Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə24/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   20   21   22   23   24   25   26   27   ...   82

 
88 
oksidləşmə  yolu  ilə  dehidropolikondesasiyasından,  qrafitə 
lazer  şüalarının  təsirindən,  karbohidrogenlərdən  və  ya 
aşağıtemperaturlu plazmanın CCl
4
-ə təsirindən alınır. 
Karbin qara rəngli, kiçik kristallik  toz olub  (sıxlığı  1,9  – 2 
q/sm³),  yarımkeçirici  xassələrə  malikdir.  Karbin  karbonun 
xətti  polimeridir.  Karbin  molekulunda  kabon  atomları 
zəncirdə  növbə  ilə  ya  üçqat  və  təkqat  rabitələrlə  (poliin 
quruluş),  ya  da  karbon  atomları  öz  aralarında  büsbütün 
ikiqat  pabitələrlə  (polikumulen)  birləşmişlər.  Polikumulen 
quruluşlu  karbin  ilk  dəfə  olaraq  sovet  kimyaçıları 
V.V.Korşak, 
A.M.Sladkov, 
V.İ.Kasatoçkin 
və 
Yu.P.Kudryavtsev  tərəfindən  1960-cı  illərdə  sintez 
edilmişdir {73-77}. Karbin yarımkeçirici xassələrə malikdir, 
həmçinin  onun  keçiriciliyi  işığın  təsirindən  güclü  dəyişir. 
Onun 
bu 
xassəsindən 
ilk 
dəfə 
praktik 
olaraq 
fotoelementlərdə istifadə olunmuşdur.  
 
Fullerenlər və karbon nanoboruları   
 
Karbon  həmçinin  klaster  hissəciklər  С
60
,  С
70
,  C
80
,  C
90
,  və 
uyğun  fullerenlər,  həmçinin  qrafenlər  və  nanoborular 
şəklində məlumdur {78-86}. 
Amorf karbon 
Amorf  karbonun  əsasını  monokristallik  qrafitin  nizamsız 
quruluşu  təşkil  edir  (bütün  hallarda  kənar  maddələrlə 
qarışıqda olur). Bura daxildir koks, mədən və daş kömürləri, 
texniki kömür, his, qurum, aktiv kömür. 
 
Kimyəvi xassələri 
Adi  şəraitdə  karbon  kimyəvi  cəhətcə  inertdir,  müəyyən 
yüksək  temperatur  şəraitində  bir  sıra  elementlərlə  birləşir, 


 
89 
güclü  reduksiyaedici  xassə  göstərir  {56,57}.  Karbonun 
müxtəlif  formalarının  kimyəvi  aktivliyi  bu  sırada  azalır: 
amorf  karbon,  qrafit,  almaz,  havada  onlar  uyğun 
temperaturlarda yanırlar 300 – 500 °C, 600 – 700 °C və 850 
– 1000 °C. 
Oksidləşmə  dərəcələri  +4,  –4,  nadir  halda  +2  (CO,  metal  
karbidləri),  +3  (C
2
N
2

halogensianidlər);  elektrona 
qohumluluq 1,27 eV; ionlaşma potensialı: uyğun olaraq Cº-
dan  С
4+
-ə    keşid  zamanı  11,2604,  24,383,  47,871  və  64,19 
eV.  
Qeyri-üzvi birləşmələri 
Karbon  bir  sıra  elementlərlə  reaksiyaya  girərək  karbidlər 
əmələ  gətirir.Yanma  məhsulları  –  karbon  oksidi  CO  və 
karbon dioksidi CO
2
. Həmçinin stabil olmayan okcid  С
3
О
2
 
(ərimə temperaturu -111 ºC, qaynama temperaturu 7 ºC) və 
bir  sıra  digər  oksidləri  məlumdur.  Qrafit  və  amorf  karbon 
1200 ºC-də Н
2
 və 900 ºC-də uyğun olaraq F
2
 ilə reaksiyaya 
girirlər. CO
2
 su ilə zəif karbon turşusu H
2
CO
3
 əmələ gətirir 
ki, sonuncu da duzlar – karbonatlar əmələ gətirir.  
Qrafit  halogenlərlə,  qələvi  metallarla  və  digər  maddələrlə 
“daxilolma maddələri” əmələ gətirir. Azot mühitində kömür 
elektrodlar  arasından  elektrik  boşalması  keçirilən  anda 
karbon  sianid  əmələ  gəlir.  Yüksək  temperaturda  Н
2
  ilə  N
2
-
un qarşılıqlı təsiri zamanı sianid turşusu əmələ gəlir. Kükürd 
ilə  karbon  karbon  sulfid  CS
2
  verir,  həmçinin  CS  və  C
3
S
2
 
məlumdurlar.  Bir  sıra  metallarla,  bor  və  silisium  ilə 
karbidlər  əmələ  gətirir.  Karbonun  su  buxarı  ilə  sənaye 
reaksiyası  da  mühüm  rol  oynayır  С  +  Н
2
О  =  СО  +    Н
2
  
(bərk yanacağın qazlaşdırılması). Karbonun metal oksidləri 


 
90 
ilə qızdırılması zamanı metallar reduksiya olunur ki, bundan 
da metallurgiyada geniş istifadə olunur. 
Üzvi birləşmələri və bioloji mövqeyi
 
Karbon  biogen  elementdir  {56,57,62}.  Onun  birləşmələri 
bitki  və  heyvan  orqanizmlərinin  həyat  fəaliyyətlərində 
xüsusi rol oynayır (karbonun orta miqdarı 18%-dir). 
Karbon  atomunu  başqa  atomlardan  fərqləndirən  əsas 
xüsusiyyəti ondan ibarətdir ki, o,  öz həmcinsi olan digər 
karbon  atomları  ilə  kimyəvi  rabitəyə  girərək  istənilən 
uzunluqda  və  müxtəlif  şaxələnmə  dərəcəsində  “karbon-
karbon”  tipli  zəncir  əmələ  gətirmək  xüsusiyyətinə 
malikdir;  bu  zəncirlər  həm  də  qapanaraq  həlqə  əmələ 
gətirə bilirlər (müxtəlif şəkilli tsiklik karbohidrogenlər). 
Karbon  qeyri-məhdud  miqdarda  elektronomüsbət  və 
elektronomənfi  funksiyalı  struktur  və  fəza  birləşmələri 
əmələ gətirmək xüsusiyyətinə malikdir. Hal-hazırda karbon 
tərkibli  bir  neçə  milyon  üzvi  maddə  məlumdur  ki,  bu  da 
butun  mövcud  qeyri-üzvi  maddə  miqdarından  dəfələrlə 
çoxdur.  Elə  buna  görə  də  yer  üzərində  bütün  həyat  karbon 
elementi əsasında yaradılmışdır. 
Karbon  birləşmələri  (karbohidratlar,  zülallar,  yağlar,  DNT 
və RNT, hormonlar, amino- və karbon turşuları) heyvan və 
bitkilərin  həyat  fəaliyyətlərini  təmin  etmək  üçün,  onların 
bütün  hüceyrə  və  toxumalarının  təşkilində  bir  nömrəli  rol 
oynayırlar. 
Karbonun  əsas  funksiyası  müxtəlif  şəkilli  üzvi  maddələrin 
əmələ  gəlməsini  formalaşdırmaq  və  bununla  belə  canlı 
aləmin cürbəcür bioloji funksiyalarının həyata keçirilməsini 
təmin etməkdir. Karbon biomolekullarda hidrogen, oksigen, 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə