Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə10/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   6   7   8   9   10   11   12   13   ...   82

 
34 
hissəsində  –    okeanların  dibində  hidrotermal  mənbələrin 
(ağızcıqların) yaratığı xüsusi növ geokimyəvi qradiyentlərin 
istifadəsindən  meydana  gəlmişdir”.  1924-cü  ildə  rus  alimi 
A.İ.Oparin  “bulyon”  nəzəriyyəsini  verəndən  az  müddət 
sonra  1929-cu  ildə  professor  J.B.S.Halden  Yerdə  həyatın 
əmələ  gəlməsi  barədə  esse  məqaləsini  dərc  etdirdi  və 
göstərdi  ki,  həyat  Yerin  okean  hissəsində  ultrabənövşəyi 
şüaların  təsiri  altında  metan,  ammonyak  və  suyun  üzvi 
birləşmələrə  çevrilməsi  nəticəsində  əmələ  gəlmişdir.  Lakin 
bu  nəzəriyyənin  də  tənqidçiləri  bunu  əsas  gətirirdilər  ki, 
enerjisiz  bu  birləşmələr  öz-özünə  üzvi  maddələrə  çevrilə 
bilməzlər.  “Özünün  bioenergetik  və  termodinamik 
çatışmamazlıqlarına baxmayaraq, 81 illik fəaliyyət göstərən 
“birinci  bulyon”  nəzəriyyəsi  həyatın  əmələ  gəlməsi  barədə 
“dəbdə  olan”  nəzəriyyə  kimi  hələ  də  qalır”  –  deyə,  bu 
tədqiqatın əsas müəllifi, Almaniyanın Drosseldorf şəhərinin 
III  Botanika  İnstitutunun  bioloq-alimi  Uilyam  Martin 
söyləmşdir.  Lakin  o,  bunu  da  əlavə  etmişdir  ki,  “bulyon” 
həyat  üçün  lazım  olan  vital  enerjinin  alınması  potensialına 
malik deyildir. “Bulyon” nəzəriyyəsini inkar edən bu alimlər 
ilkin  yaranan  primitiv  canlı  orqanizmin  qidalanması  üçün 
enerji  mənbəyini  təyin  etmək  üçün  Yerin  dərin  kimyası: 
hidrotermal  mənbələrdə  yaranan  təbii  mikroskopik 
dəliklərdəki  geokimyəvi  qradientlər  ilə  maraqlandılar. 
Burada  əmələ  gələn  “katalitik  hüceyrələr”  əvvəlcə  lipidlər, 
zülallar  və  nukleotidlər,  mümkündür  ki,  sonradan  ilk 
“həqiqi” hüceyrələr yaratmışlar. 
      Bu  ideyanın  üzvləri  geokimyaçı  Maykl  J.Rasselin 
təşəbbüsü ilə belə bir fikrə gəlmişlər ki, dənizin dərin suları 
altında  qələvili  ağızcıqlarda  (kiçik  dəliklərdə)  əmələ  gələn 
kimyəvi qradiyentlər indi hal-hazırda yaşayan və demək olar 
ki,  bütün  orqanizmlərdə  olan  –  transmembran  proton 
qradientinə  çox  oxşayır.  Yəqin  ki,  ilk  orqanizmlər  bu 
qradientləri  universal  energetik  “valyuta”  -  ATF-sintazanın 


 
35 
(fermentin)  və  başqa  sadə  analoqların  sintezi  üçün  istifadə 
olunan  proton  qradiyentlərinin  iştirak  etdiyi  “xemiosmos” 
adlanan  prosesdə  istifadə  etmişlər.  Sonradan  isə  hüceyrələr 
elektronun  donordan  akseptora  keçməsi  yolu  ilə  özlərinin 
məxsusi  proton  qradientlərini  yaratmaqdan  ötrü  təkamül 
etdilər. Müəllif-alimlər təsdiq edirlər ki, ilk donor hidrogen, 
akseptor isə karbon qazı (CO
2
) olmuşdur.  
     “Müasir  canlı  hüceyrələr  eyni  ölçüdə  proton  qradienti 
daşıyırlar və başlıcası  budur ki, hüceyrə daxili oriyentasiya 
– mənfi, hüceyrəxarici – müsbət, bu təbii seçmə qeyri-üzvi 
qabarcıqlarda da eyni qayda üzrə özünü biruzə verir” – deyə 
Mariya  krallığının  London  universitetindən  birgə  müəllif-
biokimyaçı Con Allen söyləyir.  
    “Termodinamik  məhdudiyyət  o  deməkdir  ki,  xemiosmos 
müasir dövrdə və güman ki, ilk sərbəst yaşayan hüceyrə və 
sadə kimyəvi inqrediyentlərdən əmələ gələn (avtotrof) bütün 
orqanizmlərin  karbon  və  energetik  metabolizmi  üçün  ciddi 
şəkildə  lazımi  prosesdir”-deyə  Leyn  söylədi.  –  Biz  baxdıq 
ki,  ilk  hüceyrələr  geokimyəvi  yaranan  “qüvvəni”  necə 
istifadə  etmişlər  və  sonra  özümüzün  istehsal  fəaliyyətimizi 
nəzərdən keçirmişik”.  
    Orqanizmlərin  mənbələrindən  çıxması  üçün  xemiosmos 
yeganə mexanizmdir ki, belə bir vital tranzisiya (keçid) baş 
vermişdir.  “Bütün  bu  günkü  orqanizmlərin  “xemiosmotik” 
olmaları  onunla  əlaqədardır  ki,  onlar  ilkin  hüceyrədən  bu 
vaxta  kimi  xemiosmos  hadisəsini  daşımışlar,  çünki  bunsuz 
inkişaf edə bilməzdilər” – deyə Martin söylədi. 
     “Bunu  anlamaq  o  qədər  də  çətin  deyildir  ki,  ilk  həyatı 
xemiosmossuz  praktiki  olaraq  aktivləşdirmək  qeyri-
mümkündür,  zaman    qıcqırma  zəncirini  öz    “bulyonunda” 
birdəfəlik  kənara  atacaqdır”  –  deyə  Leyn  sözünə  yekun 
vurdu. 
     Amma  rus  alimləri  həyatın  ilk  əvvəl  okeanın  dibində 
yaranması  ideyasını  hələki  təkzib  edirlər.  Yer  İnstitutu 


 
36 
tədqiqatçılarının  fikirlərinə  görə,  burada  həyatın  əmələ 
gəlməsinə  mane  olan  faktorlardan  biri  natrium  duzlarının 
olmasıdır.  Natrium  isə  yeni  hüceyrələrin  yaranması  üçün 
zülali  proseslərdə  gedən  maddələr  mübadiləsinə  öldürücü 
təsir göstərir.  Bu prosesi rədd etmək üçün başqa element  – 
kalium  gərəkdir.  O  isə  gil  birləşmələrdə  çoxluq  təşkil  edir. 
Belə  birləşmələr  şirin  suların  yığıldığı  yerlərdə,  məsələn, 
çəmənliklərdə,  göllərdə  ola  bilərlər.  Buraya  əlavə  edib 
göstərirlər  ki,  xüsusən  də  dini  təsəvvürlərə  görə,  insan 
gildən  yaranmışdır.  Bunu  da  nəzərdən  qaçırmayaraq 
söyləyirlər  ki,  ilk  hüceyrə  kosmosdan  da  gələ  bilər 
(panspermiya).  Bunu  digər  yolla  –  bakteriyaların  açıq 
kosmosda asanlıqla səyahət etmələri ilə izah edirlər.    
 Panspermiya  
1865-ci ildə alman alimi G.Rixter tərəfindən təklif olunmuş 
və 1895-ci  ildə isveç alimi  Arrenius tərəfindən qəti olaraq 
təsdiqlənmiş panspermiya nəzəriyyəsinə görə, Yerdəki həyat 
kosmosdan  gəlmişdir  {4,6,7-10}.  Ehtimal  olunur  ki, 
yerdənkənar  canlı  orqanizmlər  Yerə  meteoritlər  və  kosmik 
tozlarla enmişlər. Bu nəzəriyyə bəzi orqanizmlər və onların 
süfrələrinin  həddindən  artıq  dərin  vakuuma,  aşağı 
temperatura  və  başqa  təsirlərə  yüksək  dərəcədə  dözümlü 
olmaları  prinsiplərinə  əsaslanmışdır.  Lakin  meteoritlərdə 
mikroorqanizmlərin 
yerdənkənar 
əmələ 
gəlmələrini 
təsdiqləyən  inandırıcı  faktlar  olsa  da  belə  hələki  tam 
açıqlanmamışdır.  Hətta  onlar  meteoritlərdə  aşkar  olunsaydı 
belə,  həyatın  ilkin  başlanğıcının  nə  olması  sualına  cavab 
verə bilməyəcəkdi.  
     1973-ci ildə Frensis Krik və Lesli Orgel digər variant – 
idarə  olunan  panspermiyanı  irəli  sürdülər  {28},  yəni  başqa 
planetlərdə yaşayanlar özlərini qlobal katastrofdan qorumaq 
üçün və digər planetləri özlərinə gələcək müstəmləkə etmək 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə