Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə12/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   8   9   10   11   12   13   14   15   ...   82

 
40 
orqanizm  əmələ  gətirə  bilən  hansısa  qeyri-adi  “aktiv 
başlanğıca” malik ola bilər. Aristotel  bəlkə də haqlı idi, və 
göstərirdi  ki,  bu  aktiv  başlanğıc  döl  əmələ  gətirən 
yumurtada  vardır,  lakin  səhvən  hesab  edirdi  ki,  o,  Günəş 
işığında, palçıqda, və iylənmiş ətdə də vardır. 
     Məşhur  alim  Van  Helmont  guya  üç  həftə  ərzində  siçan 
yaratması  barədə  eksperimentini  izah  edir.  Bunun  üçün 
çirkli  köynək,  qaranlıq  şkaf  və  bir  ovuc  buğda  lazım  idi. 
Aktiv  başlanğıc  kimi  siçanın  əmələ  gəlməsində  Van 
Helmont insan tərinin olmasını göstərirdi.  
     1688-ci  ildə  italyan  bioloq  və  həkim  Françesko  Redi 
həyatın əmələ gəlməsi probleminə daha ciddi yanaşdı və öz-
özünə əmələgəlmə nəzəriyyəsini şübhəyə məruz qoydu {14-
16}. Redi müəyyən etdi ki, iylənmiş ət üzərində əmələ gələn 
kiçik  ağ  qurdlar  –  bu  milçəyin  süfrələridir.  Bir  sıra 
eksperimentlər  apararaq  o,  belə  bir  qənaətə  gəldi  ki,  həyat 
yalnız  öncəki  həyatdan  doğa  bilər  (biogenez  konsepsiyası). 
Bu  eksperimentlər  öz-özünə  əmələgəlmə  nəzəriyyəsinin 
inkarına  gətirib  çıxarmasa  da  onu  bir  az  arxa  plana  atdı. 
Antoni  van  Levenqukun  mikroorqanizmlərə  tətbiq  etdiyi 
ilk  mikroskopik  tədqiqatları    bu  nəzəriyyəni  bir  az  da 
sürətləndirdi.  Levenqukun  özü  biogenez  və  öz-özünə 
əmələgəlmə  nəzəriyyələrinin  tərəfdarları  ilə  mübahisəyə 
girməyərək  mikroskop  altında  seyr  etdiyi  müşahidələri  ilə 
hər iki nəzəriyyəyə çörək verdi. 
     1860-cı  ildə  həyatın  əmələ  gəlməsi  problemi  ilə  fransız 
kimyaçısı Lui Paster məşğul oldu {16}. Öz təcrübələri ilə o, 
sübut etdi ki, bakteriyalar hər yerdə yayıla bilirlər və cansız 
əşyalar lazımi şəkildə sterilizə edilməzsə, canlı mövcudatlar 
–  bakteriyalar  tərəfindən  yoluxa  bilərlər.  Paster  özünün  bir 
sıra  eksperimenləri  nəticəsində  biogenez  nəzəriyyəsinin 
doğruluğunu və öz-özünə əmələgəlmə nəzəriyyəsinin yanlış 
olduğunu sübut etdi. 


 
41 
 
Stasionar hal nəzəriyyəsi 
     Bu  nəzəriyyəyəyə  görə  {4,6},  Yer  heç  vaxt  əmələ 
gəlməmiş,  daima  mövcud  olmuşdur;  o,  hər  zaman  öz 
üzərində  mövcud  olan  həyatı  qorumuşdur,  əgər 
dəyişmişdirsə  də  az  miqdarda  dəyişmişdir.  Bu  versiyaya 
görə,  növlər  də  əmələ  gəlməmişdir,  həmişə  mövcud 
olmuşlar  və  bir  növün  iki  cür  imkanları  var  –  sayının 
dəyişməsi və ya ölməsi. 
     Lakin  stasionar  hal  nəzəriyyəsi  müasir  astronomiyanın 
nəticələrinə  kökündən  ziddir.  Belə  ki,  astronomiya  elmi 
öyrədir  ki,  istəniən  ulduzların  və  onların  ətrafında  planet 
sistemlərinin  mövcudluğunun  sonu  vardır.  Yerin,  Günəşin 
və  Günəş  sisteminin  yaşı  radioaktiv  parçalanma  sürətinə 
əsasən  alınan  müasir  göstəricilərə  görə,    təqribən  4,6 
milyard il təşkil edir (Bu məsələ bir az şübhəlidir, çünki bəzi 
mənbələrdə təkcə Yerin yaşının 100 və hətta 1000 milyard il 
olması barədə rəqəmlərə də rast gəlinir) {5,11}. 
     Bu 
nəzəriyyənin 
tərəfdarları 
“müəyyən 
faydalı 
qazıntıların  olub  və  ya  olmaması  bu  və  ya  başqa  növün 
olması  və  ölməsi  vaxtına  göstəriş  ola  bilməz”  –    deyə, 
söyləyirlər  və  misal  olaraq  kisəli  balıq  nümayəndələrinin 
latimeriyasını göstərirlər. Paleontoloji nəticələrə görə, kisəli 
balıqlar əhəng dövrünün sonunda məhv olmuşlar. Lakin bu 
məsələyə  yenidən  baxıldı  və  Madaqaskar  ərazisində  kisəli 
balıqların  canlı  nümayəndələri  aşkar  olundu.  Bu 
nəzəriyyənin  nümayəndələri  təsdiq  edirlər  ki,  yalnız  hal-
hazırda yaşayan növləri öyrənməklə və onları faydalı qazıntı 
qalıqları ilə müqayisə etməklə onların ölmələri barədə nəticə 
çıxarmaq  olar,  amma  bu  halda  da  çox  ehtimal  ki,  o,  doğru 
olmayacaqdır – deyirlər. 
 


 
42 
 
 
Həyatın əmələ gəlməsinin müasir nəzəriyyələri 
 
     Bu  gün  həyatın  əmələ  gəlməsi  problemi  müxtəlif  elm 
sahələri tərəfindən intensiv öyrənilməkdədir. Həyatın əmələ 
gəlməsi  barədə  mövcud  olan  bütün  müasir  nəzəriyyələri 
canlının  bu  öyrənmə  prosesində  hansı  fundamental 
xassəsinin 
(maddə, 
enerji, 
informasiya) 
əsas 
götürülməsindən asılı, şərti olaraq  bu cür göstərmək olar: 
1.
 
Əmələgəlmənin substrat nəzəriyyəsi (Oparinin zülal-
koaservat  nəzəriyyəsi,  bu  barədə  yuxarıda  məlumat 
vermişdik) 
2.
 
Energetik  əmələgəlmə  nəzəriyyəsi.  O,  qabaqcıl 
sinergetik-alimlər  İ.Priqojin  və  M.Eygen  tərəfindən 
işlənib hazırlanmışdır {7,10,29,30}. 
3.
 
Əmələgəlmənin 
informasiya 
nəzəriyyəsi. 
Onu 
A.N.Kolmoqorov,  A.A.Lyapunov,  D.S.Çernavski 
inkişaf etdirirlər{12,14} . 
4.
 
Əmələgəlmənin gen nəzəriyyəsi. 
 
Bu nəzəriyyənin müəllifi amerikan-genetik G.Müllerdir. O, 
hesab  edir  ki,  bəsit  maddələrin  təsadüfi  qarşılıqlı  təsiri 
nəticəsində qəfildən (ani olaraq) əmələ gələn canlı molekul 
bölünmə  xüsusiyyətinə  malikdir.  O,  bildirir  ki,  nəslin 
elementar  vahidi  –  gen  –  həyatın  əsasını  təşkil  edir.  Onun 
fikrincə  həyat  gen  formasında  vaxtilə  ilk  okeanın  sularında 
mövcud  olmuş  atom  qruplarının  və  molekulların  təsadüfi 
birləşmə yolu ilə meydana gəlmişdir. Lakin bu nəzəriyyənin 
riyazi  hesablamaları  belə  hadisənin  baş  vermə  ehtimalını 
sıfıra endirir. 
     “Həyat  birdən-birə  deyil,  materiyanın  uzun  təkamül 
inkişafı  yolu  üzrə  formalaşmışdır”  –  fikrini  ilk 
söyləyənlərdən biri F.Engels olmuşdur {18,19}. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə