilinir.     
    İnfarkt 
–  ürəyin  bütün  atributları:  hüceyrələrin, 
qandaşıyıcı  damarların  qırılması,  qanaxma  və  ağrılarla 
əzələlərin travmasıdır. Ürək travmasının əmələ gəlməsi çox 
sadədir  –  o,  ağ  ciyərlərdən  qanı  başqa  orqanlara  “çəkib 
vurmaq” kimi ağır yükün öhdəsindən gələ bilmir. 
 
     Orqanizmin normal fəaliyyətinin vacib şərtlərindən biri – 
qanın  lazımi  miqdarda  oksigen  ilə  doydurulmasıdır.  
      Orqanizmin oksigenlə doydurulması asılıdır: 
 
ağ ciyərlərin sağlamlığından; 
 
ağ ciyərlərə daxil olan havanın miqdarından; 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə