Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə9/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   5   6   7   8   9   10   11   12   ...   82

 
30 
xarakterikdir. Davamlılıq və hasiletmə cansız sistemlərdə də 
vardır. Amma canlılarda bu, hasiletmə kimi yox, özü-özünü 
hasiletmə kimi biruzə verir. Onları nəsə kənardan başqa bir 
şey  deyil,  özləri  özlərini  hasil  edir.  Bir  də  ki,  canlı  aləmin 
ayrılmaz  xüsusiyyəti  onun  yaradıcı,  aktiv  olmasıdır.  Bütün 
canlı varlıqlar ya hərəkətdə olmalı, ya da məhv olmalıdırlar. 
Siçan həmişə hərəkətdə olmalı, quş uçmalı, balıq üzməli və 
bitki də boy atmalıdır. 
    Həyat  yalnız  müəyyən  fiziki  və  kimyəvi  şərait  daxilində 
(temperatur,  havanın,  suyun  və  bir  sıra  duzların  iştirakı) 
mümkündür{4,6,9}. Lakin həyati proseslərin dayandırılması, 
məsələn, 
toxumun 
qurudulması 
və 
yaxud 
kiçik 
orqanizmlərin  kəskin  dondurulması  həyatfəaliyyətinin 
itirilməsinə  gətirib  çıxarmır.  Əgər  zədə  almamış  struktur 
saxlanılırsa,  normal  şəraitə  qayıtdıqda  o,  həyati  prosesinin 
bərpasını  təmin  edir.  Bütün  bunlara  baxmayaraq,  canlı  və 
cansızlar arasında ciddi şəkildə elmi fərq qoyuluşu müəyyən 
çətinliklərlə qarşılaşır. Belə ki, məsələn, başqa orqanizmdən 
kənar  viruslar  canlının  atributlarından  heç  biri  deyildir. 
Onların  irsi  aparatları  vardır,  amma  maddələr  mübadiləsi 
üçün  əsas  lazımi  fermentləri  yoxdur,  buna  görə  də  onlar 
başqa “sahib-orqanizmə” girərək, onun ferment sistemindən 
istifadə  etməsi  yolu  ilə  böyüyürlər  və  çoxalırlar. 
Əlamətlərindən  asılı  olaraq  virusları  həm  canlı  və  həm  də 
cansız hesab etmək olar. 
     Beləliklə,  bütün  yuxarıda  deyilənləri  yekunlaşdırıb  belə 
bir  nəticəyə  gələ  bilərik:  “  Həyat  –  xarici  mühitlə  maddi, 
enerji  və  informasiya  mübadiləsi  nəticəsində  özünün 
varlığını  qoruyub  saxlayan,  öz-özünü  hasil  etmək 
xüsusiyyətinə  malik,  mürəkkəb  üzvi  maddələr  əsasında 
meydana  gələn  bioloji  sistemlərin  (məsələn,  hüceyrə,  bitki 
və ya heyvani orqanizmlər) mövcud olma prosesidir.  


 
31 
     Elmi  baxışlara  görə,  həyatın  əmələ  gəlməsi  qeyri-üzvi 
birləşmələrdən  üzvi  birləşmələrin  yaranması  deməkdir.  Bu 
barədə  müxtəlif  elmi  və  dini  nəzəriyyələr  və  baxışlar 
mövcuddur: 
 
Biokimyəvi təkamül nəzəriyyəsi 
 
Zülal-koaservat (“bulyon”) nəzəriyyəsi 
 
Xemiosmos nəzəriyyəsi 
 
Panspermiya nəzəriyyəsi 
 
Öz-özünə əmələgəlmə nəzəriyyəsi 
 
Həyatın stasionar hal nəzəriyyəsi 
 
Energetik əmələgəlmə nəzəriyyəsi 
 
Əmələgəlmənin informasiya nəzəriyyəsi 
 
Əmələgəlmənin gen nəzəriyyəsi 
 
Bioenerjiinformasiya nəzəriyyəsi 
 
Həyatın əmələ gəlməsinin dini versiyaları 
 
İlkin həyat molekulu - RNT 
 Biokimyəvi təkamül  
 Genobioz və qolobioz 
Nəyin birinci olmasından asılı olaraq, həyatın əmələ gəlməsi 
məsələsinə dair iki metodoloji yanaşma vardır: 
Genobioz  —  ilk  genetik  kodların  xüsusiyyətlərini  özündə 
daşıyan  ilk  molekulyar  sistemin  yaranmasını  üstün  tutan 
nəzəriyyə 
Qolobioz  —  ferment  mexanizminin  iştirakı  ilə  elementar 
maddə mübadiləsinə və ilkin struktura əsaslanan metodoloji 
yanaşma 
 


 
32 
 
Zülal-koaservat (“bulyon”) nəzəriyyəsi  
Bu nəzəriyyəyə əsasən {1-3,20}, Yer üzərində həyatın əmələ 
gəlməsi prosesini üç mərhələyə ayırmaq olar: 
 
Üzvi birləşmələrin əmələ gəlməsi 
 
Zülalların əmələ gəlməsi 
 
Zülali cisimciklərin əmələ gəlməsi 
Astronomik tədqiqatlar göstərdi ki, həm ulduzlar və həm də 
planet sistemləri qaz-toz maddələrdən yaranmışdır. Metallar 
və onların oksidləri ilə bərabər, burada hidrogen, amonyak, 
su və sadə karbohidrogen – metan da olmuşdur. 
Zülal strukturunun formalaşması prosesinin başlanğıcı üçün 
şərait  ilk  okeanın  əmələ  gəldiyi  gündən  müəyyənləşdirilir. 
Su  mühitində  karbohidrogen  törəmələri  mürəkkəb  kimyəvi 
dəyişmələrə  və  çevrilmələrə  uğraya  bilər.  Molekulun  belə 
mürəkkəbləşməsi  nəticəsində  daha  mürəkkəb  üzvi 
birləşmələr, məhz karbohidratlar əmələ gələ bilər. 
Elm sübut etdi ki, ultrabənövşəyi şüaların tətbiqi nəticəsində 
süni  yolla  təkcə  aminoturşular  deyil,  həm  də  digər 
biokimyəvi  maddələr  sintez  etmək  mümkündür.  Müasir 
biokimyanın  böyük  qələbəsini  karbohidrat  mübadiləsini 
idarə  edən  zülal  molekulu  –  insulin  hormonunun  sintezi 
təşkil edir.   
Məşhur  rus  alimi  A.İ.Oparinin  bu  nəzəriyyəsinə  əsasən, 
zülal  molekulunun  meydana  gəlməsi  yolundakı  sonrakı 
addım  koaservat  damlalarının  (“bulyonların”)  əmələ 
gəlməsi ola bilər: müəyyən şəraitlərdə üzvi molekulun su ilə 


 
33 
əhatə  olunmuş  təbəqəsi  dəqiq  sərhədlə  ayrılır  və  molekulu 
əhatə edən məhluldan ayırır. Su təbəqəsi ilə əhatə olunmuş 
molekullar  birləşərək  monomolekulyar  komplekslər  – 
koaservatlar əmələ gətirirlər. Koaservat damlaları həmçinin 
müxtəlif  polimerlərin  sadə  qarışmasından  da  əmələ  gələ 
bilərlər.  Damlalar  açıq  sistem  tipi  üzrə  xaricdən    özünə 
maddə  birləşdirə  bilər.  Müxtəlif  katalizatorların  (o 
cümlədən,  fermentlərin)  koaservat  damlalarına  girməsi 
nəticəsində orada müxtəlif kimyəvi reaksiyalar, o cümlədən, 
xaricdən  daxil  olan  monomerlərin  polimerləşməsi  baş  verə 
bilər.  Bunun  hesabına  damlalar  həcm  və  kütləcə  böyüyə 
bilərlər  və  sonra  hüceyrə  kimi  bölünə  bilərlər.  Beləliklə, 
koaservatlar  böyüməyə,  bölünüb  artmağa  və  maddələr 
mübadiləsinə məruz qala bilərlər. 
Bu  nəzəriyyə  özünü  doğrultmadı,  çünki,  əgər  spontan 
olaraq,  təsadüfi  matrisasız  sintezlər  yolu  ilə  koaservatda 
zülal molekullarının səmərəli qurğısu baş verərsə, (məsələn, 
verilən  koaservatın  böyüməsini  və  bölünməsini  təmin  edən 
effektli katalizatorlar) onda onların koaservat daxilində artıb 
bölünməsi necə baş verə bilər, həm də bu proses koaservat 
nəslinin davamı üçün necə yerinə yetirilə bilər?   
Xemiosmos nəzəriyyəsi 
Lap  bu  yaxınlarda,  2010-cu  ilin  fevral  ayının  3-də 
“Комсомольская  правда”  qəzetində  həyatın  Yerdə  əmələ 
gəlməsi  barədə  sensasiya  xarakterli  elmi  məqalə  dərc 
olundu.  London  Universitet  kollecinin  tədqiqat  qrupunun 
rəhbəri, həkim-alim Nik Leyn belə bir bəyanatla çıxış etdi: 
“...biz bəyan edirik ki, həyatın Yer üzərində əmələ gəlməsi 
barədə  dəbdə  olan  köhnə  “Oparin  nəzəriyyəsi”  özünü 
doğrultmur.  Biz  alternativ  variant  təklif  edirik  ki,  həyat 
qazlardan  (H
2
,  СО
2  , 
N
2  , 
H
2
S),  enerji  isə  Yerin  dərin  su 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə