Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə121/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   114   115   116   117   118   119   120   121   122

 
248 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
XOŞQƏDƏM   İBRAHİMOVA 
 
 
Azərbaycan Dövlət Pedoqoji Universiteti 
UOT: 372.8:57 
BİOLOGİYADAN “GÖBƏLƏKLƏR ALƏMİ: PAPAQLI GÖBƏLƏKLƏR” 
MÖVZUSUNUN TƏDRİSİ PROSESİNDƏ ŞAGİRDLƏRİN YARADCILIQ 
BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSİ 
 
Açar  sözlər:  İş  vərəqi,  yaradıcı  tətbiqetmə,  bacarıq  və  vərdişlər,  papaqlı  göbələk,  mitseli, 
meyvə cismi, yeməli və zəhərli göbələklər 
Ключевые  слова:  лист  дела,  творческое  применение,  умения  и  навыки,  шляпочный 
гриб, митцелия, плодовое тело, съедобные и ядовитые грибы 
Key words: worksheet, creative application, skills and habits, edible mushroom, mitseli, fruit 
flesh, edible and poisonous mushrooms  
Fənn:
 
Biologiya
 
VII
 
sinif
 
 
Stadart:
 
1.1.2.Canlıların müxtəlifliyi haqqında mülahizələr şərh edir. 
2.1.1.Müxtəlif canlılarda gedən həyatı prosesləri fərqləndirir. 
Mövzu
Göbələklər aləmi.Papaqlı göbələklər. 
Təlim nəticələri:1.Göbələklərin quruluşu və müxtəlifliyi haqqında mülahizələri şərh edir. 
2.Göbələklərin  qidalanma,çoxalma  proseslərini  digər  canlılarda  gedən
 
uyğun prosesləri fərqləndirir. 
İnteqrasiya:
 
Coğrafiya 2.1.7.
 
 
İş forması:
 
Bütün siniflə
 
və kiçik qruplarda iş. 
İş üsulu:
 
Beyin həmləsi, Bilik mübadiləsi,
 
Klaster. 
Resurslar:
 
Dərslik,  müəllim  üçün  metodik  vəsait,  audiovizual  dərs  vəsaiti,  müxtəlif 
göbələk nümunələri, tablolar, lupa. 
Dərsin mərhələləri: 
1.Sinif 4-5 qrupa bölünür. 
2.Şagirdlərin istəyinə uyğun olaraq I qrup “Ağ göbələk”, II qrup “Şampinyon”,  
III qrup
 
“Qırmızıbaş göbələk”,
 
IV qrup” Tozağacı göbələyi”adlandırilır. 
3.Hər bir qrupa tapşırıqlar və informasiya paketi verilir. 
4.Hər  bir  qrup  işçi  vərəqində  verilmiş  tapşırığı-sualları  cavablandırır,  sonra  isə  müəllim 
tərəfindən yazılmış I qrup üçün “Göbələklər də yosunlar kimi sadə quruluşa malikdir”, II qrup üçün
 
“Papaqlı  göbələklər  çiçəkli  bitkilərə  və  yosunlara  nisbətən  başqa  cür  qidalanır”,  III  qrup  üçün 
“Göbələklər  sporlarla  çoxalır”,  IV  qrup  üçün  isə  “Yeyilən  göbələklərin  qida  kimi  mühüm 
əhəmiyyəti var” fikirlərinə ardıcıl və əlaqəli fikirlər əlavə edərək tamamlayırlar.  
5.Dərsin  sonunda  əldə  olunmuş  informasiyalara  əsaslanaraq  sinif  şagirdləri  klaster  və  “fənn 
lotosunu” tamalayırlar. 
1.Motivasiya: 
Qida kimi istifadə etdiyimiz bitkilərdən yaşıl rəndə olmayanı varmı? Bunlara daha çox harada 
rast  gəlmək olar? Niyə  göbələklərə  yazda və  payızda rast  gəlinir? Göbələklərdə  fotosintez prosesi 
baş verə bilərmi? və s. 
Tədqiqat sualı: 
1. Göbələklər hansı sistematik kateqoriyada birləşir? 
2.Hansı əlamətlərinə görə göbələkləri ayrıca aləmə aid edirlər? 
3.Göbələklər hansı xüsusiyyətlərə malikdirlər? və s. 
2.Tədqiqatın aparılması:
 
 
 
Qrup üzvləri( 3-6 nəfər) 
Tarix : 15.III 
 
 
 
 
1.M.Aygün    
2.İ.Aynur 
Sinif: VII 
 
 
 
 
3.H.Adil  
 
4.R.Elnur  
Fənn: Biologiya  
 
 
 
5.Q.Tahir  
 
6.K.Lalə  
Mövzu:  Papaqlı göbələklər  


 
249 
Papaqlı göbələklərin quruluşu.  
İşçi vərəqi 1.   
 “Ağ göbələk” I qrup  
 
 Tapşırıqlar paketi. 
 
 
 
 
 
 
 
 
Papaqlı göbələklərin qidalanması.
 
 
İş vərəqi 2.
 
 
 
 “Şampinyon”
 
II qrup
 
 
 
Tapşırıqlar paketi
 
  
 
 
 
 
 
 
 
 
Papaqlı göbələklərin çoxalması.
 
 
İş vərəqi 3 
 
“Qırmızıbaş göbələk”
 
III qrup
 
 
Tapşırıqlar paketi. 
 
 
 
 
 
 
 
Yeməli və zəhərli göbələklər.
 
 
İş vərəqi 4  
 
“Tozağacı göbələyi” 
IV qrup
 Tapşırıqlar paketi.  
  
 
 
 
 
 
 
3.Məlıumatın mübadiləsi və müzakirəsi: 
Hər  bir  qrup  öz  təqdimatını  açıqlayır.  Siniflə  birlikdə  müzakirə  olunur,  şagirdlər  fikir  və 
rəylərini söyləyir, əlavələr
 
olunur, düzəlişlər edilir. 
4.Ümumiləşdirmə
 
və nəticə: 
Göbələklər
 
də yosunlar
 
kimi
 
sadə quruluşa
 
malikdir. 
1. Göbələklər
 
canlı orqanizmlərin
 
müstəqil
 
aləmidir. 
2. Göbələklər
 
bitkilər və heyvanlar
 
aləmi arasında xüsusi
 
mövqe
 
tutur.  
3. Hüceyrə
 
divarının
 
olması və çoxalmasına görə
 
bitkilərə
 
oxşayır. 
4. Lakin
 
kök, gövdə, çiçək
 
kimi
 
orqanları yoxdur. 
5.  Tərkibində
 
sidik
 
cövhərinin,  ehtiyat  qida  maddəsi  kimi  heyvani  nişastanın-qlikogenin
 
toplanması, hüceyrə divarında xitin maddəsinin
 
olması heyvanlara
 
yaxınlaşdırır.  
6. Göbələklərin
 
digər
 
bitkilərdən əsas
 
fərqi
 
xlorofilin
 
olmamasıdır. 
7. Papaqlı
 
göbələklər
 
mitseli və meyvə cismindən ibarətdir. 
8. Meyvə
 
cismi
 
kötükcük və papaqdan
 
ibarətdir. 
9.
 
Kötükcük və papaq
 
mitselin
 
tellərinin sıx
 
dəstələrindən
 
ibarətdir. 
10. Mitselilərin bir cərgədə
 
yerləşmiş
 
uzun
 
hüceyrələrdən
 
ibarət olmasını mikroskopda
 
görmək olar. 
11. Kötükcükdə
 
bütün
 
tellər eynidir. 
1.
 
Göbələklər canlıların hansı qrupuna aiddir?
 
 
2.
 
Nə üçün göbələklər
 
digər bitkilər kimi yaşıl deyil?
 
3 . Nə üçün göbələklər bitkilər və heyvanlar
 
aləmi arasında xüsusi mövqe tutur? 
4.
 
Hansı papaqlı göbələkləri tanıyırsınız? 
5.
 
Göbələyin mitselisi və meyvə cismi nədir? 
6.
 
Meyvə cisminin hansı hissələri var? 
1.
 
Göbələklər
 
necə
 
çoxalır? 
2.
 
Sporlar
 
harada
 
əmələ gəlir? 
3.
 
Sporları
 
hansı
 
heyvanlar
 
yaya
 
bilər? 
4.
 
Meyvə
 
cismi
 
necə
 
əmələ gəlir? 
1. Papaqlı
 
göbələklər
 
qeyri-üzvi
 
maddələrdən
 
üzvi
 
maddələr əmələ
 
gətirə bilərmi?  
2.
 
Göbələklərin
 
mitselisi
 
qida
 
maddələrini
 
haradan alır? 
3.
 
Nə üçün
 
göbələklərin bəziləri
 
yalnız
 
müəyyən
 
ağacların
 
yaxınlığında yaşaya
 
bilir? 
4.
 
Simbioz
 
yaşama
 
nədir? 
5.
 
Göbələklər
 
qidalanmasına
 
görə
 
neçə
 
qrupa
 
bölünür? 
1.
 
Hansı
 
göbələkləri
 
tanıyırsınız? 
2.
 
Göbələklərin
 
tərkibində
 
hansı
 
maddələr
 
var? 
3.
 
Hansı
 
yeməli
 
göbələkləri
 
tanıyırsınız? 
4.
 
Yeməli
 
göbələkləri
 
zəhərli
 
göbələklərdən
 
necə
 
ayırmaq olar? 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə