Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   12   13   14   15   16   17   18   19   ...   122

- 33 - 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
ƏLİYAR İBRAHİMOV 
 
 
 
 
 
 
 
     
 
 
ƏNVƏR İBRAHİMOV 
                                                      
 
AMEA Naxçıvan Bölməsi 
                                               aliyaribragimov@mail.ru 
 
 
 
 
 
 
 
 
 
 
  ƏLİ QURBANOV 
 
 
 
 
 
 
 
 
 
    Naxçıvan Dövlət Universiteti 
 
 
 
 
 
 
 
 
eli.qurbanov57@mail.ru  
UOT: 581.92                                               
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BƏZİ PERSPEKTİVLİ 
YABANI QİDA MEYVƏ BİTKİLƏRİNİN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ 
 
 
Açar  sözlər:  fəsilə,  cins,  növ,  yabanı,  qida,  meyvə,  bol,  geniş,  yayılma,sənaye,  əhəmiyyət, 
xalq təsərrüfatı 
 
Key words: family, genus, species, wild, fruit, nut fruit,stony fruit, seedy 
 
Ключевые слово: семейства, род, вид, дикорастущий, плодовые, пишевые 
Əhalinin ərzaq məhsulları ilə təmin olunmasında, ərzaq təhlükəsinin aradan qaldırılmasında 
mühüm  rolu  olan  yabanı  qida  meyvə  bitkilərinin  öyrənilməsi,  perspektivli  növlərinin  əkilib-
becərilərək mədəni kulturaya keçirilməsi, təbii bərpa yolu ilə artırılması, səmərəli və uzunmüddətli 
istifadəsi imkanlarının araşdırılması mühüm dövlət əhəmiyyətli aktual problem məsələlərdir.     
     Yabanı  perspektivli  qozmeyvəli,  çəyirdəkli,  tumlu  bitkilərin  genofondunun  tədqiqi  və  səmərəli 
istifadəsi  üçün  ilk  növbədə  marşrut  xəritəsi  tərtib  edilmiş,  ədəbiyyat  mənbələri  [4,s.61-67;  5,s.14-
114; 9,s.9-159; 10,s.7-39; 11,s.76-78] araşdırılmış, əvvəlki illərdə toplanılmış materiallar nəzərdən 
keçirilmiş,  Batabat,  Biçənək,  Çalxanqala,  Şurut,  Ağbulaq  və  digər  ərazilərə  ekspedisiyalar  təşkil 
olunmuşdur.  Aparılmış  fenoloji  müşahidələrdə  yabanı  qida  bitkilərinin  bol  olduğu  ərazilər 
müəyyənləşdirilmiş və inkişaf dinamikasına, çiçəkləmə fazasına dair fotoşəkillər çəkilmişdir.  
Aparılan tədqiqat nəticələri əsasında Naxçıvan MR-ın ərazisində 23 fəsiləyə, 43 cinsə daxil 
olan 152 növ yabanı meyvə bitkisinin yayıldığı məlum oldu ki, onlardan da 7 fəsiləyə və 14 cinsə 
mənsub olan 38 növü  geniş  arealda  yayılmış, ehtiyatı bol  olan tətbiqyönümlü bitkilərdir.  Rosa  L., 
Crataegus  L.,  Cotoneaster Medik.,  Juglans  L.,  Celtis  L.,  Amygdalus  L. cinslərinin nümayəndələri 
perspektiv  yabanı  qida  meyvə  bitkilərinə  misal  ola  bilər.  Sənaye  əhəmiyyətli  belə  bitki 
ehtiyatlarının  bərpası,  introduksiyası,  tədarükü,  mühafizəsi  və  səmərəli  istifadə  olunması  və 
xalqtəsərrüfatı əhəmiyyəti ətraflı tədqiq olunmuşdur. 
Fəsilə: Zirinckimilər - Berberidaceae Juss. 
Cins: Zirinc-Berberis L. cinsi 
 Naxçıvan  Nuxtar  Respublikasının  ərazisində  zirinc  cinsinin  aşağıdakı  6  növü:  Sıxçiçək 
zirinc  –Berberis  densiflora  Boiss.  et  Buhse,  Gürcü  zirinci  -  B.  iberica  Stev.  et  Fisch.  ex  DC., 
yumrumeyvə  zirinc  -  B.  sphaerocarpa  Kar.  et  Kir.,  Şərq  zirinci  -  B.  orientalis  C.K.  Schneid., 
Tamkənaryarpaq zirinc  -  B. integerrima  Bunge.,  Adi zirinc.-  B. vulgaris  L. və 2 forması  Berberis 
vulgaris f. alba West., Berberis vulgaris f. lutea Regel yayılmışdır. Bundan başqa ərazidə Berberis 
thunbergii  f.  atropurpurea  forması  isə  introduksiya  olunaraq  mədəni  şəraitdə  park  və  bağların 
yaşıllaşdırılmasında  istifadə  olunur.  Berberis  vulgaris  f.  alba  West.  və  Berberis  vulgaris  f.  lutea 
Regel  formaları  Naxçıvan  MR  florasına  ilk  dəfə  T.H.  Talıbov  və  Ə.M.  İbrahimov  tərəfindəndən 
daxil edilmişdir.  
Qeyd olunan zirinc növləri 1,5-3,5m hündürlükdə kol bitkiləri olub, meşələrdə, kolluqlarda, 
çay kənarlarında, qarşıq ağaclı-kollu-müxtəlfotlu yamaclarda,  yol kənarlarında və canlı çəpərlərdə 


- 34 - 
 
inkişaf edirlər. Alqırmızı,  çəhrayı,  ağımtıl,  qara salxım meyvələri, cəlbedici  sarı  çiçəkləri, diqqəti 
cəlb  edən  gözəl  görünüşü,  ən  əsas  isə  yeyilən  meyvələri  ilə  insanlar  tərəfindən  çox  istifadə 
olunurlar.  Qara  meyvəsi  olan  zirinc  bitkisi  ilk  dəfə  professor  Ə.Ş.İbrahimov  tərəfindən  Culfa 
rayonunun  Ərəfsə  -  Ləkətağ  kəndləri  arasında  yol  kənarında  aşkar  edərək  ərazi  florasına  daxil 
etmişdir.  Yeganə  yayilma  yeri  buradakı  zirinclik  cəngəlliyini  müqəddəs  Pir  kimi  əhali  tərəfindən 
mühafizə  edilir.  Zirincin  təzə  meyvələri  yeiyilir,  qurudularaq  ilin  hər  vaxtında  ədviyyat  kimi 
işlədilir.  Ondan  kompot,  mürəbbə  hazırlayır,  çay  dəmləyib  qan  təziqində  istifadə  edirlər.  Əhali 
növləri tanımır, ancaq faydali bitki olduğunu bilərək hansı gəldi meyvəsini toplayırlar. Ancaq xalq 
təsərrüfatı  üçün  vacib  olan  növlərin  müəyyənləşdirilməsi  tədqiqatlar  əsasında  mümkündür.  Zirinc 
növlərindən ən geniş yayılanı və istifadə olunanı Adi zirinc - B. vulgaris L. növüdür.  
Adi zirinc B. vulgaris L. 2-3 m hündürlüyündə olan çoxşaxəli koldur. Cavan budaqlarının 
qabığı sarımtıl-qonur və ya sarımtıl-boz, yaşlı budaqların qabığı isə boz rəngdədir. Yarpaqaltlıqları 
adətən  üçhaçalı  tikanlıdır,  uzunluğu  2  sm-ə  bərabərdir.  Tikanlar  bərk,  iti  uclu  və  sərtdir,  bəzən 
budaqlarda  tək-  tək  yerləşirlər.  Açıq  -  yaşıl  rəngli  yarpaqları  incədir,  yumurtavari  və  ya 
tərsyumurtavari,  bəzən  neştər  formalıdır,  üst  tərəfdən  parlaq,  alt  tərəfdən  isə  aydın  seçilən  torvari 
damarlıdır.  Yarpaqları  uc  hissədən  küt,  qaidədən  isə  pazvari  daralmışdır,  kənarları  kirpikvari 
mişardişciklidir. 15-20 ədəd çiçəkləri açıq - sarı rəngli olub, salxımlarda toplanmışdır. Giləmeyvəsi 
uzunsovdur, 12 mm uzunluqdadır və al - qırmızı rəngdədir. Dadı çox turşdur, 2-3 toxumludur. May-
iyun aylarında çiçəkləyir, sentyabr - oktyabrda isə yetişir.  
Zirinc qida, qiymətli dərman və ədviyyat bitkisidir. Adi zirincin yarpaq, kök, gövdə, meyvə 
və  budaqlarının  qabığından  istifadə  olunur.  Tərkibində  berberin  alkaloidi,  aşı  maddələri,  askorbin 
turşusu, qatran, üzvi turşular, antosianlar, şəkər, pektin maddələri, karotinoidlər və digər bioloji fəal 
maddələr vardır [1,s.25-69; 2, s.68-75; 6,s.96-184].   
Elmi təbabətdə bitkinin dəmləməsi, cövhəri, duru ekstraktı, Berberini sulfas preparatı daxili 
qanaxmalarda,  sidik  kisəsinin  və  qara  ciyərin  iltihabında,  öd  yolları  xəstəliyində  işlədilir.  Yarpağı 
ödqovucu  çayın  tərkibinə  daxildir.  Etnobotaniki  tədqiqatlar  zamanı  müəyyən  edilmişdir  ki,  xalq 
təbabətində  qida  və  dərman  vasitəsi  kimi  istifadə  olunur.  Hələ  çox  qədim  dövrlərdən  ondan 
mürəbbə,  şərbət,  çay,  firni  hazırlayıb  skorbut,  raxit,  qanazlığı,  həmçinin  mədə-bağırsaq 
xəstəliklərində istifadə edilir. 
  
   
Adi  zirinc.-  B. 
vulgaris L. 
Naxçıvan 
MR 
ərazisində  adi  zirincə 
1100-2300 m-ə qədər hündürlüklərdə tez-tez rast gəlinir. Bu bitki daha çox seyrək arid meşəliklərdə, 
kolluqlarda, çay vadilərində və əkin tarlalarının kənarlarında məskunlaşır. Yayıldığı sahələrdə tək-tək 
və  ya  qruplar  halında  bitir.  Bəzən  sıx  cəngəlliklər  də  əmələ  gətirir.  Adi  zirinc  Şahbuz  rayonunun 
Biçənək,  Kolanı,  Kəndşahbuz  və  Külüs,  Culfa  rayonunun  Xanəğah,  Qazançı,  Milax,  Teyvaz, 
Boyəhməd,  Başkənd  və  Ərəfsə,  Babək  rayonunun  Buzqov,  Kəngərli  rayonunun  Qarabağlar 
kəndlərinin ərazilərində geniş yayılıblar. Ordubad rayonunun Gilançay kəndi ətrafında, eyni adlı çayın 
vadisi  boyunca  zirincin  müxtəlif  növlərindən  ibarət  formasiyası  əmələ  gəlmişdir.  İstiyə,  soyuğa  və 
şaxtaya  davamlıdır.  Yaşıllaşdırma,  yeyinti  və  tibb  sənayesində  tətbiqyönümlü  xammal  mənbəidir. 
Buna görə də yayıldığı ekotopda təbii bərpasını gücləndirmək, mövcud cəngəlliklərini yaxşılaşdırmaq 
və qoruyub saxlamaq lazımdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə