Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə11/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   7   8   9   10   11   12   13   14   ...   82

 
37 
naminə  “terroformalaşma”  prinsipi  apararaq  bu  planetlərə 
içərisində  mikroorqanizmlər  olan  pilotsuz  kosmik  gəmilər 
göndərmişlər.  Bu  nəzəriyənin  xeyrinə  olaraq  onlar  iki  əsas 
şeyin  –  genetik  kodun  universallığını  (universal  koddan  az 
fərqlənən başqa  genetik kodlar da biosferada vardır) və bir 
sıra fermentlərdə molibden elementinin əhəmiyyətli rolunun 
olmasını dəlil gətirirlər. Molibden bütün Günəş sistemi üçün 
nadir elementdir. Müəlliflərin fikrinə görə, ilkin sivilizasiya 
ola bilsin ki, molibdenlə zəngin ulduzlar ətrafında olmuşdur. 
Lakin  panspermiya  nəzəriyyəsi  (o  cümlədən,  idarə  olunan) 
həyatın  nədən  əmələ  gəlməsi  məsələsini  göstərmir,  onlar 
daha sonra belə bir fikir irəli sürürlər: bizə məlum olmayan 
başqa  planetlərdə  ilk  başlanğıcda  həyatın  formalaşması 
Yerdəkindən dəfələrlə üstün, yüksək katalitik aktivliyi olan 
xüsusi növ mineralların olması səbəbindən olmuşdur. 1981-
ci  ildə  F.Krik  yazmış  olduğu    "Life  itself:  its  origin  and 
nature"  kitabında  hərtərəfli  və  bir  az  da  populyar  formada 
idarə olunan panspermiyanı şərh etmişdir. 
     Bu  gizli  deyil  ki,  insan  yaşayan  məxluqdur.  Bizim  hər 
birimizin  daxilində  və  bədənimizin  üst  hissəsində 
miliyonlarla  canlı  varlıqlar  –  viruslar,  bakteriyalar, 
parazitlər,  göbələklər  məskunlaşmışlar.  Lakin  bütün 
bunların  nümayəndələrinin  təbiətləri  əhəmiyyətli  dərəcədə 
öyrənilmişdir. 
 Amma alimlər son vaxtlar müəyyən etmişlər ki,  insanlarda 
yeni həyat tərzi forması kimi özünü göstərən  – “kürəşəkilli 
nanobaklteriyalar”  mövcuddur  {22-27}.  Bu  bakteriyaların 
ölçüsü  20-100  nanometr  təşkil  edir.  Buna  görə  də  onlara 
“nanobakteriya”  adı  verildi.  Nanobakteriyalar  haqqında  ilk 
məlumatı  hələ  keçən  əsrin  90-cı  illərində  geotermal 
mənbələrin  analizi  zamanı  Texas  universitetinin  həkimi 
Robert Folk vermişdir. Bu kiçicik kürəciklərin heyvanlarda 
yayılmasını  Olavi  Kayander  və  Neva  Ciftçioğlunun 
rəhbərliyi  altında  Kuopio  Universitetinin  bir  qrup  fin 


 
38 
alimləri  tərəfindən  aşkar  edilmişdir.  Bu  tədqiqatçılar  əyani 
şəkildə  göstərdilər  ki,  kürəciklər  canlıdırlar.  Onlar  qida 
məhlullarında çoxalırlar, lakin heç bir antibiotiklə, kimyəvi 
maddələrlə və güclü qamma şüaları ilə məhv olmurlar. Mars 
planeti səthi fraqmentinin “Spirit” aparatı ilə çəkilmiş təsviri 
insan  orqanizmində  olan  nanobakteriyaların  böyüdülmüş 
şəkli ilə çox oxşarlıq təşkil edir. Lakin hər şey aydın olduğu 
halda, alimləri bu işdə çıxılmaz vəziyyətə salan bir şeydir – 
onların  ölçüləri.  NASA  tədqiqatçıları  tərəfindən  müəyyən 
olunmuşdur  ki,  ən  kiçik  orqanizmin  (bakteriyanın)  ölçüsü 
140  nm-dən  kiçik  ola  bilməz.  Əks  təqdirdə  bu  bakteriyalar 
digər  iri  orqanizmlərin  DNT-si  olmadan  çoxala  bilməzlər. 
Bu  bakteriyaların  ölçüsü  isə  20  nm  olmaqla  Yer 
ekosistemləri üçün “nonsens” sayılmalıdır. Onlar kənardan 
heç  bir  kömək  olmadan  asanlıqla  çoxalırlar.  Bəs  necə? 
Tapmacadır. Bir daha o da məlum deyildir ki, ümumiyyətlə 
onlarda,  Yerdə  yaşayan  bütün  canlılarda  olduğu  kimi  DNT 
var, yoxsa yox. 
–  Hələ  biz  bilmirik  ki,  nanobakteriyaların  daxilində  nə  
vardır: axı onlar çox kiçikdirlər – deyə Kanadanın Britaniya 
Kolumbiyası  Universitetinin  mikrobioloqu  Cozef  Avqay 
söyləyir. – Şübhə yoxdur ki, bizi təkcə bakteriyalar deyil, ən 
əsası,  yeni  həyat  forması  maraqlandırır.  Ola  bilər  ki,  hətta 
Yerdən xaric həyat forması. Canlı kürəciklərin inoplanetyan 
olması  fikrini  NASA  alimləri  Kris  Romanek  və  Deyv 
Makkey  irəli  sürdülər.  Onlar  inad  edirlər  ki,  1,5  milyard  il 
bundan  əvvəl  Antarktidaya  düşən,  cəkisi  1,9  kq  olan  Mars 
meteoritinin 
tərkibini 
öyrəndikləri 
zaman 
məhz 
nanobakteriyalar  aşkar  etmişlər.  Bu  da  onların  fikrincə, 
Marsda  həyatın  olmasına  dəlalət  edir.  Maraqlıdır  ki,  hal-
hazırda  bu  Qırmızı  planetdə  yerləşən  robotlar  fasiləsiz 
olaraq  Yerə  kiçik  sferaların  fotoşəkillərini  göndərirlər.  Bir 
sıra  alimlər  hesab  edirlər  ki,  müstəsna  deyil  ki,  Yerdən 
kənar  bu  kürəciklər  nə  vaxtsa  marslıların  arteriyalarında 


 
39 
yaşamışdır,  və  nə  qədər  təəccüblü  olsa  da,  onlardan 
qalandırlar. Yeri gəlmişkən, NASA tədqiqatçılarının orbital 
eksperimentlərinə 
görə, 
kosmik 
uçuşlar 
da 
nanobakteriyaların  inkişafı  üçün  faydalıdır.  Çəkisizlik 
şəraitində  onlar  Yerdəkindən  5  dəfə  artıq  çoxala  bilirlər. 
Almaniyanın  Ulmsk  Universitetinin  həkimi  Andrey 
Zommer  və  onun  kolleqası  Böyük  Britaniyanın  Kardiffsk 
Universitetinin  professoru  Çandra  Vikramasinqx  də 
kürəcikərin kosmosdan gəlməsinə şübhə ilə yanaşırlar. İndi 
onlar Yerdə özlərini hökmran həyat  tərzi  kimi göstərirlər – 
nanobakteriya  biokütləsinin  ümumi  miqdarı  Yerdə  bütün 
qalan bakteriyaların birlikdə olan biokütləsindən də çoxdur.   
–    “Onlar  havada  uçaraq  kondensasiya  mərkəzləri  olan 
bulud  topası  əmələ  gətirirlər.  Yağışla  bərəbər  Yerə  enərək 
yeni  sahələri  yoluxdururlar  və  xəstəliklər  –  o  cümlədən, 
QİYS  əmələ  gətirirlər”  –  deyə  Zommer  söyləyir.  Bundan 
əlavə, nanobakteriyalar hüceyrələrə keçərək orqanizmin tez 
qocalmasına səbəb olurlar.  
    Burada  bir  faktı  da  nəzərdən  qaçırmasq  olmaz  ki,  indi 
çoxlu  sayda  başqa  planetlərdən  naməlum  “uçan  boşqablar” 
Yerə  gəlir  və  daima  bizim  planeti  izləyir,  nəzarətdə 
saxlayırlar.  Ola  bilsin  ki,  bu  obyektləri  idarə  edən  yüksək 
sivilizasiyalı fərdlərin özləri buraya nüfuz etmək, həmişəlik 
məskən  salmaq  və  ya  canlıları  birdəfəlik  məhv  etməkdən 
ötrü belə bir asan və hiyləgər yolu tutmuşlar. 
 Öz-özünə əmələgəlmə nəzəriyyəsi 
     Bu  nəzəriyyə  Qədim  Çində,  Vavilyonda  və  Qədim 
Misirdə  kreasionizm  dini  nəzəriyyənin  alternativi  kimi, 
həyatın  spontan  əmələgəlməsini  əsas  tutan,  biologiyanın 
əsasını qoyan Aristotel (bizim eraya qədər 384-322-ci illər) 
tərəfindən  irəli  sürülmüşdür.  Bu  hipotezə  görə  {9,10}, 
maddənin  müəyyən  “hissəcikləri”  əlverişli  şəraitdə  canlı 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə